Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 29 page





Vicdan əzabı qamçıdan güclüdür. (12)

Vicdanı olmayanın imanı da olmaz[2315]. (65)

Vicdanla işləyən gözükölgəli olmaz. (1)

Vijdan insanın cövhəridi. (12)

Vur dedim, öldür demədim ki?! (1)

Vur deyənlə vuran şərikdi. (1)

Vur deyirsən vurmur, burax deyirsən buraxmır. (12)

Vura bilməyən daşın böyüyündən yapışar[2316]. (1)

Vurağan inəyin südü qalmağallı olar. (12)

Vuran elin dirəyidi. (1)

Vuran inəgə Allah buynuz verməz[2317]. (83)

Vuran oğul ataya baxmaz[2318]. (2)

Vurduğun meydanda yatır. (9)

Vurmaq leglək qaqasıdır, һünər atmaqdadır. (75)

Vurum uşağım öldürüm, qonşuya ad qazanım. (83)

Vurur daşa, çıxır başa. (1)

 

Y

Ya Allah əmrinnən, ya yan dəmirinnən. (14)

Ya bu dəvəni güd, ya bu diyardan get[2319]. (2)

Ya dağın ətəyində, ya bəy ətəyində[2320].(44)

Ya dalına min, ya dalına mindir. (1)

Ya dəvə ölər, ya dəvəçi, ya da üstündəki hacı[2321]. (1)

Ya dövlət başadı, ya quzğun leşə[2322]. (2)

Ya eşün çanağına üyüdәr, ya çanağın eşünә üyüdәr. (75)

Ya qәdәm әri ol, ya qәdәm әrinә yoldaş ol. (75)

Ya malından, ya balından yenәdәk keşiş kәtә yemәz. (75)

Ya sınar şiş, ya çıxar morçalıq. (2)

Ya tələf ollam, ya xələf. (1)

Ya tәk tur, ya pәrk tur. (75)

Ya torba yırtılar, ya dağarcıq. (1)

Ya unçu ölər, ya dəyirmançı. (1)

Ya vəlvələdən, ya zəlzələdən[2323]. (1)

Ya zor, ya zər, ya şəhərdən səfər. (1)

Yabılarda qotur yabı mərd olar, yorulanda yiyəsinə dərd olar[2324]. (1)

Yabıya rəhm edən piyada qalar. (55)

Yabıya rəhm etməyən piyada qalar. (1)

Yad fәriştәdәn biliş albız yegdür. (75)

Yad gəlib aşna olunca aşna yar əldən gedər[2325]. (2)

Yad itin quyruğu kıslı olar. (5)

Yad qızına güvənmə, xətakar olar. (1)

Yad qızına uymazlar, yad qızı zavallı olar. (1)

Yad qohum ölənəcən yad olar. (1)

Yad oğulu saxlamaqla oğul olmaz, böyüyəndə salır gedər, gördüm deməz. (3)

Yad varı-gәli biliş olur, biliş varmayu-varmayu yad olur[2326]. (75)

Yada əppək verdik – balığımıza balıqçı, balağımıza balaq­çı oldu. (8)

Yada yalax, qohuma dolax. (12)

Yaddan yoldaş olunca, yoldaş əldən gedər. (1)

Yadı yağı doğrasın. (9)

Yağ acı olanda, plov da acı olar. (1)

Yağ da yesə dirilməz, bal da yesə dirilməz[2327]. (1)

Yağ mənimdi, əritmərəm, kərə yeyərəm. (9)

Yağ tapsa başına yaxar. (1)

Yağ yağ ilə axar, yarma yavan qalar[2328]. (2)

Yağ yağ üstünə gedər. (55)

Yağ yağa qavuşdu, yarmalar yavan qaldı[2329]. (83)

Yağ ye, yaxada gəz[2330]. (1)

Yağ yesə də dirilməz. (55)

Yağ yeyən itin tükündən bəlli olur[2331]. (55)

Yağar yağış, bitər qamış. (12)

Yağı od əridir, qarı gün. (1)

Yağı olan bayram eylәr. (75)

Yağı yalan, qış gerçәk. (75)

Yağı yerdə yapıncaqsuz yatma. (75)

Yağın şora ziyanı yoxdu. (14)

Yağın şorunu çıxardır, sözün şəkərini[2332]. (1)


Yağış damcı-damcı buluddan törüyər. (9)

Yağış ilə yer göyərər, alqış ilə ər öyünər. (1)

Yağış isladar, gün qurudar. (1)

Yağış vurmuşun damcıdan nə qorxusu? (1)

Yağış yağanda toyuğa su verməzlər. (1)

Yağış yağar, yer doymaz. (1)

Yağış yağar, gül bitər. (9)

Yağışdan çıxdıq yağmura düşdük[2333]. (2)

Yağışdan götürüb novdan altına qoydu[2334]. (44)

Yağışdan qalanı, yağmur apardı[2335]. (81)

Yağla yağlayır, sarımsaqla dağlayır. (1)

Yağla yarma qovuşar, arada soğan büzüşər. (1)

Yağla yovşan da yeyilər. (1)

Yağlı çörəyin yoxdu, yağlı dilinə nə oluf? (9)

Yağlı əlin var, sürt öz başına, başın yağlısa sox ocağa[2336]. (81)

Yağlı qazan yağlı qazana girür. (75)

Yağmadı yağış, bitmədi qamış[2337]. (1)

Yağmasa da guruldar[2338]. (1)

Yağmur yağsun, qar yağsun, tәk qış olmasun. (75)

Yağmurdan qaçup toluya uğrama. (75)

Yağmurdan uluyan sudan uyurtmaz. (75)

Yağmurlıca yazın olsun, tumanlıca qışın olsun. (75)

Yağmurlu günündә dostunun atı satılsun, düşmәninün qoyunı satılsun[2339]. (75)

Yaxın qonşuya yaman söz demə. (12)

Yaxın yerə bir kəlmə söz, uzax yerə bir barmax kağız[2340]. (9)

Yaxın yerə yük daşıyır. (1)

Yaxına ərinir, uzağa yüyürür[2341]. (1)

Yaxını qoyub, uzaqdan danışma. (1)

Yaxşı ad dövlətdi. (1)

Yaxşı adam yavan çörəyə dözər, yaman adamı yağlı çörək də üzər. (1)

Yaxşı adamın yaxşılığı dəyər dar gündə, yaman adamın yamanlığı, dəyər hər gündə. (1)

Yaxşı adamnan savaşma, pis adama – yanaşma. (15)

Yaxşı arvad ərini bəy eylər, yaman arvad – zay. (1)

Yaxşı arvad pis kişini ər eylər, ortababı şir ürəhli nər eylər, yaxşı əri dillərdə əzbər eylər. (15)

Yaxşı arvad üz ağardar. (12)

Yaxşı arvadlı ev cənnətdi. (1)

Yaxşı aş qalınca, yaman qarnı yırtılsun. (75)

Yaxşı at, bez-arşınsız da satılar. (27)

Yaxşı at igidin yoldaşıdı. (9)


Yaxşı at köhnə çulun altında da bilinər. (1)

Yaxşı at qamçı yeməz. (6)

Yaxşı at yemini artırar, yaman at qamçısını[2342]. (1)

Yaxşı ata bir qamçı, yaman ata – min qamçı. (1)

Yaxşı atadan pis oğul?! (1)

Yaxşı çobanın dörd gözü olar. (12)

Yaxşı davadan pis barışıq yaxşıdır. (55)

Yaxşı dost qara gündə məlum olur. (60)

Yaxşı dost qardaşdan əzəldi. (1)

Yaxşı dost yaman gündə məlum olar[2343]. (1)

Yaxşı dostları qılıncla da ayırmaq olmaz. (1)

Yaxşı elə yaxşıdı, çalış yamanı yaxşı elə. (1)

Yaxşı əkinçi xərcini yerdən çıxardar. (1)

Yaxşı getməyincə qədri bilinməz. (1)

Yaxşı gün cənnətdi, yaman gün cəhənnəm. (1)

Yaxşı gündə yad yaxşı, yaman gündə vay qardaş![2344] (2)

Yaxşı gündə yağlı çörəyi bəyənməyən yaman gündə quru çörəyə salam verər. (1)

Yaxşı günə dözməyən yaman günə heç dözməz[2345]. (2)

Yaxşı günün döş ağrısı, yaman günün diş ağrısı? (1)

Yaxşı günün yoldaşı, yaman günə düşdüm, gəl! (1)

Yaxşı hörmət dövlətdən yaxşıdır[2346]. (57)

Yaxşı igid dalı gözlər, yaxşı at qabağı[2347]. (2)

Yaxşı igidin adını eşit, özünü görmə[2348]. (2)

Yaxşı igid dayısına çəkər, xatın qız xalasına[2349]. (33)

Yaxşı iş heykəl kimidi, hər yerdən görünər. (1)

Yaxşı işçi səliqəsindən bilinər. (1)

Yaxşı işə Allah zamindi. (1)

Yaxşı keçi otaransansa, biri də özünün olsun. (9)

Yaxşı kəslər yol çəkər, bedasıllar qan tökər. (18)

Yaxşı ki, dünyada yaxşı varmış, yoxsa dünya tərk olardı yaman əlindən. (1)

Yaxşı ki var, yavan çörəyə dözər, yamanı yağlı xörək də üzər. (1)


Yaxşı qəssab ətin yaxşısını axıra saxlar. (1)

Yaxşı qızdan yaxşı gəlin olar. (1)

Yaxşı qızı vermə heyifdi, yaman qızı vermə eyibdi[2350]. (26a)

Yaxşı qızımdan pis gəlinim yaxşıdı[2351].(46)

Yaxşı qoja olmuyan yerdə yaxşı cavan da olmaz. (12)

Yaxşı qonşu qardaşdan irəlidi. (12)

Yaxşı qonşudan adama ziyan gəlməz. (9)

Yaxşı mal öz-özünü işə verər. (1)

Yaxşı mal yerdə qalmaz. (1)

Yaxşı məsəl gözə girər. (1)

Yaxşı məsləhət hər şeydən yaxşıdı[2352]. (1)

Yaxşı oğul neynər ata malını, pis oğul neynər ata malını[2353]. (5)

Yaxşı olanda – xanımdan, pis olanda – kənizdən. (1)

Yaxşı otağım oluncax, yaxşı yarım olsun. (9)

Yaxşı ovçunun toruna ov öz ayağı ilə gələr[2354]. (1)

Yaxşı ovçunun tüfəngi pas tutmaz. (12)

Yaxşı övlad ata-ananın fərəhidi. (1)

Yaxşı rəncbər çörəyi daşdan da çıxarar. (40)

Yaxşı saxla adını, bədnamçılıq el gəzər. (1)

Yaxşı söylə, yaxşı eşit. (1)

Yaxşı söz ilә yılan indәn çıqar. (75)

Yaxşı şeyə gül ki, başına gəlsin. (1)

Yaxşı şeylərin yolu tapdaq olar. (1)

Yaxşı tacir malın hamısını birdən bazara çıxartmaz. (1)

Yaxşı timsal yüz yönsüz sözdən yaxşıdı. (1)

Yaxşı toxum gec cücərər, pis toxum tez cücərər. (18)

Yaxşı yoldaş gec tapılar. (1)

Yaxşı yoldaş uzun yolu qısaldır. (1)

Yaxşı yoldaş yaman gündə tanınar. (1)

Yaxşı yoldaş, yaxşı at, yaxşı arvad igidin başını ucaldar. (12)

Yaxşı, yaxşılığın deyilir, yaman, nəyin deyilir? (1)

Yaxşılığa yamanlıq olmasaydı, qara öküzə bıçaq olmazdı. (1)

Yaxşılığa yaxşılıq elə, pisliyə pislik eləmə. (1)

Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığıa yaxşılıq ər kişinin işidir[2355]. (31)

Yaxşılığı bilməyənə yaxşılıq etmə. (1)

Yaxşılığın axırını Allahdan istə. (83)

Yaxşılığın əcri gələr. (1)

Yaxşılıx da, yamannıx da yaddan çıxmaz. (9)

Yaxşılıxdan inciyən yaman günə düşər. (18)

Yaxşılıq ayaq açıb gəzəndi. (1)

Yaxşılıq bilməyən adam adam sayılmaz[2356]. (28)

Yaxşılıq edən yaxşılıq görər. (1)

Yaxşılıq edəni Allah unutmaz. (71)

Yaxşılıq elə ki, başına gəlsin. (1)

Yaxşılıq elə, minnət qoyma[2357]. (1)

Yaxşılıq eləyib bir şey umursansa, etməsən yaxşıdı. (1)

Yaxşılıq eylə at dəryaya, balıq bilməsə, xaliq bilər[2358]. (2)

Yaxşılıq iki başdan olar[2359]. (2)

Yaxşılıq istəyən qabaqca behin verər[2360]. (1)

Yaxşılıq itməz. (1)

Yaxşılıq qapı açar, məhəbbət bu qapıdan içəri girər. (1)

Yaxşılıq qəribdi – tanınmaz. (1)

Yaxşılıq və doğruluq, hər ikisi birdi. (1)

Yaxşılıq yaxşılıq gətirər, yamanlıq nəyə gərəkdi? (1)

Yaxşılıq yerdə qalmaz. (1)

Yaxşılıq yolunu göstərən adam yaxşılıq edən adama bəra­bərdi. (1)

Yaxşılıqsız pislik yoxdu. (12)

Yaxşını qıraxda gəz, pis böyründədi. (9)

Yaxşının istər özünü gör, istər işini. (9)

Yaxşıya yaxşı de, yaxşılığı artsın, yamana yaxşı de, ya­man­lığı qayıtsın. (1)

Yaqın nişan kor olur, anı vuran ər olur. (75)

Yaqşı yerdə dükan açmış, Allah verə bazar ola. (83)

Yalamaxnan doymax olmaz. (9)

Yalamasan doymazsan, yamamasan geyməzsən. (14)

Yalan ayaq tutar, doğru bir yanda qalar. (1)

Yalan ayaq tutar, yeriməz[2361]. (54)

Yalan cücərər, amma bitməz. (1)

Yalan danışan yanındakını qanmaz yerinə qoyar. (1)

Yalan dildən lal dil yaxşıdı. (9)

Yalan ilə dünyanı gəzmək olar, amma qayıtmaq olmaz[2362]. (1)

Yalan ki, var doğrunun şatırıdı. (83)

Yalan olmasa doğru yeriməz[2363]. (1)

Yalan üz qaraldar[2364]. (1)

Yalançı Allahın düşmənidi. (12)

Yalançı çox and içər. (1)

Yalançı dəyirmannan başı unnu da gəlsə, heş kəs ona inan­maz. (9)

Yalançı kimdi, hər eşitdiyini danışan. (1)

Yalançı özünün düşmənidi. (1)

Yalançı şahidi uzaqda istər. (1)

Yalançıdan it yegdir. (75)

Yalançılıq kökün bərabərlıq kəsər. (75)

Yalançılıq üz qızardar[2365]. (2)

Yalançını mənzilinə kimi qovarlar. (2)

Yalançını öz evindən də qovarlar. (1)

Yalançının evi yandı, heç kim inanmadı[2366]. (2)

Yalançının ipiylə quyuya düşən quyuda qalar. (1)

Yalançının işığı yassıya qədər yanar[2367]. (83)

Yalançının mənzili olmaz. (1)

Yalançının yaddaşı olmaz[2368]. (1)

Yalançının yanında doğru yalançı olar. (18)

Yalançının yanında oturma. (45)

Yalanın axırı yoxdu. (1)

Yalanın ayaqları qısa olar. (47)

Yalanın da əndazəsi var. (1)

Yalanın dibi yaqın olur. (75)

Yalanın kökü çərəkdə. (12)

Yalanın ömrü az olar. (1)

Yalanla plov bişsə, dəniz qədər yağı məndən. (1)

Yalavac için yayda borandı. (83)

Yaldan tuta bilməyən quyruqdan heç tuta bilməz. (1)

Yalı içər yalavac, bir qarnı tox, biri ac. (18)

Yalın əlnən od götürməzdər. (18)

Yalın qatına tay axtarır. (83)

Yalqız qazıya gedən razı gəlir[2369]. (54)

Yalqız quş yuva salmaz. (1)

Yalqız yeyən süfrəsini özü yığar. (1)

Yalnız әlün avazәsi olmaz[2370]. (75)

Yalnız igit alp olmaz. (3)

Yalnız taş divar olmaz. (75)

Yalnız yatanın işi önmәz. (75)

Yalnız yerdə bögürtlən kəndüzini tağ sanur. (75)

Yalnuz dəvaçı saqalın sığar. (75)

Yalnızlıq bir Allaһa yaraşır. (75)

Yaltax it quyrux bular. (18)

Yalvarmaq ilə donuz darıdan çıxmaz[2371]. (2)

Yalvarmaqdan sözdən olduq, ağlamaqdan gözdən. (6)

Yaman adama heç nə olmaz[2372]. (1)

Yaman adamın başına daş salsan, çiyninə düşər. (1)

Yaman arvad çox danışar, danışmasa savaşar[2373]. (46)

Yaman arvad deyingən olar. (1)

Yaman arvad, yaman qonşu, yaman at - birin boşla, bi­rin­dən köç, birin sat. (83)

Yaman arvadın evi cəhənnəmdi. (1)

Yaman baş yiyəsinə donuz qırxdırar[2374]. (46)

Yaman dil başa bəladır. (55)

Yaman dirilikdən ölüm yaxşıdı[2375]. (1)

Yaman günə səbr edən yaxşı günə tez düşər[2376]. (2)

Yaman günün ömrü az olar[2377]. (28)

Yaman külahduzdan yaxşı palanduz yaxşıdı. (1)

Yaman qonşu adamı rüsvay eylər. (1)

Yaman olan arvad, ev-eşiyini qoyar gedər. (1)

Yaman olmasa, yaxşılığın qiyməti bilinməz. (1)

Yaman yeyənin olsun, yaman deyənin olmasın[2378]. (2)

Yaman yoldaş ilandan betərdi. (83)

Yamanlığa yamanlıq eləmə. (1)

Yamanlıq edibsənsə, yaxşılıq gözləmə. (12)

Yamanlıq yolları yüngül, yaxşılıq yolları ağrıdır. (67)

Yanan öz dərdinə yanar. (1)

Yanan yer gögərər. (55)

Yanan yerdən tüstü çıxar[2379]. (2)

Yanda yatdı, palçığa batdı[2380]. (55)

Yandırdığın şamı söndürmə. (1)

Yanğına körüklə getməzlər. (1)

Yanğından çıxdım, yalova düşdüm[2381]. (2)

Yanğudan qaya yıqılur. (75)

Yanığın nəyi var, yoluğa versin[2382]. (5)

Yanımdağı yanumda, qarşumdağı canımda. (75)

Yanındakı ələf uzaqdakı arpadan yaxşıdı. (1)

Yanlış hesab Bağdaddan dönәr[2383]. (75)

Yanlış da bir naxışdır[2384]. (5)

Yanmayanda yanmaz, ha yellə, ha ətəklə. (1)

Yansın çırağı, gəlsin işığı. (1)

Yanşağı cəhənnəmə atdılar, dedi: - odunun yaşdı[2385]. (1)

Yapı taşı yapıdan qalmaz. (75)

Yapmaq güçdür, yıqmaq qolaydır. (75)

Yar dərdini yar çəkər. (1)

Yar getdi, yeri qaldı[2386]. (1)

Yar qadasın yar alar. (1)

Yar mənimlə yar olsun, kol dibi diyar olsun[2387]. (1)

Yar yarı görər, ürəyi odlanar. (1)

Yar yarnan qaşqalaşdı, onun ləzzəti qaşdı[2388]. (9)

Yar yıqıldığı gün turar. (75)

Yara sağalar, yeri qalar. (1)

Yara var bağlarlar, yara var dağlarlar[2389]. (1)

Yara yetişəndə deşilər. (14)

Yaralı barmağa yağ sürt. (9)

Yaralı quşa daş atmazlar. (1)

Yaralı yatar, ac yatmaz. (12)

Yaraqsız igid, buynuzsuz qoç kimidi. (1)

Yaramaz işün sonı pəşimanlığdır. (75)

Yaramazdan eyilik gəlməz. (75)

Yarası avand olanın təbibi qabağına çıxar[2390]. (1)

Yaraşıqlının yaraşığı bəzəkinədi. (83)

Yarı gör özün danış, ev yıxar ara sözü[2391]. (2)

Yarı hənək, yarı gerçək. (83)

Yarımçıq bilməkdən, heç bilməmək yaxşıdı. (1)

Yarın qədrini yar bilər, nə bilər hər divanə. (1)

Yarın yara sovqatı, bir dəstə bulaq otu[2392]. (1)

Yarınkı yağdan bugünki öynәn yegdir. (75)

Yarıyan başdan yarıyar, kirpikdən, qaşdan yarıyar. (11)

Yas yiyəsi kiridi, yasa gələn kirimədi. (83)

Yaş ağac tez əyilər. (1)

Yaş boyun sınmaz, quru boyun ələ düşməz. (2)

Yaş kəssən, baş kəssən, quru yaşar. (1)

Yaş taxıldan taşlu taxıl yegdir. (75)

Yaşamağa uzun yol, getməyə yaxın yol. (18)

Yaşayışı pis olanın ölümü də pis olar. (12)

Yaşı eşəgün bazarında sorılur. (75)

Yaşın oduna quru da yanar[2393]. (2)

Yaşına baxma, başına bax[2394]. (1)

Yaşına yaşına, çıxdı ocaq başına[2395]. (54)

Yaşına yox, başına bax. (9)

Yat, qara öküzüm, yat, borc verən gələr, ya səni aparar, ya məni. (1)

Yat yatdığın yerdə, karvan vurmağın özünə qalsın. (9)

Yatağan aslandan gəzəyən pişik yaxşıdı. (1)

Yatağan gəlinin adı yeddi kəndə səs salar. (9)

Yatan aslan olsa da, fürsət oyağındı. (1)

Yatan daşın altına su keçməz[2396]. (83)

Yatan ilanın quyruğunu basma[2397]. (2)

Yatan iti oyatma[2398]. (2)

Yatan öküzə yem yoxdu. (1)

Yatan öküzün başına duran öküz batırar. (2)

Yatan ölməz, yetən ölər[2399]. (14)

Yatan pişiyin üstünnən siçan keçər. (9)

Yatan üyütməz, yetən üyüdər. (9)

Yatanı ilan çalmaz. (12)

Yatanın ayıqdan xəbəri olmaz. (1)

Yatanın dalıca oyax olmasın[2400]. (2)

Yatanın gözü şişər, duranın qarnı. (18)

Yatanın oyaxdan xəbəri olmaz[2401]. (81)

Yatanın payını yeyəllər. (9)

Yatma tülkü kölgəsində, qoy yesin aslan səni[2402]. (2)

Yatmağa qaya kölgəsi, əgər ki, marı olmasa... (1)

Yatmağına baxanda gördüyü yuxuya min şükür. (34)

Yatmaqnan deyil, yetməknəndi. (14)

Yatmışı yatmış oyada bilməz. (1)

Yava at saxlayanın bir təknə əppəyi gərək. (9)

Yava itin yava da küçüyü olar[2403]. (1)

Yavan ətin şorbası olmaz. (1)

Yavaş bilәgü sarb olur. (75)

Yavaş eşşəyi cüt-cüt minəllər. (9)

Yavaş gedən çox gedər[2404]. (2)

Yavaş gedən yorulmaz[2405]. (44)

Yavaş sənətkardan yeyin dilənçi yaxşıdır. (55)

Yavuq bürcin yaradan udar. (75)

Yavuq yolduğı saqal bitmәz. (75)

Yavuqladuğun nəsnəyi qonşun tanası kibi arama. (75)

Yavuz baş issinә tonuz kütdürür. (75)

Yavuz gün eyü olur, yavuz adam eyü olmaz. (75)

Yavuz olan at әt tutmaz. (75)

Yavuz qadı yarı buyurur. (75)

Yavuz qardaş yağıdan assıdır. (75)

Yavuza bәla әskik deyildir. (75)

Yay aparan, çay aparan. (18)

Yay əkinçi, qış dilənçi. (5)

Yay gününün yağışı, qış gününün yavanlığıdı. (1)

Yay gününün yağışı, ər-arvadın savaşı[2406]. (83)

Yay işini qışda gör, qış işini yayda. (1)







Date: 2016-05-25; view: 409; Нарушение авторских прав



mydocx.ru - 2015-2024 year. (0.098 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию