Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 27 page





Şor yeyən adam bulağa tez-tez gedər. (12)

Şorbanın imanı ətdür. (75)

Şorbanın sıyıqlığı düyünün azlığındandı. (83)

Şöhrətə uyan çörəksiz qalar, çörəyə xəyanət edən köy­nək­siz. (80)

Şum xəbəri yalquya buraxmaq gərək. (49)

Şunun ki gözi aya ögrənmişdir, yıldıza nə tanı vardır? (75)

Şux tərlan yerinə cürə bağlanıb. (83)

Şükür nemət arturur. (49)

Şüurlu uşaq hər işdə məlum olar[2179]. (2)

Şüurru uşax qırx günnükdən manşırdı. (9)

T

Tabanı giciyən köpək yolçıya uyar. (75)

Tabutun özgə çignində görməyən ölümünə inanmaz. (49)

Tağ füzulluq etdügiçün başından tufan əksik degil. (75)

Tağ ilə erişən tavardan çıqar. (75)

Tağ nə qədər yuca isə, üzərindən yol aşar. (75)

Tağarın qırağını süpürəllər, çanağın yox. (18)

Tale insanla oynayır. (1)

Taleyi yar olanın yar sarar yarasını. (1)

Talib olan tapar. (49)

Tama olmasa, olmazdı tamu. (75)

Tamah ağacınun barı xarlıqdur. (49)

Tamah yüzdü, doxsan doqquzu mollada, biri camaatda, ona da molla deyər: -Şərikəm! (1)

Tamahgirrix insanın düşmənidi. (18)

Tamahkar dünyada olduqca önməz. (75)

Tamahkar öz nəfsinin quludu. (1)

Tamahkarı yalançı aldadar[2180]. (83)

Tamahkarın gözü kor olar[2181]. (62)

Tamahkarın gözünü torpaq doldurar[2182]. (1)

Tamahkarın imanı olmaz. (14)

Tamahkarlıq başa bəladı. (1)

Tamarzıdan al, dadamala ver[2183]. (2)

Tanaludan yoğurd saqınma. (75)

Tanayı bökələk tutsa, öküzi dögmək gərək. (75)

Tanıdığın şeytan tanımadığın adamdan yaxşıdı” (3)

Tanımadığın adamı evinə buraxma[2184]. (1)

Tanımadığın adamnan zarafat eləmə. (12)

Tanınmaq afətdür. (49)

Tanış, tanış, amma bildügin işlə. (75)

Tanışacağun yoğ isə börkün yanına qo. (75)

Tanışıqlu tağ aşar. (75)

Tanişməndlər ğulamı bara olur. (75)

Tanişməndsiz el bıçaqsız çoban kibidir. (75)

Tanrı ac edəni bəndə doyura bilməz. (49)

Tanrı bilir, kim qazanıb kim yeyə. (55)

Tanrı bilir, günahkar kimdi. (1)

Tanrı bilir, eşşəyə buynuz verməz[2185]. (54)

Tanrı bir yandan bağlasa, bir yandan açar[2186]. (54)

Tanrı bir, iş iki. (75)

Tanrı böyük, altı gen. (1)

Tanrı dərgahında adamun adamı gərək. (49)

Tanrı qağrıyanı peyğəmbər əsa ilən dökər. (50)

Tanrı qoruyanı qurd yeməz. (1)

Tanrı nişan urduğı quldan qorqmaq gərək. (75)

Tanrı təqdirin bəndə poza bilməz. (49)

Tanrı verən dövləti bəndə ala bilməz[2187]. (50)

Tanrı vuran ağacın səsi çıxmaz. (1)

Tanrı yeddi yaşara verdükini, yetmiş yaşara verməyüpdür. (50)

Tanrıdan gəlməsə, bəndədən nə gələr? (1)

Tanrının birliginə yoxdur güman.(3)

Tanrının günü bir çuval darıdan çoqdu. (83)

Tanrının sabahı qurtarmaz. (1)

Tanrının təqdirini bəndə poza bilməz. (1)

Tanrısın tanımayandan nə umursan?! (1)


Tanrıyı göz ilə görmüş kimsə yoq, əqllə bulurlar. (75)

Tapan tapanın olsa naxırçı bir bəy olar[2188]. (2)

Tapanda ye, tapmayanda ac qal. (1)

Tapdanmış yerdə ot bitməz. (12)

Tapılan tapanın olsa, qoyun çobanın olar. (1)

Taqqıltısını eşidirəm, üzünü görmürəm. (14)

Tar çalan simi gözlər. (1)

Taraqsız saqal olmaz. (75)

Tarı mənəm, yağmaram[2189]. (83)

Tarlada izi olmayanın süfrədə üzü olmaz. (1)

Tarlasında darısı yox, damında qarı. (1)

Tas düşdi, yastulandı. (49)

Tas ki, girdi başa, bil ki, hamam vaxtıdı. (1)

Tas sınsa yegdür, səsi çıxınca. (49)

Tasa kişiyə xeyr etməz. (75)

Taş qopduq yerdə ağır olur. (75)

Tat ata mindi, şakərisin unutdı. (49)

Tat ata mindi, Tanrısını tanımadı[2190]. (83)

Tat ildə bir pud qurd yeyər, tərəkəmə ildə bir pud tük. (16)

Tatın dovğası, tərəkəmənin lovğası. (16)

Tatın gəlişi, kürdün görüşü[2191]. (50)

Tatın on iki uşağı olar, tərəkəmənin on iki dəvəsi. (16)

Tatın öküzü kök olar, özü arıq. (16)

Tatlu suyi kim içməz. (75)

Tatlu yeyəyin dersən, dəgirməndə yayı gör. (75)

Tatluyı tatlu söylə. (75)

Tava dəlik, tas dəlik, boş da qoydu üstəlik. (1)

Tava dəlik, yağ tutmaz, taxta çürük, mıx tutmaz. (1)

Tava dəlik, tas dəlik bu da gəldi üstəlik. (55)

Tavar ilə issi arasına girə gör, sonı qolay olur. (75)

Tavar qalba əksik degil. (75)

Tavşan tutan it dişin göstərməz. (75)

Tavşanın qaçışına baqdum da, ətindən igrəndim. (75)

Tavuğun döşü, balığın başı. (83)

Tavus bəzənər, qaqqıldar, əyilib ayaqlarına baxanda susta­lar, oturar. (1)

Taxça tapanda boğça tapmıram, boğça tapanda taxça tap­mıram. (79)

Taxçadakı qarnımda, boxçadakı əynimdə[2192]. (1)

Taxt mənimdi, özüm bilərəm, altında yataram, üstündə yataram, özüm bilərəm. (1)

Taxt yaratmaq olar, bəxt yaratmaq olmaz[2193]. (1)

Taxta nazikdi, mismar götürməz[2194]. (2)

Taxtanı rəndə hamarlar, bəndəni bəndə. (1)

Taxtına nə baxırsan, baxtına bax. (1)

Tavul üni iraqdan xoşdur. (75)

Tayamasun bilməzsən. (83)

Tayını bil, tuşunu tanı[2195]. (55)

Taylı tayın tapmasa, günü ah-vay ilə keçər[2196]. (44)


Taz mazlayan taza uğrar. (75)

Tazını xaltası ilə tanıyarlar. (1)

Tazının heyzliyidi, dovşan tayada balalayır[2197]. (2)

Tazının iyəsi var isə, dovşanun da Tanrısı var[2198]. (49)

Tazının topal olduğu dovşanın qulağına yetişib. (1)

Tazısız ova gedən evə dovşansız qayıdar. (1)

Tazıya “dut” deyir, “dovşana qaç[2199]!” (83)

Taziylə tavışanın nə oyunı vardır. (75)

Tehrannan Yevlaxda dolananmıyan heş yerdə dolanam­maz. (18)

Tez duranla tez evlənən uduzmaz. (33)

Tez aşina tez kəsilən olur. (49)

Tez bitər, tez yetər. (1)

Tez çörək yeyənnən, tez evlənən peşman olmaz[2200]. (46)

Tez dövlət başa getməz. (49)

Tez ələ gələn tez də ayağa düşər. (1)

Tez parıldayan tez də sönər. (1)

Tez qaçan tez yorular. (1)

Tez tündləşən, tez də yumşalar. (1)

Tez yeriyən tez yıxılar. (50)

Tez yuxudan duran, tez ocax qalıyan, tez öylənən peşman olmaz. (18)

Tezdən yandıran ocağın külü çox olar. (36)

Təbibin səhəri mənfəətli olur. (58)

Tək ağacdan bağ olmaz. (1)

Tək ağacı külək tez yıxar. (12)

Tək Allahın adıdı. (12)

Tək ayranın olsun, sinək Bağdaddan gəlür qonar. (75)

Tək daşdan divar olmaz. (1)

Tək duran təknəsilə qalar. (1)

Tək əl ilə düyün düyünlənməz[2201]. (1)

Tək gəldi, səbr eylə, cüt gəldi, xeyirdi[2202]. (1)

Tək gəzən dananı qurd yeyər. (1)

Tək xoruzdu, əlli yerdə hini var. (1)

Tək qoyundan sürü olmaz[2203]. (1)

Tək odun ojaxda da yammaz, qoşa odun çöldə də söm­məz[2204]. (18)

Təkə sürüyə böyük olmazdı, qoyunlar qoyun olsaydı. (1)

Təkəbbür tarcuq olmaz. (49)

Təkəbbürlük eyləyəni Tanrı sevməz. (3)

Təkədən çovan olmaz. (12)

Təkədən qoç olmaz, paxıldan ağa! [2205] (39)

Təkədən pendir tutmaq olmaz. (1)

Təkərin başı-ayağı yoxdu. (1)

Təkəyə dedilər: - Buynuzların niyə haçadı? Dedi: -Ara­sın­da iş var! (1)


Təki ayranım olsun, qab tapılmasın. (16)

Təki bağın olsun, bar özü gələjək. (12)

Təki çalan olsun, oynayan tapılar. (1)

Təkkədən murad təknədir. (75)

Təkləməsən - döyməzsən. (1)

Təklik Allaha yaraşar. (1)

Təknədən əppək qurtardı, vay qaranın halına. (14)

Təkrar biliyin anasıdı. (1)

Tələb yüzi savuq olur. (49)

Tələsən bir yerinə iki verər. (1)

Tələsən gecəyə düşər. (1)

Tələsən köpək süpürülmüş yerə batırar[2206]. (2)

Tələsən təndirə düşər. (83)

Tələsən yolda qalar. (1)

Tələsənin kündəsi küt gedər. (1)

Tələsiyən peşimanluq çəkər. (49)

Tələsip dünyaya gələn vaxtsız dünyadan gedər. (18)

Tələsmək şeytandandur[2207]. (49)

Təmiz hava girməyən evə həkim girər. (1)

Tənbəl adam bədbəxt olar. (61)

Tənbəl arvad suyu dağıdar, deyər: -Aydınlıqdı! [2208] (1)

Tənbəl badam istər, sındırmağının zəhmətindən qaçar. (1)

Tənbəl bir işi iki dəfə görər. (12)

Tənbəl çörəksiz qalar. (12)

Tənbəl dağda qar gördü, yorğanına büründü. (1)

Tənbəl deyər: - Ver yeyim, ört yatım, gözlə canım çıx­masın! (1)

Tənbəl dilənçinin qardaşıdı. (1)

Tənbəl həmişə «xəstəyəm» deyər. (1)

Tənbəl kimsəni Tanrı sevməz. (51)

Tənbəl öküzün “hoha” canınnandı. (35a)

Tənbəl yatağan olar. (1)

Tənbəldən cəmiyyətə xeyir olmaz. (1)

Tənbələ həftənin hər günü cümədi. (1)

Tənbələ iş buyur, sənə ağıl ögrətsin[2209]. (2)

Tənbəlin işi bitməz. (12)

Tənbəllik azar törədər, işləmək canı safa çıxardar[2210]. (28)

Tənbəllik sağalmaz xəstəlikdi. (12)

Təndir çörəyi şirin olar. (12)

Təndür qızğın ikən çörəgi yapmaq gərək. (49)

Təni təndən ayırmaq olur, könli könüldən ayırmaq olmaz. (49)

Təpə dağı bəyəmməz. (18)

Təpədə oturuf dənizdən balıx istiyir. (9)

Təpələrcən ərim olsa, dağlarcan hökm elərəm[2211]. (46)

Təpəri var, hünəri yox. (1)

Təpəsini gün yandırdı, ayağını çarıq dağıtdı. (1)

Təpik döyüşündə oynar, təpik altında ölər. (1)

Təqdir ilə yazılan tədbir ilə pozulmaz. (1)

Təqdir təğəyyür tapmaz. (49)

Təqdirə tədbir olmaz[2212]. (49)

Təqsir öldürəndə yox, öləndə olar[2213]. (1)

Təqsiri bağışlamaq qüdrətin bəzəyidi[2214]. (1)

Təqsirim olsa, boynum tükdən nazikdi. (1)

Tərəkəmə alaşanı külaşa qoşar. (16)

Tərəkəmə arvadı cırığı elə düyünləyər – yamaqdan artıq, qabı elə yalar – yumaqdan artıq. (16)

Tərəkəmə arvadı yas yerində yetim quzularım deyib ağlar. (16)

Tərəkəmə bir yerə gedəndə atı itə tapşırar. (16)

Tərəkəmə çomağı başa bərk vurar, daşa yavaş. (16)

Tərəkəmə haram yeməz. (16)

Tərəkəmə köpəyi qonağa quyruq bulamaz. (16)

Tərəkəmə nökərə bir verər, itə iki. (16)

Tərəkəmə öz obasını Bağdaddan böyük bilər. (16)

Tərəkəmə özünü Koroğlu bilər, eşşəyini Qırat. (16)

Tərəkəmə pendirində qurdu görməz. (16)

Tərəkəmə tazını gördü dedi: “Yiyəsi ac saxlayıb“. (16)

Tərəkəmə toy bilməz, loy bilməz; daş bilər, baş bilər. (16)

Tərəkəmə yaxşılıq bilən olsa, gərək heyvan kəsməyə. (16)

Tərəkəmə yaylaqda adam tanımaz. (16)

Tərəkəmə yeddi oğula dedi: “Yoxdu“, bir qıza dedi: “Çox­du“. (16)

Tərəkəmədə oğru da çoxdur, doğru da. (16)

Tərəkəmədən qız almaq asan, quzu almaq çətindir. (16)

Tərəkəmənin atasını döy, atını döymə. (16)

Tərəkəmənin atı öldü, dedi: “Atam ölseydi, belə ağrımaz­dım“. (16)

Tərəkəmənin çobanı – qamışlığın qabanı. (16)

Tərəkəmənin dostu it, düşmanı qurd olar. (16)

Tərəkəmənin gəlişi, tatın görüşü. (83)

Tərəkəmənin gərək pişiyi də doğar ola. (16)

Tərəkəmənin özünü öyməyi də var, söyməyi də. (16)

Tərəkəmənin qoyun-quzuycan oğlu-qızı olmasa, razı ol­maz. (16)

Tərəkəmənin sözü - yulğunun gözü. (16)

Tərəzi çəkənin yüzdə biri cənnətə gedər. (14)

Tərəzidə qalan boyun əti döyüləm. (18)

Tərəzünün başı ağır tərəfə meyl eylər. (49)

Tərifli söz kifli olar. (12)

Tərlan yerində çəçələ-çərkəz əyləşib. (1)

Tərlan yerini sar tutmaz[2215]. (2)

Tərziyə köç demişlər, sındusın belinə soqmuş, arşının əlinə almış. (75)

Təsəlli insan ömrünün çırağıdı. (12)

Təvvəkkül rahatluqdur. (49)

Təvazökar olmadan müdrik olmaq olmaz. (40a)

Təzə ay çıxanda köhnə ayı doğrayıb ulduz qayırarlar. (1)

Təzə bardağın suyu sərin olar. (14)

Təzə bardaq, təzə su. (1)

Təzə bəydən köhnə bəyə bir xələt. (1)

Təzə çıxan daylaqlar, çuluna görə oynaqlar. (1)

Təzə evə köçəndə, köhnə evin ocağından kül götürərlər. (1)

Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən. (1)

Təzə kuzə suyu sərin saxlar[2216]. (2)

Təzə süpürgə gələndə, köhnə süpürgəni dama atarlar. (1)

Təzəcə çıxıb təndirdən, minnəti yox pendirdən[2217]. (83)

Təzək yığan əlləri ipək gördü dolaşdı[2218]. (54)

Tısbağa özü yeriyə bilməz, damını dalına götürər[2219]. (5)

Tısbağa qınından çıxdı da, qınını bəgənmədi[2220]. (83)

Tısbağanı ya öldürün, ya arxası üstə çevirin[2221]. (28)

Tısbağaya xalası, hər kəsə öz balası[2222]. (28)

Ticarət dostluq körpüsüdü. (1)

Ticarətin əsası – insaf, sonrası da insafdı. (1)

Tikan əkən gül dərməz[2223]. (58)

Tikan olub ayağa batınca gül ol yaxaya sancıl[2224]. (73)

Tikana qarşu neçün axsarsan. (49)

Tikə ağızdan ətəgə düşər. (49)

Tikə ilə dost olan, illər ilə küsülü qalar[2225]. (5)

Tikə qarın doyurmaz, məhəbbət artırır[2226]. (49)

Tikə tikəyə borcdu. (1)

Tikəni qaytarmazlar. (1)

Tikəpərəstdən daima adama azar gələr. (22)

Tikəsin yalquz yeyən, tayın dişi ilən dutar. (49)

Tikili don gen olar. (1)

Tikmək ərlikdir. (49)

Tikmək güc aparır, yıxmaq asandı. (1)

Tilkinin һər bildügi axır dərilür, başına gəlür. (75)

Tirmənün nə köhnə, nə təzəsi. (49)

Toğana ət əksik olmaz. (75)

Toğmadıq oğlana ad qoma. (75)

Toğmaqdan qalmayan ölməkdən qalmaz. (75)

Toğrayana köymək yoq, yeyənə rəһmət yoq. (75)

Toğrılıq iki caһana yarar. (75)

Toğru derlər: “İttifaq etsə kişi aləmi dutar”. (75)

Toğru gələn tolaşmaz. (75)

Toğru olan һər kişiyi toğru sanar. (75)

Toğru söyləyəni toquz para şərdən qovmuşlar. (75)

Toğru tutulmayınca əgri bulunmaz. (75)

Toğrudan gedən gec gəlür, tolamçadan tez gəlür. (75)

Toğrunun andı təsbeh yerinə keçər. (75)

Toğruya Allaһ yardımçı[2227]. (75)

Tox elə bilir ki, heç acmaz, ac elə bilər ki, heç doymaz[2228]. (1)

Tox gedər, ac qayıdar. (1)

Tox ikən yeyən qəbrin dişlə qazar[2229]. (28)

Tox it ac bəkdən yaxşıdı[2230]. (83)

Tox nə bilir, ac nə çəkir?! (1)

Tox toxluxdan olar, üz-göz yoxluxdan olar. (13)

Tox toyuğu ilə, ac soyuğu ilə. (1)

Toxum at, toxum götür. (1)

Toxum götür, yer axtar[2231]. (44)

Toxumu gətir, xirməni axtar. (83)

Toxun acdan nə xəbəri[2232]. (2)

Toxun imanı olmaz, acın gümanı. (13)

Tonuz gördügin çalar. (75)

Tonuz qurbana yaramaz. (75)

Tonuz tobalaq yeməgə tövbə etməz. (75)

Tonuza çələbi demə, çalıyı tolaş. (75)

Tonuzdan bir qıl çəkmək assıdır[2233]. (75)

Tonuzdan oq tartınma. (75)

Top yoqdan torlaq yegdir. (75)

Topal ayağa daş dəyər. (55)

Topal eşşəklə karvana qoşulma. (1)

Topal ilə gəzən axsamaq öyrənər. (1)

Toq ağırlamaq güc olur. (75)

Toq su içicək yenə aç olur. (75)

Toqla yemək һaramdır. (75)

Toqun öninə aş qosan, bin dürlü bəһanə bular. (75)

Toquz bacanaq bir xorus əyərləyüməmiş. (75)

Toquz qaftan bir kürk, toquz şərlü bir türk. (75)

Toquz qurda key eşək. (75)

Tora düşən səbr eyləməsə özünü fəlakətə salar. (1)

Tordan ürkən quş dən ilən yuvaşmaz. (49)

Torpağa dən atmasan, götürməzsən. (12)

Torpağa hamı borcludu. (12)

Toprağa xor baxsan, o sənə kor baxar. (39a)

Torpağa pis deməzlər. (12)

Torpağı bir yerdən götürülüb. (1)

Torpağı daşdı yerdən, qızı qardaşdı yerdən. (14)

Torpağı ələ, toxumu çilə. (18)

Torpağı qorumursansa, əkmə. (12)

Torpağın qarası üz ağardar. (1)

Torpağın sahibi insandı. (12)

Torpağın sirrini əli torpaqda olandan sor. (1)

Torpax öz varını çölə verər. (9)

Torpaq çiçək də bitirər, zəhər də. (12)

Torpaq deyər: -Öldür məni, dirildim səni! (1)

Torpaq deyər: -Sən mənə tər ver, mən sənə zər verim! (1)

Torpaq ovuclayan qızıl ovuclayar. (1)

Torpaq qızıl quşdu, əldən buraxdın, uçar gedər. (1)

Torpaqdan pay olmaz. (12)

Torpaqnan oynayan ac qalmaz. (1)

Tosbağa qınından çıxdı, daha qınını bəyənmədi. (2)

Tovuq qaz yerişi yerisə, çiçingi çatdar[2234]. (83)

Tovus quşunu tükünə görə kəsərlər. (1)

Toy bəzəyi gəlindi. (1)

Toy borcu ilə ev almaq olmaz. (1)

Toy da olsa toyuğun vayıdı, vay da olsa toyuğun vayıdı[2235]. (1)

Toy gedər, tövlə qalar. (14)

Toy gününü qoyub vay gününü oynayır[2236]. (1)

Toy mənim gərək, xeyrat babamın[2237]. (77)

Toya getməsən eyib etməz, yasa getmək vacibdi. (1)

Toyanı dört kişi götürər. (75)

Toydan sonra hənanı itə yaxarlar[2238]. (77)

Toydan toy törər. (83)

Toysuz ev tapılar, vaysız ev tapılmaz. (1)

Toyuğu bir xalvar buğdanın içinə salsan, yenə eşələnmə­yindən qalmaz. (1)

Toyuğun başı kəsiləndə də gözü eşənəkdə olar[2239]. (55)

Toyuğun cəriməsi bir yumurtadı[2240]. (1)

Toyuğun uçuşu zibilliyə qədər olar. (14)

Toyux hininə dadanan tülkünün dərisi boğazınnan çıxar. (18)

Toyux yumurtduyanda ayıbsız, xoruz yumurtduyanda də­və­də buynuz. (18)

Toyuq anasından süd görməyib. (83)

Toyuq banlamasının düşər-düşməzi var. (1)

Toyuq bir su içir, bir də Allaha baxır[2241]. (44)

Toyuq bir yumurtlasa xəbəri yüz evə çatar, camış doğsa –səsi çıxmaz[2242]. (1)

Toyuq eşələnib, özünə bıçaq qazanar. (14)

Toyuq ki, yumurta üstə oturdu, ona bıçaq yoxdu. (1)

Toyuq yumurtasına görə qaqqıldar. (1)

Toyun yaraşığı oynamaq, təziyəninki ağlamaqdı[2243]. (44)

Toz ayrı, duman ayrı. (1)

Tök ortaya xəngəli, artsın onun əngəli. (14)

Tökmə sudan bulağ olmaz, qoyma ağıldan ağıl. (9)

Tökülən çanaq daha dolmaz[2244]. (2)

Törüyən dana quyruğunnan bəllidi. (18)

Tövbə – toxluqdan, qovğa aclıqdan. (1)

Tövbə – toxluqdan, üz-göz yoxluqdan. (14)

Tövbəsi töyləyəcəndi. (1)

Tövləyə buraxmırlar ki, quşqun oğrayar. (1)

Tula itdən murdardı. (1)

Tulanın quyruğunu kəsməklə köpək olmaz[2245]. (1)

Tulanun əbləhi oldur ki, dutduğun qoya, qaçana yügürə. (50)







Date: 2016-05-25; view: 414; Нарушение авторских прав



mydocx.ru - 2015-2024 year. (0.094 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию