Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 30 page





Yay kasıbın həm atasıdı, həm də anası[2407]. (1)

Yayanın atı ətməkdir. (75)

Yayanın gögdə yıldızı yoqdur. (75)

Yayda ayran tapmayan qışda yorğan tapmaz. (1)

Yayda başı bişənin, qışda aşı bişər. (12)

Yayda hər divarın dibi evdi. (1)

Yayda ilan görən qışda sıcımdan qorxar[2408]. (36)

Yayda işləyən, qışda dişlər. (1)

Yayda kölgədə yatan qışda qar üstə yatar. (1)

Yayda səfərə çıxanda kürk götür. (1)

Yayda yatan qışda dilənçilik eylər. (1)

Yayda yapınçını götür, qışda özün bilərsən. (17)

Yayı çox çəkmə, qırılar. (1)

Yayın öz sözü var, qışın öz sözü. (1)

Yaylağın dağı sağ olsun, qarlı da olur qarsız da, igidin başı sağ olsun varlı da olur, varsız da[2409]. (37)

Yaylaq yolunun yoxuşu varsa, enişi də var. (16)

Yaz bitirir, yay yetirir, payız gətirir, qış itirir. (1)

Yaz əkinçi, qış dilənçi[2410]. (2)

Yaz gətirər, qış aparar. (1)

Yaz günü kölgədə yatanın qış günü çörəyi qapılardan gələr. (39a)

Yaz günündə tərləməyən qış günündə titrəyər. (1)

Yaz günündə yola çıxsan, qış gününü gözünün qabağına al. (1)

Yaz inəksizin, qış inəklinin halına. (9)

Yaz kasıbın yorğan-döşəyidi. (1)

Yaz qışından bəlli edər, qız qardaşından[2411]! (2)

Yaz souğı yancığ ətidür. (75)

Yaz üyündüsi qışa qatıqdır[2412]. (75)

Yaz var, qış var, nə tələsik iş var[2413]. (1)

Yaz yağışı tez keçər. (1)

Yaz yağışından, analıq qarğışından bəllidi. (40)

Yaza çıxartdıq dananı, bəyənməz oldu ananı. (1)

Yaza qarşı yağırdan saqın, qışa qarşı arıqdan saqın. (75)

Yazan əl boş qalmaz. (54)

Yazana baxma, yazdığına bax. (1)

Yazda arpa yeyən at, qışda ətini tökməz. (1)

Yazda buza yerikləyən, qışda göbələyə yeriklər. (1)

Yazda çalan, qışda oynar. (1)

Yazda işləməyənin qışı sərt gələr. (1)

Yazda oynayar, gülər, qışda acından ölər. (1)

Yazıdan qaçmaq olmaz[2414]. (1)

Yazılan pozulmaz. (1)

Yazılmayan kitabı vərəqləməzlər. (1)

Yazılmış da, yuyulmuş yoq. (75)

Yazın hərəkəti, payızın bərəkəti. (1)

Yazın kölgә bәklәyәnin qışın unı qar olur. (75)

Yazıq o adama ki, yaxşılıq etmir[2415]. (70)

Yeddi fərsiz oğuldan bir fərli qız yaxşıdı[2416]. (46)

Yeddi kərrə һәcc edәnin hacı qoltuğundan çıqmışdır. (75)

Yeddisində «Gülüstan»ı oxuyan, yetmişində başa düşər. (1)

Yeddisində nə idisə, yetmişində də odu. (1)

Yeddisində oxumayan yetmişində başa düşər. (55)

Yedi dəfə ölç, bir dəfə biç. (83)

Yedin tut, yegin tut. (75)

Yediyin özün üçün qalsın, gördüyündən danış. (1)

Yedәgün yoğ isә, tәklәtün də mi yoq? (75)

Yegin at özünə qamçı vurdurmaz. (29)


Yekə başın faydası yoxdu, içində beyin gərək[2417]. (44)

Yel aparan yelinki, yerdə qalan mənimki. (1)

Yel əsəndə yellənər, yol görəndə yollanar. (1)

Yel ilə gələn sel ilə gedər. (1)

Yel mərəyə deyir: ağzını aç, sənə saman gətimişəm. (9)

Yel qayadan nə aparar[2418]. (28)

Yel üfürdü, su köpürdü. (1)

Yel vurur, çalır, yengələr oynayır. (1)

Yel yelpәrüp keçәr. (75)

Yel әsmәyincә çöp dәprәnmәz. (75)

Yeli tutmaq olmaz[2419]. (28)

Yelә qarşu tükürmә ki, yenә surәtinә gәlür[2420]. (75)

Yeməgin qulu işləməyin xəstəsi[2421]. (28)

Yemək adamı iki eləməz, yekə eliyər[2422]. (9)

Yeməkdənsə ümidli olmaq yeydi[2423]. (2)

Yeməklə doymayan, yalamaqla doyacaqsan? [2424] (1)

Yeməknən dost olan illərnən düşman olar. (9)

Yeməyən qurd barama sarımaz. (10)

Yeməyənin malını yeyərlər, ölüsünü də söyərlər. (1)

Yeməyin dadı duzdadı, dünyanın dadı gözdə. (1)

Yeməyin qulu, işləməyin xəstəsi[2425]. (29)

Yeməyini yalnız yeyən yükünü özü qaldırar. (1)

Yemiş vaxtı xırçının qulaqları kar olar. (1)

Yemişin eyüsin tonuz yer. (75)

Yemişini yi, ağacını sorma. (75)

Yemsiz torbaya at gəlməz. (1)

Yemişənin yaxşısını meşədə çaqqal yeyər. (54)

Yemәk əli uzun olur. (75)

Yemәyәn nәsnә ölür. (75)

Yengəm ölüb, yeri mənə qalıb. (83)

Yenilə bay olan salam almaz. (75)

Yenilə evlənənin gündə buçuğı hammama gedər. (75)

Yenilәn oyuna toymaz. (75)

Yenmədik aşa dua qılınmaz. (75)

Yer bərk olanda, öküz öküzdən görər. (18)

Yer doydu, el doydu. (18)

Yer gedügin yel bilür. (75)

Yer oturan kişi ilə şərəflənər. (1)

Yer oturanındı, söz götürənin. (12)

Yer qatı, göy irağ[2426]. (5)

Yer qolayın yerlü bilür. (75)

Yer var, danışarlar, yer var sözü udarlar. (1)

Yerdə yatan yumurta, göydə uçan quş olar[2427]. (1)

Yerdәki yüzi kimsә basmaz. (75)

Yerə düşməklə gövhər qiymətdən düşməz. (1)

Yerimiyən ayağa daş dəyməz. (9)

Yerin alçağın su bilür. (75)

Yerini bilmiyən yersiz qalar. (9)


Yerindən qara ağarmaz, yalama dodaq sağalmaz. (41)

Yeriyən at yemini özü artırar. (1)

Yeriyif oturmax, qaçıf yıxılmaxdan yaxşıdı. (9)

Yersiz gəldi, yerli qaç[2428]. (1)

Yersiz gülməyin axırı ağlamaqdı. (12)

Yeruva gəldi kalış, axvay yerə çalış, yeruva gəldi çayır, dur çardağı qayır. (18)

Yerü gög götürməz anı ki, insan götürər. (75)

Yerün dә qulağı vardır[2429]. (75)

Yetənə yetir, yetməyənə daş atır[2430]. (1)

Yetim ağlağan olar. (1)

Yetim dirilər, yamanlıq Əzrayıla qalar. (22)

Yetim kimə zərər verərsən? – Mənə çörək verənə[2431]. (46)

Yetim malı oddan yaman yandırar. (1)

Yetim qızın daşı ağır olar, ögey ananın sözü. (18)

Yetim yarımaz, yarısa da qarımaz[2432]. (83)

Yetim yerə baxar, ürək yaxar. (1)

Yetimə öyüd verən çox olar, amma çörək verən az olar[2433]. (2)

Yetimi doydur, nə olacağını düşünmə. (1)

Yetimi nə dög, nə sög, başına vur, çörəgin al əlindən[2434]. (44)

Yetimin ağzı aşa yetəndə başı daşa dəyər[2435]. (2)

Yetimin hamamda anası çox olar. (1)

Yetimin yetməsin, kol dibində bitməsin. (18)

Yetişmiş alma budaxda durmaz[2436]. (9)

Yetkin armuda daş atallar. (9)

Yetmişində zurnaçılıq öyrənən axirətdə çalar[2437]. (37)

Yeyən bilməz, doğrayan bilər[2438]. (2)

Yeyən içər, qonan köçər. (75)

Yeyən qurtardı, yalayan qurtarmadı[2439]. (1)

Yeyəndə çeynə, danışanda fikirləş. (1)

Yeyər doymaz, yatar durmaz. (9)

Yeyərsən qaz ətini, görərsən ləzzətini[2440]. (5)

Yeyərsən qüvvətin artar, verərsən hörmətin. (1)

Yeyəsini sevən itinə çörək doğrar. (83)

Yeyəsinin yanında pişik də it basar. (83)

Yeyici için Allah yetirər. (83)

Yeyilən maldı, qalan qəmdi. (83)

Yeyiləni yeyilir, qonağım küsülü gedir[2441]. (1)

Yeyin at özünə qamçı vurdurmaz[2442]. (2)


Yeyin gedən yol kəsməz. (1)

Yeyin yeriyirəm, "dəli" deyillər, asda yeriyirəm, "ölü" deyillər[2443]. (9)

Yeyәnədәk söһbәtin dadı olmaz. (75)

Yeznən yaxşı çıxsa, bir oğlun artdı, yeznən pis çıxdısa, qızın da dartdı. (11)

Yəəsiz it sərçədən qorxar. (18)

Yəəsiz itə daş atallar. (18)

Yəhər ata yük olmaz. (1)

Yəhər atın belində həmişə qalmaz. (1)

Yəhər gah atın belində gəzər, gah at yiyəsinin. (1)

Yığıf yemiyənnən, bilif demiyən havayı zəhmət çəkər. (9)

Yığıntı daşdan qalaq olmaz. (26)

Yığma dən üçün xırman açılmaz. (1)

Yıxarsız yıxılmışuuzda oturarsız, tikərsiz tikilmişuuzda oturarsız. (18)

Yıxılan yıxılana yoldaş olar. (1)

Yıxılana balta çalan çox olar[2444]. (54)

Yıxılana xəncər qaldırmaq namərdlikdi. (1)

Yıxılana gülməzdər. (9)

Yıxılanın dostu olmaz. (1)

Yıxılmasa dikəlməz[2445]. (55)

Yıxmasan, nallıya bilməzsən. (9)

Yılan kendü egrisin bilməs, tevəyə boynın egri ter. (3)

Yılan nә dәnlü әgri bögri yürürsә, ini qapusına gәlicәk toğrulur. (75)

Yılanı birәgü әlilә tut. (75)

Yılanın ayağını, qarışqanın gözünü, mollanın çörəgini hiç kim görməyib. (83)

Yılanın öcin kәrtәnkәlәdәn alma. (75)

Yılanın sevmәdigi yarbuzdur, ol dәxi ini qapusında bitәr[2446]. (75)

Yıqılan yıqılanı sevәr. (75)

Yırtıcı aslan zülmkar şahdan yaxşıdı. (1)

Yırtıcı quşun ətin yeməzlər. (1)

Yırtıcı quşun ömrü az olar[2447]. (14)

Yırtılmışca qarın olmasaydı, qurul-qurul pul qazanardım. (83)

Yırtıq böyük, yamaq kiçik. (1)

Yidim yandıranı, işdim söndürəni. (18)

Yigidin yorğunluğı qarnı toyuncadır. (75)

Yigidüm sağ olsun, bulunmayan qız olsun. (75)

Yigidün bəxtindən qocaların fikri yegdir. (75)

Yigidün rizqi yenindәdür, salar avçına gәtürәr. (75)

Yigit başından dövlәt, tağ başından tuman irağ degildir. (75)

Yigit belin yoquş üzәr, yoquş belin qoca üzәr. (75)

Yigit necә yürürsә, yaraşır, yigit nә geyәrsә, yaraşır. (75)

Yigit ögsüz olmaz. (75)

Yigit övrәti çirkin gәrәk. (75)

Yigit turduğu evә bunalmaz. (75)

Yigit, qız qiymәtlü gәrәk; qız, altun qiymәtlü gәrәk. (75)

Yigitlik eşәk alığı kibi qat-qat olur. (75)

Yil yildәn kәmdür. (75)

Yil yildәn qutludur. (75)

Yilin on iki ayı qarıdan qaç. (75)

Yitiklü anası qoynun da arar. (75)

Yiyə gözü həkim gözü. (17)

Yiyən maldı, qalan miras, dala qoyanı it yiyər. (83)

Yiyənnən yimiyən duruşdu, yiyənin üzü qırışdı. (18)

Yiyəsi ölən eşşəyi qurd yeyər. (1)

Yiyəsinə baxarlar, atını nallarlar. (1)

Yiyəsiz ölü olmaz. (55)

Yiyəsiz öyə it girər[2448]. (9)

Yolçudan yolçuya pay düşməz. (73)

Yoğun, incә ölüncә üzülür. (75)

Yoğun kərən gödək görünür, nazik quyu dərin görünür. (23)

Yoğurd tökülsə yeri qalar, ayran tökülsə nəyi qalar? (39)

Yoğurda ilk sunma, suyi səndən yana gəlür. (75)

Yoğurdın saqınan boranı yemәz. (75)

Yoğurdum əkşidür demiş qarı yoq. (75)

Yol bilmәzsәn, yola get[2449]. (75)

Yol böyüyündü, su kiçiyin[2450]. (1)

Yol əri yolda gərək. (75)

Yol haramisi ol, yoldaş haramisi olma[2451]. (2)

Yol həmişə bostan kənarından düşməz. (1)

Yol ilə gedən yorulmaz[2452]. (73)

Yol quzulayıcı olur. (75)

Yol üstə oturmazlar. (1)

Yol yeriməklə alınar. (1)

Yol adamı yular. (75)

Yola bələd olan büdrəməz. (1)

Yola çıxan yolda qalmaz. (1)

Yolçıdan xeyir gəlmәz. (75)

Yolçının aqçası buçuğa keçər. (75)

Yolçının ziyanına dәgmәz. (75)

Yolçu yolda gərək[2453]. (2)

Yolçudan yolçuya pay düşməz[2454]. (1)

Yolçuluğa gedən torbasını çiyninə atar. (1)

Yolçunu yoldan eləməzlər. (1)

Yolçunun torbasından tutmasan, ağacını əldən qoymaz. (83)

Yolçuya yol gərək, qurbağaya – göl. (1)

Yolda yoldaş, evdə qardaş. (1)

Yoldan çıxanı yol vurar[2455]. (2)

Yoldan çıxır, yolunu azmır. (1)

Yoldan çıxmaq eyib deyil, yola gəlməmək eyibdi[2456]. (44)

Yoldan irəli yoldaş, eldən irəli qardaş[2457]. (5)

Yoldan keçənə yumaq sarıtdırır. (1)

Yoldan qal, yoldaşdan qalma[2458]. (1)

Yoldaş yoldaşa baxar, canını oda yaxar[2459]. (46)

Yoldaşı evdən götür, quşu yuvadan[2460]. (46)

Yoldaşı yolda tanı. (1)

Yoldaşıma ağac dəydi, elə bildim saman çuvalına dəydi[2461]. (2)

Yoldaşın olduğun adın sor. (75)

Yoldaşın sözünə inan, özünkündə dayan. (1)

Yoldaşın yaxşı olsa, uzun yol yaxın olar. (1)

Yoldaşını mənə de, sənin kim olduğunu deyim. (1)

Yoldaşuva gəyiş, bildigivi əldən qoyma[2462]. (46)

Yolsuzu yola tapşır. (1)

Yolu azana it səsi xoş gələr. (14)

Yolu azanda dala qayıdallar. (18)

Yolu qardaşla kəsərlər, meşəni – mişarla. (1)

Yolunnan düz getmiyənin qabağına çakqal çıxar. (18)

Yoluxda nə var, qırığa nə versin. (1)

Yoq taşdan qatıdır. (75)

Yoqdan Tanrı da bezәr. (75)

Yoqludan Tanrı da almaz. (75)

Yoqsul-yoqsul, oduna, suya da yoqsul? (83)

Yorğa at da hərdən büdrər. (1)

Yorğa yolda qalur, yelәgən mənzil alur[2463]. (75)

Yorğan-döşək sözü, yorğan-döşəkdə qalar. (1)

Yorğanına görə ayağını uzat[2464]. (2)

Yorğun döşәk istәmәz, aç qatıq istәməz. (75)

Yorğun eşşəyə «hoşa» xoş gələr. (1)

Yoruldun sarvana, acdın çobana[2465]. (2)

Yorulmuş ata qamçı vurarsan, şıllaq atar. (1)

Yorulmuş eşşək mənzili yaxın istər. (1)

Yorulmuş öküz «oho»nu Allahdan istər[2466]. (1)

Yovaya könül vermə. (75)

Yovşan bəsləməklə çəmənzar olmaz[2467]. (1)

Yox yerdən istəməzlər. (1)

Yoxa çarə yoxdu. (1)

Yoxa qələm işləməz. (1)

Yoxdan bir şey çıxmaz. (1)

Yoxsul axça tapar, yer tapmaz[2468]. (54)

Yoxsul bayın gәlincikidir. (75)

Yoxsul bir nәsnәyә möһtac degildir. (75)

Yoxsul cirә satıçaq ay axşamın toğar. (75)

Yoxsul öz vilayətində qəribdi. (1)

Yoxsul tanişmәndin sözi keçmәz, mәgәr övrәti gözәl ola. (75)

Yoxsul әgәr bayırsa, çanağı bayımaz. (75)

Yoxsul, bayun nә qartaşı, eşәk atun nә yoldaşı. (75)

Yoxsulluq eyib deyil, tənbəllik eyibdi. (33)

Yoxsulluğa düşməyən varlığın qədrini bilməz[2469]. (2)

Yoxsulluğun üzü qaradı. (83)

Yoxsulluq varlılıqdan yaxşıdı. (1)

Yoxsullux adamı dostun da, düşmanın da qapısına aparar. (9)

Yoxsulun bini yüz qәdәrdür, yanlışın ər olur. (75)

Yoxsulun birinci bolğurdur. (75)

Yoxsulun çәkindügi kürkinә ziyandur. (75)

Yoxsulun dili gödək olar. (1)

Yoxsulun evində dəmir tapılmaz, itinin adını gümüş qo­yar. (1)

Yoxsulun qoyunı tavuqdur. (75)

Yoxsulun üzü qaradu[2470]. (1)

Yönsüz qoşu qonşunu xəcalətdi edər. (18)

Yönsüz zürgətdən keçəl yaxşıdı. (18)

Yuma-sәmә inanma, yumsuz-sәmsiz dә qalma. (75)

Yumaxnan su qurtarmaz, qara da ağ olmaz. (9)

Yumrux çəkənə çomax çəkəllər. (9)

Yumşaq döşək salan, axırda quru yerdə yatar. (1)

Yumurta gətirmir, qayğanaq istəyir. (1)

Yumurtada tük bitməz. (1)

Yumurtadan yun qırxar[2471]. (5)

Yumurtana görə qaqqılda. (1)

Yumurtası tərs düşüb. (1)

Yumuş oğlanın әglәndügi xeyirdür. (75)

Yun dararam, kələf olar, qız doğaram, mələk olar, xana toxuram, qıl olar, oğul doğaram pul olar[2472]. (83)

Yunluyı basarlar, yunsuzı qoyu verirlәr. (75)

Yunu var, ünü yox. (1)

Yurd tutma, su tut. (75)

Yurd yersiz qalanda donuz təpəyə çıxar[2473]. (54)

Yurddan çıxsan da, eldən çıxma. (1)

Yurdu yurd edən kişidi. (12)

Yurdundan sürülən yurdına varınca ağlar. (75)

Yurt yurtdan qutludur. (75)

Yuvalanan taşa yosun yapışmaz. (75)

Yuxarı baxıb qəm eləyincə, aşağı baxıb dəm eylə. (1)

Yuxarı evdən baxıb, aşağı evi yıxma[2474]. (55)

Yuxu ölümün qardaşıdı[2475]. (1)

Yuxu var ürəkdə yurd salar, yuxu var qurd. (23)

Yuxu yuxu gətirər. (1)

Yuxuda balıq görən yastığının altını yoxlar. (1)

Yuxuda gözəl görmək yaxşıdı, oyanmaq olmasaydı. (1)

Yuxunun yanlışı olar, yalanı olmaz[2476]. (83)

Yügrək at yemin kəndü artırar[2477]. (75)

Yügrək atı başıra vurma. (75)

Yügrәk bin, yüzsüzdәn qaç. (75)

Yügrük meydana gәlicәk dinsüzә dinin bildurәr. (75)

Yügürən yıxıldığına baxmaz. (83)

Yük ağır olanda öküz öküzdən görər. (2)

Yük altında eşşək anqırmaz. (55)

Yük bacından ağrımaz[2478]. (75)

Yük daşıyan eşşək adam öldürən şirdən yaxşıdı. (9)

Yük əyməsə, daş qəribliyə düşməz[2479]. (44)

Yüknən gələn, taynan gidər, taynan gələn daynan gidər. (83)

Yüksək olma, dəpə-dəpə yerə endirərlər, alçağ olma, basa-basa yerə keçürürlər. (75)

Yüksәk dәpәyә çıqmaq zәһmәtdir, amma çoq tamaşası var. (75)

Yüksәkdәn baqan alçağa tez enәr. (75)

Yükün ağırlığını nər çəkər, dərdin ağırlığını ər. (33)

Yükünü yığdı təpəyə, elə arxa çevirdi. (33)

Yürəkdən yürəgə yol var. (83)

Yürüş vardır ki, turuşdan betәrdür. (75)

Yürüyәnә quş yetmәz. (75)

Yüyürən büdrər. (1)

Yüyürən yıxılmağına baxmaz[2480]. (55)

Yüz «vur» deyəndən bir vuran yaxşıdı. (1)

Yüz ağac sağrıya, sağrı bir yol ağrıya[2481]. (46)

Yüz aşığın bir saqqası olar[2482]. (2)

Yüz bilici olsan, yenə də bilməzlə danış[2483]. (2)

Yüz birə qoşulmaz, bir yüzə qoşular. (1)

Yüz dəfə ölç, bir dəfə biç.(48)

Yüz dərənin qabağını bir təpə kəsər[2484]. (39a)

Yüz döndü, göz döndü. (83)

Yüz eşitməkdən bir görmək yaxşıdı. (1)

Yüz görən iman görməyib. (83)

Yüz gün sel oya bilməyən yeri bir gün dərd oydu[2485]. (29)

Yüz gün yaraq, bir gün gərək[2486]. (2)

Yüz xəlbirlənib bir əldən çıxacaq. (1)

Yüz il gərək qanqal otlayasan ki, ağzın dəvə ağzına ox­şa­sın. (1)

Yüz il quraqlıq oldu, aclıq olmadı, bir il yağınlıq oldu, ac­lıq oldu. (14)

Yüz ilin ibadətindən bir günün səxavəti. (1)

Yüz iyirmi dörd min peyğəmbərə yalvarınca, bir Allaha yal­var. (14)

Yüz iynə yığsan, bir çuvalduz olmaz. (1)

Yüz qayğı bir borcu ödəməz[2487]. (2)

Yüz qızılın oluncax, yüz dostun olsun. (9)

Yüz qoyun, yüz dәri. (75)

Yüz qoyuna da tiri hu, bir qoyuna da tiri hu. (83)

Yüz mamaça yığılsa, güc doğana düşər[2488]. (2)

Yüz min təbib neyləsin, bir fələk qarğayana. (77)

Yüz namərd bir mərdi əvəz etməz. (1)

Yüz namərdin çörəyini doğrasan, kasa dolmaz. (1)

Yüz ölç, bir biç[2489]. (2)

Yüz tülkü bir aslan yerini, yeddi oğul bir dədə yerini ver­məz. (1)

Yüz yeyənin olsun, bir deyənin olmasın[2490]. (17)

Yüz yüzdәn utanur[2491]. (75)

Yüzbaşının şahidi çavuş olar. (83)

Yüzə dözən, yüz birə də dözər. (9)

Yüzinә baq, andan sud um. (75)

Yüzü bəzək, içi təzək. (83)

Yüzü üstə gələni arxası üstə çevirməzlər. (83)

 

Z

Zahirdən batinə bir yol var. (1)

Zalım adam bayramda da zalımdı. (47)

Zalım görər, zorla alar, fağır görər, yalvarıb alar. (14)







Date: 2016-05-25; view: 423; Нарушение авторских прав



mydocx.ru - 2015-2024 year. (0.1 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию