Полезное:
Как сделать разговор полезным и приятным
Как сделать объемную звезду своими руками
Как сделать то, что делать не хочется?
Как сделать погремушку
Как сделать так чтобы женщины сами знакомились с вами
Как сделать идею коммерческой
Как сделать хорошую растяжку ног?
Как сделать наш разум здоровым?
Как сделать, чтобы люди обманывали меньше
Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили?
Как сделать лучше себе и другим людям
Как сделать свидание интересным?
Категории:
АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника
|
Mətanət YAQUBQIZI 25 page
Pis söz yiyəsinə qayıdar[2005]. (37) Pis sözü zarafatla dеyərlər. (45) Pis yalanın olsun, pis deyənin olmasın. (5) Pişigin ağzı ətə çatmaz, deyər: mundardu[2006]. (83) Pişigin arxası yerə dəgməz. (83) Pişik balası özünü anasının döşündə gizlədər. (1) Pişik balasını çox istədiyindən yеyər[2007]. (2) Pişik bərkə düşəndə, dırnağı ilə pələng gözü çıxardar. (1) Pişik olmayan yеrdə siçanlar baş qaldırar[2008]. (2) Pişik ölüb, siçanların bayramıdı. (1) Pişik yeyəni aslan qusdura bilməz. (1) Pişiyi dara qısnayanda dönər üzünü cırmaqlar[2009]. (2) Pişiyin gözü siçan deşiyində olar. (1) Pişiyin könlü samanlıqda idi, tazı da qovdu, samanlığa saldı. (1) Pişiyin qanadı olsa, quşların üzər[2010]. (77) Pişiyin oyunu – siçanın ölümü. (45) Pişiyin yüyürməyi samanlığa qədərdi[2011]. (1) Pitiknən donuz darıdan çıxmaz. (54) Piyadanı at almağa, oğlanı qız almağa göndərməzdər. (18) Piyadanın qaydasıdı, atlıya gülər[2012]. (2) Plov işgənədən yaxşıdur. (49) Plovu yеyənə vеr, sözü dеyənə! (15) Polad poladı, almaz almazı kəsməz. (12) Polad sınar, əyilməz. (12) Pul açan işi qılınc açmaz. (49) Pul can yonğarıdır. (55) Pul dağı da yеrinnən oynadar. (12) Pul daş arasındadur. (49) Pul doğrunu da susdurur. (12) Pul əl kiridi, yuyarsan gedər. (83) Pul girməyən yеr yoxdu. (12) Pul haramisi ol, yoldaş haramisi olma. (83) Pul hər şеyi həll еdir. (12) Pul qazanmaq asandı, xərcləmək çətin. (83) Pul olmayan yerdə qəpik də puldu, ver ayrana, tök qarnına. (18) Pul verəndə mollanı məçitdə alladarlar. (83) Pulda vəfa olsaydı, əldən-ələ kеşməzdi. (15) Puldan pay olmaz[2013]. (2) Pulsuz bazara gedən imansız gora gedər[2014]. (37) Pulsuz ol, namussuz olma. (12) Pulsuzu pula tapşır. (77) Pulu az olanın qüssəsi də az olar[2015]. (2) Pulu çox olana dünya darrıx eyliyir. (18) Pulu pul qazanar, yaxşı igid palçıq tapdar[2016]. (55) Pulu yox oğru apara, imanı yox şeytan apara. (83) Pulun gözü yoxdu. (12) Pulun gеtdiyinə baxma, işin bitdiyinə bax[2017]. (2) Pulun oldu yüz, gir içində üz. (83) Pulunu əziz еdən, özünü zəlil еdər[2018]. (2) Pulunu ver inəgə, bağla dirəgə. (83) Pulunu vеrən mal alar, hеç vеrməyən nə alar[2019]? (2) Pusquda oturan yatmaz. (83) Puştısız papuç olmaz. (75)
R Rahat oturana nə vali gələr, nə hakim. (1) Rahatlıq istəyən adam: - kar, kor, lal gərək. (1) Rast gəlməyən işə peşman olma[2020]. (1) Rayic ağcasın sınağında ğəmi olmaz. (49) Razı olan ğəm yeməz. (49) Razını kimsəyə demə. (75) Rəhbərə yol görsətmə. (83) Rəhmət düzənə, lənət pozana[2021]. (83) Rəncbərin öküzi semüz olur, amma öküzi semüz olsa, kəndüsi arıq olur. (75) Rəncbərin ümidi əkinədi. (1) Rəşbərin qırx ildə tapmadığını tacir qırx gündə tapar. (26) Rəva görəndə mətaı satmaq gərək. (49) Rig bağlamaq - düşmən qazanmaqdur. (49) Rişxənd etmə qonşuna, gələr bir gün başına. (1) Rişxəndlik ağlın zəifliyindən doğar. (1) Rizq artmaz, möhnət artar. (83) Rum övrəti tatlu olur. (75) Ruzi olsun, ocaqda olsun. (1) Ruzi həllacbazarda gəzir. (1) Ruzigar əsicək düz əsər. (75) Ruzigar intiqam evidür. (49) Ruzisi gələn zaman köpəyi yuxu tutar. (1) Rüstəmi-zaman olsan, düşməni həqir sanma. (49) Rüsvayçılıq ömürdən uzun olur. (40a) Rüşvət cəhənnəmin açarıdı. (1) Rüşvət haramdı. (1) Rüşvət iş qayırandur. (49) Rüşvət qapıdan girərsə, iman bacadan çıxar. (1) Rüşvətxorun aqibəti yoxdu. (1) Rzasuz loğma boğazda qalur. (49)
S Sabaһ uyxusı quzı ətidir, öylə uyxusı qoyun ətidir; axşam uyxusı sığır əti. (75) Sabaһdan buçuqa qıymayan birərdən ikili olmaz. (75) Sabahın da sabahı var. (1) Sabahın naharı bədənin mismarıdır[2022]. (44) Sabahın şəri axşamın xeyrinnən yaxşıdı[2023]. (5) Sabahın şirin yuxusu yolçunu yoldan eylər. (1) Sabahın yaloyu, axşamın plovu. (5) Sabahun fikrin bu gün çək. (49) Sabun qara palazı ağartmaz. (1) Sabur-sabur, axırda sınıx qabur. (18) Sacayaq ərgən burnunadur. (75) Sacı soyuq olanın kündəsi küt gedər. (1) Saç səfadan uzanar, dırnaq cəfadan[2024]. (1) Saç ürəkdən su içər[2025]. (1) Saçı borc almaq mümkün olsaydı, keçəlin nə dərdi vardı?! (1) Saçı ölü üstə kəsərlər. (49) Saçmayınca dərmək olmaz. (49) Sadağa qada qaytarar[2026]. (1) Sadağa saraydan çıxmaz[2027]. (5) Sadə yaşasan – yüz yaşaya bilərsən. (1) Sadəlik də abadlığın bir növüdü. (1) Sadiq Allah yarıdur. (49) Saf armud sapdan düşməz.[2028] (2) Sağ baş yasduq istəməz[2029]. (75) Sağ əl verəni sol əl gərək bilməsin. (1) Sağ gözün sol gözə etibarı yoxdu[2030]. (1) Sağ olan başa börk əksi olmaz. (75) Sağ olana hər gün bayramdır. (75) Sağ yeri qarnı altındadı, onu da örkən kəsib. (1) Sağır sığırdır. (75) Sağır yanşağ olur. (75) Sağırla söyləşmək güc olur. (75) Sağlam otağı, xəsdə yatağı sevər. (18) Sağlam ruh sağlam bədəndə olar. (1) Sağlamlığın qədrini xəstələr bilər. (1) Sağlamlıq bir cür, xəsdəlik min cürdü. (18) Sağlıq bəglikdir. (75) Sağlıq ən böyük dövlətdi, qədrini bilmək gərək. (83) Sağlıq sultanlıqdı, demə yoqsulam mən[2031]. (83) Sağsağan kəkliyə baxar, öz yerişini itirər. (1) Sahibinin yanında pişik də it basar. (1) Sahibsiz ev xarabadı. (1) Sahibsiz kəndə vəhşi donuz yol açar. (36) Sahibsiz mal yetimdi. (1) Sahibsiz qoyunu qurd yeyər. (1) Saxla gönü, gələr günü[2032]. (1) Saxla samanı, gəlir zamanı[2033]. (2) Saxsıya verə-verə çıxar misin bahası. (1) Sakit olan salamat olar[2034]. (2) Sakit quzu iki ana əmər. (18) Saqal kişiyi çoq işdən qor. (75) Saqalı qaba olanın əqli kəm olur. (75) Saqalı təkə də götürər. (75) Saqallu güyəgü dügür kibidir. (75) Saqındıq gözə çöp düşər[2035]. (75) Saqqal ağluğı ölüm bişirübdür. (49) Saqqal başa sədəgədir[2036]. (55) Saqqal dalınca getmişdi, bığı da qoyub gəldi. (45) Saqqal qəbası neyləsün, başda əqli olmayana. (49) Saqqal uzatmağ ilən kimsə şeyx olmaz[2037]. (49) Saqqal yox ikən bığ vardı[2038]. (46) Saqqal yoxdur, söz ötməz[2039]. (49) Saqqala xal düşdü, ürəyə xal düşdü. (1) Saqqalda feyz olsa idi, keçi şeyxliq edərdi. (83) Saqqalda kərəm olsaydı, keçiyə Kəraməddin ağa deyərdilər. (1) Saqqalı ağarıb, ağlı ağarmayıb. (1) Saqqalı hər dəlləyin əlinə verməzlər. (1) Saqqız çeynənəndə çürüyər[2040]. (44) Salamatlıq - dil saxlanmaqdadur. (49) Salavat gücə bağlıdı[2041]. (49) Sallaqxana köpəyi arsız olar. (1) Saman altından su yeridir[2042]. (2) Saman qala-qala qızıla dönər, qızıl qala-qala samana dönər. (1) Saman sənin deyil, samanlıq sənindi[2043]. (54) Saman yeyən eşşək torbasını özü daşıyar. (1) Samana qatsan at yeməz, kəpəyə qatsan it. (9) Samanı olanın samanlığı da olar. (40) Samanın tüstüsü göz çıxarır[2044]. (44) Sanılı pulun bərəkəti olmaz[2045]. (55) Sap üzülən yerdən qırılar. (1) Sapında durmayan dəhrənin ağzı daşa dəyər. (18) Sarala-sarala yaşamaqdansa, mərd-mərdanə ölmək yaxşıdı. (1) Sarb sirkə kəndu qabına ziyan edər. (75) Sarbanla qonaq olanın darvazası gen gərək[2046]. (1) Sarıcada eşşək tapdın, nə baxırsan ərkək-dişiliyinə, min belinə get. (18) Sarsaqlar olmasaydı, yaltaqlar acından ölərdi. (1) Satın alınmış sarımsaq sapınadək tatlu olur. (75) Savad adamı dilli eylər. (1) Savaş gendən baxana asan gəlür. (49) Savaşda barışıq yeri qoymaq gərək. (49) Savaşda dilün saqın, dərnəkdə əlün saqın. (75) Savaşda qılıc, müamilədə ağça. (50) Savaşmaq itə yaraşur. (49) Savır gennikdə, qavır sərinnikdə. (9) Savuğ ilən oyun olmaz. (49) Sayan bahadur olmaz. (49) Sayanın quluyam, saymayanın ağası. (1) Sayılan gün tez keçər. (1) Saymadığın deşikdən tülkü çıxar. (1) Saymaz it adam qapar. (1) Sayru һalın sağ bilməz. (75) Saz olan yerdə sözü saza verərlər. (1) Saz şadlıq gətirər. (1) Saza söyməzdər. (12) Sazanun başını yeyənin quyruğı ğayət tatlu olur. (75) Sel həmişə kötük gətirməz. (18) Sel yüz gündə ovanı, dərd bir gündə ovar. (1) Semizlik adamın yaraşığıdır. (75) Sevda arasında nırx qoymazlar. (1) Sevdügini güllə də urma. (75) Sevən sevəni tapar. (49) Sevən sevilur, keçi bəgirur. (75) Sevəni sevənə ver. (1) Sevəni sevərlər, sevən sevilür. (75) Sevənin gözündə pərdə olar. (1) Sevərəm məni sevəni, keçəl ola, daz ola, sevmərəm məni sevməyəni, şah ola, şahbaz ola. (1) Sevgi adamı selə verər. (1) Sevgi adamı yandırar. (1) Sevgi od deyil, amma oddan yamandı[2047]. (1) Sevgi sönməz atəşdi. (12) Sevinc sevinc gətirər. (1) Sevindim quşum var, quşum var, aralığa çıxdı sərçə balası. (1) Seyid ağzından çözülür. (75) Seyid cəddinə arxalanar. (1) Seyid Əhməd əliynən ilan tutur, onu da yalan tutur. (15) Seyidin duası tutmaz, ancaq qarğışı tutar. (12) Səbət söküləndən sonra fayda verməz. (49) Səbir acıdı, meyvəsi şirin[2048]. (1) Səbir ağacı hər bağda göyərməz. (1) Səbir Allahın adıdı. (14) Səbir bir ömürlük xəzinədi. (12) Səbir cənnət acarıdır[2049]. (28) Səbir edən muradına yetişər[2050]. (1) Səbir edən salamat olar. (1) Səbir eylə işinə, xeyir gələr başına. (1) Səbir eyləyən çox yaşar[2051]. (83) Səbir eyləyən fərac tapar[2052]. (1) Səbir eyləyənləri Tanrı dost tutar[2053]. (28) Səbir ilə halva bişər ey qora səndən. Saxlasan atlas olar tut yarpağından[2054]. (29) Səbir muradlarun kilididür. (49) Səbirli olmax ağıllı olmağa bərabərdi. (18) Səfa safluqdadur. (49) Səfalət çalışqan adamın qapısından baxar. (1) Səfeh baş ağılın düşmənidi. (12) Səfər adama çoq nəsnə ögrədür. (75) Səfər faydası sağlıqdur. (50) Səfərə çıqanun işini Allaһ bilür. (75) Səfərə gedən su götürər. (83) Səfil basulur, zalım asulur. (49) Səhər gedər naxıra, axşam gələr axura[2055]. (1) Səhər gününə qızmayan axşam gününə heç qızmaz. (1) Səhər yeməyini özün ye, günorta yeməyini yoldaşına, axşam yeməyini düşməninə ver. (1) Səhərin işini səhər gör. (1) Səhərxizlik dövlət nişanıdur. (49) Səһil nəsnədən at yağır olur. (75) Səhrada gül bitməz, cahilə söz yetməz. (1) Səhvi dəyirmançı eylər, buğda aparar, un gətirər. (1) Səhvini göstərənlərə hörmət et. (67) Səxavət dövlətdən deyil, təbiətdəndi. (1) Səkil keçiyə doqquz çoban gərək[2056]. (75) Səkkiz gün ömürə, doqquz gün çalışmaq lazımdı. (1) Səkkiz mıxa doqquz at bağlamazlar. (1) Səksən, doxsan, bir gün varsan, bir gün yoxsan[2057]! (1) Səksənində yaşayır, indi belin qurşayır[2058]. (1) Sən ağa, mən ağa, inəkləri kim sağa[2059]. (54) Sən ağacı götür, suçlu özün bildirər[2060]. (2) Sən bağınun divarın çək, qarğa abadan eylər. (49) Sən bizim nəhrəmizi çalxa, mən qedim bəylik evinin nəhrəsini çalxamağa[2061]. (5) Sən doğru ol, əyri bəlasını tapar. (1) Sən el ögünə yat, el sənin boyuna qaftan biçə bilür. (75) Sən get özünə dost qazan, düşmən ocaq başında. (1) Sən görən ağacı kəsdilər[2062]. (54) Sən görən göy əkin göyərməz. (18) Sən haqq ol, haqq da səninlə olar. (1) Sən ki oldun tülüngü, xub verginən şilingi. (83) Sən ki qorxursan pişikdən, niyə çıxırsan deşikdən. (55) Sən kosa ilən, dağallıq mənə dəgdi. (49) Sən saydığını say, gör fələk nə sayır. (1) Sən sözü at, yiyəsi özü götürər. (1) Sən yediyin bilməsən də, mən doğradığımı billəm[2063]. (49) Səndən hərəkət, məndən bərəkət[2064]. (1) Səndən xeyir görən Allahdan bala çəkər. (83) Səndən mənə yar olmaz. (1) Səndən ötrü sayru olançun, sən öl. (75) Səndən uluya qız ver, səndən alçaqdan qız al. (75) Səndən yumurta alan sarısın içində görməz. (83) Sənə bir kəlmə söz, mənə bir illik yol. (1) Sənə bir toy tutaram ki, it əlindən əppəyini alar!.. (1) Sənə ehtiyacı olanı, başqasına möhtac eləmə. (1) Sənə güvəndiyim dağlar, sənə də qar yağdı[2065]. (5) Sənə hər kim daş atsa, sən ona çörək at[2066]. (1) Sənə it saxlayanın, bir tikə artıq çörəyi gərək. (1) Sənə vur dedilər, öldür demədilər. (10) Sənət ayrı, vərdiş ayrı. (1) Sənət insanın xəzinəsidir[2067]. (74) Sənət issindən qorqar. (75) Sənət qanaddı. (12) Sənət qızıldır. (49) Sənət qolda qızıl bilərzikdi. (1) Sənəti ustaddan görməyən önməz. (75) Sənətin pisi olmaz. (1) Sənətkar günortaya kimi ac qalar. (14) Sənətkarın oğurluğun tutmaq olmaz. (1) Sənətsiz kişi, qanadsız quş. (12) Səni bir sevməyəni sən iki sevmə. (75) Səni istərəm, çox istərəm, bir gözümü yox istərəm! (1) Səni istəyirəm, özümü səndən artıq istəyirəm. (1) Səni itirən axtarmaz, tapan söyümməz[2068]. (18) Səni tərifləyənə çox etibar eləmə. (12) Sənin atın mənim arpamın gücünə yorğa gedər. (1) Sənin həftəndən motal olmaz. (83) Sənin ipin ilə şələ bağlamaq olmaz. (1) Sənin üzün, dəvəmin dizi[2069]. (54) Səninki nəqddir, sən apardın. (1) Səninki səndə, mənimki məndə[2070]. (49) Sənsiz bir günümüz olmasın. (1) Səpilməyən buğda göyərməz. (1) Sərçə anasından haçan süd görüb. (77) Sərçə bülbül sədasın verməz. (49) Sərçə deyil, budunu verim, bir dəvənin nəyini verim?! (1) Sərçə qazan doldurmaz, qaz vur, qazan dolsun. (1) Sərçə nədir, bozbaşı nə olsun[2071]. (55) Sərçə olsun, əlimdə olsun, göydə uçan qazı neylərəm?! (1) Sərçədən qorxan darı əkməz[2072]. (75) Sərçənin cib-cibindən, toyuğun qaqqıldaması yaxşıdı. (1) Sərçəyə civ-civ ögrətmə[2073]. (75) Sərdarsuz leşkər basılqan olur. (49) Sərxoş biri iki görər. (1) Sərxoş gördügünə ulaşur, oda düşən buruşur. (75) Sərxoş sərxoşu meyxanada görər. (1) Sərxoşa məktub yazma, ya oxuyar, ya oxumaz. (1) Sərxoşdan dəli də qorxar. (1) Sərxoşu meyxanada, mollanı məsciddə, dərvişi təkyədə tapmaq olar. (1) Sərxoşu it də tutmaz. (1) Sərxoşun ağlı kor olar. (12) Sərxoşun məktubu meyxanada oxunar[2074]. (1) Sərxoşun nə vecinə, aləmi su aparsın. (1) Sərnic gətir, süd axtar. (1) Sərt olma, mərd ol. (1) Sərv ağacı nə qədər uca olsa, əsli yoxdu, budağında bar olmaz. (1) Sərvaxt çobanın sürüsü salamat olar. (40) Sərvət arvad əlində məhv olar. (12) Sərvəti insan yaradır. (12) Sərvətli olub qəm-qüssə ilə yaşamaqdan isə fəqir olub şad və məsrur yaşamaq faydalıdır. (71) Səs-küy ilə iş aşmaz. (1) Səs ver, sirr vermə. (1) Səy zayi olmaz. (49) Səy zayidür, bəxt yar olmasa. (49) Sıxıla-sıxıla behiştə getməkdənsə, oynaya-oynaya cəhənnəmə get. (1) Sınan qol sağalar, sınan qəlb sağalmaz. (1) Sınan sınıp əyri bitməyə. (18) Sınanmamış atın dal-qabağına keçməzlər[2075]. (1) Sınanmamışa könül vermək olmaz. (49) Sınıq əl boyuna yükdür[2076]. (49) Sınıq əldən pərhiz gərək. (49) Sınıq qabda su qalmaz. (1) Sınsın o baş ki, dost yolunda gərək olmaz. (1) Sırkosu deyir ki, alçax dağı mən yaratdım, yoxardakına da torpax atdım. (18) Sıtma qutlu xəstəlıqdır. (75) Sıyığa nə bismilla. (18) Sıyıq ilə yıxılan ev, aş bişir, viran olsun. (1) Sızanağı qaşıma, çiban edərsən. (1) Sicim nə qədər uzun olsa genə doğanaqdan keçəcəkdir. (37) Siçan deşiyini satın alır. (1) Siçan görəndə pələngə dönən pişik, pələng görəndə siçana dönər. (1) Siçan olmamış dağarcıq dəlir. (1) Siçandan olanlar torba kəsən olur[2077]. (44) Siçanı öldürmək pişiyə oyundu. (1) Siçanın ağlı çaşanda pişiyin ayağına dolaşar. (18) Siçanın anbara girməsinə yanmıram, başqasına yol göstərməsi məni yandırır. (1) Siçanın aslanı pişikdir. (43a) Siçanın kediylə nə oyunı var? (75) Siçanın toyı bitdükcə üşür. (75) Siçanlara xərac gələndə gecə quşu dişini görkəzdi. (83) Sidq dürüst gərək. (49) Sidq saraydan çıqmasun. (75) Sidq ilə qara daşdan mətləb almaq olar. (39a) Sidqnən qardaşdan mətləb almaq olmaz. (1) Sidr-kafuru müftə görsə uzanıb ölər. (1) Sifariş ilə həcc qəbul olmaz[2078]. (1) Silah sahibinə də düşməndi. (1) Silahla oynamaq olmaz. (1) Sinə dağlı gərək, sərdar tədbirli. (49) Sinirəmədügün aşı yimə. (75) Sirət surətə üstündür. (49) Sirkə elə tünd idi ki ona su qatdılar. (48) Sirkə tünd olsa, öz qabını çatdadar[2079]. (83) Sirr açandan el qaçar[2080]. (1) Sirr saxlamaq ərlikdür[2081]. (49) Sirri açandan el qaçar. (21) Sirri faş eyləyən başınun düşmənidür. (49) Sirri sirr açar, kiri kir[2082]. (1) Sirrindən keçməyən sirdar olmaz. (50) Sirrini dostuna demə, o da öz dostuna deyər[2083]. (44) Sitəmkarın çırağı həmişə yammaz. (12) Siyasət nənə-bacı bilməz. (1) Siyavuş qanıdı, batmaz. (83) Sözün yalnışı olur, yalanı olmaz. (49) Soğan acı olsa da süfrədə öz yeri var. (1) Soğan eyib açandı[2084]. (1) Soğan göyərdi, dedi: mən də güləm[2085]. (83) Soğan olsun, nağd olsun! (1) Soğan seyrək olduqca, başı ayrı olar. (83) Soğan yeməmişəm, içim nə üçün göynər[2086]. (54) Soğansız bişən xörəyin ləzzəti olmaz. (83) Solaxay bərk vurar. (1) Son peşimanlıq assı qılmaz[2087]. (75) Date: 2016-05-25; view: 478; Нарушение авторских прав |