Полезное:
Как сделать разговор полезным и приятным
Как сделать объемную звезду своими руками
Как сделать то, что делать не хочется?
Как сделать погремушку
Как сделать так чтобы женщины сами знакомились с вами
Как сделать идею коммерческой
Как сделать хорошую растяжку ног?
Как сделать наш разум здоровым?
Как сделать, чтобы люди обманывали меньше
Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили?
Как сделать лучше себе и другим людям
Как сделать свидание интересным?
Категории:
АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника
|
Mətanət YAQUBQIZI 26 page
Son sözünü əvvəl demə. (14) Sona qalan dala qalar, dala qalan dana qovar. (1) Sona qalan ögünsün. (49) Sonın gözləməyən peşimanluq çəkər. (49) Sonlayan sonda qalar. (14) Sonsuz adam dövləti çoq istər. (83) Sonulayan ya kora, ya keçələ. (12) Sora-sora Kəbəyə varırlar[2088]. (75) Soradan günə çıxan günüz ləmpə yandırar. (18) Sorğu-sual göydə deyil, yerdədi[2089]. (1) Sorucu ol, bilici olmа. (38) Soruşan dağlar aşar, soruşmayan düzdə çaşar[2090]. (1) Soruşannan soruşmuyan tez dənini üyüdüp gələr. (18) Sovqatın adı birdi[2091]. (1) Sovuq aşı buza döndərmə. (75) Sovuq peyğəmbərə hörmət etməmişdir. (75) Soyub-soyub quyruğunda bıçaq sındırma[2092]. (55) Soyuq dəmir döyülməz. (1) Söhbət darı torbasıdı, deşildi, dağılacaq[2093]. (1) Söhbət üçün çənə, saqqal üçün həna. (1) Söhbət yarsuz haramdur. (49) Söhbəti baqiyə salan ər degül. (49) Söndü bizim çırağımız, yandı sizin çırağınız[2094]. (1) Sövdanı pul eylər, davanı qılınc[2095]. (55) Söydəgar ildə təzə, iynə-sap gündə təzə. (18) Söyləmək gümüş isə, söyləməmək altundur[2096]. (75) Söyləyənə baxma, söylədənə bax[2097]. (1) Söyləyənə dinləyici gərək. (75) Söymə nökər atamı, söyməyim bəy atanı[2098]. (1) Söyüd bar verməz. (12) Söyüş qəlp puldu, yiyəsinə qayıdar[2099]. (1) Söyüşə adət edən ağızı yummax olmaz. (12) Söyütdə bar olsa, arsızda ar olar. (10) Söz adama, çubux heyvana. (18) Söz ağızdan çıxar. (1) Söz bir olsa zərbi kərən sındırar[2100]. (2) Söz bir – Allah bir. (60) Söz böyüyün, su kiçiyin. (1) Söz çox olan yerdə yalan çox olar. (1) Söz danış, söz eşit. (1) Söz danış, söz olsun. (1) Söz danışıqdan keçər. (1) Söz dediyin dəmirdi, döydükcə uzanar. (1) Söz deyən azdı, söz çeynəyən çox. (1) Söz deyilməyibsə – sənindi, ağzından çıxıfsa – sənin deyil. (12) Söz dünyanın bəzəyidir. (12) Söz eşidildügi kibi olmaz. (75) Söz gəldi, məqamında de gəlsin[2101]. (1) Söz gəzdirən adamdan qorx. (1) Söz haqdan gəlür. (49) Söz həm məlhəmdi, həm də yara. (12) Söz xalqın xəzinəsidi. (12) Söz ilən pilov olmaz, aralıqda yağ, düyü gərək[2102]. (83) Söz qılınc yarasından pis kar eylər[2103]. (29) Söz qılıncdan kəskindi[2104]. (2) Söz quşdu, buraxarsan, uçar, gedər. (1) Söz olmasa, dünya kasıv olar. (12) Söz sahibi ölsə də söz qalar. (1) Söz sahibinin dustağıdı, sahibi sözün dustağı. (1) Söz sandığa girməz. (1) Söz söylədiyin adamı tanı, sonra ona söz söylə. (1) Söz sözdən açılur[2105]. (75) Söz sözü gətirər, arşın bezi[2106]. (2) Söz sözü kəsər. (14) Söz sözün söykəyidi. (14) Söz tez yayılar. (1) Söz torpaq kibidir, eşdükcə törər. (75) Söz ulunun, suç kiçinin[2107]. (75) Söz üçün əlini cibinə salmır. (1) Söz üçün usta, iş üçün xəstə. (1) Söz var adamı məst eylər, söz var məsti ayıldar. (1) Söz var aş bitürür, söz var, baş yetürür. (75) Söz var el içində, söz var ev içində[2108]. (2) Söz var xəstəni sağaldar, söz var adamı yaralar. (1) Söz var iş bitirər, söz var baş itirər. (15) Söz var ki, kəsdirir başı, söz var ki, kəsər savaşı. (12) Söz var şəkər-şirin bal kimi, söz var ki, zəhərdən də betərdi. (1) Söz vaxtına çəkər[2109]. (49) Söz verən bez verməz. (18) Söz vermək asandı, yerinə yetirmək çətin. (1) Söz yaş dəridi, haraya çəksən, oraya gedər. (1) Söz yerində işlənməsə, qiymətdən düşər. (12) Sözdən söz çıxar, ocaqdan köz. (6) Sözə usta, işə xəstə. (12) Sözi keçənin sözi kəskin qılınç kibidir. (75) Sözi verəndən alan uslu gərək. (75) Sözlər bir-birinə calanıb gedər. (1) Sözsüz ev olmaz, əzabsız gor. (11) Sözü acı olanın, dostu az olar. (14) Sözü ağzında bişirip söylə[2110]. (75) Sözü ahəstə, ürəyi tasvasta [2111]. (46) Sözü at, yiyəsi götürər[2112]. (1) Sözü çox desən, qiymətdən düşər. (12) Sözü deynən alana, qulağında qalana. (34) Sözü heç bir qiymətdi şey əvəz edə bilməz. (12) Sözü xiridarı olana deyərlər[2113]. (1) Sözü məqamında de. (1) Sözün atası-ağıl, anası-dildi. (12) Sözün ayağı yoxdur, amma gəzir hər yanı. (12) Sözün başı axırından anlanar. (83) Sözün cavabı söz olar. (1) Sözün damarı olar, çəkdikcə uzanar[2114]. (55) Sözün doğrusu dəmiri dələr[2115]. (2) Sözün düzünü de, atı min çap. (1) Sözün düzünü uşaqdan xəbər al[2116]. (1) Sözün düzünü zarafata salıb deyərlər. (1) Sözün ilə işin bir olsun. (1) Sözün qanadı var. (83) Sözün qədəmi yeyin olar. (1) Sözün qısası, hörüyün uzunu. (1) Sözün sərhədi yoxdu. (12) Sözün yalanı olmaz, yanlışı olar[2117]. (2) Sözün yaxşısı qısa olar, işin yaxşısı – uzun. (15) Sözün yaxşısı baldan dadlıdı[2118]. (2) Sözün zahiri zərif, batini lətif olmalıdı. (1) Sözünü bilməyən ağız başa toxmaq vurdurar. (1) Sözünü bilməyəni bayıra atarlar[2119]. (1) Söһbət baltası olma. (75) Söһbətə-sana gələn sanıdaqdur. (75) Su axar, çuxurunu tapar[2120]. (28) Su axar, arxa gələr. (1) Su axar, dəli durub baxar. (1) Su aqduğı yerə yenə aqar[2121]. (75) Su alçaqdan axar. (49) Su aşağı axıdır, su yuxarı axtarır. (1) Su aydınlıqdı, cala öz bağına. (1) Su bədəni təmizdər, göz yaşı ürəyi[2122]. (12) Su bərk yerdə dayanır. (83) Su bir yerdə qalanda iylənər[2123]. (28) Su bulanmayınca durulmaz[2124]. (75) Su çəkən də mən oldum, bərə gəzdirən də?! (1) Su çox olsa, daşı da oyar. (12) Su çuxurda qalır. (49) Su dama-dama daşı dələr. (12) Su daşı quma döndərər, arvad kişini muma. (1) Su dayanar, düşmən dayanmaz. (1) Su dirilikdi. (1) Su gələr lilləndirər, bağçanı gülləndirər. (1) Su gərək quyunun dibindən çıxsın, quyuya su tökməklə quyu sulu olmaz. (1) Su girdi qaba, oldu içməli[2125]. (83) Su görəndə balıqdı, qaya görəndə keçi. (1) Su görər, suzuyar, at görər, axsayar. (83) Su götürməklə dəryadan su əskik olmaz. (1) Su Haqq didarın görmüşdür.(3) Su harada – dirilik orada. (1) Su hər şeyi təmizlər, yalnız üz qarasını təmizləməz[2126]. (28) Su içən quyuya daş salmaq olmaz. (49) Su içinə ilan dəgməz. (49) Su ilə odun nə oyunı var[2127]? (75) Su inəyə süd gətirir, ilana zəhər. (12) Su istəyənindir. (75) Su ki, başdan aşdı, istər bir qarış olsun, istər min arşın. (1) Su kiçiyindi, yol böyüyün. (1) Su kimi əziz ol. (1) Su murdarı pak eylər. (1) Su murdarlıq götürməz[2128]. (81) Su olan yerdə abadlıq olar. (1) Su olan yerdə təyəmmüm lazım deyil[2129]. (2) Su səmtinə axar. (1) Su sənəyi suda sınar[2130]. (2) Su sənin dalınca gəlməsə, sən suyun dalınca get[2131]. (1) Su sərçeşmədən bulanır[2132]. (49) Su suya qarışanda güclü olar[2133]. (1)` Su suya qarışar, yağ yağa. (12) Su təzə, bardaq təzə, içərlər məzə-məzə. (34) Su yaranıb axmağa, göz yaranıb baxmağa. (1) Subay adamın yaxasını bit yeyər, çörəyini –it. (1) Subay adamın gözü ilə qız alma, gəlin gözü ilə bez. (26) Subay idim, sultan idim, adaxlandım, xan oldum, evləndim, xəndan oldum[2134]. (83) Subaylıq soltanlıqdır[2135]. (5) Suç ölənindir, öldürənin degildir. (75) Suda balığı qiymətləndirə bilməzsən. (47) Suda boğulan ilana sarılır[2136]. (2) Suda boğulan saman çöpündən yapışar. (1) Sudan ayrılan balığın oddan qorxusu olmaz. (1) Sudan xeyir olsa, qurbağa əjdahaya dönər. (1) Sufi sarımsaq yeməz, bulsa sapın da qomazdı[2137]. (75) Sulu sulu yudum, çamırlı, kirli sərdim[2138]. (81) Sumunı böyük istəyən evinə qabmaq gərək. (75) Surfa duası hər duadan əfzəldi. (14) Susadım su istədim, suyun da yandırdı məni. (1) Susamışam su istərəm, arxın qulağını göstərir. Acmışam yemək istərəm, təhnə-tavağını göstərir. (8) Susuz ağac meyvə verməz. (1) Susuz aparıb, susuz gətirər. (1) Susuz it kəhrizə baxar[2139]. (44) Susuz yerdə ördək olmaz, qaz olmaz. (1) Suya batanun yağışdan nə dərdi. (49) Suya tüpürməzdər. (12) Suyı - susuza, ekməgi aca. (49) Suyu ağaşlı yerdən, qızı qardaşlı yerdən. (34) Suyu çirkləndirənin günahını yumağa su tapılmaz. (39a) Suyu qabda görüb, günü bacada. (1) Suyu püfləyə-püfləyə içir. (1) Suyu ver susuyana, içsin qana-qana[2140]. (39a) Suyun dərinniyini bilmək olar, ancaq insanın ürəyini bilmək olmaz. (12) Suyun dibində görünməyən daşın sahibi olmur. (36) Suyun əvvəli bulantı gələr. (1) Suyun qədrini susuzlar bilər. (12) Suyun lal axanı, adamın yerə baxanı[2141]. (2) Suyun şırıltısından, arvadın zırıltısından qorxmaq gərək. (1) Suyun üstə gəmi var, hər bir işin çəmi var. (1) Suyun üzərində naxış dayanmaz. (36) Sübaşı ilə irişən yurtdan çıqar. (75) Süci içmək ğəm gedirər. (75) Süci üçün ellərə bıçaq çəkməkdən sasılıq yeyüp kafirə һacı başa demək yegdir. (75) Süd dadın tana bilür. (75) Süd igidə halaldı. (1) Süd ilə girən can ilə çıxar[2142]. (44) Süd ilən gələn sümük ilən çıxar[2143]. (37) Süd verən inəyi kəsməzlər. (1) Süddən ağzı yanan, qatığı üfləyə-üfləyə yeyər[2144]. (2) Südə gəldigi yetməz, sərinci də dalında tutur[2145]. (83) Südlü aş dadlı olar, bir gün sizdə, bir gün bizdə. (1) Südlü aş dəmdə gərək, həm səndə, həm məndə gərək. (10) Südlü inək ol, vur badyanı dağıt[2146]. (72) Südlü qoyun sürüdən ayrılmaz[2147]. (2) Südnən girən sümüknən də çıxmaz. (5) Südsüz inək mələyən, hənirsiz arvad söyləyən olar. (12) Südü süd olsun, atası it olsun[2148]. (11) Südün dadını qısır əmən dana bilər[2149]. (2) Südündə də var, sümüyündə də. (18) Südünə görə mələ[2150]. (12) Süfrə dolı gərək. (49) Süfrədə əlini saxla, məclisdə dilini. (1) Süfrədən qalanı itə atarlar. (1) Süfrəni yuxarı başdan düzərlər, aşağı başdan yığarlar. (1) Süfrənin başı-ayağı olmaz. (1) Süfrənin böyüyü oluncax, donuzun kicciyi ol. (9) Süftə səndən, bərəkət Allahdan. (83) Sükut edən salamat olar. (1) Sükut ixtiyardadı[2151]. (1) Sükutla görülən iş qışqırıqla başa gəlməz. (1) Süleymana qalmayan dünya heç kəsə qalmaz[2152]. (1) Sümbüləm, suyam, durmuşam, buyam. (18) Sümük sınduran əti doyunca yeyər. (49) Sümük Süleyman olsa, süttə bahadır gərək. (83) Sümüksüz ət olmaz. (14) Sümüyünü it sümüyünə qatma. (1) Sünü çuvala sığmaz. (75) Sür get deməmişlər, gör get demişlər. (1) Sürmə ki çox olsa, həm qaşa, həm gözə[2153]. (49) Sürməni Allah aparıb paxlanın gözünə çəkib[2154]. (1) Sürməni gözə çəkərlər. (1) Sürü axsaqsız olmaz. (1) Sürü çobansız olmaz[2155]. (44) Sürü qayıdanda axsax keçi qabağa düşər. (18) Sürü qotursuz olmaz. (1) Sürüdən ayrılan qoyunu qurd yeyər[2156]. (60) Sürünü hürküt, sonra say. (1) Sürünü ürküt, axsağı tut. (36) Sürüyə ki düşdün, qapmasan da, gərək hürəsən. (1) Sürüyə qurd düşəndə, vay bir qoyunlunun halına! (1) Sürüyə qurd gələndə, köpəyi yuxu tutar. (1) Süttü aş o qədər ağzımı yandırıb, doğramacı da piliyə-piliyə yeyirəm. (83) Sinək nə ola, yağı nə ola. (75)
Ş Şad olan qurdın ağzı açılmaz. (49) Şaddığa gejik, ehtiyaca yox. (12) Şadıluqda yeləkmə, qəmdə məlul olma. (75) Şaftalı gəlməmiş tabağı gəldi. (1) Şah Abbasa yaradı, Keçəl Abbasa yaramadı?! (1) Şah bilər, şahivən bilər. (1) Şah da bilir Şirvan çuxurdadı. (1) Şah ilə şilə pilav yemirəm bığlarım yağa batar[2157]. (81) Şah qapısı şaxtalı olar. (1) Şah vəzir ağlı ilə oturub-durar. (1) Şahbalutdan yağ düşməz[2158]. (83) Şahbudağın bağı var, bağının baratı var. (1) Şahbudağın bağı var, Baratın dəgirmanı[2159]. (83) Şahı nədi, Şahbeçəsi nə ola? (18) Şahın da dəvələri ayaqyalın gəzir. (1) Şahın da qaraçıya işi düşər[2160]. (83) Şahın yürəgi Allahın əlindədi. (83) Şahidin qazancı söyüşdü. (12) Şahidini yalançı İraqda istər. (49) Şahin ilə dəvə ovlanmaz[2161]. (60) Şahin kiçikdir, ət yeyir, dəvə böyükdür, ot yeyir. (39a) Şahsənəm oğlan doğub. (83) Şah-şah dediyim öz canım üçündür[2162]. (49) Şair sözsüz olmaz. (1) Şalbanın bir ucu sənin çiynindədi. (1) Şalı geydi şallandı, alı geydi sallandı. (18) Şalvarı təzə, köynəyi təzə, yırtılsın, görək nə diyər bizə. (18) Şam bahadı – korun nə vecinə. (34) Şam başından yanar. (1) Şam dibinə işıq salmaz. (1) Şam özü gər yanmasa pərvanəni yandırmaz. (83) Şam yanar, şölə çəkər. (1) Şam yanmasa, başına pərvanə dolanmaz. (1) Şamdan soruşdular: -İplik yanır, sən niyə əriyirsən? Şam dedi: -Dad rəfiq əlindən! Rəfiqim yanır, mən də əriyirəm! (1) Şamın həyatı onun yanmağındadı. (12) Şapalaq ilə üz qızardır[2163]. (2) Şaşıya yol sorsan, gözi toğruluğuna getmə, yara düşərsən. (75) Şayiə hər yanı gəzər. (1) Şayir oldun, dildə, sözdə, gözdə xəsis ol. (18) Şaylığına malun yedürməyən, korluğuna yemək gərək. (49) Şəbpərə gecə gəzər, gündüz gəzməz, elə bilər –özü bilər, özgə bilməz. (1) Şəfa piyalənün dibində olur[2164]. (49) Şəfa verən ağudan da verə bilər. (1) Şəfqət böyüklərdəndür. (49) Şəhər bürclü, qalalı gərək. (1) Şəhər hər kimsənin öz evidür. (49) Şəhərin böyüyü, kəndin kiçiyi. (13) Şəkər dadın yeyən bilür. (75) Şəkər əkirəm, duz çıxır, hamama gedirəm, buz çıxır. (9) Şəkərsiz qamış, mənasız adama bənzər. (49) Şəki küləyi açar, Şirvan küləyi batırar. (18) Şələ lələni basdı. (12) Şələni elə bağla, götürəndə gücün çatsın[2165]. (81) Şələşur adam qarışıx yuxular görər. (18) Şəmin yüzi, ardı olmaz. (49) Şən qonax heş kəsə yük olmaz. (12) Şər batini qılıcdan kəsgün olur. (49) Şər diməsən xeyir olmaz[2166]. (83) Şər həmişə xeyrin dalınca gəzər. (1) Şər iş qala-qala xeyrə dönər. (49) Şər sevən – yalan, şər gətirən – gerçək. (1) Şər yaşamır, xeyir ölmür. (12) Şər zahirə hökm eylər[2167]. (1) Şərab ağlı da alır, hörməti də. (12) Şərabın kədəri nəşəsindən artıqdı. (1) Şərdən ayağ dışra qoyan özüni damuda görsün. (49) Şərə qarışdı, ağlı çaşdı. (18) Şərəf, şöhrət puldan şirindi. (12) Şərəfsiz yaşamaq ölümdən betərdir. (12) Şəri-şeytandan, məkri-zənandan, quru böhtandan, bəylər qəzəbindən özünü qoru. (1) Şəriət kəsdügi barmaq ağrımaz[2168]. (75) Şəriət zaһirinə һökm edər. (75) Şəriətdə şırım olmaz. (49) Şəriətə ud yoq, bizdə һiç yoq. (75) Şəriəti mürüvvət yenmişdir. (75) Şəriəti xor görən xor olur. (75) Şərikli əti it yeməz. (1) Şərlü dostluğı çam kölgəsi kibidir. (75) Şərsadan yalan, şərr gətürici gərçəkdən yegdür. (49) Şərti şumda kəs, xırmanda şana kürək sınmasın[2169]. (2) Şey qurtdayar duz səpilər, duz qurtdasa nə səpilər. (83) Şeytan əzabda gərək[2170]. (1) Şeytan gah mələhdi, gah kələk. (18) Şeytan gitdi, meydan bizə qaldı. (83) Şeytan karxanası boş qalmaz[2171]. (1) Şeytan olmasa, qurd qoyunla gəzər. (1) Şeytan şeytannığında qalır. (12) Şeytana papış tikər[2172]. (1) Şeytanan min donu var. (18) Şeytanı tutmağa noxtasız gedir. (1) Şeytanın ayağını sındırır[2173]. (1) Şeytanın dostluğu dar günlərə qədərdi. (1) Şeytanın evi xəbis adamların ürəyindədi. (18) Şeytanla ortaq olan buğda əkər, saman biçər. (1) Şeyx uçmaz, müridlər uçurur. (49) Şəyirdimin şəyirdi, ayran işdi gəyirdi. (18) Şıqqıldatmağa qozum var, cırıldatmağa bezim. (6) Şikayət acizlik əlamətidi. (1) Şilə ilə yıxılan ev, pilov bişir, qoy dağılsın[2174]. (2) Şillə yeməmiş yanaq qızarmaz[2175]. (1) Şimdiki zamanda asıl anılmaz, altun-incü anılur. (75) Şimdiki zamanda danişməndin dedügin tut, amma işlədügin işləmə. (75) Şimdiki zamanda şərrə uğramayım, deyirsən, xeyirdən qaç. (75) Şir gərək pəncə vura şir ilə. (1) Şir öz dişini heç kəsə borc verməz. (1) Şir qəfəsdə də şirdi. (12) Şir qocalanda özünə gülməyi gələr. (1) Şiri caynağından tanıyallar. (12) Şiri şiranə tutarlar. (1) Şirin de, şirin eşit. (49) Şirin dil adama dost qazandırar. (1) Şirin dil dəmir qapını da açar. (12) Şirin dil ilanı yuvasından çıxardar[2176]. (1) Şirin ömri acılıq ilən keçürmək olmaz. (49) Şirin söz baldan şirindi. (1) Şirin-şirin öpmürsən, acı-acı niyə dişdiyirsən. (18) Şirin-şirin yeməyin acı qusmağı var[2177]. (83) Şirin yalannan acı həqiqət yaxşıdı. (12) Şirinliyi şirinlik, şaqqıldaması daha artıq. (83) Şirvanda qurt az idi, biri də gəmidən çıxdı. (49) Şol kişi neyləsün ki, yuqarı asarsa is olur, aşağı qoursa, pas olur, urup öldürürsə, yas? (75) Şor yağdan baha olub. (14) Şor yer sünbül gətirməz[2178]. (2) Date: 2016-05-25; view: 431; Нарушение авторских прав |