Полезное:
Как сделать разговор полезным и приятным
Как сделать объемную звезду своими руками
Как сделать то, что делать не хочется?
Как сделать погремушку
Как сделать так чтобы женщины сами знакомились с вами
Как сделать идею коммерческой
Как сделать хорошую растяжку ног?
Как сделать наш разум здоровым?
Как сделать, чтобы люди обманывали меньше
Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили?
Как сделать лучше себе и другим людям
Как сделать свидание интересным?
Категории:
АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника
|
Mətanət YAQUBQIZI 24 page
Ota qatsan, at yeməz, ətə qatsan, it. (1) Otlayan bilmәzsә, gödәn bilür. (75) Otura-otura ozanın evi yıxılar, gəzə-gəzə culfanın. (39) Oturan adamdan yalar köpәk yegdir. (75) Oturandan yatan yeg, əski bezdən kətan yeg. (75) Oturduğum yerdə oyuna düşdüm, güldügüm yerdə gürşada[1906]. (83) Oturdun, yoldaşdan qaldın, yatdın evin yıxıldı. (1) Otuz iki dişdən çıqan ordaya yayılur[1907]. (75) Otuz ilə yеlinlədi, qırx ilə qulunladı. (14) Ov alan tazı burnundan bəllidi[1908]. (33) Ov danasınnan öküz olmaz. (5) Ov itə nikdür. (50) Ov marıxdan qorxar. (6) Ov vuranın dеyil, yеtirənindi[1909]. (2) Ovalar aşırı it hürməz. (5) Ovçu neçə hiylə bilsə, ayı da o qədər yol bilir[1910]. (3) Ovçu ovunda, yolçu yolunda gərək. (1) Ovçu ovunu ləpirindən tanıyar. (1) Ovçu ovunun izini gözlər. (1) Ovçuya bir göz də kifayətdi. (1) Ovçuya dağı nişan verərlər, ovu nişan verməzlər. (1) Ovlanmıyan quş olmaz, başa gəlmiyən iş olmaz. (15) Ovu gərək bərədə vurasan. (1) Oynamıyan qız yerim tardur deyər[1911]. (75) Oyunda ağlayanın başı kәl olur. (75)
Ö Ödünc gülә-gülә gedir, ağlayu-ağlayu gәlur. (75) Ögdügün eşәgi atdan keçirmә. (75) Ögeyi əkilməsin, əkilsə də bitməsin, bitsə də göyərməsin. (18) Ögeyk dövlətli olsa, öz evin abad eylər. (49) Ögümә aş qo, iki әlim boş qo; yemәz isәm, başıma taş qo. (75) Ögәy ana, ocağa yana. (75) Öksüzün qarnı toymaz. (75) Öksüz oğlan göbәgin kәndü kәsәr. (75) Öküz aytmış: «Bәn ölicәk gönümi inәk üstünә sәrün». (75) Öküz bilir, qayış nə çəkir. (16) Öküz buynuzlu inәk südsüz olur, inәk buynuzlu öküz gücsüz olur. (75) Öküz deyər: -Mən ağama nökərəm. (1) Öküz dəvəcən olanda dəvə dağcan olar. (1) Öküz əhildəməkdən boyunduruq əhildəyir[1912]. (1) Öküz gərək cüt ola. (1) Öküz nalə çəkməkdən, qamçu sızıldar. (49) Öküz olacaq dana bugündən bilinər. (1) Öküz öldü, ortaq ayrıldı[1913]. (1) Öküz öldürüb adını üstümdən götürə bilmərəm[1914]. (1) Öküz ölməyincə inəyə qiymət olmaz. (1) Öküz özünə yonca əkəndə başı ağrıyar. (1) Öküz yüzülməyincə qarnı çıqmaz. (75) Öküzdən utammırsan, öküzə vurulan çubuxdan utan. (18) Öküzü durğuzub altından buzov istəyir[1915]. (83) Öküzü olana gön borc vеrərlər[1916]. (49) Öküzü öldürüb qumuzunda bıçağı sındırdı[1917]. (1) Öküzü ölənə yol göstərən çox olar. (1) Öküzü taya tərəf çəkə bilməyəndə, tayı öküzə tərəf çək. (16) Öküzü tayıynan qoşarlar. (16) Öküzün böyüyü pəyədə qalıb[1918]. (83) Öküzün cütdü, işin bitdi; öküzün taydı, işin zaydı[1919]. (5) Öküzün cütə getməyənini ətlik adına satarlar[1920]. (1) Öküzün qaşqasına dögərlər[1921]. (55) Öküzün qocalanı dana-buzova qoşular. (1) Öküzün quyruğu öz-özünə gərək olmasa da, ancaq başqasına milçək qovdu. (48) Öküzün yönsüzi kotan arzular, igidin yönsüzü Vətən azular[1922]. (49) Ölçməmiş, biçmə. (1) Ölçülməyən arpa, ac eşşək. (18) Öldügün yetmәz, qoz ağacından tabut istәrsәn. (75) Öldügünә baqma, gözün bәlәrtdügün qoma. (75) Öldürən ox, günahkar ox atan[1923]. (1) «Öldürrəm» deyəndən qorxma, «ölləm» deyəndən qorx[1924]. (1) Ölәcәk cana yatacaq yer gәrәk. (75) Ölən adam dirilməz.(3) Ölən canını qurtarır, yazıq qalanın gününə[1925]. (2) Ölən görməyəcək, qalan görəcək. (1) Ölən inək südlü olur[1926]. (49) Ölən öldü, borcun uddu, vay qalanın halına. (1) Ölən öldü, diriyə dirilik gərək. (1) Ölənə şahid gətirməzdər. (12) Ölənin borcunu baqqal dirilərə yüklər. (1) Ölkə sahibsiz olmaz[1927]. (2) Ölkə yansa, canı yanmaz[1928]. (1) Ölmək ölməkdür, xırıllamaq nədür[1929]? (49) Ölmək var, dönmək yoxdur[1930]. (49) Ölməsən qocalursan. (49) Ölmüş aslana dovşanlar da hücum eylər. (1) Ölmüş aslandan diri köpək yaxşıdı. (1) Ölmüş ata yük çatmazlar. (1) Ölmüş dəvənin dərisi də eşşəyə yükdü[1931]. (5) Ölmüş evin rızğı ölәçәk evә qoyulur. (75) Ölmüş еşşək axtarır nalini çəksin[1932]. (2) Ölmә eşәcigüm, yonca bitә, yeyәsәn[1933]. (75) Ölü bir gün, şivəni bir gün. (49) Ölü dərdi dərd olmaz, haray dirinin dərdidi. (13) Ölü gör necə ölüdü, əzrayıl da halına ağlayır. (1) Ölü xalvasıyla oğlan sevmә. (75) Ölü ilə ölmək olmaz[1934]. (2) Ölü kişi köprü olsa, üzәrindәn keçmə. (75) Ölü qəbirdən geri qayıtmaz[1935]. (49) Ölü malını örkənləsən durmaz. (49) Ölü vəsiyyəti dutulmaz, dedugi özünə qalur. (49) Ölü yerdə qalmaz, xana darda[1936]. (8) Ölü yüzi bәrk olur. (75) Ölüdən şеytan da əl çəkib[1937]. (2) Ölülər еylə bilir ki, dirilər halva yеyirlər[1938]. (2) Ölüm ahıla, cahıla baxmır. (12) Ölüm-dirim bizimçündur[1939]. (75) Ölüm fərzdür qonşulara. (49) Ölüm haqdan, kəfən Məmməd Cəfər bəydən. (1) Ölüm һaqq işidir[1940]. (75) Ölüm haqq, miras halal[1941]. (2) Ölüm köhnə şеydi, amma həmişə təzə görünər. (12) Ölüm qaş ilən göz arasındadur[1942]. (49) Ölüm olmasa, kişi bildügin edәrdi. (75) Ölüm - ömrün hеsabatı, qəbir - sonsuzluğun qapısı. (12) Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də bətərdi. (1) Ölüm var ölüm kimi, ölüm var zülüm kimi[1943]. (1) Ölüm yuxunun qardaşıdır. (55) Ölümdən başqa hər şeyə çarə var. (1) Ölünü özbaşına qoysan, şıllaq atar, kəfəni cırar[1944]. (1) Ölünü qoyub dirini ağlamazlar. (14) Ölünün atı yüyrək olar. (12) Ölünün böyügü, kiçigi olmaz[1945]. (55) Ölünün dalınca danışmazlar. (1) Ölünün dalınca salat çəkir. (1) Ölünün dirisi gərək. (49) Ölünün dostı olmaz. (75) Ölünün əli daş altındadı. (12) Ölürsə yer bəyənsin, qalırsa el bəyənsin. (1) Ölüsü ölən bir gün ağlar, dəlisi olan hər gün[1946]. (1) Ölüsü ölən kiridi, yasa gеdən kirimədi[1947]! (2) Ölüsündәn könlәk tartınandan nә xeyr umarsan? (75) Ölüyə də yiyə lazımdı, diriyə də. (1) Ölüyi ayıt, diriyi dart. (75) Ömrün bərəkəti yaxşı əməl ilədi. (1) Ömür bir iynədi, sapı çox qısa. (1) Ömür çatsa, kasıb da paççah olar. (18) Ömür edən yaşa dolar. (1) Ömür qarısa da, könül qarımaz. (1) Ömür vəfasızdı, bizi tərk edir. (1) Önmәzsәn, önmә; tәk bal mumları yeyinsün. (75) Öpüb-qucmaqla oğul qız olmaz. (75) Ördək ətin, qaz ətin, yeyən bilər ləzzətin. (1) Ördək gəlib qaz olmaz, gəlin gəlib qız olmaz. (1) Ördək istər qaz yerişi yerisin, vurar pətənəgini yırtar[1948]. (83) Ördəyi su ilə qorxutmazlar. (1) Örəpə qoyunun nə əti olar, nə yunu. (1) Örkən nə qədər uzun olsa doğanaqdan keçər[1949]. (49) Örtülü bazar, dostluğu pozar[1950]. (2) Öskürənin yanında asqırmasan, deyər ağzı yoxdu. (9) Ötәn qüdrәt oyunıdır, bilmәyәnә qaz gәlür, Tanrının nəiməti çoq, bilməyən az gəlür. (75) Övlad borcu ödənilməz. (12) Övlad can yanğısıdı. (1) Övlad insanın məbədidi. (1) Övlad könül meyvəsidi. (1) Övlad pəncərədən düşən işıqdı. (1) Övlad tapılar, ata-ana tapılmaz. (1) Övlad turşudu, yeyənin dişi qamaşar, yeməyənin ağzı sulanar[1951]. (41) Övladda atadan nişanə olmalıdı[1952]. (1) Övladda nəvə, dövlətdə dəvə. (1) Övladına cəza vеrmiyən, özü cəza alar. (12) Övrәt kişiyi atadan-anadan ayırar, eşindәn-dostundan kәsәr. (75) Övrәt ölmәk ev yıqılmaqdır. (75) Övrәt ünlü, ər qutsuz olur. (75) Övrәt yapduğı ev yıqılmaz; övrәt yıqdığı ev yapılmaz. (75) Övrәtdәn vәfa gәlmәz. (75) Övrәtdәn әrün әqli artıqdır. (75) Övrәtә bir әtәk aqçadan bir tatlu dil yegdir. (75) Övrәtә inanma, suya tayanma. (75) Övrәtin әri ilk әridir, ğeyrisi yamadur. (75) Öy qalıtdı əyriyə, başdan-başa səyriyə. (10) Öydə söz düz gəlmiyənədə xiyar əyri bitər. (18) Öylə ye, həmişə yeyəsən[1953]. (81) Öylәdәn sonra һәr nә ucuzdur. (75) Öylüyü olanın çöllüyü olmaz, çöllüyü olanın öylüyü. (10) Öyrənməyə ar olmaz. (1) Öyüd batmayana söyüd batmaz. (18) Öyüdü anlayana verərlər. (1) Öyüdü özünə ver, arpanı öküzünə. (41) Öyüdü ver alana, qulağında qalana. (18) Öyündə yox darı, hamıdan oturub yuxarı. (18) Öz anasını sevən, özgə anasını söyməz[1954]. (46) Öz çörəyini özgə süfrəsində yemə. (1) Öz dilinə nəzarət eliyə bilməyən doğruçu ola bilməz. (18) Öz doşabına qənaət eyləmək özgənin balından yaxşıdır. (28) Öz evimin nökəriyəm, özgə evinin – ağası. (1) Öz eybini görən, özgəyə tənə urnaz. (49) Öz eyləduğun gör, özgə eybinə baxıcı olma. (49) Öz gözündə bayquşun balası tovus quşundan da gözəldi[1955]. (1) Öz gözündə tiri görməz, özgə gözündə çöpi görər[1956]. (49) Öz kövşənində otlayan mal ac qalmaz[1957]. (1) Öz qədrini bilməyən özgə qədrini heç bilməz[1958]. (5) Öz quru çörəyim özgənin plovundan yaxşıdı. (1) Öz ocağında başını bağlaya bilməz, özgə ocağında gəlin başı bağlar[1959]. (46) Öz sirrin özünə saxla ki, özgə saxlamaz. (49) Öz sözünü özgənin ağzından danışma (1) Özgə ağzına baxan ac qalar. (1) Özgə atına minən tez düşər[1960]. (49) Özgə bağından gül dərməzlər. (1) Özgə buzovı çatı qırar. (83) Özgə danasın bağlayanın çatısı əlində qalar[1961]. (55) Özgə evində koxalıq eləməzlər. (33) Özgə evində qonaqdan borc istəməzlər. (1) Özgə əli ilə ilan tutur[1962]. (1) Özgə əlində kömbə böyük görünər. (1) Özgə fikrini çəkib qocalmaqdansa, öz dərdini çək, ucal. (18) Özgə gözü yaxşı görər. (1) Özgə ğəminə şad olmamaq gərək. (49) Özgə kisəsindən pul bağışlamazlar. (1) Özgə qapusun bağlı istəyənin öz qapusu bağlı qalar[1963]. (54) Özgə quşu ilə ova getmə. (55) Özgə malına dəymə, özününkünü bərk saxla[1964]. (1) Özgə malına göz tikən, malsız, davarsız qalar[1965]. (1) Özgə oğlı kimsəyə oğul olmaz[1966]. (49) Özgə öyüdünə qulaq asan dəli, ipləmə olar. (18) Özgə özgə canından ox çəkəndə, sayar ki, palçıqdan çəkdi. (49) Özgə özgənin işini Bayatı-Şiraznan görər. (18) Özgə özgənin itgisint lillah bəhanəsi ilə axtarar[1967]. (2) Özgə özgənin itini bayatı ilə çağırar[1968]. (55) Özgə özgənin ölüsünü "Hololay”nan ağlar. (12) Özgə tikəsi qarın doydurmaz, hörmət artırar. (18) Özgə torpaq cənnət olsa da, vətəndən yaxşı dеyil. (45) Özgə yerin halvasını hövla ilə çalarlar. (1) Özgələrinki gedə-gedə ipək olur, bizimki köpək[1969]. (5) Özgənin atına minən tez düşər. (56) Özgənin kaşanəsindən bizim viranəmiz yaxşıdı[1970] (1) Özgənin qarğası özgəyə qırqı gəlir[1971]. (2) Özgənin müsibətinə gülmə, başına gələr. (55) Özgənin namusuna dolaşan öz qanına bulaşar. (55) Özgənin sözünü özgənin evində danışma. (1) Özgənin sözünü sənə dеyən, sənin də sözünü özgəyə dеyər. (14) Özgənin yaman gününə gülən öz gününə ağlayar. (1) Özgənin yaxşısından öz pisimiz yaxşıdı. (1) Özgəyə inahat eləmə, başına gələr. (18) Özgəyə kömək et ki, sənə də kömək etsinlər[1972]. (57) Özgəyə quyu qazan özü düşər[1973]. (28) Özgəyə yamanlıq edən, özünə edir. (67) Özü düşən ağlamaz[1974]. (49) Özü eyləyənə çarə yoxdu. (83) Özü eşşək, çulu məxmər[1975]. (5) Özü ədalətli olanın, qazıya ehtiyacı olmaz. (1) Özü getdi, sözü qaldı. (1) Özü qazanmayan mal qədri bilməz. (1) Özü özünə еlədiyini еl yığılsa еyləyə bilməz[1976]. (2) Özü üçün yatır, özgələrə yuxu görür[1977]. (1) Özü yeməz, özgəyə də verməz. (1) Özüm özümə elədim, külü gözümə elədim[1978]. (1) Özümüz bir şey deyilik, adımız təbildə döyülür. (1) Özün fil olsan da, qarışqanı yaddan çıxartma. (1) Özün özünü tərifləmə, qoy başqası tərifləsin. (12) Özün tüləyə qoymayırlar, şal-qaşov oğrar. (83) Özündən yuxarı baxanda, özündən aşağı da bax. (1) Özünə azar, özgəyə rahat yetürən ol. (49) Özünə baxma, sözünə bax. (1) Özünə düşmən öz dostunu itirəndi. (1) Özünə hörmət qoymayan özgəyə də hörmət qoymaz. (1) Özünə istəməyəni, özgəyə istəmə[1979]! (49) Özünə umac ova bilməz, özgəyə əriştə kəsər[1980]. (44) Özünə yeyər, özgəyə minnət qoyar. (83) Özünü alim istəyən cahildən uzaq olar. (1) Özünü atan da birdi, özünü dartan da. (1) Özünü böyük göstərmək kiçikliyin ən kiçiyidi. (1) Özünü ələ ala bilməyən adam başqalarını ələ ala bilməz. (18) Özünü tanımayan Allahını da tanımaz[1981]. (1) Özünün yavan çörəyi özgənin plovundan yaxşıdı[1982]. (1) Özüvi yorulmuş bilsən, yoldaşıvı ölmüş bil[1983]. (46)
P Padşah boşdux eyləsə, bazarda ocax yanar. (9) Padşah xəzinəsi də altı şahılıq qıfıla möhtacdı. (1) Padşahda qırx adamın ağlı olmasa, padşah olmaz. (83) Padşahın da dalınca danışarlar. (1) Padşahın da rəiyyətə işi düşər. (1) Padşahın söhbətinin əvvəli dirilik, axırı ölüm. (1) Padşaһlarun basduğı yerdә ot bitәnmәz[1984]. (75) Paxıl adam ac canavardan pisdi. (1) Paxıl adam cənnət görməz. (41b) Paxıl artmaz. (14) Paxıl artsa, qurd artar[1985]. (2) Paxıl çörəgin yemək ğəm gətürür. (49) Paxıl həmişə diyər, mənim ürəymimnən olmaz. (18) Paxıl xoflu olar. (12) Paxıl olma, qüssən olmasın. (1) Paxıla Tanrı verməz, versə də qarnı doymaz[1986]. (1) Paxılın axırı olmaz. (1) Paxılın bağı göyərməz. (12) Paxılın dərdinə dərman qara torpaxdı. (18) Paxılın goru cəhənnəmdi[1987]. (1) Paxılın gözü doymaz. (1) Paxılın qapısı həmişə bağlı olar. (12) Paxır qazanda xörək bişməz. (12) Palan qızıldan olsa da, adı palandı. (12) Palaza bürün, еl ilə sürün[1988]. (2) Palçığa batan arabanı öküz çıxardar. (1) Paltar boya biçilər, boy paltara yox. (8) Paltarı zinətləndirməkdən ağılı zinətləndirmək faydalıdır. (67) Paltarın kirini yumax olar, ürəyin kirini yumax olmaz. (12) Paltarın yaxcısını özünə götür, aşın ləzzətdisini qonağa ötür. (15) Panbuqcunun itdən acığı gəlir. (54) Papağı isti-soyuq üçün qoymazlar[1989]. (55) Papağı tülkü dərisindən, xəbəri yox gerisindən[1990]. (1) Papağımız günə yandı. (1) Papax başda yırtılar, başmax ayaxda. (15) Papaq altında igidlər yatar. (1) Papaqçının papağı olmaz, çuxaçının çuxası[1991]. (83) Papaqçının qaçağı papaqçı dükanıdı. (83) Para qurtardı, dükan bağlandı. (1) Paran ucuz isə, özün bahalı ol. (1) Paran vardır – cümlə-aləm qulundu, paran yoxdu – dar küçələr yolundu. (1) Pas dəmirdən qılınc olmaz[1992]. (28) Pasdı tüfəng, inad arvad, tənbəl at. (9) Pay bölən ya payınnandı, ya imanınnan. (13) Pay bölənə pay qalmaz[1993]. (1) Pay bölənin yüzdə biri cənnətə gedər. (1) Paydan pay ummazlar. (1) Paydan uman pay verməz. (1) Payını yalqız yeyən tayın dişi ilə tutar[1994]. (55) Payız cücəsinnən xoruz olmaz. (12) Payızın suyu kasıbın boğazına təngdi. (1) Pendir-çörək salamatdı[1995]. (1) Pendir yeyən su axtarar. (1) Pendirdən təkə qayırar, könlünnən olsa, bir az da yekə qayırar. (18) Pendiri yaxşı pendirdi, hayıf ki, it dərisindədi. (18) Pesər mənimdür, məfxərini bilürəm. (49) Peşkəşin axırı dərvişə çatar. (1) Peyğəmbər əvvəl öz canına dua edib[1996]. (1) Peyininə bax bostan ək[1997]. (55) Pəhrizini gözləməyən azarını uzadar. (1) Pələng mеşənin qoruqçusudu. (12) Pələng olmayan mеşədə dovşan da şahdı. (12) Pələng qəfəsdə də pələngdi. (12) Pələngə ət yeməyi, keçiyə ot yeməyi öyrətməzlər. (1) Pələngi qılıqla öyrədəllər, qılıncla yox. (12) Pəncşənbənin gəlişi, çərşənbədən bəllidi. (1) Pəzəvəngin axırı dərviş olar. (1) Pıç-pıç ev yıxar[1998]. (83) Pilovun alçaq yanında otur. (75) Pilləkanı bir-bir çıx. (49) Pinəçinin mayası iynə və bizdir[1999]. (44) Pir mənimsə, kəramətini mən bilirəm[2000]. (5) Pirini tanımayanın aqibəti pis olar. (1) Pirlərə ölmək bayramdır. (75) Pis adamnan borc alma, toyda da, vayda da istəyər. (12) Pis bildigini özgəyə rəva görmə. (83) Pis gün yaxşı olar, pis adam yaxşı olmaz[2001]. (12) Pis günün ömrü gödək olar[2002]. (83) Pis işçinin əlində dəzgah da pisdi. (12) Pis mal yenə sənindir[2003]. (55) Pis odur ki, yoxdu. (12) Pis olmasa yaxşının qədri bilinməz[2004]. (83) Date: 2016-05-25; view: 533; Нарушение авторских прав |