Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 28 page





Tullana-tullana ehmağın, opbana-opbana bişmağı olar. (10)

Turna gördügi baqla bitməz. (75)

Turp əkdim, şəlqəm çıxdı. (1)

Turpun sıqlıqından seyrəkligi yaqşıdı[2246]. (83)

Turş alma ağız sulandırar. (55)

Turşu küpündən bal sıza bilməz. (57)

Tut ağacı əkən ipək dərər. (1)

Tutdu qatıq, tutmadı ayran. (1)

Tutmusan ucundan, gedirsən ucuzluğuna. (1)

Tutulmayan oğrı - bəgdən toğrı. (75)

Tutulmuş işdən gül iyi gələr[2247]. (83)

Tutuquşu danışar, amma insan olmaz. (1)

Tuz-ətmək bilməzdən it yegdir. (75)

Tuzsız aşa şəkər də qosan, tadı gəlməz. (75)

Tüfəngin dolusundan bir adam qorxar, boşundan iki[2248]. (2)

Tük var atallar, tük var satallar. (18)

Tüklü motal pendiri yaxşı saxlar[2249]. (5)

Tükü yönünə sığa. (18)

Tülki tülkiyə buyurdi, tülki də quyruğuna buyurdı. (49)

Tülkini dərisi içün qovarlar. (49)

Tülkü çox bildiyindən tələyə düşər[2250]. (2)

Tülkü dəliyə girə bilmir, quyruğuna süpürgə bağlayır[2251]. (2)

Tülkü hara, quyruğu da ora. (83)

Tülkü iki dəfə tələyə düşməz. (39a)

Tülkü suvaxlı bağa girməz[2252]. (2)

Tülkü tülkiligini sabit elincə dərisi boğazına yığılur. (49)

Tülkü tülküyə buyurdu, tülkü də quyruğuna. (83)

Tülkü var ki, baş kəsər, qurdun adı bədnamdı[2253]. (2)

Tülkü vaxtlı bağa girməz. (2)

Tülkü yeyəni aslan qusdura bilməz[2254]. (2)

Tülkü yuxusunda da toyuq görər. (12)

Tülkünü hiyləsi dolandırar. (12)

Tülkünü quyruğuna görə tanıyallar. (12)

Tülkünün bəxti gətirsə, bəxti yatmış aslana qələbə çalar. (39)

Tülkünün dərisi özünə düşməndi. (12)

Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoysun­lar. (83)

Tülkünün şirəngi iki ayağından tələyə düşər. (83)

Tülküyə dedilər: - “Şahidin kimdi?” Dedi: - “Quyruğum”. (39a)

Tülküylə tovuğun nə oyunu var? (75)

Tünd gedən tez yorular. (83)

Tünd su körpi yıxar, tünd xasiyyət öy yıxar[2255] (35a)

Tüpürdügün kimsə yalamaz. (49)

Türk atınun samanı bol gərək. (75)

Türk bilir, dağarda nə var. (83)

Türk doşanı araba ilə tutar. (55)

Türk şərlünün qulıdır. (75)

Türk ucuz bulduğun murdar sanır. (75)

Türkün uşta turur dedügi bir. (75)

Tüstü kötükdən çıqar, budaqdan çıxmaz. (83)

Tüstüsü qurtulub qor atır. (2)

Tütünlü ev tonmaz. (75)

 

U

Uc ev köçəndə, orta ev uc olur[2256]. (49)

Uca dağ başına qar yağar. (12)

Ucada yer yoxdu, alçaqda da oturmur. (2)

Ucalıq alçaqlıqdadır[2257]. (49)

Ucuz alan aldanır. (1)

Ucuz aldın, quyruğunu düyünlə[2258]. (1)

Ucuz ətin şorbası olmaz[2259]. (44)

Ucuz illətsiz, baha hikmətsiz deyil[2260]. (83)

Ucuz verən tez satar[2261]. (75)

Ucuzdan baha zad olmaz[2262]. (44)

Ucuzluq qazanılmış kəsirdir. (75)

Ucuzluq səndən, bərəkət Allahdan. (75)

Ucuzluqda alıcının, bahalıqda satıcının üzünü görmə[2263]. (2)


Ucuzluqda o qədər yemişəm ki, bahalıqda yadıma düş­mür[2264]. (1)

Uçan damın böyüklüyü bünövrəsindən bilinər. (33)

Uçan quşa da borcu var. (1)

Uçan quşu tutmaq olar, uçan sözü yox. (33)

Uçan quşun dalınca getməzdər. (15)

Udsuz ev, qutsuz ev. (75)

Uduzmuş qumarbaz yüzü üstə yatar. (83)

Uğuzun aşı yağlı, canı torpağa bağlı. (18)

Ulamağını bilməyən köpək, sürüyə qurd gətirər. (1)

Ulaya-ulaya it öz başına qal gətirər. (1)

Ulduz ayın kənizidir. (40)

Ulduz çoxsa, ay birdi. (1)

Ulduz hesabı ilə gəmiçi yol aparır. (1)

Ulduzu barışmayan gəlinin salamı da savaşdı. (1)

Ulu bayramda yeməkdən saqın, Kiçi bayramda ətdən saqın. (75)

Ulu gözilə qız al, ərgən gözilə at al. (75)

Ulu sevilmə adam adama gərək olur. (75)

Ulu sözünə baxmayan uluya-uluya qalar[2265]. (54)

Ulu şəһərlər dəmür ağızdır. (7 5)

Ulu-ulu tağları keyiklər bilür. (75)

Ulusın bəgənməyən evinə boş varır. (75)

Umac – burdan ye, ordan – ac. (1)

Uman yerdən küsərlər[2266]. (2)

Umudunu kəsən şeytandı. (18)

Ununda da var, urvasında da var, bişirən köpək qızında da. (18)

Unutqannıq faciədi. (12)

Unutsan, unudulajaxsan. (12)

Uruş, dögüş, urun uçından ayrılma. (75)

Urvası olmayanın kündəsi küt düşər. (12)

Usan baş tərgit der. (75)

Uslu sanur sanınca dəlü oğlın evərür. (75)

Uslular ilə savaşmaq caһillər ilə һalva yeməkdən yegdir. (75)

Usta əli dəyməyən iş haramdı. (1)

Usta görən şagird, hər məqamda yorğalar, usta görməyən şagird ondan-bundan qarmalar. (1)

Usta meymun qamçısız oynar. (1)

Usta oğlundan şagird olmaz. (1)

Ustad görmüyənin işi xam qalar. (12)

Ustad öyüdü ata məhəbbətinnən qiymətlidi. (12)

Ustad şilləsi şirin olar. (12)

Ustad ustadın pisliyini istəməz. (12)

Ustadına kəc baxanın gözlərinə qan damar[2267]. (2)

Ustadına kəm baxan ruzusunu az görər. (1)

Ustakarın oğurluğun tutmaq olmaz[2268]. (1)

Ustakarın qapısı qırıq olar. (1)

Uşağa qundaq çağında məhək daşı deyərlər. (1)

Uşağa yoldaş olma, sən yıxılsan gülər, özü yıxılsa ağlar. (49)


Uşağı buyur, dalıca yüyür[2269]. (2)

Uşağı ərköyün böyütməh onu atmağa bərabərdi. (15)

Uşağı oxudar atanın kisəsi, ananın kasəsi[2270]. (83)

Uşağı yemək böyütməz, sevinc, fərəh böyüdər. (1)

Uşağın bişüuru gedər yol üstə oturar[2271]. (2)

Uşağın şüurlusu bələkdə özünü görkəzər. (83)

Uşağın vurmamağına baxma, daşın böyüyündən yapışar. (1)

Uşağın yediyi halal, geydiyi haramdı. (15)

Uşaq adamı qanlı qapısına aparar. (1)

Uşaq ağlamayınca, süd verməzlər. (49)

Uşaq ağlaya-ağlaya böyüyər. (1)

Uşaq anadan yetim qalar. (14)

Uşaq arasına girməzlər. (1)

Uşaq atasından güclüsünü bilməz[2272].(5)

Uşaq böyüklərindən öyrənər. (1)

Uşaq evdə böyüyər, balıq – göldə. (1)

Uşaq əzizdür, tərbiyə ondan əziz. (49)

Uşaq gördüyün götürər, eşitdiyini deyər[2273]. (33)

Uşaq sirr saxlamaz. (12)

Uşaq sözü şah sözündən hökmlüdü. (1)

Uşaq sözün düzünü deyər. (1)

Uşaq vardır-yoxdur bilməz. (1)

Uşaq yeməyini bilməz. (1)

Uşaq yıxıla-yıxıla böyür[2274]. (2)

Uşaq yıxıldığı yerə baxar. (1)

Uşaqlar tələsir, amma tut öz vaxtında yetişir. (55)

Uşaqları sevməyən heç kəsi sevməz. (12)

Uşaqlı evdə həvəngdəstəni göydən asarlar. (1)

Uşaqlı evdə qiybət olmaz. (1)

Uşaqlıq ömrün baharıdı. (1)

Uşaqlıqda zəhmət çəkən, böyük olanda rahat yaşar. (68)

Uşaqsız ev - məzar, uşaqlı ev - bazar. (12)

Uşax olan öydə şeytan olmaz. (18)

Utan utanmazdan, qorx qorxmazdan[2275]. (2)

Utananın oğlu-qızı olmaz[2276]. (75)

Utancağın eşşəyini qurd yeyər. (1)

Utanmasan, oynamağa nə var[2277]. (44)

Utanmaz üzdən qara nə var? (49)

Uyansız ata binmə. (75)

Uyur ardınca oyanuq olur. (75)


Uyur yılanın quyruğın basma. (75)

Uyuşar – qatıq yeyərik, uyuşmaz – süd içərik. (1)

Uyxu yasdıq istəməz. (75)

Uzağın salamatı yaxının malamatından yaxşıdı. (6)

Uzaxdan gəti nöyütü, duzu, yaxınnan gəti arvadı, qızı. (18)

Uzaq mənzilə yetişmək üçün atı yavaş sürməli[2278]. (2)

Uzaq yeri orğanla ölçmə. (75)

Uzaq yerin arpasından yaxın yerin samanı yaxşıdı. (1)

Uzaq yerin bir parça kağızı, yaxın yerin bir kəlmə sözü. (1)

Uzaq yerin dükməngini qənd ilə dögərlər. (55)

Uzaq yerin halvasını hovla ilə döyərlər[2279]. (2)

Uzaq yerin qonağı şirin olar. (12)

Uzaq yoquşı yorğun bilür. (75)

Uzaqdan döyüş asan gəlir[2280]. (2)

Uzaqlaşmaq yaxınlaşmaq üçün vasitədi. (1)

Uzun adamın ağlı olsa, quli-biyabanı peyğəmbər olu. (36a)

Uzun adamın ağlı topuğunda olar[2281]. (2)

Uzun axmaq olar, gödək çaxmaq olar[2282]. (83)

Uzun danışanın ömrü az olar. (1)

Uzun kösöv əl yandırmaz[2283]. (1)

Uzun olan sırıq kibi, əkşi olur qoruq kibi. (75)

Uzun saçlının ahı yerdə qalmaz[2284]. (13)

Uzun saqqal axmaq olar. (83)

Uzun yaşın ucı ölümdür. (75)

Uzun yolun bu başında yalan danışan, o başında özü də inanar. (1)

Uzunayaqluya inanmaq olmaz. (75)

Uzunun ucu olar, dərinin dibi. (15)

 

Ü

Üç eşşək bir axurdan arpa yeməz. (1)

Üç gün səhər tezdən qalxan bir gün qazanar. (80)

Üç nəsnə adamı arıqladır: sini çınğırdısı, övrət yavuzlığı, intizar çəkmək. (75)

Üç şahını bəyənməyən bir abbası çıxarsın. (55)

Üç şey xoşdur: pul səsi, zənən gülüşü, bulaq zümzüməsi. (12)

Üç şeydə vəfa yoxdur: atda, padşahda, tacirdə. (39a)

Üç tümənlik eşşəyin on beş qranlıq qoduğu olar. (1)

Ülkər düşsə, qış olur. (75)

Ümid həyatın sərmayəsidi. (1)

Ümməti-Məhəmmədin qonuğu sapmasun. (75)

Ümməti-Məһəmmədin sözi kəsadlığa düşməsin. (75)

Ürək canın işlək saatıdı. (12)

Ürək dənizdən dərindi. (1)

Ürək götürməyəni əl götürməz. (33)

Ürək ki var, şüşədi, sındırarsan, kim yamar?! (1)

Ürək qulaq deyil ki, barmaqla qurdalayasan. (1)

Ürək öz dostunu tanır[2285]. (2)

Ürək süfrə deyil, hər yetənə açasan[2286]. (14)

Ürək yanmasa, gözdən yaş çıqmaz. (83)

Ürəyi yanan yaxşı fatihə verər! (2)

Ürəyimə çıxıb yara, bilmirəm gedim hara. (18)

Ürəyin daşqınını ağız deyər. (1)

Ürəyini yırtsa da, özgə sirrini heç kəsə demə. (45)

Ürkütməsən, sanamaq olmaz. (83)

Üstümü unlu görüb, adımı dəyirmançı çağırma. (1)

Üşümiş yılanı qoynuna qoyma, isincaq səni soqar. (75)

Üz döndü, göz döndü[2287]. (46)

Üz döndü, könül dolandı. (46)

Üz götürüb gedəni zəncir ilə saxlamaq olmaz. (1)

Üz qarası könülə də qara salır. (12)

Üz ki var ətdəndi[2288]. (46)

Üz tanınar qaşı ilə, qız qardaşı ilə. (14)

Üz üzdən utanar[2289]. (2)

Üz verdik dəliyə, palçıqlı çıxdı xalıya. (1)

Üz verilən yerdə ərinmə, üz verilməyən yerdə görünmə. (1)

Üz vermə – arsız olar, az vermə – xırsız olar. (15)

Üz vermə, astar da istər[2290]. (1)

Üz yürəgin güzgüsüdu[2291]. (83)

Üzdə gəzən üzdənər, düzdə gəzən düzdənər. (18)

Üzgörənlik ən böyük ğünahdı. (12)

Üzlü daş yerdə qalmaz. (39)

Üzlü qonax, qəlbə yamax. (18)

Üzü necədi, ürəyi də elədi. (1)

Üzü öpülənin əli öpülməz. (14)

Üzü üstə gələni arxası üstə çevirməzlər. (1)

Üzük iki qəlbin qıfılıdı. (12)

Üzük ismətdi, nişan qismət. (40)

Üzük tanınar qaşı ilə, qız qardaşı ilə. (1)

Üzük-üzük oynayan gecələr yatmaz. (1)

Üzülməyincə düzülməz. (49)

Üzüm üzümə görə qaralar[2292]. (75)

Üzümü əldə gör, çöpünü yerdə. (1)

Üzün qaralığı yaman deyil, qəlbin qaralığı yamandı. (1)

Üzünü xalqa çevirənin arxası möhkəm olar. (1)

 

V

Vacivin dalınnan get, ağladanın yanınnan. (9)

Vaxt atlı, biz piyada. (1)

Vaxt insana hər şeyi öyrədər. (1)

Vaxt qənimətdi. (1)

Vaxt qızıldan qiymətlidi. (12)

Vaxt olar qoyunun ayağı uzanar, vaxt olar keçinin. (12)

Vaxtdan gileylənmə, vaxtın gedər. (1)

Vaxtı boş olanın sözü çox olar[2293]. (1)

Vaxtı itirsən hədər, görərsən böyük zərər. (1)

Vaxtıilə görülməyən iş, çox dəfə görülməmiş qalar[2294]. (2)

Vaxtın qıiyməti puldan artıqdır[2295]. (70)

Vaxtında atılan tüfəngin səsi vaxtsız atılan topun səsindən üstündü. (1)

Vaxtını itirən bəxtini itirər. (1)

Vaxtsız açılan gül tez solar. (1)

Vaxtsız banlayan xoruzun başını kəsərlər[2296]. (1)

Vaxtsız bannıyan xoruz bədbəxtlik gətirər. (9)

Vaxtsız qonaq öz kisəsindən yeyər[2297]. (1)

Vaqtında qoruq xalva olur. (75)

Var adama oyun öyrədər. (1)

Var adamın gözünü açar. (14)

Var axar, yox baxar. (1)

Var evi kərəm evi, yox evi vərəm evi[2298]. (2)

Var göz açar. (9)

Var göz işığıdı. (9)

Var günün dostu çox olar[2299]. (1)

Var var üstündən gələr. (1)

Var vara söykənər, kasıf dağa söykənər. (12)

Var vaxdı coşma, yox vaxdı çaşma[2300]. (18)

Var yüzi barcınıdur, yoq yüzi yonğadır. (75)

Vara var deyərlər, yoxa yox. (1)

Vardır pulun – hamı qulun, yoxdur pulun – açıqdır yolun. (1)

Var-dövlət tükənər, elm tükənməz. (12)

Var-dövlətin tacı sağlıqdı. (12)

Varduğun evdəkilər əgər qarağuysa, sən də bir gözün qıpa qo. (75)

Varı olan taxar, varı olmayan baxar. (1)

Varın var ikən işini gör. (12)

Varın verən utanmaz, yoxdan verən axmaxdı[2301]. (83)

Varın verən yad olmamışdır. (75)

Varını itirən az şey itirər, namusunu itirən - çox şey. (1)

Varını özünə çəpər eləmə, xərcdə. (12)

Varlı ağlar, yoqlı ağlar. (75)

Varlı arabasını dağdan aşırar, yoxsul düz yerdə yolunu çaşar. (1)

Varlı arvadın cehizi sonra gələr. (14)

Varlı borcuna mal verər, kasıf tər. (12)

Varlı kisəsini döyər, kasıb dizini. (1)

Varlı qu tükündə yatammaz, ancax kasıf saman üstündə də yatar. (12)

Varlı olub qəm–qüssə ilə yaşamaqdansa, kasıb olub şad–xürrəm yaşamaq yaxşıdı. (1)

Varlı umduğunu yeyər, kasıb olduğunu. (1)

Varlı vardan danışar, kasıf ehtiyacdan. (12)

Varlı varından pay versə, varsız da varlı olar. (1)

Varlı yoxsula gülər. (12)

Varlı yoxsullaşanda əlli il dəstgahını pozmaz. (1)

Varlığa güvənməzlər. (1)

Varlığa nə darlıq[2302].?! (1)

Varlığa tələsən yoxsulluğa tez düşər[2303]. (2)

Varlığın sonu ilə yoxluğun sonu birdi. (1)

Varlının arvadı öləndə yorğan-döşəyi təzələnər, kasıbın arvadı öləndə yorğan-döşəksiz qalar. (1)

Varlının çörəyi kasıbın çənəsini yorar. (1)

Varlının əlini bıçaq kəsəndə yoxsul köynəyini parçalar[2304]. (1)

Varlının eşşəyi də yeyin gedər[2305]. (1)

Varlının xoruzu da yumurtlayar. (1)

Varlının iti harın olar. (1)

Varlının könlü oluncaya qədər kasıbın canı çıxar. (1)

Varlının malı, kasıbın övladı. (1)

Varlının torpağından çay keçər, kasıbınkından yol. (1)

Varlının varı gedər, muzdurun canı. (1)

Varlıya bəli deyərlr, yoxsula dəli. (14)

Varlıya mal, kasıva uşax əzizdi. (12)

Varlıya toxun keç, yoxsuldan qorun, keç. (1)

Varmaq iradə ilə olur, getmək icazə ilə olur. (75)

Varrı namərtlihnən, kasıp comərtlihnən. (18)

Varrı pulu qatdadı, kasıp borcun atdadı. (18)

Varrı yanını qaşıyanda kasıb elə bilər pul çıxarır. (18)

Varrının əli qaşınar, kasıbın beli. (18)

Varrının qapısınnan var əksilməz, yoxsulun qapısınnan qar. (9)

Varrıya baş əyəllər, kasıba ayama diyəllər. (18)

Varsa əgər hünərin, hara getsən var yerin[2306]. (1)

Vay o gündən ki, adamın öz iti özünü qapa[2307]. (1)

Vay o gündən ki, çörəkçi çəkmə tikə, çəkməçi də çörək yapa. (1)

Vay o gündən ki, varlı adam yoxsulun əlinə düşsün. (1)

Vay ol kişiyə kim, Allaһdan inayət olmaya. (75)

Vay ol kişiyə kim, günaһın bilməyə. (75)

Vay ol kişiyə kim, Tanrıdan qorqmaya. (75)

Vay ondadır ki, varlı evinə yoxsul girə. (1)

Vayıs etdiyi vayıslığınnan utanar. (12)

Vayısa bel bağlama, sonra şamsız qalarsan. (12)

Vayısın qapısı bağlı, başı boş olar. (12)

Ver abbasını, ye halvasını. (1)

Ver abbasını, vur babasını. (18)

Ver inəyə, bağla dirəyə. (9)

Ver qırxı, çəkmə qorxu. (14)

Ver yeyim, ört yatım, gözlə canım çıxmasın. (83)

Verdigi anda bax, kəsdigi qulluğa. (83)

Verdin - doydur, vurdun – yıx. (1)

Verdiyin sənindi, vermədiyin özgənin. (1)

Verəcək ucundan alacaq bulmadım. (75)

Verən əl ac qalmaz. (1)

Verən əl alanın üstündə olar[2308]. (66)

Verən əl bilər, yiyən qarın yox. (18)

Verən əldən Allah kəsməz. (12)

Verən əli də var, vuran əli də. (1)

Verən əli hər kəs öpər. (1)

Verən əli kəsməzlər[2309]. (1)

Verəndə elə verər, alanda belə alar. (1)

Verəndə imam olur, alanda şümür. (1)

Verənin üzü ağ olar, verməyəninki qara. (12)

Verərsən, adındı, yeyərsən, dadındı. (83)

Verərsən aş, olarsan baş, verərsən şor, olarsan kor. (78)

Verəsiyə içənin iki kərrə əsriməsi olur. (75)

Verəsiyi verənin qoynı boşdur. (75)

Verib yaman olunca, verməyib yaman ol[2310]. (1)

Verim əli hamı əldən ucadı. (1)

Verim vara baxmaz[2311]. (55)

Vermə nisyə, girməz kisəyə. (1)

Vermək Tanrı verməsidir. (75)

Vədə vədiyə baxmaz, vədə heş şeyə baxmaz. (9)

Vədəsi bitmiş nökərin əcəli yetən ağası gərək[2312]. (1)

Vəfalı at, vəfasız dostdan yaxşıdı. (9)

Vəfalı dost yad olmaz, görməsə yüz il səni. (1)

Vəfasız dost, kölgəsiz ağacdı. (18)

Vəfasızda həya, həyasızda vəfa olmaz. (12)

Vələ gedən öküzün olsun, işə getməyən oğlun olmasın. (1)

Vəsiyyət yüngüllükdü. (1)

Vəsmə bol olanda qaşa da çəkərlər, gözə də. (1)

Vətən atanı el də atar. (40)

Vətən elin evidi. (1)

Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi. (39a)

Vətən mülkü doğmadı, özgə diyar ögey. (1)

Vətən sevmək imandandır, vay ana kim, içində olmaya. (75)

Vətən şirin olar. (55)

Vətən viranə də olsa, cənnətdi. (1)

Vətənə ağ olanın gözlərinə ağ gələr. (12)

Vətənə arxa olmayan, evinə dayaq olmaz. (14)

Vətənə gəldim, imana gəldim[2313]. (63)

Vətəni sevməyənin imanı olmaz[2314]. (39a)

Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdı. (1)

Vətənsiz olan kəfənsiz qalar. (10)

Vətənsiz yaşamax ölümə bərabərdi. (12)

Vətənsiz yaşıyan imansız ölər. (9)

Vəzifə bir qızıl üzükdü, o da hamının barmağına keşməz. (9)

Vəziri qarğa olanın ağzı zibillikdə olar. (1)

Vəzndə yüngül, qiymətdə ağır. (1)







Date: 2016-05-25; view: 500; Нарушение авторских прав



mydocx.ru - 2015-2024 year. (0.094 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию