Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 22 page





Loqma şaһındır. (75)

Lotu lotunu aldatmaz. (1)

Lotu lotunu tapmasa, qara geyər, yaslı olar[1721]. (1)

Lotu lotunun sözünə inanar[1722]. (1)

Lotudan adam zərər görməz[1723]. (1)

Lotunun balası lotu olur. (83)

Lotunun da Allahı var. (1)

Lotunun dilini lotu bilər[1724]. (1)

Lotunun pulu qurtaranda soğan-çörək də səlamətdi[1725]. (1)

Lotuya bir şillə kar eləməz[1726]. (1)

Lovğa nə qədər bağırdı, səsi elə çatmadı. (9)

Lut cərb gərək. (75)

Lüləyin aftava yerini tutar, girova qoyanda alan olmaz. (1)

Lüleyinə verə-verə artafa pulu çıxır. (44)

Lütlərin soltanı daneyi-birincdür. (75)

Lütün yuxusuna köynək düşər. (12)

M

Mağmın dost mərdimazar olar. (40)

Mal adamın düşmənidi. (1)

Mal canı qazanmaz, can malı qazanar. (1)

Mal dediyin can yonqusudu[1727]. (2)

Mal gedər bir yerə, iman gedər min yerə[1728]. (2)

Mal gidincə can gitsə yaxşıdı. (83)

Mal insana, insan mala əmanətdi. (1)

Mal itdi, iman itdi[1729]. (1)

Mal kişiyə düşməndir[1730]. (83)

Mal qalıfdı dəliyə, dəli bilmir neyliyə? (9)

Mal qatlaşar, yiyəsi qatlaşmaz. (1)

Mal qojalanda ucuz, ağıl qojalanda baha olar. (12)

Mal malı qazanar. (1)

Mal sahibindən qiymət götürər[1731]. (2)

Mal sahibinə oxşamasa haramdı[1732]. (2)

Mal ticarətsiz, elm mübahisəsiz, hökmdar siyasətsiz əbədi yaşamaz. (9)

Mal yeməzin malını yeyərlər[1733]. (2)

Mal yığınca ağıl yığ. (1)

Malı başınnan, insanı dilinnən bağlıyallar. (9)

Malı qırov öldürər, qışın adı bədnamdı[1734]. (1)

Malı mal yanında tanıyarlar. (1)

Malı malla ölçərlər, canı canla. (1)

Malı ya bavası ölmüşdən, ya da kefi gəlmişdən al. (9)

Malı yox oğru apara, imanı yox şeytan apara[1735]. (2)

Malım gitdi, pulum gitdi, qonağım bəndən gileyli gitdi[1736]. (83)

Malım zay olunca, qoy canım zay olsun[1737]. (1)

Malımız budu, yarısı sudu, alsan da budu, almasan da bu­du[1738]. (1)

Malımız yoxsa, ərzimiz olsun. (28)

Malın da var, dilin də var. (9)

Malın əziz tutan canın zəlil tutub. (39)

Malın getməsinə yiyəsi səbəb olar[1739]. (1)

Malın mal olunca, bazarın bazar olsun[1740]. (55)

Malın şərikli olunca, arvadın şərikli olsun[1741]. (2)

Malın tapıldı, yüzün qara oldu. (83)

Malına düşdü talan, sən də bir yandan tala[1742]. (1)

Malını yaxşı saxla, qonşunu oğru tutma[1743]. (44)

Malını yeməyənin malını yeyərlər, ölüsünü də döyərlər[1744]. (1)

Maluva düşdü taraş, özün də bi tərəfdən calaş. (18)

Mamaça çox olanda uşaq tərsə gələr. (1)

Manqal maşasız olmaz. (9)

Marala buynuzu qənim. (9)

Marat girsə, tavar arnına dəd girür. (83)

Mart havası, ərnən-arvad davası. (9)

Mart havası qərarsız olar. (33)

Martda mərək, apreldə gərək, mayda bir xortum otun gə­rək. (8)

Martda mərək, yarı görək. (9)

Martın gözünə barmağım, yaza çıxdı oğlağım. (1)

Martın özünə lənət, aprelin on beşinəcən. (1)

Maşa var ikən əlini yandırma[1745]. (1)

Maya doğar, nər doğmaz[1746]. (2)

Mayan çıxdısa, qazancına bənd olma. (9)


Mayanı uduzub çuruna güvənir. (1)

Mayasında saman olmuyan palçıx tufarda duruş gətirəm­məz. (9)

Mayasız fətir olar. (1)

Mayıs ayı - vayıs ayı. (8)

Meһrin yemiş önmiş övrət yoqdur. (83)

Meşə çaqqalsız olmaz[1747]. (44)

Meşədə ağacın düzünü seçərlər. (1)

Meşədə çaqqal az idi, biri də gəldi[1748]. (54)

Meşədə qavaxda, çayda dalda get. (9)

Meşədə yemişin yaxşısını ayı yeyər[1749]. (44)

Meşəyə girən ayıdan qorxmaz. (1)

Meşiyə baltasız girən, gora imansız gedər. (9)

Meydan qalıb əyriyə, həm yeyə, həm səyriyə. (24)

Meydana girən kişi nər gərək. (1)

Meydana girən köpək kötəkdən qorxmaz. (1)

Meyxanaçıdan şahid istədilər, sərxoşu göstərdi. (1)

Meyxanada yazılan məktub cəhənnəmdə oxunar. (1)

Meyxanə el evidür. (83)

Meyi meynədən alıcı ol, yəni meһri dindən alıcı ol. (83)

Meyl vermə evliyə, evə gedər unudar. (1)

Meymun baxdı güzgüyə, adını qoydu özgüyə. (12)

Meymunun balası əvvəlcə yeriyər, sonra iməklər. (1)

Meymunun boğazına su çıxanda balasını ayağı altına alar[1750]. (2)

Meymunun xarratlıqda nə işi var? (1)

Meyvəli ağac daşlanar. (33)

Meyvəli ağaca quş qonar. (1)

Meyvənin yaxşısını ayı yiyər. (5)

Meyvəsini ye, ağacını soruşma. (64)

Meyvəsini yedin, bağbanına rəhmət oxu. (1)

Meyvəsiz ağaca daş atmazlar. (61)

Məbadə qonşuya verəsən əhtac, əhtəcə ömürlük qalarsan möhtac. (18)

Məclisdə yerini tanı, deməsinlər: - dur burdan! (1)

Məclisin dalı, qabağı olmaz. (14)

Məcnun kimi dərs oxuyan axırda «va Leyli»də qalar[1751]. (83)

Mədən daşsız olmaz. (9)

Məhəbbət dostluqdan başlanır. (1)

Məhəbbət gözdə olmaz, könüldə olar. (1)

Məhəbbət iki başdan olur. (1)

Məhəbbət sönməz oddu. (12)

Məhəbbət şərikli olmaz. (1)

Məhəbbət ürəkdən silinməz. (1)

Məhəbbət və doğruluq məğlub edilməz. (1)

Məhəbbəti qorusan, onunla ucalarsan, məhəbbətli qocal­san, qoca deyil – cavansan. (1)

Məhəbbətin yaşı yoxdu. (12)

Məhəbbətsiz ailə köksüz ağaca bənzər. (12)


Məkruh yeyənə haram söz yaraşar. (1)

Mələsə, əti halaldı. (1)

Məlik - dəgirmən, tavar - qoyun, dövlət - oğul. (83)

Məliyən qoyunnan vurağan qoç yaxşıdı. (9)

Mən Allah-Allah ilən day ögrədirəm, sən papağ atıb hür­küdürsən. (83)

Mən almıram, yan cibimə qoy. (1)

Mən balamı istərəm, balam da balasını[1752]. (55)

Mən belə qarğa görməmişəm, qarğada yorğa görməmişəm. (18)

Mən bu evin öküzüyəm, istər kotana qoşsunlar, istər cütə. (1)

Mən dedim daza, daz özünü qoydu naza[1753]. (83)

Mən dedim eşidəsən, demədim öyrənəsən. (1)

Mən deyirəm azdı, başıma vurur ki dazdı. (55)

Mən dəliliklə verdim, sən ağıllı ol, qaytar. (1)

Mən elə keçəl deyirəm, qartmağı yerə tökülə. (1)

Mən gəldim gəlin görməyə, gəlin getdi təzək yığmağa[1754]. (1)

Mən gəlmişəm aş bişirəm, aş çəkəm, gəlməmişəm yetim- yesirə baş çəkəm. (18)

Mən gətirrəm yığın-yığın, arvad paylar torba-torba. (1)

Mən habu öyün gəlini, isdiyir oğlu buyursun, isdiyir anası. (18)

Mən ölərəm - kiçik qiyamət, arvadım ölsə, böyük qiyamət. (1)

Mən ölməyim, mən öləndən sonra istərsə qiyamət olsun. (1)

Mən mürdəşirəm, yuyaram, istər cənnətə getsin, istər cəhənnəmə[1755]. (83)

Mən qaçıram qadadan, qada çıqır qabaqdan[1756]. (83)

Mən qurt isəm, alaram, mən çobanam, vermərəm[1757]. (83)

Mən şahla pilov yemirəm ki, bığım yağa batar. (1)

Mən yatım, yaman keşsin, yaman yatsın, mən keçim. (9)

Məndən çıqdı yoldaşıma dəgdi, hələ bildim saman çuvalı­na dəgdi. (83)

Məndən sənə öyüt, dəni özün üyüt[1758]. (2)

Məndən uzaq olsun, istər cəhənnəmə dirək olsun. (1)

Mənə yaramaz iş tapşırır, adımı qoyur yarıtmaz. (1)


Mənə usta diyərlər, arvadıma ustazən[1759]. (83)

Məni aparan suya Araz deyərəm[1760]. (2)

Məni aranda tutdan elədi, yaylaqda qurutdan. (17)

Məni sayanın quluyam, saymayanın ağası[1761]. (83)

Mənim gözüm var sənin dolu ilxında, sənin nəyin var mənim boş axurumda?! (1)

Mənim könlüm arı, Allah mənə sarı. (15)

Mənim yaram ağrayar, sənin haran ağrayar[1762]?! (1)

Mənlik olan yerdə sənlik şamı yanmaz. (1)

Mənzil yaxın, kira çox, bunda bir əlamət var[1763]. (2)

Mənzili uzaq, eşşəyi çolaq. (1)

Məqsədsiz iş tutma. (1)

Mərd Allahından bilər, namərd yoldaşınnan[1764]. (83)

Mərd arxadan vurmaz. (1)

Mərd başa baxar, namərd ayağa. (1)

Mərd dayanar, namərd qaçar. (9)

Mərd dostluq qanar, bərkdə dayanar. (1)

Mərd düşmən namərd dostdan yaxşıdı. (12)

Mərd əli kasad olmaz. (1)

Mərd gördüyün deməz. (1)

Mərd igid tək qalmaqdan qorxmaz. (1)

Mərd igidə arxa dur. (1)

Mərd igidlər süfrə açar, ad alar. (1)

Mərd ilə daş daşı, namərd ilə bal yemə[1765]. (14)

Mərd ilə gəzən mərd olar, namərd ilə gəzən biyaban-gərd! (1)

Mərd kişi çörəyini daşdan çıxardar. (1)

Mərd mərdi kəsər, Murtuza Əli hər ikisini. (1)

Mərd sözünnən dönməz. (12)

Mərddən bir çıxar namərddən doxsan doqquz[1766]. (55)

Mərdə gələn qadanı, namərdin sərinə yaz. (1)

Mərdə güllə dəyməz heç kürəyindən. (1)

Mərdə şirin ol, namərdə – acı. (1)

Mərdi qova-qova namərd eləməzlər. (1)

Mərdimazarı axtarmaqla deyil, rast gəlməklədi[1767]. (1)

Mərdimazarın işi ahu-zar olar. (40)

Mərdin gözü tox olar, namərdin gözü yox. (1)

Mərdin qapısı açıq olar[1768]. (2)

Mərdin sözü kəsər, namərdin gözü. (9)

Mərdin töyləsi namərdin otağından yaxşıdı. (1)

Mərəkədə ərim ola, təndirdə əppəyim[1769]. (46)

Mərifət manqıra dəyməz, simuzər dövranıdı[1770]. (1)

Mərmər yaxşı daşdan, yaxşılıq iki başdan. (1)

Mərmərdə ot bitməz[1771]. (83)

Məscid qapısıdı, nə sındırmaq olur, nə yandırmaq. (1)

Məscid şamını yeyən pişik kor olar. (1)

Məscid yanında məscid yaraşmaz. (83)

Məscid yapılmamış kor qapını kəsdi[1772]. (2)

Məsciddə yerini bil, deməsinlər dur burdan. (14)

Məscidə lazım olan mədrəsəyə haramdı[1773]. (2)

Məscidin qapısı açıqdı, itin də həyası gərək[1774]. (2)

Məsəl güldü, söz çiçək[1775]. (1)

Məsəldə xəta olmaz. (1)

Məskənətdən kəl bir kişiyə «qulunam» deməklə qulı olmazsan. (83)

Məsləһət bitürici yalan, ğovqa qoparıcı gerçəkdən yegdir. (83)

Məsləhət dananı qurda verər. (12)

Məsləhətə xəyanət olmaz[1776]. (1)

Məsləhətlə atılan daş uzaq gedər[1777]. (1)

Məsləhətli aş dadlı olar[1778]. (83)

Məsləhətli don gen olar[1779]. (44)

Məsləhətsiz görülən işdən xeyir olmaz. (1)

Məsumları Tanrı söylədür. (83)

Məşuquna razın vermə, sonında gülməzsin. (83)

Mətahın atma bazara, xiridar olmayan yerdə. (1)

Mətləbi darı üstə qoyur. (1)

Mətləbi uzatmazlar. (1)

Məzad kimsəyi aldatmaz. (83)

Məzlumun ahı – devirər şahı. (15)

Mıx da əyiləndə onu düzəldirlər. (1)

Mıx iki haçalı olsa, yerə keçməz. (1)

Mıxı çıxarıb qaçanı döyə bilmir, mıxdakını döyür. (1)

Mıxı mismar eyliyən Allah var[1780]. (5)

Mırığa dedilər: «çırağı pilə». (1)

Miçək qana yığışar[1781]. (83)

Milçək murdar deyil, amma könül bulandırır[1782]. (2)

Milçək şirəyə yığılar. (1)

Milçəkdən fil qayırır. (1)

Min atın varsa, enişdə min, bir atın varsa – yoxuşda. (15)

Min bilən olsan bir biləndən soruş. (1)

Min bir dərdin min bir dərmanı var. (1)

Min dərədən su gətirər. (1)

Min dost az, bir düşmən çoxdur[1783]. (44)

Min eşit, bir söylə[1784]. (1)

Min evli Kəsəmənə bir ay oruc, yeddi evli kəndə də bir ay oruc. (1)

Min gün yaraq, bir gün gərək. (1)

Min xala yığılsa, bir ananın yerini verməz[1785]. (1)

Min il keçsə, qohum sənə yad olmaz. (1)

Min il qanqal otla, ağzın dəvə ağzına oxşamasın. (1)

Min ilin ölüsündən bir ilin dirisi yaxşıdı. (1)

Min qapıda duz dadan bir qapıda bənd olmaz. (1)

Min qarğaya bir sapand daşı?! (1)

Min qoyunlunun da bir qoyunluya işi düşər. (1)

Min ulduz var, bircə ay. (1)

Min yeyənin olsun, bir deyənin olmasın. (12)

Minaraya xarcı çıxmıyan yergöbələyi bilər[1786]. (18)

Minarə başında cöviz durmaz. (83)

Minarə başında girdəkan dayanmaz. (30)

Minarə başında qoz dayanmaz. (1)

Mindin atın sağrısına, qatdaş yanın ağrısına. (1)

Minə bir-bir çatallar. (13)

Minə dözən min birə də dözər. (1)

Minmə qoduq, vermə cərimə[1787]. (1)

Minnət ilə behiştə getməkdənsə, minnətsiz cəhənnəmə getmək yaxşıdı. (1)

Minnət qədər ağır yük olmaz. (1)

Minnətli plovdan minnətsiz pendir-çörək yaxşıdı. (1)

Mis düşməsə cingildəməz. (77)

Mis gəldi, saxsı qaç[1788]. (83)

Mis ya sındı, ya cingildədi[1789]. (1)

Miyançılıq oldur ki, el almazsa, ol ala. (83)

Miyançının kisəsi gen olar. (83)

Miyoldayan pişik siçan tutmaz. (12)

Molla acgöz olar. (1)

Molla alacağını unutmaz[1790]. (1)

Molla bəyə qoşuldu, xalqın evi yıxıldı[1791]. (1)

Molla çörəyi, ilan ayağı görünməz[1792]. (2)

Molla duru sudan qaymaq yığar. (1)

Molla evindən aş, kor gözündən yaş çıxmaz[1793]. (1)

Molla gəlmiş ikən ölən ölsün. (83)

Molla halvanı gördü, Quran yadından çıxdı[1794]. (2)

Molla ilə çox oturub duran axırda mərdəstuy olar[1795]. (55)

Molla kişidi, saqqalı uzun, ağlı qısa. (1)

Molla Qurandan keçər, şeytan imandan. (83)

Molla Nəsrəddinə dedilər, örkənini ver, dedi, üstə darı səpmişəm. (77)

Molla olmaq asandı, adam olmaq çətin[1796]. (2)

Molla tulup zurnasına bənzər, qarnı dolmasa, səsi çıxmaz. (1)

Molla yazdığını danıf, daz qız dazdığını. (9)

Molladan adam olmaz, palıddan badam. (1)

Molladan soruşdular: - Verməklə necəsən? Dedi: - Mə­nim­ki almaqdı, iki xasiyyət bir adamda olmaz. (1)

Molladan soruşdular: -Axund çox yeyər, seyid. Molla dedi: -Axund doyunca, seyid ölüncə. (9)

Mollanı məsciddə, sərxoşu meyxanada taparsan. (1)

Mollanı minbərdə, xanəndəni məclisdə gör. (55)

Mollanın cibi dərin olar. (1)

Mollanın evi o vaxt yıxılar ki, iki yerə qonaq çağrıla[1797]. (2)

Mollanın qarnı beşdir, biri daima boşdur[1798]. (37)

Mollanın nə pisi, nə yaxşısı; molla elə molladır. (1)

Mollanın ovcu həmişə gicişər. (1)

Mollaya «al molla» dimişlər, «ver molla» diməmişlər. (83)

Mollaya dedilər: - oğlun damdan yıxıldı, ağlı başından çıxdı. Dedi: - Ağlı olsaydı, dama çıxmazdı. (1)

Mollaya dedilər: - Ölüləri istəyirsən, diriləri? Dedi: - Ölü­ləri. Dedilər: - Nə üçün? Dedi: - Ölülərdən halva yeyirəm, diri­lər­dən töhmət. (1)

Mollaya pilav de, Marağa nə yoldu[1799]. (2)

Motala dadanan köpək bir də gələr. (1)

Mömin bal mumı kibi olur. (83)

Mömin möminin aynasıdır. (83)

Murdar əskiyə od düşməz. (1)

Musiqi könül həmdəmidir. (1)

Musiqi ruha qidadır. (1)

Musurmanın sonqı ağlı[1800]. (5)

Müdara dindəndir. (83)

Müəllim ən böyük bağbandır. (1)

Müəllim ikiqat atadır. (1)

Müəllimin çubuğu güldəndi. (12)

Müəzzin imamın qulıdır. (83)

Müəzzin oldur ki, vaqt ilə banlaya. (83)

Müft qan alıcı bulan otuz iki tamarından bilə aldurar. (83)

Müftə sirkə baldan şirindi[1801]. (2)

Müxənnət körpüsindən keçməkdən suya boğulmaq yegdir. (83)

Müxənnətnən ehsan yeməyə də getmə. (9)

Müjkan oxun atar, yay qaşını çəkər. (1)

Mülayim adam salamat olar. (1)

Mülayimlik həm dövlətdi, həm ləyaqət. (12)

Mülk alan qırx gün ac olar, mülk satan qırx gün tox[1802]. (1)

Mülk aldın abad al, bağ aldın bərbad. (1)

Müqəssirin dili qısadır. (1)

Mürdəşir haqlıdı, ölü necə ölür-ölsün[1803]. (2)

Mürvətə əndazə olmaz. (4)

Müştəridə göz olsa satan acından ölər[1804]. (2)

Müştərinin ağlı gözündə olar. (1)

Müştərinin gözü satıcının əlində olar. (1)

Müzəvvir olan and içməkdən qorqmaz. (83)

 

N

Nabələdə gün də buluddur. (1)

Nacins ağac düyünlü olar[1805]. (1)

Nacins qarpızın tumu çox olar. (1)

Naçar işün adı şükürdür. (75)

Nadan dostdan ağıllı düşmən yaxşıdı. (33)

Nadan əlindən su içmə, ab-həyat olsa da. (1)

Nadan özünü öyər, kor gözünü. (9)

Nadana halva acı olar. (18)

Nadanı kötək düzəldər, qozbeli qəbir. (1)

Nadanın düşməni özüdü. (1)

Nadanlıx nəsilnən, insanlıx əsilnən. (18)

Nadannan yoldaş olunca, yoldaş yad eldən gedər. (54)

Nadürüst nəslinə çəkər. (18)

Nağd al-verdən ətir iyi gələr. (1)

Nağdı qoyub nisyənin dalınca düşmə. (1)

Nağıl dili yüyrək olar. (1)

Nahax qapıdan gələndə hax bacadan çıxar. (15)

Nahaq ayaq tutub yeriməz[1806]. (83)

Nahaq qan yerdə qalmaz. (1)

Naxçıvanın duzu, qızı, qarpızı[1807]. (1)

Naxır adını bir dana batırar. (54)

Naxır durmağınandı. (83)

Naxır gəlməsə, axşam olmaz. (18)

Naxır itib, ala dananı qovur[1808]. (1)

Naxır yеri ilə gеdib dana axtarır[1809]. (2)

Naxıra gedirəm – çoban olmaz, axura gedirəm - saman. (1)

Naxırçı qızından xanım olmaz. (1)

Naxırçı qızını verdi, torba-dağarcığı da üstəlik. (1)

Naxırçı qızının qeyrəti naxır gələndə tutar. (1)

Naxırçının faydası havayı eşşəyə minməkdi. (1)

Naxırçının könlü naxır çörəyi istər[1810]. (2)

Naxırda malın yox, növbədə başın yarılır[1811]. (1)

Naxoşun ağzını könlü armud istəyəndə yoxlallar[1812]. (81)

Nainsafın gülü qaçar[1813]. (2)

Nakəsə borclu olma[1814]. (1)

Nakәsә әl açmaqdan acolmaq yegdir. (75)

Nakəslərə yoldaş olan xar olur. (1)

Nakәslә comәrdin xәrci birdür[1815]. (75)

Naqqa balıq tasa yerləşməz. (1)

Naqqalar olmasaydı, dünya laləzara dönərdi. (1)

Namastıqdan olan sеyiddi. (46)

Namə vüsalın yarısıdı[1816]. (1)

Namə yazmaq asandı, yetirmək çətin. (1)

Namərd gəlib mərd olmaz, yüz ətəklə, yüz yalvar. (1)

Namərd körpüsündən rahat keçincə, razıyam, apara o sellər məni. (1)

Namərd namərddən kəsər, Allah da hər ikisindən. (11)

Namərd yəhərdə tanınar, mərd kəhərdə. (78)

Namərdə bеl bağlama. (12)

Namərdə möhtac olunca dəryada qərq ol[1817]. (12)

Namərdə tuş olanın ciyəri qana dönər. (1)

Namərdə yaxa vermə, mərdə arxa ol. (1)

Namərdi bir gördün, bir də görsən namərdsən[1818]. (1)

Namərdi qova-qova mərd еylərsən[1819]. (2)

Namərdin adı olmaz. (1)

Namərdin çörəyi dizinin üstə olar. (1)

Namərdin gözü dar olar. (1)

Namərdin plovundan mərdin qaşıq aşı. (1)

Namərdnən aş yemişəm, aşa tova demişəm. (9)

Namus insanın cövhəridi. (12)

Namus insanın qan bahasıdı. (1)

Namussuz qohum qoltux yarasıdı, nə açıf göstərmək olur, nə qoparıf atmax. (9)

Namusu cavannıxdan qoru. (12)

Namusu itə atdılar, it yemədi[1820]. (1)

Nanəcibə salam verərsən, deyər: - «Qorxdu məndən!» (1)

Napakı hamam təmizləməz[1821]. (1)







Date: 2016-05-25; view: 477; Нарушение авторских прав



mydocx.ru - 2015-2024 year. (0.092 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию