Полезное:
Как сделать разговор полезным и приятным
Как сделать объемную звезду своими руками
Как сделать то, что делать не хочется?
Как сделать погремушку
Как сделать так чтобы женщины сами знакомились с вами
Как сделать идею коммерческой
Как сделать хорошую растяжку ног?
Как сделать наш разум здоровым?
Как сделать, чтобы люди обманывали меньше
Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили?
Как сделать лучше себе и другим людям
Как сделать свидание интересным?
Категории:
АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника
|
Mətanət YAQUBQIZI 20 page
Qazı ağadan alacağın olsun, nə verər, nə danar. (1) Qazı atlı, Əzrayıl piyada. (1) Qazı biləni qəza da bilür. (50) Qazı da bilir, quzu da[1541]. (1) Qazı evində girdəkan çoxdu, amma sayı var. (36a) Qazı kəsən başın sorğu-sualı yoxdu. (1) Qazı kitabdan-kitaba salar, haramı halal eylər. (1) Qazı olma, başın ağrımasın. (1) Qazı şikayətə gələnin bir gözünə baxar, bir də əlinə. (1) Qazı taxtına, köpək vaxtına. (9) Qazı tükünə görə yolallar. (9) Qazıda insaf olmaz, tazıda mürvət. (1) Qazıdan qardaş olmaz. (1) Qazının şahidi ya kor olar, ya da kar. (40) Qazının yanına tək gedən şad qayıdar. (1) Qazıya yalquz gedən razı gələr. (83) Qazludan tavuq (kimi) tartınma. (75) Qeyrətlilik kişinin görkəmidir. (40a) Qəbristana gedən ölü heç vaхt qayıtmaz[1542]. (5) Qəbrün köhnəsi, yenisi olmaz. (49) Qəbul olmayacaq duaya amin demə. (14) Qədəh həmişə dolı gəlməz. (49) Qəflət gözün pərdəsidir. (33) Qəflət yuxusu ürfan əhlinin gözünə girməz. (1) Qəhrəman ölməz. (1) Qəhrəman yarasız olmaz. (1) Qəlb bir şüşədir, sındırsan – yamamaq olmaz. (1) Qəlbi dolu olanın, dili uzun olar. (1) Qəlblər örtülü olar. (1) Qəlbürdə su durmaz. (75) Qələ qapısına sığmaz, fındıq qabığına sığar. (1) Qələbə birlikdədir. (1) Qələbə sevinc gətirər. (1) Qələm çalınan pozulmaz. (49) Qələm dutan əl suala açılmaz. (83) Qələm əyri kəsilsə də, doğru yazar[1543]. (1) Qələm fikrin tərcümanıdır. (1) Qələm hökmdardır. (1) Qələm qılıcdan itidir. (1) Qələm sultandır, əhl – qələmə rütbə verər[1544]. (1) Qələm tutan əl dilənməz. (1) Qələm tutan əl sənə sarıdır – çömçə tutan əl sənə sarıdır. (1) Qələm yazanı kağız udar. (1) Qələm yazanı qılınc poza bilməz[1545]. (73) Qələm zalım əlində əyri yazar. (18) Qələmə gəmirən eşşəgin qabıx gəmirən qoduğu olar. (55) Qələmi yarmasan yazmaz. (83) Qələmin bir nöqtəsi koru gözlü eylər[1546]. (1) Qələmin iki başını çərtməzlər, düşər – düşməzi var. (1) Qələmin qiymətin yazıcı bilür. (75) Qələmin ucu, qılıncın gücü[1547]. (83) Qələmin yazısı bir olsa da dili ikidi[1548]. (83) Qələndər gördügin deyər. (49) Qəlp ağça iyəsinindür. (49) Qəlp eşşək qayanın qırağı ilə gedər. (1) Qəlp mal yiyəsinə qayıdar. (1) Qəlp odur ki, qəlbindəkin deməyə[1549]. (1) Qəltəban qazanur, qəlt güvənur. (75) Qəlyan çəkəni ilan vurmaz. (1) Qəlyanı çəkənə ver. (1) Qəm-qüssə adamı qocaldar, şadlıq cavanlaşdırar. (1) Qəm adamı tez һəlak edər. (75) Qəm dağı yerindən qopardar. (1) Qəm insanı əridər. (1) Qəm qəm gətirər, dəm dəmi. (14) Qəmli ürək ölməsə də dirilməz. (83) Qənaət xəzinədi. (1) Qənaət tükənməz bir dövlətdi. (1) Qənşərdə duran aydın görər. (9) Qəpik-qəpik yığan manat-manat verər. (1) Qəpik var ki, manatdan bahadı. (1) Qərib dərdin tək ağlar[1550]. (1) Qərib – dostu olmayandı[1551]. (18) Qərib it hürəndə uzun hürər. (1) Qərib it yeddi məhəllədən qovular. (1) Qərib itin quyruğu dalında olar[1552]. (2) Qərib quşun yuvası çoх olar. (14) Qərib quşun yuvası olmaz. (1) Qərib quşun yuvasını Tanrı yapar[1553]. (28) Qərib yerdə kar, kor, lal ol. (18) Qəribə bir salam min tüməndən yaxşıdır. (1) Qəribi baxışından tanıyarlar. (1) Qəribi vurmuşlar, «Vah vətən!» demiş. (1) Qəribin boynu uzun olar, dili qısa[1554]. (1) Qəribin çarəsi ağlamaх, yetimin çarəsi sızdamaх. (15) Qəribin dostı olmaz[1555]. (75) Qəribin kimsəsi yoq, Allaһı vardır. (75) Qəribin sözü gerçək olar. (1) Qəribin üzü gülməz. (12) Qəriblik ağıl artırar. (1) Qəriblik cənnət olsa, yenə vətən yaxşıdır. (1) Qəriblikdə ölənin börkü nişanə gedər. (83) Qəriblikdə sallan, miskər bazarda qışqır[1556]. (5) Qəssəb öz anasına da sümük satar. (18) Qəssabı yıqan qoyundur. (75) Qeybi Allaһdan ğeyri kimsə bilməz. (75) Qeydlüyə söһbət һaramdır. (75) Qeyrə sirr vermək olmaz. (50) Qeyrət imandur. (50) Qeyrət ismətə qalхandı. (12) Qeyrətlü dərdlü olur, ğeyrətsiz namərd. (50) Qeyrətlü dövlətlü olur. (50) Qeysəri fisir diyün yıqılmış. (75) Qəza gəlicək göz bağlanır. (75) Qəza görünüb gəlməz. (49) Qəzadan qaçmaq olmaz. (49) Qəһr ilə qazan, lütf ilə ye. (75) Qıfıl oğru üçün deyil. (1) Qıfıl oğru üçündür, mehr doğru üçün[1557]. (73) Qılıç qınını kəsməz[1558]. (2) Qılınc açmayan yeri pul açar. (83) Qılınc bağlayanındı, at minənin. (1) Qılınc iki ağızlı, qın birdir. (33) Qılınc gücü ilə müsəlman olub. (1) Qılınc həmin qılıncdı, qul həmin qul deyil. (1) Qılınc kəsməyəni çörək kəsər. (1) Qılınc kəsməyəni söz kəsər. (14) Qılınc qında paslanar. (12) Qılınc qınında paslanmaz. (1) Qılıncdan qaşıq yegdir. (75) Qılıncdar qılıncdan da ölər. (1) Qılıncından qan damır. (1) Qılıncının dalı da kəsir, qabağı da. (1) Qılıncla oyun olmaz. (1) Qılıncsız qırğına getdik[1559]. (1) Qılınç yarası önəlür, dil yarası önəlməz[1560]. (75) Qılıxlı min ev yiyir, qılıxsız bir evi yiyə bilməz[1561]. (83) Qılıхlı olan qulluхlu olar. (13) Qır altından işimi gördüm, nahaq gitdi qara dana. (83) Qır qırılar, qıyamat qopar. (9) Qır satıb qazanc elədiyi olmuşdu, anbar kimi dağarcığı yırtdı[1562]. (2) Qıraxdan baxana döyüş asan gələr. (9) Qırağın ağasına gedincək qapının nökərinə get. (9) Qırağını yaladığı olmuşdu, içindəkini tökdü. (2) Qırağu anun içün yağar ki, əli-ayağı üşüdə. (75) Qıraqda qalan qotur olar. (1) Qırğı yerində qarğa oturub. (1) Qırğını qarğı ilə tutmazlar. (1) Qırılan qoşunnandı, gedilən yoldan[1563]. (5) Qırıldı qohum-qardaşı, oldu cinlər yoldaşı. (1) Qırımından dönməsə, qaçmasa, ərlik yaxşı. (3) Qırmanı iynənin gözündən keçirdir. (1) Qırmızı ilan dəri buraxmaz. (9) Qırq yil öyləd olmış, əcəli gələn ölmüş. (75) Qırq yılda öcun alan eyülən eyüdüm demiş. (75) Qırqavul başını kola soxar, gerisindən xəbəri olmaz. (83) Qırqınadək ögməyən qırqından son ögməz. (75) Qırx beşə saxla saman, çəkmə aman. (1) Qırx dayəsi olan uşaq aciz olar. (1) Qırx əkmək borc olmaz. (49) Qırx gün saqqal dəlisi, qırx gün daraq dəlisi, qırx gün yaraq dəlisi. (1) Qırx gün toyuq olmaqdansa bir gün xoruz olmaq yaxşıdı. (1) Qırx ignə bir çuvalduz olmaz. (49) Qırx il yağış yağsa, mərmər su keçməz. (1) Qırx ildə bir dəfə arvad sözünə baxarlar. (1) Qırx qarğaya bir sapan daşı[1564]. (55) Qırx sərçə bir küftə olmaz. (49) Qırx yaş cavanlığın qocası, əlli yaş qocalığın cavanı. (1) Qırx yaşında tənbura ögrənən, axirətdə çalur. (49) Qırxında öyrənən gorunda çalar[1565]. (1) Qırхını ormanda, əllisini хırmanda qoyuf. (12) Qısılmaq zəbunluqdur. (49) Qısır inəkdən yumurtdar toyuq yaхşıdı. (12) Qısır qoyun qəssab dükanına yaraşar. (1) Qısqanc gözə çöp düşər. (12) Qısqı güclü olanda oğru bacadan qaçar[1566]. (1) Qısqıranı olsa, tazı da tutar. (9) Qısqırmasan, hürməz. (12) Qısrağa yanan canım, day da dalınca getdi[1567]. (2) Qış ac, yay yalavac[1568]. (1) Qış azlığına aldanma, buyarsan. (75) Qış birdən-birə, yaz yavaş-yavaş gələr. (18) Qış çıxar, üzüqaralıq kömürə qalar. (1) Qış düşəndə qılçıqlı quyuya girər, quyruqlu töyləyə. (1) Qış evinin bulaması, yaz evinin dələməsi. (1) Qış fıkrin yaz görmək gərək. (49) Qış gögdə qışlamaz. (75) Qış güni qırq durli olur. (75) Qış gününün yemişi oddur. (75) Qış közi qırağı olur. (75) Qış qılınç kibidir. (75) Qış qışlağın eylər. (50) Qış qışlığın bəlürdür, öykə kişiyi dəlürdur. (75) Qış qışlığın yerdə eylər, göydə eyləməz. (1) Qış yarağın yaydan düz. (75) Qışa yavuğ aruq alma, yaza yavuğ yıxar. (50) Qışa dedilər: Harada qışladın? Dedi: Yoxsulların yanında[1569]. (1) Qışda bağ ətəyi, yayda dağ ətəyi. (1) Qışda bal qabına yer olmaz. (1) Qışda çörəksiz, yayda köynəksiz yola çıxma. (1) Qışda donub ölməkdən, yayda yeyib ölmək yaxşıdır. (83) Qışda kasıbın qaçarağına ceyran da çatmaz. (18) Qışda kürklü ilə gəzmə, yayda mülklü ilə. (1) Qışda ocaq başında, yayda dağlar başında. (1) Qışda yorğansız, yayda ayransız olma. (1) Qışdan qorхma, qavaхdan yaz gəlir. (12) Qışın çəni qar gətirər, yazın çəni bar gətirər. (79) Qışın çırağı qurı olanın, yazın tamağı qurı olur. (75) Qışın gözü yaman olar. (1) Qışın günü adamı isitməz. (14) Qışın qarı, yayın barı. (1) Qışın oğurluğu yayda üzə çıxar[1570]. (1) Qışın souxluğunu bir pişik bilər, bir də ki, uşax. (18) Qıvraq bədənin cıvraq da ədası olar. (40) Qız alan alana kimi, qız verən ölənə kimi. (1) Qız alan gözüynən baxmasın, qulağıynan eşitsin[1571]. (46) Qız alan qızara-qızara gəlmək gərək. (49) Qız alanın ya bir çuval qızılı gərək, ya bir çuval yalanı[1572]. (44) Qız almaq һasar almaq kibidir. (75) Qız ana kirgənəsində ip əyirür, oğul ata süfrəsinə salur. (49) Qız anadan görməyincə ögüd almaz[1573]. (3) Qız anadan olanda gözünü açar, deyər: - Bu bizim ev deyil[1574]! (1) Qız anadan öyüd alar. (1) Qız anası elçi gözlər. (1) Qız anasına duruş ögrədir. (75) Qız aparanı yuxu tutmaz. (1) Qız badamdı, balası – badam içi. (1) Qız baхt üstündə oturar, taхt üstündə oturmaz. (14) Qız bir yükdür. (49) Qız dediyin ağacdakı almadı, kim salar, o da aparar[1575]. (1) Qız deyər: - qırxım çıxmayınca məni atmasalar, daha atmazlar. (1) Qız deyər: Qarnımı doydur, qora basdır, oğlan deyər: Qarnımı doydur, qara basdır. (14) Qız elçiliyinə gedəndə dolanışığı sənnən yaxşı olmayanın qapısına get. (18) Qız evin qonağıdı, vaxt gələr, gedər. (1) Qız evində toydu, oğlan evinin xəbəri yox. (1) Qız evindən oğul bucağı yaxşıdı. (1) Qız evi - şah evi. (49) Qız evlərdə tanınar, ipək dəzgahda[1576]. (46) Qız əlinə qələm, oğlan əlinə qayçı yetsə, aləmi kor dutar. (50) Qız ərə gedəndə yeddi köynək əti vardı, ər evində o qədər zingədanlıq elədi ki, bir köynək əti qaldı. (79) Qız ərə vermək bacılar işi deyil, hacılar işidi. (1) Qız əti hamar, oğlan əti damar. (1) Qız gedər igid gətirər, oğlan gedər it gətirər. (9) Qız gedəridi, oğlan ürək başıdı. (1) Qız gələr, gəlin olar, meh əsər, sərin olar. (1) Qız gərək, tez gərək[1577]. (9) Qız gözəl gərək, oğlan igid. (1) Qız güldü, oğlan bülbül. (1) Qız idim sultan idim, nişanlandım, xan oldum, gəlin oldum, qul oldum, ayağlara çul oldum[1578]. (83) Qız idim, geydirdilər əbr-vəfa köynəyini, nişanlıydım, geydirdilər zövqü-səfa köynəyini. Gəlin oldum, geydirdilər cövrü-cəfa köynəyini. (1) Qız ilə qızıl gizlin gərək. (83) Qız ilən əriştə, qarı ilən əriştə. (49) Qız kəsilməmiş qarpıza bənzər. (1) Qız köçəri quşdu. (1) Qız qaldıqca qızıla dönər. (1) Qız qapısı – şah qapısı, mini gələr, biri razı gedər[1579]. (1) Qız qarıyanda dayısının boynuna düşər[1580]. (46) Qız qızdığını şaha da verməz. (12) Qız qızıldı, qədrini bilsin gərək. (1) Qız qundaqda, cehizi sandıqda. (53) Qız nəvəsi şirin olar. (1) Qız oğlan qucmayan, ayğır ata binməyən yigitlik səfasın bulmaz. (75) Qız oğlanla övrətin fərqi bir gecədir. (75) Qız onbeş yaşında ya ərdə gərək, ya da gorda[1581]. (46) Qız oqutmaq güc olur. (75) Qız özgə çırağını yandırar. (1) Qız özgə əmanətidi. (1) Qız özgə yumağı böyüdəndi, oğul yurdu güdəndi. (18) Qız səsi, qızıl səsi. (1) Qız uşağı evin yaraşığı[1582]. (55) Qız üz qızardar. (1) Qız var ki, qoz ağacına bənzər, hər gələn bir daş atar. (1) Qız yükü, duz yükü[1583]. (1) Qız züryəti isdəhli olar. (18) Qıza dedilər: – Gözəlsən? Dedi: – Hələ dayanın, əl-üzümü yuyum. (1) Qızı ata mindirdilər, dedi: – Ya nəsib! (1) Qızı qara quyla, oğlanı qora. (17) Qızı otaqlıya yox, papaqlıya ver. (1) Qızı özbaşına qoysan, ya hoqqabaza gedər, ya da aşığa[1584]. (46) Qızı verdin mala, mal getdi, qız qaldı lala. (8) Qızı vermisən, özünə oğul qazanmısan. (1) Qızıl açar, dəmir qapılar açar. (1) Qızıl arvadın, qılınc ərindir. (1) Qızıl atəşdə, insan zəhmətdə bəlli olar. (1) Qızıl başlu girməyincə qara başlı çıqmaz. (75) Qızıl çirkabın içində də qızıldı. (18) Qızıl əli bıçaq kəsməz. (1) Qızıl görəndə Qeysər də yoldan çıxar. (1) Qızıl-gümüşü sərraf bilər. (28) Qızıl hər yerdə qızıldı. (12) Qızıl Xızırı oynadar. (1) Qızıl inək qaraqabaq gəlinə süd verməz. (1) Qızıl qızıl gətirər, xəzinə xəzinə. (1) Qızıl ləyənin də olsa, içində qan qusandan sonra nəyə gərək?! (1) Qızıl möhkəm qala qapılarını açar. (1) Qızıl odla, arvad qızılla, kişi arvadla imtahan edilər. (14) Qızıl palçıqda da parıldar[1585]. (1) Qızıl pas tutmaz. (12) Qızıl poladdan keçər. (1) Qızıl taxtım olunca qızıl bəxtim olsun[1586]. (1) Qızıl toprağda qalmaq ilən qiymətdən düşməz. (50) Qızılbaşın dilinə, qışın gününə etibar yoxdu[1587]. (1) Qızıldan balta qayırsan, axır kol dibinə düşər. (1) Qızıldan çarıq geysən, yenə adı çarıqdır[1588]. (44) Qızılı görüf, Peyğəmbəri də yaddan çıxıf. (10) Qızılı məhək daşı tanıyar, xəsisi dilənçi. (9) Qızılı olan adam dinclik tapmaz. (12) Qızılı sərrafdan sor, çənbəri quyuçudan. (1) Qızılın qiyməti azlığındadır. (1) Qızılın qiymətini sərraf yaxşı bilər. (63) Qızılquş əldə gəzər, gözəl qız dildə. (1) Qızılquşun ayağında qumro olar. (1) Qızılquşun yuvası boş olmaz. (1) Qızım kimi sevirsə, güyəgüm oldur. (75) Qızım oğlan doğsun, payız günəşinin qabağında otursun, gəlinim qız doğsun, yaz günəşinin qabağında otursun. (17) Qızım sənə deyirəm, gəlinim sən eşit[1589]. (49) Qızın dili anasındadı. (18) Qızın isməti – atanın dövləti[1590]. (46) Qızın oldu, qırmızı donunu çıxart[1591]. (1) Qızın var, qızılın var[1592]. (9) Qızın Vətəni olmaz. (14) Qızını dögməyən dizini dögər[1593]. (83) Qızını döydü, özünü öydü. (18) Qızını qoy beşiyə, cehizini qoy eşiyə[1594]. (14) Qızınmadıq istisinə, kor olduq tüstüsünə[1595]. (2) Qızlar taxsırkar deyil, günah oğlanda olar. (1) Qızlar tez böyür. (75) Qızlığı nə idi ki, gəlinliyi nə ola?! (1) Qızmış dəvəni saxlamaq olmaz. (1) Qıznan qızıl – gizlin gərək[1596]. (46) Qızsız - ana, duzsuz ana. (14) Qızsız ev, duzsuz ev.(6) Qiblə pakdı. (83) Qisas qiyamətə qalmaz[1597]. (49) Qismət də var, hümmət də var. (1) Qismət göydən zənbil ilə enməz. (1) Qismət olan qaşığa çıxar. (1) Qismət olsa gəlir yetişür. (49) Qismətdə vardısa, gələr Yəməndən, qismətdə yoxdusa, düşər dəhəndən[1598]. (34) Qismətdən artıq yemək olmaz[1599]. (1) Qismətdən qaçmaq olmaz. (49) Qissədən һissə al. (75) Qiyamət o gün qopar, biri yeyər, biri baxar[1600]. (1) Qiyamətdə haqqın əli olsun, batilin yaxası. (1) Qiymətdə əvvəl qonşunu soruşarlar. (1) Qiymətdən düşmək istəmirsənsə, heç kəsin qiymətdən düşməsinə çalışma. (1) Qiymətli yük yüngül olar. (1) Qoca at da arpa yeyər[1601]. (6) Qoca ayrı, qocaman ayrı. (1) Qoca çaqqal ulamaz. (1) Qoca dünyada yenə insanın insan yeri var, tülkünün tülkü yeri, aslanın aslan yeri var. (1) Qoca evin sütunudur. (1) Qoca xatirələrlə yaşar, cavan ümidlə. (11) Qoca kafir müsəlman olmaz. (75) Qoca qoynunda çörək var, yigit qoynunda çomaq var. (75) Qoca öküzü öldürmək olar, öyrətmək olmaz. (1) Qoca tülkü hiyləbaz olar. (1) Qoca tülkü tələdən qorxar. (1) Qoca tülkü tora düşməz. (1) Qocadan demək, cavandan kömək[1602]. (1) Qocalar uşaq təbiətli olar. (1) Qocaları yoxsul bilmə, bay bil. (75) Qocaların parası – iki bayram arası. (1) Qocalıq bir köynək, çalış əyninə geymə, elə ki, geydin, çıxarda bilməzsən. (1) Qocalıq gəldi-getməzdir, cavanlıq getdi-gəlməzdir. (1) Qocalıq soruşmaz, gələr. (1) Qocalmasan, qoca qədri bilməzsən. (1) Qocanın biliyi, cavanın biləyi[1603]. (6) Qocanın gözü qazanın dibində olar[1604]. (1) Qocanın işləməyi xeyirdi, dişləməyi zərər[1605]. (1) Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq[1606]. (1) Qocaya gülən özünə gülər[1607]. (1) Qocaya hörmət elə, sən də qocalacaqsan. (1) Qoç burnunu qoç qanadar. (9) Qoç döyüşünə qoç dözər[1608]. (1) Qoç igid qurddan pəsinməz. (1) Qoç igiddən qoç törər. (1) Qoç quzı qurban içündur[1609]. (49) Qoç quzuluğundan məlum olar. (41) Qoç olmamış buynuz çıxardır. (1) Qoça öz buynuzları ağırlıq eyləməz[1610]. (2) Qoça quyruğu yük olmaz. (1) Qodux nədi, yəhər nə? (18) Qodux oynayan günü qar yağar. (9) Date: 2016-05-25; view: 421; Нарушение авторских прав |