Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 19 page





Kuruğ yıqaç eğilmes. (3)

Kuş kanatın, er atın. (3)

Kutluğqa koşa yağar. (3)

Kutsuz kuduqka kirse kum yaqar. (3)

Küçə oğrusunu tələ tutar, ev oğrusunu heç nə tuta bilməz. (36)

Küçük hürə-hürə köpək olar. (1)

Küftə atdanar, noxudu çımcıqlar. (83)

Kül başına, ay Araz, üstündən təzək atdanır[1459]. (81)

Kül başına, gözəl fərə, beçə də səni bəyənmir. (1)

Kül təpəcik olmaz[1460].(3)

Kül xardasız, ağa ardasız olmaz. (5)

Külək qayadan nə aparar. (9)

Külək otu qurudar, qayğı insanı. (12)

Küləkdə yatanın cin atı olar. (1)

Küləkli gündə xırman sovurmazlar. (1)

Küləş tez yanar, tez də kül olar. (1)

Küləşi külək basdı, qar basdı. (83)

Küləyi tutmax olmaz. (9)

Küləynən gələn küləynən gedər. (45)

Külü ocaqdan götürərlər. (1)

Külü küllükdən götür, külü təpəyəcən olsun[1461]. (1)

Külü yeyif, küllüyü tafdalar. (9)

Külün altında köz olar. (1)

Künç viranda olur. (50)

Küpəyə verə-verə qazan bahası çıxar. (37)

Küpü sındıran da bir, suyu gətirən də bir. (1)

Kürd kürdü dəyirmanda axtarar. (1)

Kürd kürdü tanımasa, məkri məkrəni tanıyar. (1)

Kürdün adı «yedi», - yesə də, yeməsə də. (5)

Kürdün dilin kürd bilər. (1)

Kürə baxanın ağlı olmaz. (5)

Kürədən imam kimi gələr, sonra yezidə dönər[1462]. (1)

Kürən adam xətakar olar. (1)

Kürən adamla, kürən ata yaxın düşmə. (1)

Kürən toyuq hindən bayıra çıxmaz. (1)

Kürəyə düşməyən dəmir yumşalmaz. (1)

Kürəyi yayda al, orağı qışda. (14)

Kürkçünün kürkü olmaz, börkçünün börkü. (83)

Kürkü əvvəl il özün geyin, ikinci il ver düşməninə. (1)

Küsənə pay düşməz. (1)

Küsənin payını yeyərlər. (1)

Kütüm var, itim də var. (83)

 

Q

Qab sirkəyə görədi. (1)

Qaba başlığın malı durmaz. (75)

Qaba dülbənd edinməkdən bıçaq olub, taqınmaq yegdir. (75)

Qaba söz qaba hərəkətdən pisdi. (1)

Qaba suyu tutduğu qədər tökərlər. (1)

Qabağa düşdün – yaxşı, dala qaldın – vay halına. (1)

Qabağı yazdı, ömrü azdı[1463]. (81)

Qabağım qorğa qorur, dalım saman sovurur. (54)

Qabağın fikrin eylə, çahan fikri sənə düşməz. (50)

Qabaq tağı şamama verməz. (1)

Qabaqcan deyən bilsə, axırda nə deyəcəq, heç dinməz[1464]. (46)

Qabaqdakı adam arxadakına körpüdü. (48)

Qabil şagird ustasından artıq olar[1465]. (64)

Qabiliyyətin məktəbi yoxdu. (1)

Qaçağa yer də var, göy də var. (1)

Qaçağan dana muzunu bərkidər[1466]. (5)

Qaçağan qoyun süddü olar. (9)

Qaçağı el saxlayar. (1)

Qaçan büdrər. (1)

Qaçan canını qurtarar, tutulan aman deyər. (1)

Qaçan da Allahı çağırır, qovan da[1467]. (2)

Qaçan qaçdı, mıxdakını döyərlər. (1)

Qaçan yıxılmağa baxmaz. (1)


Qaçanı qovmazlar, yıxılanı vurmazlar[1468]. (2)

Qaçmaq da hünərdəndir[1469]. (49)

Qada cavanı tapar[1470]. (83)

Qada gədiyə, mən gədiyə. (18)

Qada qadıyıp gəlməz, qarı donbalıp ölməz. (18)

Qada tükəndi, töbə tükənmədi. (83)

Qadadan çıxan peşiman olar. (28)

Qadanan oyun olmaz. (83)

Qadın ələ girməyincə qaravaş xoşdur. (75)

Qadının gücü göz yaşındadı. (11)

Qadir Tanrı verməyincə ər baymaz[1471]. (3)

Qafil baş düşmənə yaraşar. (1)

Qafil quşun ovçusu çox olar. (1)

Qafil yaşamaqdansa, ölmək yaxşıdır. (1)

Qarğa haram, yumurtası halal?! (1)

Qaib ortaya gəlincə һazır һaqqa irişər. (75)

Qaqımaq qavılda yoqdur. (75)

Qaqqıldayan toyuq yumurtlayan olar. (1)

Qalalı atıdır, həm axurdan yeyər, həm torbadan. (1)

Qalan işə qar yağar[1472]. (1)

Qalça salan özü əglənür. (49)

Qalib gələn məğlub da ola bilər. (1)

Qalmağallı yerdə ot bitməz. (13)

Qalmışlara dayaq olmaq əmri-dövlət arturur. (50)

Qalxan öküz, yatan öküzü qavaxlar. (9)

Qalxdığın yerə bir də oturma, hər söhbətə atılma. (1)

Qamış bizim yerdə bitir, zurnanı özgə çalır[1473]. (1)

Qamış ola, camış ola, özü də görməmiş ola.(6)

Qammaz boynunda borc qomaz. (75)

Qammazı qandırmax qan udmaxdan çətindi. (18)

Qamu quşlar uçar, nəsnə yoq; bildirçin uçıcək «һavardı» derlər. (75)

Qanmaz öz-özünə edəni kimsə edə bilməz. (82)

Qanmazı buyur, dalınca yüyür. (82)

Qan baһayla miras malı tuz ilə su olur. (75)

Qan dedi qamaşmadı, qayın dedi qamaşdı. (49)

Qan eylə qanun ilə. (1)

Qan ısupassız qaynar. (75)

Qan qaraltmaq asandır, durultmaq çətin. (40)

Qan olsun, qanun olmasun. (49)

Qan sübutsuz qaynamaz. (1)

Qana qan deyiblər. (1)

Qanacaqlı adam həm qanar, həm qandırar. (1)

Qanan düşmən qanmaz dostdan yaxşıdı. (1)

Qanan it dişini göstərməz. (1)

Qanana çivin sazdı, qanmıyana zurna azdı. (11)

Qanana da qurvan, qanmıyana da, dad alayarımçıx əlin­nən. (9)

Qanana işarə, qanmayana kötək. (1)

Qananın quliyem, qanmıyanın baş ağası da döyləm. (11)

Qanda isə uyur uyurı bulur. (75)

Qane həmişə toxdur. (49)

Qanğı kədiyə baqsan, sıçan ögər. (75)


Qanı qan ilə yumazlar, qanı su ilə yuyarlar[1474]. (37)

Qanın diyəsi var, namusun diyəsi yoxdu. (1)

Qanqal arada bitər. (9)

Qanqala ixtiyar dedilər, hamı baş əydi. (1)

Qanlıdan qada əskik olmaz. (1)

Qanlını qan tutar, qanmaza nə demək?! (1)

Qanmazla yoldaş olma, səni də qanmaz eylər. (1)

Qantəpərdən zurna al, özgə evində çal. (9)

Qanun kasıblar üçündü. (18)

Qanun pulun qarşısında acizdi. (18)

Qanun zora tabedi. (1)

Qanundan çıxmaq olmaz. (49)

Qapan it dişini göstərməz. (16)

Qapı döyüldü, çərçi gəldi, elə bildim elçi gəldi. (1)

Qapı öz dabanı üstə dolanar[1475]. (1)

Qapılan qapanın, tapılan tapanındı. (1)

Qapılar açıq olanda nəbəti yuxu basar. (83)

Qapım xan qapısıdı, güzarın düşər bir gün. (9)

Qapımın nökəri uzağın bəyindən yaхşıdı. (14)

Qapında al, qapında sat[1476]. (55)

Qapını gen qoy, dəvə özü gələr (1)

Qapının itini döyərsən, zəncirini qırıb qaçar. (14)

Qapısı olmayan evə qıfıl nəyə lazım? (1)

Qapıya gələn içəri də gələr[1477]. (83)

Qapıya gələni qovmazlar. (1)

Qapusız ev olmaz. (75)

Qar da əriyər, üzüqaralıq ev yiyəsinə qalar. (1)

Qar dağa çıxdı, əziz oldu. (49)

Qar nə qədər çox yağsa, yenə yaza qalmaz[1478]. (75)

Qar onun içündür ki, ayağ üşüdə. (49)

Qar susuzluğu söndürməz, qovurğa qarın doydurmaz[1479]. (75)

Qar suyundan qaymaq olmaz. (1)

Qar üstündə yatan ölməmiş, un üstündə yatan ölmüş. (75)

Qar yağıcaq iz örtülər. (75)

Qar yağmağınan qarğa ağarmaz. (34)

Qar yerin yorğanıdı[1480]. (1)

Qara ağarmaz, su qurtarmaz. (14)

Qara atın gümüş nalı əysiyiydi. (34)

Qara baxanın gözü qamaşar. (1)

Qara baxt ova çıxdı, dağları duman aldı. (39a)

Qara bulud yağış yağdırar. (1)

Qara çalluya sığınma. (75)

Qara çuxa yatdı, ala çuxa qalxdı. (1)


Qara dolağa qırmızı papış tikməzlər. (1)

Qara düzən ev bozmaz. (75)

Qara eşəgə yular ursan, qatır olmaz[1481]. (75)

Qara eşşək qapıda bəllidi. (38)

Qara gün adamı qaraldar. (12)

Qara gün qaralıb qalmaz. (1)

Qara günün ağ günü də olar[1482]. (55)

Qara günün ömrü az olar. (1)

Qara xəbər tez yayılar[1483]. (1)

Qara itin balası qara olar. (83)

Qara keçənin dörd küncü var, hərəsi bir oğulun. (16)

Qara qatır, nə bilir хətir, qatırı ya döy, ya başına dön. (17)

Qara qız bəzənincə toy əldən gedər[1484]. (1)

Qara qız dura-dura özünə yer eylər. (49)

Qara qız gəlməsəydi, külfəni kim otlardı. (83)

Qara qızın bəxti olsaydı, anadan ağ doğulardı. (1)

Qara qızın dərdi var[1485]. (1)

Qara qoyunun südü şirin olar. (12)

Qara qul alnının yazısını görər. (1)

Qara qul özünü öldürdü, ağaya zərər olsun. (1)

Qara quşa ox öz yələgindən dəgər. (49)

Qara mal doyanda samanı başına sovurar[1486]. (1)

Qara pulu qara günə saxlarlar. (1)

Qara səni basınca, sən qaranı bas[1487]. (1)

Qara sudan qaymaq tutur[1488]. (1)

Qara toyuğun yumurtasına dönüb tapılmır. (1)

Qara üzümü yeməyin düşər-düşməzi var. (1)

Qara yerə toymaq gərək. (75)

Qarabatdaq dağlara çıxma, dağları duman alar. (1)

Qaraca üzüm var, doğruca sözüm. (1)

Qaraçı koxası qaraçı olar. (83)

Qaraçıdan qohum olmaz, donuzçudan qəyyum. (9)

Qaraçının bəyi də qaraçıdı. (1)

Qaraçıya bəylik veriləndə anasının əmcəyini kəsər. (1)

Qaradan artıq boyaq olmaz[1489]. (2)

Qaradan qaş olmaz, özgədən sirdaş. (1)

Qaradı, amma paradı. (1)

Qaragünnü hara gedir – gün qaraltmağa. (18)

Qarağı legləgin yuvasın һaq yapar. (75)

Qarağı qutsızı bir düşdügi yerə yenə düşər. (75)

Qarağıdan şaşı yegdir. (75)

Qarakünə demək olur ki, pətəkin baş apardı! (50)

Qaraltı harada – qərarın orada. (1)

Qaranı ağa, ağı qaraya qatmazlar. (1)

Qaranı qaraya tutmazlar. (14)

Qaranı yumaqlan ağ olmaz[1490]. (49)

Qaranlıqda göz qırpmaqdan nə fayda?! (49)

Qaranlıq gecənin qaraüzlü müştərisi olar. (1)

Qaranlıq qaranı udar. (1)

Qaranlıq yerə daş atma. (1)

Qaranlıqda halva yeyənin sirrini Xuda bilir[1491]. (2)

Qaranquş gəldi-gedərdi, sana qalan boz sərçə olajax. (9)

Qaranquş səhər müjdəsi gətirər. (1)

Qaraqız gəlin oldu, ürəyi sərin oldu. (1)

Qaraquş atdığını bilər, vurduğunu bilməz. (83)

Qaraquş deyər: Dayım sar olmasaydı, qoyunu caynağımda qaldırardım. (1)

Qaraquş milçək tutmaz. (1)

Qaraquş sümügü ölçər, udar[1492]. (2)

Qaraquşa xeyir öz dimdiyindən çatar. (1)

Qaratikən nədi ki, kölgəsi nə ola. (9)

Qaravaş əlinə ciyər düşüb. (1)

Qaravaşa don geyirsən, qadın olmaz[1493]. (3)

Qaravaşdan doğan xatun olmaz. (75)

Qaraya baxanın ağlı az olar[1494]. (83)

Qaraya qarışmaz, duvara yapışmaz. (18)

Qaraya sabın, dəliyə öyüd neyləsin?! (1)

Qarda gəz, ləpirini göstərmə. (1)

Qardaş da dost olsa yaxşıdır. (1)

Qardaş gəlsə, yaxşı, bacı gəlsə, yaxşı, qardaşın qabağında, bacı ölsə yaxşı. (1)

Qardaş qardaş yaranıb, cibləri ayrı. (1)

Qardaş qardaşa pis gündə gərəkdi. (47)

Qardaş qardaşı bıçaqladı, sonra dönüb qucaqladı[1495]. (1)

Qardaş qardaşın yoxluğun istər, ölümün istəməz[1496]. (49)

Qardaş mənimdir, fərasətini, bilirəm. (1)

Qardaş oğlu qardaş olmaz, yola çıхsan yoldaş olmaz. (13)

Qardaş olaq, yarı bölək[1497]. (46)

Qardaş yaxşı olseydi, Allah özünə də qardaş yaradardı[1498]. (46)

Qardaşdan qarın yaqındır. (75)

Qardaşımın əppəyi boldu, xatını güyənsin, tumanı gendi, özü güyənsin. (10)

Qardaşın bəy olsun, arvadı güvənsin[1499]. (46)

Qardaşın böyüyü, yoldaşın kiçiyi. (1)

Qardaşın qanın qardaşdan almazlar[1500]. (83)

Qardaşına bax, bacısını al[1501]. (46)

Qardaşının xasiyyətini bilirsənim? – Yoldaş olmamışam. (9)

Qardaşlar savaşdı, əbləhlər inandı[1502]. (49)

Qardaşlıq zər deməkdir, xiridarı gərəkdi. (1)

Qardaşlu kişilər qalqar-qopar, qardaşsız kişilər bir-birinə baqar. (75)

Qarğa bülbül olmaz, tülkü aslan. (38)

Qarğa çox bildiyindən tora düşər[1503]. (1)

Qarğa döşün çəkməklə qaz olmaz[1504]. (55)

Qarğa gəldi kəklik yerişi yeriyə, öz yerişini də unutdu[1505]. (49)

Qarğa görüb quş demə, xaşıl yiyip aş demə[1506]. (18)

Qarğa qarğanı tanıyar. (47)

Qarğa qarıldar, bayquş gətirər. (18)

Qarğa leşə qonar. (12)

Qarğa məndə qoz var deyir, zəvzək[1507]. (29)

Qarğa nədi qazığı nə ola, sağsağan nədi büzüyü nə ola. (17)

Qarğa özünü quş bilər, umac özünü aş bilər. (83)

Qarğa toğan olmaz. (75)

Qarğadan gözəl quş istədilər, balasını göstərdi. (1)

Qarğadan qırğı olmaz. (1)

Qarğalar mənim tavuğumdu, yumurtasını görmərəm[1508]. (83)

Qarğanı qırqovul deyə yeyir. (1)

Qarğanı yüz il bəsləsən də tərlan olmaz. (1)

Qarğanın səsi çıxanda qar gələr. (1)

Qarğışdı baş çoх yaşıyar. (13)

Qarğışın iki başı var. (13)

Qarı aldandı, qapı bağlandı[1509]. (1)

Qarı döyüləndən sonra ağacın zorbasından yapışar. (1)

Qarı qabağına tökməklə dəvə pambıqdan çıxmaz[1510]. (2)

Qarı qarı, xeyratı olsun bir cuval darı. (83)

Qarıdan da qorxum, Tanrıdan da?! (1)

Qarılıqda yorğaluq[1511]. (49)

Qarın başa bəladı. (1)

Qarın başdan aşağıdı. (9)

Qarın dağı qardaş dağından yamandı[1512]. (2)

Qarın doyuran aşı göz tanur[1513]. (49)

Qarın kini könüldən getməz. (49)

Qarın olmaseydi, heş bir quş tora düşməzdi, heç ovçu da tor qurmazdı. (11)

Qarın tox olanda çox şey yada düşür. (1)

Qarına gedən qazancdı[1514]. (54)

Qarınafətir adam tikə dostu olar. (1)

Qarınca, qədərincə, hər kəs öz qismətincə[1515]. (49)

Qarıncanın məlullügin qurbağanın şənlüginə tut. (75)

Qarında o qədər qurqu var ki, baş-başa çatmayıb. (83)

Qarındağı öc alur. (75)

Qarının saçı ağ olar, ürəyi qara. (1)

Qarınınkı Qurandan keçibdi[1516]. (2)

Qarının-qocanın canı bərk olur. (75)

Qarınnar doyannan sonra yetimlər yada düşər[1517]. (46)

Qarınqulu yeməkdə qoçaq olar. (83)

Qarışqadan ibrət al, yaz ikən qışa hazırlaş. (1)

Qarışqanın evində şəbnəm böyük tufandı[1518]. (73)

Qarışqanın ölümü yetəndə qanad gətirir[1519]. (83)

Qarışqanın yığdığını heç kəs yığa bilməz. (1)

Qarışqaya şəbnəm böyük tufandı. (83)

Qarıya qız evi yaraşmaz. (83)

Qarlı qış barlı olar. (1)

Qarnı toxun qayğısı olmaz. (1)

Qarnım içün degil, qədrim içündür[1520]. (49)

Qarnımda çoxdu qada, kimə gedim dada[1521]?! (46)

Qarnımda ikən qanımı yeyir, çölə çıxanda – canımı. (1)

Qarnın doymadığı yerdə aclığını bildirmə[1522]. (83)

Qarpız doyumluq üçün deyil, sərinlik üçündür. (1)

Qarpız kəsməklə ürək böyüməz. (1)

Qarpız-qovun yata-yata böyüyər. (1)

Qarpız yiyen qıraxda qalar, qavıx yiyeni döyəllər. (11)

Qart köpək yedəyə gəlməz. (1)

Qartal milçək tutmaz. (1)

Qartal yumurtasınnan qarğa çıхmaz. (15)

Qartal zirvədə, qarğa zivillikdə gəzər. (12)

Qartala dedilər: – Harda anadan olmusan? Dedi: – Uca dağlarda! Dedilər: – Haraya uçursan? Dedi: – Uca dağlara! (1)

Qartala oq toqunmuş, oq yeləgin göriçək «bana bəndən oldı» demiş. (75)

Qartalı uçuşundan tanımaq olar. (1)

Qasnaqsuz ələk olmaz. (75)

Qaşığ ilə aş verüp, sapıyla gözin çıqarma. (75)

Qaşığın içini qoyup, çölünü yalıyır. (18)

Qaşıq çömçədən irəli olub[1523]. (2)

Qaşıq qaşıq yığdım, kömçək ilə dağıtdım[1524]. (83)

Qaşıq qayıranın öyündə qaşıq tapılmaz. (14)

Qaşımağa dırnaq istər[1525]. (30)

Qaşın düzəldürkən, gözün çıxartdı[1526]. (49)

Qatıq olsun, özünə qab tapar[1527]. (1)

Qatıq tökülsə yeri qalar, ayran tökülsə nəyi qalar[1528]. (37)

Qatıq yeməmişik, qatıq qabı görmüşük. (1)

Qatır atasını görməsəydi, özünü xanzada bilərdi. (9)

Qatır cinsinnən ayğır törəməz. (12)

Qatır issinə gündə yedi kərrə һəmlə edər. (75)

Qatır nə bilir xatır? (1)

Qatıra qulun yoxdu. (9)

Qatrandan olmaz şəkər, bir damarı cinsinə çəkər. (1)

Qav düşməsə, səs çıxmaz. (9)

Qavın-qarbuz vaqtında bıçqısuz olan yanın çarbınur. (75)

Qavır boy üstdə piçilər. (9)

Qavışar adam adama, amma qavışmaz tağ tağa. (75)

Qavmaq da ərlikdür, qaçmaq da. (49)

Qavun çıxdı, tüpür xiyara. (83)

Qay könində quyruqlı inək buğasız. (75)

Qaya dağa arxalanar. (1)

Qaya uçan günü toz qopar[1529]. (83)

Qaya uçmasa çuxur dolmaz[1530]. (55)

Qayçı gəzdirdi, iyniyi də itirdi. (9)

Qayğı ilə borc ödənməz. (1)

Qayğu çörəyə, qovun elə sudur. (54)

Qayğuluya söhbət haramdı. (83)

Qayın arvadı – xain arvadı. (1)

Qayınana bir çiçək, hər sözü gerçək. (1)

Qayınanalı gəlinin dilinin altında fənd gərək. (1)

Qayınatam dövlətli, qaynanam səxavətli[1531]. (1)

Qayınxatınların çarşab-corabı boxçada dögüşər[1532]. (39)

Qayidədən çıxan peşman olar[1533]. (29)

Qaymağı üzdən, balı dibdən yeyərlər. (16)

Qaynamağa qarı sıgır ətı. (49)

Qaynayan qazan qapaq saxlamaz. (1)

Qaynayan yağa milçək qonmaz. (1)

Qaz lələgi qanun yazar[1534]. (83)

Qaz tükündən nazbalış olar. (40)

Qaz uçdu, qarğa qondu[1535]. (83)

Qaz vur qazan doldur, sərçədən nə olacaq[1536]. (83)

Qaza atdım, qoza dəydi. (1)

Qazamat kişi üçün tikilib. (1)

Qazan daşanda çömçənin biri bir tümənə gedər. (1)

Qazan deyir, içim qızıldı, qaşıq deyir bulayub çıxmışam. (2)

Qazan dığırranar qapağı tapar. (17)

Qazan dibi yalayanın adaxlısı göyçək olar. (1)

Qazan qapaqsız olmaz, igid – papaqsız. (1)

Qazan qarası gedər, namus qarası getməz[1537]. (2)

Qazan qazannan döyüşər, ortada güvəc sınar. (9)

Qazan oddan qızar, insan sözdən. (1)

Qazan olsun, dolu olsun, yeyən tapılar. (1)

Qazana yanaşma, qarası çıxar, yamana yanaşma, qadası yıxar. (1)

Qazanan kim, yeyən kim?! (1)

Qazanan qazandığını yesə, xanlar, bəylər acından ölər. (1)

Qazanc var-dövlət gətirər, insaf şan-şöhrət. (40)

Qazanc qudurub mayanı yedi[1538]. (28)

Qazancı çıxdısa, mayasına bənd olma. (9)

Qazancım ata-anamın, öyrəndiyim özümün. (1)

Qazancın çoxu, azı olmaz[1539]. (55)

Qazancını itir, malını itir, duz-çörəyi itirmə. (1)

Qazanclı yük yüngül olar. (1)

Qazanda bişirir, qapağında yeyir. (1)

Qazanda nə bişirirsən, qabağına o çıxar. (1)

Qazandığını it yiyər, yaxasını pit yiyər. (83)

Qazanduğun qazana ver, artuğını çırağa[1540]. (49)

Qazanlar üst örtülü qaynar. (83)

Qazanma, qarşı gəl. (18)

Qazanmağa nə var, iş onu xərcləməkdədi. (1)

Qazanmaq çətin, xərcləmək asan. (1)

Qazanmayınca qazan qaynamaz. (1)

Qazanub yedurmaq gərək. (49)

Qazı adamına baxar, hökm yazar. (1)







Date: 2016-05-25; view: 481; Нарушение авторских прав



mydocx.ru - 2015-2024 year. (0.095 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию