Полезное:
Как сделать разговор полезным и приятным
Как сделать объемную звезду своими руками
Как сделать то, что делать не хочется?
Как сделать погремушку
Как сделать так чтобы женщины сами знакомились с вами
Как сделать идею коммерческой
Как сделать хорошую растяжку ног?
Как сделать наш разум здоровым?
Как сделать, чтобы люди обманывали меньше
Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили?
Как сделать лучше себе и другим людям
Как сделать свидание интересным?
Категории:
АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника
|
Mətanət YAQUBQIZI 17 page
İş bir-bir olur. (75) İş buyur tənbələ, ağıl öyrətsin sənə. (33) İş danışıqdan keçər. (1) İş dediyin eşşək cinsidi, bizləməsən, getməz. (12) İş düzələndə uğur qənşər gələr. (4) İş əldən, söz dildən, oğul beldən gəlməsə faydası yox. (39) İş əndazədən çıxanda yazıx biçarə neyləsin. (18) İş görənindi. (1) İş içində iş var. (1) İş igidlər başına gələr. (1) İş ilə zarafat olmaz. (1) İş insanı təmizdiyə çıxardar. (9) İş insanın cövhəridi[1289]. (83) İş işi açar. (1) İş işi göstərür[1290]. (49) İş kələfin ucunu tutmaqdadı. (1) İş ki, düşdü sarıq başa, başım dəyər daşdan daşa. (4) İş ki, qaldı arvada, ölən günü sal yada. (9) İş ki, qaldı səvirə, tut yönünü qəvirə[1291]. (9) İş qıcanmağı yox, gücenmağı sevər. (10) İş qolayın issi bilür, anunçun assı bulur. (75) İş odur Tanrıya vara[1292]. (54) İş olan yerdə nöqsan da olar. (1) İş olanda qız deyər: ərə gedəcəm, gəlin deyər: doğacam, qarı deyər: öləcəm. (14) İş oldur, Allah ona rah, söz oldur yerin ala. (49) İş onu görənnən qorxar. (9) İş saqqala qalsa, keçiyə də axund deyərlər. (33) İş tədbir ilən gərək. (49) İş tərs gələndə, xəşil də diş sındırar. (14) İş tərs gətirəndə, burunun suyu gözə damar. (14) İş tərsə gələndə tər halva diş çıxardar. (1) İş yuxu görəndə deyil, yuxu yozandadı. (1) İşdə mənim üçün, öyrən özün üçün. (9) İşdən artmaz, dişdən artar[1293]. (2) İşdən qaçan əl açar. (10) İşdənən dəmir pasdanmaz. (13) İşdəyənin ömrü uzun, işdəməyənin günü qısa olar. (14) İşdi keçəl ərə gedər, pinti gözəl gora gedər[1294]. (46) İşə getmiyən oğlum olsun, vələ getmiyən öküzüm[1295]. (46) İşə xor baxma, boynuva torba taxar. (1) İşıx gələn yerə papağını tıxayar. (12) İşi düşəndə arar məni, aşı bişəndə qovar məni[1296]. (83) İşi əndazədə gör. (1) İşi göz yeyәr. (75) İşi həjətlə görəllər, höjətlə yox[1297]. (12) İşi iş görənə verəllər. (12) İşimiz düşdü qaza, qaz da özünü qoydu naza. (9) İşin canını iş alar. (1) İşin düşdü arvada, ölən günün sal yada[1298]. (1) İşin düşdü qazıya, özün döndün tazıya. (1) İşin düşdü sarıq başa, başın dəyər daşdan daşa, yapışginən əyri xışa, get o başa, gəl bu başa. (1) İşin düşdü xalıya, deynən düşdü balıya. (9) İşin pissə şahid ol, borcun yoxsa zamin ol[1299]. (2) İşinə yaxşı baxarsan, iş də sənə yaxşı baxar. (1) İşinin ardını bilən başayax suyu içməz. (18) İşlə, dişlə[1300]. (54) İşlə nökər kimi, ye ağa kimi. (1) İşləməgə ərinən yeməgə həsrət olur. (49) İşləmək adamı sağə çıxardar[1301]. (2) İşləməyən dişləməz[1302]. (76) İşləməyən dəmiri pas tutar. (33) İşləyən açar parıldar. (1) İşləyən atı töylədə bağlasan, çəngi olar. (1) İşləyən dişlər, işləməyən kişnər[1303]. (1) İşləyən inci taxar, işləməyən yandan baxar. (1) İşləyən olsun, iş tapılar. (1) İşləyənlə işləməyəni bir ayağa yazmazlar. (1) İşsizlik arsızlıq gətirər. (1) İşsizlik fəqirliyin açarıdı[1304]. (2) İşşəgə minmək bir eyib, düşmək iki eyib[1305]. (49) İştaha diş altında olur[1306]. (44) İştancağın yuxusuna beş arşın bez girər[1307]. (83) İştəha bəndədən, çörək səndən. (83) İşuqlarla irişənin adıyla sanı yetər; danişmәndlәrlә irişәnin dini ilә imanı yetәr, bәglәrlә irişәnin başıyla malı yetәr. (75) İt ac qalanda əski küllükləri axdarar. (54) İt acından oğurluq eylər[1308]. (2) İt ağzın gәmik dutar. (75) İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidi[1309]. (5) İt ardına düşən leş üstünə çıxar. (1) İt arıxlığını qurda bildirməz. (9) İt aya hürər, başına bəla gətirər[1310]. (1) İt ayağın karvandan kim kəsər[1311]. (49) İt ayıbını bilsə, əyninə tuman geyər. (15) İt azıydı, biri də gəmiynən keşdi. (9) İt balası it olur. (1) İt başınnan ayrı yatmaz. (18) İt bilir xurcunda nə var, çoban da bilir itə nə verəcək. (1) İt bir parça çörəyə də qane olar. (1) İt boş yerə hürməz. (9) İt dartdığını bilir, udduğunu bilmir. (15) İt də duz-çörəyi itirmir. (12) İt də getdi, ip də getdi. (1) İt də öz qapısında ağadı. (1) İt də öz yediyini qusar. (1) İt də yəəsiz olmasın. (18) İt də yuxa yeyər, dürmək qayırmaq bilsə[1312]. (55) İt dəm vuran ayranı kim içəcək?! (1) İt dəmürçi dükanından nə aparur[1313]? (49) İt dərisi kimi iylənmə. (9) İt dərisin dabbağ götürməz. (49) İt dəvəyə hürər, dəvə eşitməz. (1) İt deyər: Yiyəmin yeddi oğlu olsun, qapıya çıxanda hərəsi mənə bir loxma çörək tullasın. Pişik deyər: Yiyəmin yeddi qızı olsun, özü də kor. Bir-bir yeddisinin də əlindəki kökəni qapım, yeyim. (14) İt dişi tonquz dərisi, ov yetənəkdir. (49) İt dişi tonuz dәrisinә münasibdir. (75) İt dişiynən, igit işiynən tanınar. (18) İt elə bilər ki, pişik evdə yatmaqla ev yiyəsidir. (16) İt evinnən qurut umur. (9) İt əkməgə, uşaq məhəbbətə[1314]. (49) İt əkməkdən qaçmaz. (49) İt əl çəkib, motal əl çəkmir[1315]. (2) İt gəldi apardı, yanda yatdı, palçığa batdı. (55) İt getdi, ipi də getdi. (83) İt hardan tapa iki əppəyi, birini başı altına qoya, birini yeyə. (1) İt hürə-hürə qurt gətürür. (49) İt hürər başına qal gətirir[1316]. (54) İt hürər, cərci gəlir, elə bilirəm, elçi gəlir[1317]. (83) İt hürər, karvan keçər, yel qayadan nə aparır[1318]. (2) İt hürməmiş, küçük hürməz. (18) İt hürməsə də, quyruğu çömbər gərək. (1) İt ilə yoldaş ol, amma ağacını əldən qoyma[1319]. (44) İt issinә ürməz. (75) İt it ilə dalaşanda qurd körpünü aşar. (1) İt itdigini tərk etsə, sümsüklügünü tərk etməz. (83) İt itə buyurar, it də öz quyruğuna. (1) İt iti görəndə quyruğunu buduna qısar. (55) İt iti yiməz, it əti yiməz[1320]. (83) İt itilən savaşur "qurdu belə qavar". (49) İt itin ayağını basmaz[1321]. (44) İt itin dişindən qorxar[1322]. (2) İt itin yoldaşı, şundul onun qardaşı. (18) İt itlə boğuşar, yolçunun işi rast gələr[1323]. (2) İt itlə savaşdı, yolçuya girəvə düşdü[1324]. (83) İt itnən savaşanda bir ayağını dalda tutar. (54) İt iyəsi qapusunda gücli olur. (50) İt iyəsinə hürmək eyib olmaz. (50) İt kimi nə yeyər, nə yedirdər. (1) İt kölgəsindən qorxar. (1) İt qorxduğu yerə hürür[1325]. (2) İt qorxusundan oğurluğa gitməz. (83) İt qovlamır, torba götürmür. (18) İt quduranda yiyəsini də qapar[1326]. (1) İt qulağını kəsəndən qorxar[1327]. (2) İt qursağı yağ götürməz[1328]. (49) İt nə görsün, nə də hürsün. (1) İt nə qanır, qayğanax nədi? (7) İt nədi ki yunu nə ola[1329]. (37) İt oğludur qurd basır[1330]. (55) İt ola, ət ola, dayana. (6) İt olsun, yiyəsinin qapısında olsun. (1) İt otun üstə yatır; nə özü yeyir, nə də yeyənə verir. (9) İt oyun ilə, qurd qoyun ilə. (1) İt özü nədi ki, südü nə ola[1331]? (1) İt özüdü, qurdu mənə göstərir[1332]. (1) İt özündən təmizini bilməz[1333]. (83) İt pişik ilə yola getməz. (1) İt sümsünməkdən əl çəkməz. (1) İt sümüyü ölçüb udar. (1) İt sümüyü sevinə-sevinə udar, tamaşadı xirtdəyinə gələndə. (1) İt ular, payını kəsər. (1) İt ular, üstünə qurd gətirər. (1) İt uluya-uluya başına qal gətirər. (83) İt yala, qız şala. (10) İt yanına bəy kimi, bəy yanına it kimi[1334]. (1) İt yediyini qusar[1335]. (44) İt yiyəni it tükünnən sağaldallar. (9) İt yiyəsi qapusunda gücli olur. (49) İt yunluyanda doşan bağda şahlıx eliyir. (18) İtçә it yalağın qorur. (75) İtdən çox çarıx aparan olmaz, genə ayaxları yalındı[1336]. (37) İtdən küçük olar, qoyundan quzu[1337]. (1) İtdən qurtardıq, qurda rast gəldik. (1) İtə arpa atır, ata sümük. (14) İtə atmağa daşı yoxdu. (1) İtə bax, qarpızdan pay istəyir. (1) İtə bir sümük versən, sülhə gələr, namərdə canını versən, vəfa etməz. (33) İtə dedilər: - Nə üçün hürürsən? Dedi: - Qorxuduram. Dedilər: -Nə üçün quyruğunu bulayırsan? Dedi: - Qorxuram[1338]. (1) İtə də bir çörək borcludu[1339]. (1) İtə didilər: gündə neçə kərə dögülürsən? Didi: köpək oğluna rast gəlməknəndi. (83) İtə hörmət edərlər yiyəsi xatirinə. (83) İtə hürmək qalar[1340]. (54) İtə qoşulan it damına düşər. (14) İtgi itirən soraq edər. (83) İtgiçi atası qoyunun arar. (49) İtgiçinün acısı dabandan çıxar. (49) İti dalıma almışam – qurd qorxusundan. (1) İti itə boğdurarlar. (1) İti qaçan atı məhmizləməyin mənası yoxdu. (1) İti qısqırtmasan hürməz. (1) İti quyruğundan bağlasan durmaz. (1) İti öldürәn sürüyü bilür[1341]. (75) İti sel aparmaz. (5) İti yiyəsinə görə tanıyəllər. (11) İti yiyəsinə tanıtdırma. (1) İti yuduqca mundar olar. (83) İtik itiyi tapar. (9) İtin acığı quyruğundan bilinər, atın acığı qulaqlarından[1342]. (1) İtin adın an, ağacı əlinə al[1343]. (2) İtin axmağı qayqanaqdan da pay umar[1344]. (83) İtin axmağı tula olar, atın axmağı yorğa[1345]. (1) İtin alası çaqqalın dayısıdı. (1) İtin ayağını basarsan, səni qapar. (1) İtin başını xonçaya qoyanda diyirlənib düşər[1346]. (44) İtin dirisi nədi ki, ölüsü nə ola? (1) İtin dişi, donuzun dərisi[1347]. (44) İtin dişinə it dayanar. (9) İtin duası qəbul olsa, göydən ət yağar. (1) İtin əbləhi qaysavadan pay umar[1348]. (1) İtin ətini yeyərəm, qəssabın minnətini çəkmərəm. (1) İtin harınnığı ətin bolluğunnandı. (18) İtin hürəni yox, tutanı yaxşıdı. (14) İtin issi var isә, tovşanın Tanrısı var. (75) İtin könlü şamdaydı, fələk də vurdu sama saldı. (83) İtin könlünə qalsa, gündə bir leş yeyər. (1) İtin kiçiyi olasan, qardaşın kiçiyi olmayasan. (39) İtin qabağından qalanı aslan yeməz. (1) İtin qohumu it olar. (1) İtin qulağını kəsəndə qanıxar. (40) İtin qulağın kəsərsən, sırğa olur. (49) İtin qulağını kəsməklə tula olmaz. (55) İtin qulağını kəssən, beşi deyər uzundu, beşi deyər gödəkdi. (14) İtin qulağını küçük ikən kəsəllər. (9) İtin quyruğunu kəsməknən qoyun olmaz. (18) İtin quyruğunu qəlibə salsan, düzəlməz. (1) İtin payını ata verməzdər. (9) İtin payını yel gətirər[1349]. (9) İtin peşəsi hürməkdi. (1) İtin pisdən töbə eliyəni keçəndə iyniyib keçər. (18) İtin yanına daldan get, atın yanına qabaqdan. (83) İtini haya öyrətmə, qonşunu paya. (1) İtlə yoldaş ol, ağacuvu əldən qoyma. (83) İtsiz kənddə ağaşsız gəzəllər. (9) İy bilməyən tula olmaz, dərisini kola verməz. (1) İydə varsa, cəhrədə də var, onu əyirən qarıda da var[1350]. (1) İydə varsa, tağalax da var. (9) İyəsi itinə sümük atar. (49) İyi deyənim olsun, Urumda olsun. (17) İyid hünərdə, at minərdə. (13) İyidin sözü bir olar. (12) İyidin sağı-solu olmaz. (9) İyimiş ətə milçək qonar. (1) İyirmi mədaxili, iyirmi bir məxarici olanın vay halına. (1) İyirmisində yel çəkən altmışında sızıldar. (1) İylənmiş suyu içməzlər. (1) İynə batırana çuvalduz batırarlar. (1) İynə gözündən baxaram, cümlə-cahanı yıxaram. (1) İynə hara, sən də ora. (1) İynə ucu qədər bir deşik bir küpü boşaldar. (1) İynən də itəndə gözün itikçidi. (18) İynəni itirən dəvəni itirər. (1) İynənin işini çuvalduz görməz. (1) İynənin qədri düymə qırılanda bilinər. (18) İyәdәn bölür, inlәyәn ölür. (75) İyәvәn qız әrә varmaz, varırsa da, bәxt bulmaz. (75) İz eşşəyindi, feli gəlinin. (46) İzzət ilən ölmək, xar dirilməkdən yegdür. (49) K Kabab iyinə getmişdi, gördü eşşək dağlayırlar. (83) Kababı köz öldürər, igidi söz. (1) Kafır əkməgin yeyən, kafir muzdına salavat verür. (49) Kağız dözər, qələm yazar. (12) Kahilliq kafırlıqdur. (49) Kamal ata kürki deyil ki, irs ilə övlada keçə. (1) Kamalsızın iynəsi gödək, sapı uzun olar. (18) Kamil adam az danışar. (1) Kamil bağban çəkər bağın səfasını. (1) Kamil insan kəlamından bəlli olar[1351]. (2) Kamil kamili tanır[1352]. (2) Kamil ovçu boşuna güllə atmaz[1353]. (1) Kankanın vəsiyyəti qızıl öküzdü[1354]. (1) Kar eliyən ar eləməz. (13) Kar eşitdiyini, kor tutduğunu buraxmaz. (1) Kar eşitməz, yaraşdırar, kor görməz, quraşdırar[1355]. (1) Kar iki dəfə gülər[1356]. (1) Kar könlündəkini anlar[1357]. (2) Kar nə bilir taqqıltı hardan gəlir. (14) Kar üçün iki dəfə azan verilməz. (1) Karsaz pərvərdigarı bilmək gərək. (49) Karvandan üzülən sərgərdan qalur. (49) Kasa aşdan irəli olub[1358]. (83) Kasa kasaya girməyincə qarnı qabarmaz. (75) Kasad bazarın gəliri olmaz. (1) Kasıb bacını varlı qardaş istəməz. (1) Kasıb bulsa məxmər giyər. (83) Kasıb cavan mərd olar[1359]. (1) Kasıb çıraq yandırar, dövlətlinin pulunu sayar. (1) Kasıb ət tapanda od tapmaz, od tapanda ət[1360]. (83) Kasıb geyəndə soruşarlar: - Hardandı? Varlı geyəndə deyərlər: - Mübarəkdi. (1) Kasıb xərcini bilsə, gündəliyinə məxmər geyər[1361].(44) Kasıb işdiyər, ağa dişdiyər. (18) Kasıb köçəndə varlanar. (14) Kasıb öləndə molla xəstə olar[1362]. (1) Kasıb ölüsünə yas saxlamaz. (1) Kasıb paççah olsa, arvadı öydən qovar. (18) Kasıb pul tapdı, yer tapmadı[1363]. (2) Kasıb ürəkli olar. (14) Kasıba bazarın tulası da hürər. (1) Kasıba oğul olunca, dövlətliyə qul ol[1364]. (1) Kasıbdan Allah da bezardı[1365]. (1) Kasıbı dəvə üstündə büvə vurar[1366]. (5) Kasıbın ağzı aşa dəyəndə başı daşa dəyər. (1) Kasıbın bir oğlu oldu, o da boynu əyri. (1) Kasıbın dörd düşməni var: - it, bit, yasavul, molla. (1) Kasıbın dürməyi yavan olsa, dili yağlıdı. (1) Kasıbın gözü tox olar. (1) Kasıbın günü – itin günü. (1) Kasıbın halını kasıbdan sor. (1) Kasıbın malı başının altında gərək. (83) Kasıbın sacı çörəgi qurtaranda qızar[1367]. (83) Kasıbın saxası şeytandandı. (83) Kasıbın sözü, ulğunun közü[1368]. (1) Kasıbın toyunda gecə qısa olar[1369]. (1) Kasıblıq eyib deyil, oğurluq eyibdi[1370]. (1) Kasıf itini yallı saxlar. (9) Kasıf varrıya çatammaz, əmə varrı kasıva çatar. (9) Kasıv işi güc-qəvvətlə, varrı var-dövlətlə. (12) Kasıvı atdıx öldürər, varrını qorxu görər. (12) Kasıvın uşağı, varrının quzusu çox olar. (12) Kasıvın bir atı var, o da ayğır. (9) Kasıvın əli heş nəyə çatmaz. (12) Kasıvın halın soruşan az olar. (12) Kasıvın malını aldın, canını aldın, birdi. (9) Kaş mal zərəri olsun, insan zərəri olmasın. (1) Katda olma, başın ağrımasın. (9) Kaһal öküzün canı xodur. (75) Kaһal övrət beşigi yaturkən önərür. (75) Kaһala yumuş buyursan, yedi kitablik nəsiһət edər. (75) Keçəl başa dəgdi daş, axdı qan, çıxdı can[1371]. (46) Keçəl başda dəlləklik eləmə. (9) Keçəl başından qorxar, kor gözlərindən. (1) Keçəl başını yudu da, daradı da. (1) Keçəl baxar güzgüyə, adını qoyar özgəyə[1372]. (1) Keçəl bəzənincə toy Karakasdan keçdi[1373]. (46) Keçəl darax gəzdirməknən başı tüklənməz. (18) Keçəl dəva bilsə öz başına eylər[1374]. (49) Keçəl halva yeyər, puluna minnət[1375]. (1) Keçəl hiyləbaz olar, görən fitnə. (83) Keçəl qız bacısının saçıilə öyünər. (1) Keçəl qız çeşmənin gözündən su içər. (1) Keçəl qızı saçlı deyə ağlama. (1) Keçəl qızın baxdı açılanda yel vurar, şalını açar. (18) Keçəl qızın nəyi var? – Başın qaşımağa dırnağı. Keçəl qızın nəyi var? – Dəmirdən darağı. (1) Keçəl suya getməz[1376]. (46) Keçəl yağ tafsa, başına yaxar. (9) Keçəl yarar idi, öz başını darar idi[1377]. (46) Keçəli gün çıxmamış gör[1378]. (1) Keçəli papağının yanından tanıyarlar. (1) Keçəlimə baxma, baxtıma bax[1379]. (46) Keçəlin dərdi-başı bir qazan ayran aşı[1380]. (1) Keçəlin dırnağı olsa, öz başını qaşıyar. (1) Keçəlin güzgüdən zəhləsi gedər. (18) Keçəlin qazandığı başının ziftinə gedər. (1) Keçəlin papağı düşüncədi[1381]. (46) Keçəlin tükdən acığı gələr. (1) Keçən bəla bəlürməz. (75) Keçən görünməz. (75) Keçən gün ömürdəndi. (1) Keçən gün quşa bənzər, uçdu, qayıtmaz. (12) Keçən günə gün çatmaz, calasan günü günə[1382]. (2) Keçən günə heyfsilənmə. (12) Keçən keçdi, vay gələcək dərdidi[1383]! (1) Keçən zaman qayıtmaz. (1) Keçənə güzəşt deyiblər[1384]. (1) Date: 2016-05-25; view: 460; Нарушение авторских прав |