Полезное:
Как сделать разговор полезным и приятным
Как сделать объемную звезду своими руками
Как сделать то, что делать не хочется?
Как сделать погремушку
Как сделать так чтобы женщины сами знакомились с вами
Как сделать идею коммерческой
Как сделать хорошую растяжку ног?
Как сделать наш разум здоровым?
Как сделать, чтобы люди обманывали меньше
Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили?
Как сделать лучше себе и другим людям
Как сделать свидание интересным?
Категории:
АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника
|
Mətanət YAQUBQIZI 18 page
Keçər bu dövran, sənə də qalmaz. (1) Keçi axurda yatar. (9) Keçi can qayğısındadı, qəssab piyin axtarır[1385]. (2) Keçi düşüf qovuna, cərmə oluf qoyuna. (9) Keçi handa, qaya handa[1386]. (83) Keçi һaramzada olur. (75) Keçi kasıbın inəyidi. (1) Keçi keçidi ki, yatdığı yeri dırnaxlar. (9) Keçi keçim olsun, oturduğum yer samanlıq. (1) Keçi qaçmaxda ceyran olmaz. (12) Keçi öldü, qoturu qurtardı[1387]. (1) Keçi öləndə quyruğunu dik tutar. (1) Keçi sənin qulundu[1388]. (2) Keçi sənin, biz mənim. (83) Keçi suyı bəgiri-bəgiri keçər[1389]. (75) Keçi sürünün qabağında gəlsə də, “qoyun gəldi”deyirlər. (6) Keçi şərab içsə, dəvəyə meydan oxuyar[1390]. (1) Keçi yatduğı yeri eşər, yatur[1391]. (75) Keçidə saqqal var, amma şeyx deyil. (1) Keçidən qurbanlıq olmaz. (40) Keçilər yer əkə bilsəydilər, öküzlər işsiz qalardı. (1) Keçini dəvə adına satır. (1) Keçini soyuf-soyuf quyruğunda qoyursan. (17) Keçinin bəyliyi yonca qutarıncadı. (18) Keçinin əcəli gələndə çobanın ağacına sürtüşər[1392]. (2) Keçinin qoturu bulağın gözündən su içər[1393]. (44) Keçinin ölümü palıddan olsun[1394]. (9) Keçiyə bir sürü qoyundan bir keçi yaxşıdır[1395]. (57) Keçiyə qurd dəyməsə həccə gedər[1396]. (2) Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü kölgəsində qoy yesin aslan səni[1397]. (1) Keçmiş yağmurun kəpənək kibi ardına düşmə. (75) Keçmişi unutma, gələcəyin müəllimidi. (1) Keçmişin arabası ilə uzaq gedə bilməzsən. (1) Keçmişin qazancı bu günün rahatlığıdı. (1) Keşiş həmişə kətə yeməz. (9) Keşkə dəgənəcigümdə dişi olsa, yeyilənədək iki olurdı. (75) Keyf qılığa baxmaz. (1) Keyf sənin, kənd kovxanın. (1) Kəbə yıxmaq bir evdi, köül yıxmaq yüz qandı[1398]. (83) Kəbinim halal, canım azad[1399].(46) Kəbinsiz övrət yularsız eşək kibidir. (75) Kədərlə sevinc qardaşdı. (12) Kədi siçanı Tanrıyçun tutmaz. (75) Kədinin yügrügi samanlığadəkdir. (75) Kədiylə köpək dirilməz. (75) Kədiylə sıçan adaş oqşamaz. (75) Kədxudaluq çörək verməkdür. (49) Kəfən havayı olanda adam özünü öldürməz. (1) Kəfkir qazanın dibini deşib. (1) Kəklik başını soxar kola, quyruğundan xəbəri olmaz. (1) Kəklik qaqqıldamasa, qaranquş onu tapmaz. (1) Kəl bulsa, kəndü başın xoş eylərdi. (75) Kəl ilə döyüşən öküzün buynuzu olmaz. (48) Kəl ilə kəllələşən buğa buynuzsuz qalar. (12) Kəl qoşub cüt sürməyən çörək qədrini bilməz. (1) Kəlam nə qədər kütah olsa, datlu olur. (49) Kəlbəngi gəlin olmaz. (75) Kəlbi andıqca ağacı yanına qo. (75) Kələk ilə gələn külək ilə gedər[1400]. (1) Kəlün başı açılmasun, açılıçaq iş məlum olur. (75) Kənardan baxan yaxşı görər. (1) Kənardan baxana hər şey asan görünər. (1) Kənd aşırı it hürməz[1401].(44) Kənd girovun naxırdan tutarlar. (1) Kənd kovxasız olmaz[1402]. (44) Kənd yıxılsa, kəlafasından bəlli olar[1403]. (2) Kəndçinin istəyi torpaqdı. (12) Kəndə molla gəlib, kim ölür, ölsün. (1) Kəndə təzə dəllək gəlib, kəkili yandan qoyur. (1) Kəndi düşən ağlamaz[1404]. (2) Kəndi köpəksiz gördü, əli ağacsız girdi. (1) Kəndin əhvalını böyükdən soruş. (12) Kəndü düşən ağlamaza aqlamaq degil, amma gözi də çıqar. (75) Kənəki söyləgən olur. (75) Kənkanın vəsiyyətdəri qızıl öküzdü[1405]. (5) Kəpək altında unları var. (1) Kərə yağından qıl çəkir. (1) Kərə yeyən də çıxar yaza, tərə yeyən də. (1) Kərəm bilsə, edər idi başına kəl, qaçan eylər sənin müşkülün һəl. (75) Kərəm ərənlərindir. (75) Kərəm hünərlərün başıdur. (49) Kərəm iyəsini binəvalıq gündə tanımaq olur. (49) Kərəmə toymaq olmaz. (75) Kərki gərəkməz ikən işlə. (75) Kərki olub öz tərəfinə yonma, mişar ol iki tərəfə yon. (83) Kərki özünə yonar. (10) Kərzəyinə bax bezini al, anasına bax, qızını al. (42) Kəs barmağını çıx bazara, əlac tapan çox olar. (1) Kəsək atana daş atarlar. (6) Kəsək daşın gününü düşünür. (12) Kəsək oturub daş üçün ağlayır[1406]. (1) Kəsəmədügün əli öp, başına qo. (75) Kəsənin üzünü tikən ağardar. (1) Kəsər kəndü sapın yonmaz. (75) Kəsik baş bitməz, bitsə də yiyəsinə xeyir verməz. (1) Kəsik baş söyləməz[1407]. (49) Kəsilən başın zülfü üçün ağlamazlar. (1) Kəsilən əl yenə bütün olmaz. (75) Kəsilsin iki əl ki, bir başı saxlamaya[1408]. (2) Kışkı gücdü olanda tat bacadan qaçar. (5) Kiçik açar böyük qıfılı açar. (1) Kiçik bulaqlardan böyük nəhrlər hasil olur. (70) Kiçikdən xəta, böyükdən əta. (1) Kiçiklərə hörmət elə, böyüklərdən hörmət qazan. (1) Kiçilər suç işlər, ulular bağışlar. (75) Kiçiyi böyüyün üzünə qalxızmazlar. (1) Kiçiyin daşı baş yarar[1409]. (55) Kiçiyin kiçik yeri var, böyüyün böyük. (1) Kifirə sabun, dəliyə öyüd neyləyər. (33) Kilid dost üçündü. (1) Kim eşək olursa, biz səməriyüz[1410]. (75) Kim güclüdü – haqq onundu. (1) Kim nə dersə-desün, cəһd eylə səndən gəlməsün. (75) Kim sənətə xor baxar, boynuna torba taxar. (15) Kimə əmək, kimə yemək. (75) Kimə lov, kimə plov. (18) Kimə yaxşılıq elədin, özünü ondan qoru. (1) Kimi əkər, kimi biçər, kimi qazanar, kimi yeyər. (1) Kimi gülür, kimi ağlayır, hərənin bir dərdi var. (1) Kimi yaxa cırır, kimi yuxa[1411]. (9) Kimin arabasında gedirsən, onun mahnısını oxu. (1) Kimin kim qızı var, belində önəlməz sızı var. Həm göydə nəһs yıldızı var. (75) Kiminə qat-qat, kiminə ac yat. (1) Kimini asır, kimini kəsir. (12) Kimini qaldırır, kimini endirir. (1) Kiminin başında tac, kimi ac-yalavac[1412]. (1) Kiminin əvvəli, kiminin axırı[1413]. (83) Kiminin sacı olar, kiminin ələyi[1414]. (1) Kimisi ahıllıxda, kimisi cahıllıxda. (9) Kimisinə tavşan yarar, kimisinə qurd yarar. (75) Kimiyə bir eşşək, kimyə min köşək. (83) Kimnən yeyər, onnan deyər. (9) Kimsə kimsənin nəsibin yeməz[1415]. (75) Kimsə qoduğun kimsə bulmaz. (75) Kimsənin sözi arasına girmə. (75) Kimsənün kimsəsi gərək. (49) Kini olanın dini olmaz. (18) Kinli adamların ömrü ah-vaynan keçər. (18) Kirəsiz kilim ağzı da tutmur. (9) Kiri kir açar, sirri sirr. (1) Kirpi də balasını sığallayanda elə bilir məxmər sığallıyır. (11) Kirpik gözün açarıdı. (1) Kişi bilmədiyini ayağı altına yığsa, başı ərşə dəyər. (1) Kişi bir uğurdan bayımaz. (75) Kişi çöldən gətirər, arvad içdən tikər. (12) Kişi əyalın almaq güc olur, amma bəsləmək qolay olur, bədasılı almaq qolay olur, amma bəsləmək güc olur. (75) Kişi fəhlədi, arvad bənna. (1) Kişi gətirməyi bilməli, qadın yetirməyi. (14) Kişi görmədügin görsə, əqli sevinur, geymədügin geysə, təni sevinür, yemədügin yesə, nəfsi sevinür. (75) Kişi kəndu çörəginə kül eşər. (75) Kişi kəndüyə etdügi işi bütün ellər dərilüb edəməz. (75) Kişi kişidən qorxmaz, amma utanar[1416]. (2) Kişi qocalıcaq buzağu gütdurürlər. (75) Kişi qojalar, fikri yox. (12) Kişi öz sözünün ağası olar. (1) Kişi öz tayı ilə gəzər[1417]. (28) Kişi seldi, arvad göl. (1) Kişi sevdiyinin nazını çəkər. (1) Kişi sözü üzə deyər. (1) Kişi toq olucaq cəmi azası ölü olur, amma aç olucaq kötüri can olur. (75) Kişi tüpürdüyünü yalamaz. (1) Kişidə qeyrət olsa, torpağı qızıla döndərər. (1) Kişidə səbir olmalıdı. (1) Kişiliyini sına, sonra arvad al. (9) Kişini tez qocaldar axşamdan yatan arvad. (33) Kişinin alnı açıq gərək. (1) Kişinin atı başa bərabərdir, xəsmi-qövmi yanı-yancığıdur. (75) Kişinin başına gələn ağzından çıxandı. (1) Kişinin cibi iki olsa, arvad almaq fikrinə düşər. (1) Kişinin dilinə qarğış gəlməz. (1) Kişinin hörməti öz əlindədir[1418]. (64) Kişinin malı göz qabağında. (1) Kişinin sözü ilə işi bir olar[1419]. (1) Kişinin üzünə baxma, sözünə bax[1420]. (2) Kişinin yüz pis yeyəni olsun, bir yaman deyəni olmasın. (54) Kişinin һörməti kəndü elində azdır. (75) Kişisi olmayan evin ruzisi olmaz. (1) Kişiyə arvat, arvada kişi qoca vaxdı lazımdı. (18) Kişiyə əvvəl can gərək, andan caһan gərək. (75) Kişiyə üşüməyəcəkcə geyəcək, aç olmayacəkçə yeyəcək yetər. (75) Kişiyə vardığı ev buyruğ olur. (75) Kişiyi qonşıdan sor. (75) Kitab oxumaq ilən adam adam olmaz. (49) Kitab verənin bir əlini kəsərlər, qaytaranın iki əlini. (1) Kitab yüzi qutlu olur. (75) Kitabı satıb, kəncəfə alıb. (1) Kitabın köhnəsi, libasın təzəsi. (1) Kitabın köhnəsi, mollanın tazəsi. (83) Kitabsız elm yoxdu. (12) Kizlü buğa alan, aşkara doğar. (50) Kol dibində xış yoqdu. (83) Kol divində evim olsun, içində ərim olsun. (9) Kolxoz ambarı el süfrəsidi. (1) Kor – kor, gör – gör. (46) Kor at gecə də otlar. (1) Kor at üçün kor nəlbəndi gərək[1421]. (44) Kor atı minən şahlıq iddiası edər. (1) Kor atı minif köndələn çapar. (9) Kor atlanar, öz ölkəsini çapar[1422]. (46) Kor bazara getməsə bazar korsuz qalmaz[1423]. (77) Kor bulaqdan su gəlməz. (1) Kor canvarınkını Allah yuvasında yetirər. (14) Kor da bilir – balıq şordu[1424]. (46) Kor dutduğundan kəsər. (83) Kor dutduğunu əldən qoymaz. (83) Kor əlifə bey deməyib. (1) Kor əsasını bir itirər. (1) Kor gördüyünü deməz, kar eşitdiyini. (5) Kor gözdən əsgi asır. (1) Kor gözdən yaş ummaq olmaz. (49) Kor gözün sahibinə nə faydası? (1) Kor gözündən qorxar, keçəl başından. (1) Kor günortayacan nəynəyib ki, günortadan sora neynəsin[1425]. (83) Kor hərfə ho diyə bilmir, könlünnən alimlik keçir. (18) Kor ilə çörək yeyəndə insafı arada gör. (1) Kor istədiyi nədir, iki göz. (28) Kor it kölgəsindən qorxar. (1) Kor kimdi? – Nabələd! (1) Kor kora kor deməsə korun bağrı çattar[1426]. (1) Kor kora necə baxar, Allah ikisinə də öylə baxar[1427]. (2) Kor kora rişxənd eylər. (1) Kor koru tapar, su çuxurunu[1428]. (45) Kor qoyun gecə də otlar. (16) Kor qurdun ruzisini yetirən özü yetirər. (1) Kor leyləyin yuvasını Allah öz əli yapar[1429]. (2) Kor nadürüst olar, keçəl əməlbaz. (9) Kor nə istər? İki göz – biri əyri, biri düz[1430]. (5) Kor olsun o iki gözü ki, dostunu, düşmənini tanımır. (1) Kor tutduğun bərk tutar[1431]. (2) Kor tutduğunnan kəsər[1432]. (46) Kora da versən, mənə ver, şilə də versən, mənə ver. (83) Kora gecə-gündüz birdi[1433]. (2) Kora hər yer qarannıxdı. (9) Kora qulluq buyursan, qayıdar sənə nəsihət verər[1434]. (46) Korrar ölkəsində çaşdar paccah olar. (15) Koru dara qısnama[1435]. (55) Koru kor yanında həyan üçün qoyarlar[1436]. (1) Koru kora hayan qoymazdar. (9) Korun ağacı özündən qabaq gedir. (1) Korun gözü iməcidə açılar. (18) Korun istədiyi bir göz, iki göz olsa – nə söz?! (1) Korun nə borcu ki, şam bahalanıb?! (1) Korun tutuşu, karın vuruşu. (14) Kosa dəlləyin düşmanıdı. (9) Kosa getdi saqqal gətirə, bığını da üstəlik qoyub gəldi[1437]. (55) Kosa ilə dost olayım deyirsən, «saqalun gəlür»di. (75) Kosa kəndə girməmiş yallısın başladı[1438]. (2) Kosaların öylədən sonra əqli kəm olur, һətta bir oğlancıq dəxi aldar. (75) Kosanı gün batandan sonra aldatmaq olar[1439]. (83) Kosaya əyyarlıq ögrətmə. (75) Kosaya hərə bir tük versə, kosa da saqqallı olar. (5) Kosaya lağ eyləyənin top qara saqqalı gərək[1440]. (2) Kotan nə bilir öküz nə çəkir[1441]. (83) Kovxa atlanar, öz kəndini çapar. (1) Kovxa bənəm, nobat səndədi[1442]. (83) Kovxa ilə hesaba oturan borclu olar. (1) Kovxanı gör, kəndi çap[1443]. (83) Kovxası gülüm olanın başına külüm olar[1444]. (1) Köç başlanmamış bulağı uçurdur. (16) Köç gələndə dad bacadan çıxar. (2) Köç geri qayıdanda arıx axsaq qabağa düşər[1445]. (2) Köç köçər, it hürər, ikisi də mənzilə birgə yetər. (1) Köç kömək istiyir. (9) Köçdən azan qarıya hələ bu da azdır[1446]. (2) Köçdügün yurdun qədri qonduğun yurtda bilinər[1447]. (75) Köçə-köçdə malını saxla, qaça-qaçda başını. (5) Köçənə dad güc ilə gögçəklik olmaz. (75) Köçün dönməsi axsaq itə xoş gələr. (1) Köçün yaraşığı dananın soncuqlamasıdı[1448]. (55) Köçün yaraşığı düşərgədi. (40) Köçürəm demə, yurdun eşidər. (9) Köhlən at yeriyəndə toz qopar. (1) Köhləni mərdə tafşır. (9) Köhnə dərdi təzələmə. (1) Köhnə dost yəhərri ata bənzər. (9) Köhnə düşmən dost olmaz. (1) Köhnə getdi, sən təzədən danış. (1) Köhnə hamam, köhnə tas. (1) Köhnə kəndə təzə darğa gəlib. (1) Köhnə kəndə təzə nırx qoyma. (1) Köhnə kilim istilik verməz. (9) Köhnə köşgül, işim müşgül. (18) Köhnə qapı, köhnə daban. (55) Köhnə qar ancaq uca dağlarda qalar. (12) Köhnə qurd yolunu azmaz. (1) Köhnə paltar yamağından bəllidi. (1) Köhnə pambıq bez olmaz, dul arvaddan qız olmaz. (1) Köhnə sevgi köhnəlməz. (83) Köhnə süpürgəni dama atarlar. (1) Köhnə şəhərə tazə qaidə qoyur. (83) Köhnə şəhəri çuxurda görüb. (5) Köhnə təqvim pula getməz[1449]. (1) Köhnə tülkü hiyləbaz olar. (83) Köhnə un çuvalıdı, vurduqca toz qopar. (1) Köhnə yurdun qədrini təzə yurtda biləllər. (5) Köhnəsiz təzə yoxdu. (12) Kök arıxlayınca arığın canı çıxar[1450]. (2) Kök arıxlıyıncan bi ömürdü, arıx arıxlıyıncan ho taylıxdı. (18) Kökə bağlan, elə söykən. (26a) Kökəlmiyən yerdə niyə arıxlayıram. (18) Köksüz ağac tez yıxılar. (12) Kölədən xeyir gəlməz. (75) Kölənin ənsəsi tamarı qıssa olur, anun içün söz götürməz, tez qaqar. (75) Kölənin, qaravaşın Tanrısı çomaqdır. (75) Kölənin, qaravaşın yedügi sarımsağla soğandır. (75) Kölənin sufisindən, türkün avamından qorqmaq gərək. (75) Köləyə kəndü aşı tatlu gəlür. (75) Kölgə yatanın çiyni isti olur. (54) Kölgədə olanın kölgəsi olmaz. (1) Kölgədən heç zaman insana arxa olmaz. (14) Kölgəsində yatacaq ağacı budama. (75) Köməyi igidə – sözlə, zəifə – əllə et. (1) Kömürçünün evinə girən üzü qara çıxar. (1) Kömürçünün qaralmaqdan nə arı? [1451] (1) Köndələn çəpərə söykənmək olmaz. (1) Könləgin sat gürzə ver. (75) Könlü balıq istəyən quyruğunu buza qoymalıdı[1452]. (2) Könlü balıq sevən kunasını soyuq suya qoyar, da durar. (83) Könlü bədöy at istəyən vaxtında alar. (1) Könlü yemiş istəyən dolanar tağ başına. (1) Könlün yuca tutan ərdə dövlət olmaz. (3) Könül alan güvəndi. (75) Könül arzunun mənbəyidi. (1) Könül bağla səbirə, onu apar qəbirə. (18) Könül bir böyük saraydı, tikilməsi çətin, yıxılması asan. (1) Könül bir uşağa bənzər, nə verərsən istər. (1) Könül xoşluğu maldan əfzəldi. (1) Könül gözdən su içər. (1) Könül kimi sevərsə, görklü oldur. (75) Könül qocalmaz. (1) Könül nə mey istər, nə meyxanə, könül dost istər, mey bəhanə. (1) Könül sevən göyçək olar[1453]. (2) Könül sevən gözəlin nə ağı, nə qarası[1454]. (2) Könül soltandır. (75) Könül tutan keçəldə ayıv olmaz. (9) Könül umduğu yerdən küsər. (1) Könül yapdun, əriş yapdın; könül yıqdın, əriş yıqdın. (75) Könüldən könülə yol var. (75) Könüllü yigit oqın illərüdə arar. (75) Könülsüz bazara gedən, gördüyünü almamış qayıdar. (1) Könülsüz hürən köpək, sürüyə qurd gətirər. (1) Könülsüz köpəyin sürüyə xeyri olmaz. (1) Könülsüz namazı Allah qəbul eləməz. (1) Könülsüz tula ilə ova çıxmazlar. (1) Köpəgə ümid oldun, özün də hürmədin[1455]. (83) Köpəgin ayılanı ələ düşməz. (83) Köpəgin könli köpəklən xoş olur. (49) Köpək dörədügi evdə fəriştə girməz. (75) Köpək elə köpəkdi, xaltası qızıldan da olsa. (1) Köpək ilə qardaş oquşma, oquşarsan, miçəgün һazır eylə. (75) Köpək qaya kölgəsində yatar elə bilər ki öz kölgəsidir. (28) Köpək qocalanda qurda gülünc olar[1456]. (1) Köpək sahibini tanıyar. (1) Köpək üni gögə çıqmaz. (75) Köpək yad kişiyə quyruq bulamaz. (75) Köpəksiz sürüyə qurd dadanar. (1) Köpəyin duası yerinə yetsə, göydən gündə sümük yağar. (10) Köpəyin iyə düşəni tuladan bərk qaçar. (1) Köpəyin qarnı tox olsa, gecə ulduza hürməz. (1) Körpə südsüz böyüməz, pambıq susuz. (1) Körpəcə quzu, qurdun ağzı. (18) Kösöy yana-yana gödələr. (9) Köşdən azanın axrı budu. (18) Köşə daş yerdə qalmaz. (83) Kötək aradakına çox dəyər[1457]. (1) Kötək yeyənin kisəsindən gedər. (1) Köti, cəmri bay olmaz. (75) Kötük üstündə çox budaqlar doğranıb[1458]. (33) Kövək kolunun kölgəsi olmaz. (1) Köydə yoğurd bol olur. (75) Köyilnən fel düz deyil. (83) Köynəyin darrığı bezin qıtdığınnandı. (9) Köyşəndə elə danış kı, xırmanda toz qofmasın. (9) Köyül sevən ağanın nə ağı, nə qarası?! (1) Közden yırasa könqülden yeme yırar. (3) Kurkər uçmasa, Yasamal dolmaz. (77) Date: 2016-05-25; view: 432; Нарушение авторских прав |