Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 15 page





Hər çayın bir dənizə yolu vardır. (14)

Hər çərənçiyə cavab versən, boğazın yırtılar. (1)

Hər çiçəyin bir ətri var. (1)

Hər dağ olsa çəkilər, bala dərdi çəkilməz. (1)

Hər dağın öz ətəyi var. (1)

Hər daş baş yarmaz. (15)

Hər daşdan yol daşı olmaz. (18)

Hər daşın dibində bir Koroğlu var. (1)

Hər dəlinin bir ağıllısı olmalıdı. (1)

Hər dəlləyin əlinə saqqal vermək olmaz. (1)

Hər dərdin bir dərmanı var, tapanı gərək[1130]. (1)

Hər dərədə bir at öldürüb baytar olub. (1)

Hər dəvə çəkənə sarvan deməzdər. (17)

Hər deyilənə qulax verməzlər. (12)

Hər divarın qulağı var. (1)

Hər enişin bir yoquşu olur, hər yoquşun bir enişi[1131].(83)

Hər evin bir adəti var. (1)

Hər evin öz qivləsi var. (11)

Hər eybi üzə vurmazlar. (1)

Hər eyilik bir yerdə olmaz. (75)

Hər əlifba oxuyan qare Quran olmaz[1132]. (73)

Hər əsən yellə söyüd kimi titrəsən, dağ olsan da bir saman çöpünə dəyməzsən. (33)

Hər ər sənət öyrənməz. (75)

Hər fəslin bir meyvəsi var[1133]. (2)

Hər gecəni qədir bil, hər gəzəni Xızır. (20)

Hər gecənin bir gündüzü var. (1)

Hər gedişin bir gəlişi var. (1)

Hər gəlirin bir çıxarı var. (1)

Hər göldən bir qurbağa, Göy göldən min qurbağa[1134]. (1)

Hər gördüyünü dost sanıb, sirrini açma. (1)

Hər gözəlin bir eybi var[1135]. (2)

Hər güldən gülab olmaz. (1)

Hər gülün bir qoxusu, bir ətri var. (1)

Hər gün bir olmaz. (1)

Hər gün günahkar, bir gün tövbəkar. (1)

Hər gün mənə – gücdi mənə, bir gün sənə bir gün mənə – toydu mənə. (46)

Hər gün nə tapsan, odu. (1)

Hər gün ömürdən bir kərpic düşər. (1)

Hər heyvanın balası dalınca gedər, eşşəyin balası qaba­ğınca[1136]. (1)

Hər hikmətin başı imandı. (83)

Hər hürənə daş atsan, daş daş üstə qalmaz. (1)

Hər igid öz adıyla tanınar. (1)

Hər iri gözün işığı olmaz. (1)

Hər iş tutsan insafı əldən qoyma[1137]. (2)

Hər iş ustasının əlində asandı[1138]. (1)

Hər iş vədəyə baxar, vədə heç şeyə baxmaz. (1)

Hər işə ki baqarsan, örnək al, şayəd sonra sana gərək ola. (75)

Hər işıldayana qızıl demərəm[1139]. (81)

Hər işıq bir kölgə salar. (1)

Hər işin əvvəli çətindi. (1)

Hər işin sonuna baxarlar. (1)

Hər işin vaqtı vardır, eyümək olmaz. Zaman işi diləkcə yendək olmaz. (75)

Hər işşəgi bab eylə, görən desin ha belə[1140]. (29)

Hər xoruz öz hinində banlar. (1)

Hər kamalın bir zavalı var[1141]. (2)

Hər keçəlin baxtı bir olmaz. (14)

Hər kənddən bir dəli, Qalxanlıdan qabağına gələni. (83)

Hər kəs atdığı oxun hara dəyəcəyini bilsin gərək. (1)

Hər kəs bildiyini, dəyirman döydüyünü. (1)

Hər kəs hər şeyi öz ölçüsü ilə ölçər. (1)


Hər kəs ləmpəni özüyçün yandırar. (18)

Hər kəs necə olsa, başqasını da, özü kimi bilər. (1)

Hər kəs nə eyləsə özünə eylər[1142]. (1)

Hər kəs ocağın odun, özünə sarı eşər[1143]. (5)

Hər kəs öz arşınıyla ölçər. (12)

Hər kəs öz atını çapır. (1)

Hər kəs öz bildiyi oylaqda ova çıxır. (12)

Hər kəs öz dərdilə, dəyirmançı su ilə. (1)

Hər kəs öz dərdindən danışar. (1)

Hər kəs öz evinin böyügüdür. (55)

Hər kəs öz evinin qibləsini yaxşı bilir[1144]. (55)

Hər kəs öz eyibini bilir. (1)

Hər kəs öz əkdiyini biçər[1145]. (30)

Hər kəs öz gəlir-çıxarına baxar. (1)

Hər kəs öz kəndindən dəm vurar. (31)

Hər kəs öz kisəsindən yeyər. (1)

Hər kəs öz kömbəsini gözlər. (1)

Hər kəs öz ölüsünü oxşayır. (1)

Hər kəs öz ürəyindən su içir. (1)

Hər kəs özünə cavabdehdi. (12)

Hər kəs şərarət əksə, peşimançılıq biçər. (1)

Hər kəs yeyər fətiri, gedər odun gətiri. (83)

Hər kəs yüz il yaşamasa, günah onun özündədi. (1)

Hər kəsə öz adəti xoş gələr. (1)

Hər kəsə öz vətəni əzizdi. (1)

Hər kəsə öz yükü ağır gələr. (1)

Hər kəsi el istəsə, bülənd olar, ucalar. (52a)

Hər kəsin alnında nə yazıldı, onu görər. (83)

Hər kəsin balası öz gözündə göyçəkdi. (1)

Hər kəsin başı dazdı, onun günahı azdı[1146]. (46)

Hər kəsin bir dərdi var, heç kimə deməz ağlar[1147]. (2)

Hər kəsin çörəyi xəmirinə görədi. (1)

Hər kəsin dəlisi evdə, dərdi qarnında. (1)

Hər kəsin dərdi özünə bir at yüküdü. (1)

Hər kəsin hörməti öz əlindədi. (1)

Hər kəsin keçəcəyi özünə görə olar. (1)

Hər kəsin qarğası özünə bir qırğıdır[1148]. (2)

Hər kəsin malı özünə görə qiymətlidi. (1)

Hər kəsin uşağı özünə şirindi. (1)

Hər kətdə bi dəli, Calutda ələ düşən dəli. (18)


Hər kimin ilki dursa, mülkü də durar[1149]. (83)

Hər kimin ki, bağı var, kef çəkməyə çağı var. (1)

Hər kişi gücünə görə yük tutar. (1)

Hər kişi kəndü dərdindən söylər. (75)

Hər kişi kəndü xoyına xoşnuddur. (75)

Hər kişidə dəlülik tamarı vardır, «dəlü» dedikcə ol tamar böyür. (75)

Hər kişinin bir durlü һalı var. (75)

Hər kişinin nəbzinə görə şərbət verərlər. (1)

Hər kişiyə bir tamaşa xoş gəlür. (75)

Hər kişiyə kəndü şəһəri yeg gəlür Bağdaddan. (75)

Hər kişiyi bir işə tuş eyləmiş, anun ilə könlüni xoş eylə­miş. (75)

Hər kişiyi һal ilə Tanrısı bilür. (75)

Hər kişiyi xoyilə xoş görmək gərək. (75)

Hər könülün bir yazı, bir qışı var. (1)

Hər külək dağı yerindən tərpədə bilməz. (1)

Hər qaba bir qapaq qoyarlar. (1)

Hər qanda kim dəvi var, son anda yavi var. (75)

Hər qapıya baş salannan arvat olmaz. (18)

Hər qaranlığın bir aydınlığı var. (33)

Hər qaşığın qisməti bir olmaz. (1)

Hər qazılan yerdən su çıxmaz. (1)

Hər qəbahəti üzə vurmazlar. (1)

Hər qışın bir yazı var. (1)

Hər qohuma ərk olmaz. (1)

Hər qoluna bəlgə dolayan Koroğlu olmaz. (16)

Hər quruldayan sulu qəlyan deyil. (1)

Hər quş öz dəstəsiylə uçar. (1)

Hər quş öz yuvasının ağasıdı. (1)

Hər quş şahin olmaz. (1)

Hər quşa öz yuvası, hər kəsə öz vətəni. (1)

Hər quşun əti yeyilməz. (1)

Hər meyvə öz mövsümündə yetişər[1150]. (73)

Hər meyvənin bir dadı var[1151]. (2)

Hər meyvənin kalı dəysə, insanın kalı dəyməz. (1)

Hər nə doğrarsan çanağına, o da çıxar qaşuğuna[1152]. (29)

Hər nə gedər, ömürdən gedər[1153]. (1)

Hər nə gedərsə bağdan gedər, bağbanın nəyi gedər. (83)


Hər nə ki başına gəlirsə, һaqdan bil. (75)

Hər nə yedin dadındı, hər nə verdin adındı, hər nə qalsa yadındı, oğluna qalsa yad qızı ilə yeyəcək, qızına qalsa yad oğlu ilə. (1)

Hər nəsnə bünyadından yığılur. (75)

Hər nəsnə saatına köyər. (75)

Hər nəsnə timarla һasil olur. (75)

Hər nəsnə vaqtilə gərək. (75)

Hər nöqsanı özündə gör. (1)

Hər otun öz kökü var. (1)

Hər oxuyan Molla Pənah olmaz[1154]. (44)

Hər ölümə qəhrəmanlıq deməzlər. (1)

Hər ömrün öz köçü var. (33)

Hər pərdə dalında yüz sirr var. (1)

Hər rast gələnə dost demə. (1)

Hər saatın bir hökmü var[1155]. (2)

Hər saqqala salam verməzlər. (1)

Hər saqqaldan bir tük çəksək, kosa da saqqallı olar[1156]. (1)

Hər saqqalı ağ olana ağsaqqal deməzlər. (1)

Hər saqqallı baba olmaz. (1)

Hər sarğı hər yaraya sarılmaz. (1)

Hər sayrulığın xoşluğı var. (75)

Hər səbrin axırı var. (1)

Hər səhəng suda sınmaz. (1)

Hər sözün bir pərsəngi var. (1)

Hər sözün öz yeri, öz məqamı var[1157]. (1)

Hər su keçid verməz. (1)

Hər suda mərcan olmaz. (1)

Hər sübhün bir axşamı var. (83)

Hər sürüdə beş-altı qoyun olar, qalanı oyun. (16)

Hər şey vaxta baxar, vaxt heç nəyə baxmaz. (14)

Hər şey bitər, kosanın saqqalı bitməz. (1)

Hər şey nazikliyindən sınar, insan yoğunluğundan. (83)

Hər şey öz əslinə qayıdar. (55)

Hər şey öz vaxtında bitər[1158]. (2)

Hər şey vaxta baxar, vaxt bir şeyə baxmaz[1159]. (2)

Hər şeyə barmaqarası baxmazlar. (1)

Hər şeyə göz dəyər, müflisə göz dəyməz. (1)

Hər şeyi vaxtında əksən, dürr bitər. (1)

Hər şeyin çoxu zərərdi. (1)

Hər şeyin erkəgi keçər, sözün dişisi[1160]. (83)

Hər şeyin əvvəli çətin olar. (1)

Hər şeyin öz vaxtı var. (1)

Hər şeyin xiridarı gərəkdi. (1)

Hər şeyin yamağı tapılar, şüşəynən qəlbin yamağı tapıl­maz. (18)

Hər tullanan qoz bitsə, meymun qozsatan olar. (1)

Hər ucaboylu ağac sərvi-xuraman olmaz. (1)

Hər ulaşmağın ayrılığı var. (75)

Hər uzanan ələ halva verməzlər. (6)

Hər uzun ağaca çinar deməzlər. (1)

Hər ürəkdə bir aslan yatır. (12)

Hər üzə gülənə dost deməzlər. (1)

Hər vaxt fürsət ələ düşməz. (1)

Hər yağan qar olmaz. (83)

Hər yemişin bir dadı var. (83)

Hər yerin dovşanını o yerin tazısı tutar. (1)

Hər yetən gözələ gözəl deməzlər. (1)

Hər yetənə ürək açma. (12)

Hər yoxuşun bir enişi olur[1161]. (44)

Hər zadı qəddəsən gödəli, sözü qəddəsən uzalı. (39)

Hər zadın təzəsi, amma dostun köhnəsi[1162]. (2)

Hər zamanın bir hökmü var. (1)

Hər zərər bir ağıl artırar[1163]. (1)

Hər zərərdə bir xeyir var. (1)

Hərbədən qorqma, it qorqusundan hürür. (83)

Hərcayi sözün, hərcayi gələcəyi olar[1164]. (55)

Hərdən ipək, hərdən köpək. (1)

Hərdən sözün mərəzi gələr. (1)

Hərə bir sap versə, çılpağa köynək olar[1165]. (1)

Hərə bir tük versə, kosa da saqqallı olar[1166]. (1)

Hərə öz qoturun qaşır. (39)

Hərəkət mənnən, bərəkət sənnən[1167]. (5)

Hərəkət səndən, bərəkət Allahdan. (49)

Hərəkət varsa, bərəkət də var. (12)

Hərənin öz örüşü özünə xoş gələr. (14)

Hərif hərifi uzaqdan tanıyar. (1)

Hərifə saqalı düz gərək. (75)

Hərzə sözün hərzə cavabı olar[1168]. (27)

Hərzə sözün mərəzi gələr[1169]. (1)

Hərzə-hərzə danışma, ağzın yaman öyrənər[1170]. (2)

Hərzəkar ağız başa yumruq vurdurar. (33)

Həsud özgə üçün od eylər, özün yandırur. (49)

Həşəmin azdısa, xırmanın böyük tut. (1)

Həya imandandı[1171]. (1)

Həyalı adam dalaşanda saralar. (55)

Həyalı qız gəzişinnən bəllidi. (18)

Həyalı qızarar, bihəya ağarar. (83)

Həyası olmayanın imanı da olmaz[1172]. (28)

Həyasızda insaf olmaz, insafsızda həya[1173]. (1)

Həyasızdan həyanı qoru. (1)

Həyasuza salam ver, öt[1174]! (49)

Hırnan gələn zırnan gedər[1175]. (83)

Hikmət sahibinə hər yarpaq bir kitabdı. (1)

Hikmətdən sual yoxdur[1176]. (49)

Hikməti Loğman ağzından. (75)

Hikmətsüz heç iş olmaz. (49)

Hirs düşməndi, ağıl dost. (12)

Hirs gələndə acığını ud. (1)

Hirs gəlür göz qaralır, hirs gedər üz qaralır[1177]. (2)

Hirsdi adam tez qocalar. (12)

Hiylə ilə iş görən, möhnət ilə can verər. (1)

Hiylə ilə tikilən ev, bəhanə ilə yıxılar. (1)

Hiyləbazın şamı yarıyacan yanar. (1)

Hiyləgər doqquz ocaq yıxmayınca bir ocaq tikməz. (1)

Hoha hiş, yengə düş. (18)

Hoha var dağa qaldırar, hoha var dağdan endirər. (11)

Hökm ğalibündür. (75)

Hökm qılıcı kəsgün olur. (49)

Hörmət hər kişinin öz əlindədür. (49)

Hörmət hörmətə bağlıdı[1178]. (83)

Hörməti pulnan ölçməzdər. (13)

Hörümçəkdən can dilənir. (18)

Hörüyün uzunu, sözün qısası! (15)

Höyür sürüyə qurd batmaz. (1)

Huniyan pilav olmaz yağnan düyü gərək[1179]. (54)

Hünər sahibləri darda qalmaz. (1)

Hünərin bilmədiyin acizi döymə. (1)

Hünərsiz özgəyə güvənər, hünərli özünə. (83)

Hürə bilməz, itləri başa salar[1180]. (1)

Hürər, tutmaz[1181]. (5)

Hürmək itə qalar, karvan öz yolun gedər. (83)

Hürüşünü bilməyən köpək önünə qurd gətirir[1182]. (44)

 

X

Xadim ilə ağ ata qulluq edənin yüzi ağarmaz. (75)

Xadimligi gamuşa versən, samanlığı özünə çıxar. (36a)

Xain dost, dəli düşmən, göz tikər ölən günə. (1)

Xain xəyanətinin cəzasını mütləq çəkər. (1)

Xain xofli olar, kor hürkən[1183]. (83)

Xain suçlu olar. (55)

Xainə sürü göndər, yenə civin güdər. (9)

Xaxın fikrini çəkip qocalmaqdansa, öz dərdini çək, ucal. (18)

Xal üzün bəzəyidi. (1)

Xala evinə dadanan, ər evində dayanmaz. (1)

Xalam bildi – aləm bildi[1184]. (1)

Xalam gəzəyən olsa idi, bizə də gələrdi. (11)

Xalam kişi olsa idi, ona dayı deyərdim. (77)

Xalamdan bir dilək dilədim, versə də xalamdı, verməsə də xalamdı[1185]. (55)

Xalça salan özü oturar. (1)

Xalına bax, xalı toxu. (1)

Xalını xovuna sığallarlar. (1)

Xalının tozu tükənər, dəlinin sözü tükənməz. (1)

Xalx qız verir, quda qazanır, biz qız verdik, qada qazan­dıq[1186]. (46)

Xalxınkı ipək olur, bizimki köpək. (83)

Xallı üz göyçək olar. (1)

Xalq kəsən barmaq qanamaz[1187]. (1)

Xalq necə, biz də elə. (1)

Xalqa it hürəndə, bizə çaqqal ulayar. (1)

Xalqa qarın ağrısı gələndə bunun tuman bağı əlindədi. (14)

Xalqın ağzı faldır, xorata xordur. (75)

Xalqın ağzını bağlamaq olmaz[1188]. (44)

Xalqın eybini söyləyən özü eyibli olar. (1)

Xalqın qapısını el döyür, bizim qapımızı yel. (1)

Xalqın sədası – Haqqın nidasıdı[1189]. (1)

Xaltanı aslan boynuna vurmazlar. (1)

Xam atı minməkdən, çullamağı çətindi. (9)

Xam dəmir döyülməz. (1)

Xam yer axtarır bostan atmağa[1190]. (1)

Xamın gözü böyük olar. (83)

Xamır yeyənə eytibar yoxdu. (13)

Xan arıqlayanda rəiyyətin canı çıxar. (1)

Xan evi – bəla evi. (1)

Xan eylər xan divanı. (1)

Xan qapısında işləyənin ayağını daş aparar. (1)

Xan qulluğuna gedən atlı gedər, piyada qayıdar. (1)

Xana nökər olanın börkü haça olar. (1)

Xandan gələn nökərəm, dinmə, dişlərini tökərəm. (1)

Xanəndə məclisin bəzəyidi. (1)

Xanım-xanım didilər, axçacığım yidilər, eylə ki, axçam qurtardı, zır tut xanım, didilər[1191]. (83)

Xanım qıran qabın səsi çıxmaz[1192]. (2)

Xanım qırsa – qəza, nökər qırsa – cəza. (1)

Xanım qız xalasına oxşar, yaxşı oğlan – dayısına. (1)

Xanın gözü dörd olar. (1)

Xanla plov yemirəm, bığlarım yağa batar. (1)

Xaraba şəhərə qala nə lazım. (39a)

Xarabadan tüstü çıxmaz. (1)

Xasiyyətini bilmədiyin itin quyruğunu əlləmə. (44)

Xata xata üstündən gəlməsə, bir xataya nə var. (83)

Xata məndən, əta səndən[1193]. (31)

Xatir qalsun, könül qalmasun. (49)

Xatun kişilər üç nəsnədən çökər: bir oğlan toğurmaqdan, bir geyəsi yumaqdan, biri un yoğurmaqdan. (75)

Xayin gözdən, mərd üzdən bilinər. (18)

Xayin iki dünyanun mərdudidür. (49)

Xeyir Allahdan, şər şeytandan[1194]. (44)

Xeyir xeyri tapar, şər də şəri. (33)

Xeyir işə yaxın ol, şər işdən saqın. (1)

Xeyir işi uzatma, şərrə dönər; şər işi uzat ki, xeyrə dönər[1195]. (75)

Xeyir san eşünə, xeyr gəlsün başına[1196]. (75)

Xeyir ver, xeyir görəsən[1197]. (2)

Xeyir verən yalannan ziyan verən doğru yaxşıdı. (12)

Xeyir vermiyən qohumnan yad yaxşıdı. (12)

Xeyirxah adam yaddan çıxmaz. (12)

Xeyirlə şər xurcun tayıdı[1198]. (26a)

Xeyirsöyləməzdən xeyir olsaydı, adını Xeyrulla qoyardı­lar. (1)

Xeyirsöyləməzə didilər: «Xeyir söylə, səfərdən gələndə sənə sovqat gətirərəm» Didi: «Bəlkə gitdin, gəlmədin, hindidən ver»[1199]. (83)

Xeyrat babamın, gərək toy özümün[1200]. (83)

Xeyri yoxdu çaxırın, içmə, açar paxırın. (1)

Xeyürliyə çörək börc verürlər. (49)

Xəbər almaq eyib deyil, bilməmək eyibdi[1201]. (70)

Xəbərçi dosta da böhtan atar. (12)

Xəbərçi yalançı olar. (1)

Xəbəri uşaqdan öyrən [1202]. (1)

Xəlbircən evi olanın, gözləri qədər dərdi var. (1)

Xəlq dilindən qurtulmaq olmaz. (49)

Xəlvəti halva yeyənin sirrini Allah bilir[1203]. (44)

Xəmir suyu çox götürər[1204]. (2)

Xəmiraşı – bəylər aşı, umac onun yoldaşı[1205]. (1)

Xəmiri bir yerdə yoğrulubdu. (1)

Xəncər bir nəfəri kəsər, dil min nəfəri. (12)

Xəncər çıxdı, qan çıxdı. (1)

Xəncər yarası sağalar, namus yarası sağalmaz. (1)

Xəncər yarası sağalar, dil yarası sağalmaz[1206]. (28)

Xəngəl qaşıxda, xaşıl barmaxda. (9)

Xərab olmasa, abad olmaz. (49)

Xəsis acgöz olar. (1)

Xəsis bazarda vicdanını da satar. (12)

Xəsis havanı udanda da xəsislik edər. (18)

Xəsis ilə comərdin xərci birdi. (1)

Xəsis zalım olar. (1)

Xəsisdən alınan yumurtanın sarısı olmaz. (1)

Xəsisdən qışda buz almaq olmaz. (1)

Xəsisə zəhər versən, pulsuzdu deyə içər. (1)

Xəsisin barmağınnan da qan çıxmaz. (12)

Xəsisin dostu olmaz. (12)

Xəsisin malı arvadın sonku ərinə qalar. (14)

Xəsisin malı ölənnən sonra bəlli olar. (12)

Xəsisin qarnı doysa da gözü aj olar. (12)

Xəsm xəsmə qəzəl oxumaz. (1)

Xəstə başında ulu oturar. (75)

Xəstə həkimdən dərman istəməzlər. (1)

Xəstə tələsər, armud vaxtında yetişər[1207]. (1)

Xəstə yat xətir üçün, nanəcibə əl uzatma, bir tikə fətir üçün. (41)

Xəstə yatan ölməz, əcəli yetən ölər. (15)

Xəstə yatmaq xəstəyə baxmaqdan yaxşıdı. (1)

Xəstəlıq şaşırar, ölüm yıqar. (75)

Xəstəlik atlı gəlir, piyada gedir. (1)

Xəstəlik putnan gələr, mısqalnan çıxar. (12)

Xəstəni döşəkdə saxlarlar, uşağı beşikdə. (1)

Xəstənin işi qalar, astanın işi qalmaz. (1)

Xəstənin könli tar olur. (75)







Date: 2016-05-25; view: 438; Нарушение авторских прав



mydocx.ru - 2015-2024 year. (0.09 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию