Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 16 page





Xəstənin qızıl taxt nəyinə gərək?! (1)

Xəstənin qüvvəti olmaz. (75)

Xəstəyə yuxu şəfadır. (49)

Xəşil bişirmək bilmir, aşbazlıq iddiası edir. (1)

Xəta xəta üstündən gələndə bir xətaya nə var? (1)

Xətakardan xəta əskik olmaz. (1)

Xətir ucundan xəstə yatır. (14)

Xəyalsız insan meyvəsiz ağaca bənzər. (1)

Xəzan vaqtındağı düşə etibar yoqdur. (75)

Xəzinə xarabalıqda tapılar. (1)

Xəzinəyə tüpürənin tüpürcəyi öz saqqalına yapışar. (1)

Xıdır çıxdı – qış çıxdı. (1)

Xınalı əl cibə qoyulmaz. (1)

Xırçıya qarpız bağışlamazlar. (1)

Xırdavatçının andı özünə qənim olar. (1)

Xırman sonı abdallarındur. (49)

Xırmana girən porsuq yabanı özünə qəbul edər. (1)

Xırmanın axırı dərvişindi. (1)

Xırmanın tozu bərəkətli olar. (1)

Xış ilə məhsul olmaz, meydan maşın meydanıdı. (1)

Xış kötüyə dayanıb[1208]. (1)

Xışa gedən öküzüm olsun, işə getməyən oğlum olmasın. (1)

Xırs ilən çuvala girmək olmaz. (49)

Xiyar pulu ilə alınan eşşəyin ölümü suda olar[1209]. (2)

Xoca bizdə, xurcunu sizdə. (9)

Xocalar kağızı tərsindən oxuyar. (83)

Xoruz bannıyanda gözünü yumar. (18)

Xoruz bir kərə bəzənər[1210]. (1)

Xoruz çox olan yerdə səhər tez açılar. (1)

Xoruz elə xoruzdu, nə qocası, nə cavanı?! (1)

Xoruz getdi, dava bitdi. (1)

Xoruz olmasa, səhər açılmaz[1211]. (44)

Xoruz ölmüş, gözü çöplüydə qalmış. (1)

Xoruz öz küllüyündə banlar. (1)

Xoruz silkələnsə bir çəngə tük olar, dəvə silkələnsə bir ulağa yük olar. (1)

Xoruza quyruğu da yükdü. (83)

Xoruza quyruğu yük olmaz. (1)

Xoruzsuz da sabah açılar. (1)

Xoruzun saqqalı ağarsa da bahası on dörd şahıdı. (39a)

Xoruzun vəzifəsi banlamaqdı. (1)

Xoş günün sorağı uzaqlardan gələr. (1)

Xoş söz ürəyə qapıdı. (15)

Xoşrəftar ol, xoş gün görəsən. (1)

Xoyın-һünərin bilmədügün tavarın ardına dolaşma. (75)

Xörəyi doyunca yemə, gözün dalınca qalsın. (1)

Xörəyin dadı ağızdadı. (1)

Xörəyin yaxşısı – hazır olanıdı. (1)

Xublarda vəfa olmaz. (49)

Xunxa könlündən keçməyən, mehman könlündən keçər. (49)

Xunxa xunxa hesabın öz könlündə eylər. (49)

Xuryata bax, ufdanın qədrini bil. (18)

Xürəgin dadı duzdadı, dünyanın dadı güzdə. (19)

 

İ

İbadət könül aydınlığıdur. (49)

İbadətdən səxavət irəlidi. (17)

İblis ilə mollanın sirri birdi. (1)

İç dedilər, çeşməni qurut demədilər. (1)

İç әdüki olanın yarı abdәsti bilәdir. (75)

İçdim üzüm suyunu, tökdüm üzüm suyunu. (1)

İçərəm çaxırı, açaram baxırı. (83)

İçim əldən gedir, qırax-bucağı qoymur. (83)

İçim özümü yandırır, eşigim özgəni[1212]. (54)


İçmə namərd əlindən su, abi-həyat olsa da. (1)

İddəası tərlan, özü yapalaq[1213]. (1)

İftira dağdan ağırdı. (1)

İgid arxasında igid gizlənər. (1)

İgid basdığını kəsməz. (1)

İgid canlı, kabab qanlı[1214]. (1)

İgid döyüşdə bəlli olar nə ki, barışda[1215]. (2)

İgid əyildi – sındı. (1)

İgid gərək ağasınun qulluğunda dosta dost, düşmənə amac ola. (49)

İgid gücüynən, nəsil giciynən tanınar. (18)

İgid igidə xor baxmaz[1216]. (1)

İgid ilqarından dönməz, dəvə ovsarından. (1)

İgid qovğasız olmaz. (1)

İgid ləqəbilə tanınar. (1)

İgid meydanda bilinər[1217]. (63)

İgid odur ki, apardığını gətirsin[1218]. (1)

İgid odur, atdan düşüb atlana, igid odur, hər əzaba qatlana. (1)

İgid oğul cavan eylər atanı. (1)

İgid oğul düşmənə əyilməz. (1)

İgid ölər ünü qalar, öküz ölər gönü qalar. (1)

İgid ölər, adı qalar, müxənnətin nəyi qalar[1219]? (1)

İgid səsinə güc verməz. (1)

İgid soy ilə, gözəl xoy ilə. (9)

İgid sözü üzə deyər. (1)

İgid ürəyi haça olar. (1)

İgid ya tər altda, ya yer altda. (1)

İgid yarasına igid qatlaşar. (1)

İgid yarasız olmaz. (1)

İgid yüz yaşar, fürsət bir düşər. (1)

İgidə ehtiyat şərtdür. (49)

İgidə hünərinə görə ad verərlər. (1)

İgidə üç nəsnə hünərdür:” açub oxumaq, üzüb kecmək, atub urmaq.” (49)

İgidi ilan öldürər, dövləti yalan. (18)

İgidi qeyrət öldürür, dəvəni sərban. (49)

İgidi xamır, daşı mamır öldürər. (18)

İgidi yaxşı saxlar, yaxşı arvad, yaxşı at. (1)

İgidim igit olsun, kol dibi evim olsun. (83)

İgidin mənzili bir olar, namərdin mənzili olmaz. (1)

İgidin axmağı qılıncını dayısında sınar. (1)

İgidin başı qalda gərək[1220]. (1)

İgidin başı sağ olsun, varlı da olar, varsız da. (1)

İgidin əli işdə gərək. (1)

İgidin fərsizi məqam gözlər. (83)

İgidin xəncəri qınında qalmaz. (1)

İgidin igiddən bir ehtiyatı artıqdır[1221]. (55)

İgidin qapısı bağlı gərək. (83)


İgidin qılıncı, müəllimin qələmi. (9)

İgidin yaxşı dostu ömrü cavan eyləyər. (52a)

İgidliyin də yeri var. (1)

İgidün cövhəri uşaqluqda bəlli olur. (49)

İgit dögüşdə məlum olar, nə ki yarışda. (83)

İgit gərək ağasınun qulluğunda dosta dost, düşmənə amac ola. (49)

İgit iqrarından, dəvə ovşarından. (83)

İgitlik ondur, doqquzu gözə görünməmək, biri qaçmaq[1222]. (83)

İgnə işin çuvalduz bilməz. (49)

İgnə sapla, ucun düg, sonra peşiman olma. (49)

İgnəni özüvə, çuvalduzu yoldaşuva[1223]. (83)

İl kalır, törü kalmas. (3)

İki adam bir adama qoşundu[1224]. (2)

İki adam danışanda üçüncü adam danışmaz. (1)

İki ağız bir olıcaq bir ağız küt olur[1225]. (75)

İki arvaddı kişinin xörəyi duzdu olar. (9)

İki arvadlı ev zibilli olar[1226]. (2)

İki arvadlının ağzının dadı olmaz. (1)

İki arvadlının donu yırtıq olar. (1)

İki arvadlının qulağı, eşşək minənin də qıçı dincəlməz. (12)

İki at bir ağaca bağlanmaz[1227]. (1)

İki ayaq bir başmağa yerləşməz. (1)

İki başlı heyvanlardan yox, iki dilli insandan qorx. (1)

İki butum sağ olsun, bulunmayan ər olsun. (75)

İki canbaz bir ipdə oynamaz[1228]. (28)

İki çətik bir arslana tapdır. (75)

İki dalaşanın biri döyülər. (1)

İki dəvə əlləşəndə otluq xarab olar. (1)

İki dilənçi bir qapıda dilənməz[1229]. (1)

İki dinnə, bir söylə. (15)

İki dişi var qabaqda, çörək qoymaz tabaqda. (1)

İki dostun arasına girməzlər. (1)

İki dovşan dalınca yüyürən heç birini tutmaz[1230]. (57)

İki düşmən arasında elə söz danış ki, onlar barışanda utanma. (14)

İki düşün, bir danış. (1)

İki eşit bir söylə. (28)

İki eşşəg - bir karvan, iki övrət - bir divan. (49)

İki eşşək bir axurdan arpa yeməz. (1)

İki eşşəkdən bir at yaxşıdır. (1)


İki evi bir eləmişik, düyünü batman yarım. (1)

İki evin urvasından bir fətir olar. (83)

İki əl başı saxlamayacaq?! (1)

İki əl bir baş içündür[1231]. (49)

İki əli yaxasındadır. (1)

İki əlin var, öz ağzuvu dutarsan. (83)

İki fındıq bir qozu sındırar[1232]. (55)

İki fındıx bir olsa bir qozun başını yarar. (83)

İki gəmi qulpın tutan tez ğәrq olur. (75)

İki gəmiçi bir gəmini batırar. (28)

İki göz iki gözə baxsa, qulaq dincliyi yoxa çıxmaz. (18)

İki gözü var idi, birini də borc elədi. (1)

İki güləşənin biri yıxılar[1233]. (2)

İki həkimi olan xəstə sağalmaz. (1)

İki xonaxlu naşta qalur. (49)

İki it bir aslana dov gələr[1234]. (2)

İki itin arasına bir sümük atmazlar. (1)

İki keçi bir gəmini batırar[1235]. (2)

İki kədbanu arasında ev süpürülməmiş qalur. (49)

İki kəsək bir daşa əvəz olmaz. (1)

İki kişi danışanda üçüncüsü sən olma. (1)

İki kişiyә bir kәlәçi. (75)

İki könül bir olıcaq samanlıq da saraydır. (75)

İki könüllü olma. (75)

İki qanat, bir quyruq, ana dәxi yel buyruq. (75)

İki qancıx bir qavda yal yeməz. (9)

İki qapıda gəzən köpək ac qalar. (1)

İki qarbuz bir qoltuğa sığmaz[1236]. (75)

İki qardaş savaşmış, əbləh gerçәk sanmış. (75)

İki qibləyə namaz olmaz. (1)

İki qılınc bir qına girməz. (83)

İki qoç başı bir qazanda qaynamaz. [1237] (83)

İki qulaq iki eşitmək üçündür, bir ağız bir demək üçün[1238]. (1)

İki mənə bir sənə, onun da yarısı mənə. (46)

İki nəfər desə ki, sərxoşsan, başını qoy yerə. (1)

İki nəsihətdən bir sərəncam yaxşıdı. (1)

İki ölünü bir qəbrə qoymağ olar, iki arvadı bir evdə sax­lamağ olmaz. (15)

İki övrәtlinin dirligi olmaz. (75)

İki padşah bir taxtda oturmaz. (9)

İki sevgi bir könüldә olmaz. (75)

İki su bir çörək yerini tutmaz. (1)

İki su bir xörəyin yerindədi[1239]. (9)

İki tülki bir aslana bərabərdir. (49)

İki verməsən bir ala bilməzsən[1240]. (2)

İki yabalaşanın birinin yabası sınmalıdı. (17)

İki yana baxan çaş qalar[1241]. (1)

İki yumruq bir başa gücdü[1242]. (2)

İkicə dişin dörd olsun, təknəmizə qurd olsun. (9)

İkinci arvad yamaqdı. (1)

İkisi birə dəyməz, biri heçə[1243]. (1)

İkisinə üç lənət, hərəsinə beş lənət. (83)

İkisininin sözüni üçünci tuyar. (75)

İkiüzlü adamdan dost olmaz. (1)

İl baharından bilinər. (1)

İl ili bilür. (75)

İl var bir günə dəyər, gün var bir ilə. (1)

İlan adamın topuğunu gözlər, adam ilanın başını[1244]. (83)

İlan ağzından qurtardı, qurbağa ağzına düşdü. (1)

İlan balasını da çalar. (1)

İlan çıxdığı bacanı yaxşı tanıyar. (1)

İlan əvvəl ovsun qızdıranı sancar[1245]. (1)

İlan hər yerdə əkri ketür, yuvasuna düz ketür[1246]. (50)

İlan ilandı, o da toprağı bir tərəfi üstə yeyir. (7)

İlan ilandı, o da torpağı isrifnən yalayır. (14)

İlan ilanı vurmaz. (1)

İlan ilannığınnan torpağı yalar. (9)

İlan qabığını dəyişər, xasiyyətini dəyişməz. (1)

İlan qonşısına dəgməz[1247]. (49)

İlan öz əgrisin görməz[1248]. (49)

İlan vuran ala çatıdan qorxar[1249]. (2)

İlan şəkər yisə də zəhər qusar. (18)

İlan üzdən xal-xal olur, insan içəridən. (1)

İlan vuran yatar, ac yatmaz. (1)

İlan yatar, düşmən yatmaz[1250]. (1)

İlan yulduz görməyincə ölməz[1251]. (49)

İlan yuvasına girəndə dəvə də çıxarda bilməz. (14)

İlana ağunu kərtənkələ verər. (1)

İlana balası qənim olar[1252]. (2)

İlana yaxşı deyən, cəllada fağır deyər. (9)

İlana yumşaq deyüb əl vurma! (49)

İlanı görənə lənət, görüb öldürməyənə lənət, öldürüb bas­dı­mayana lənət[1253]! (1)

İlanı özgə əlilən dutmaq olmaz. (49)

İlanı sən tut, mən gözünü çıxardım. (1)

İlanı Seyyid Əhməd Əli ilə dutur. (83)

İlanı xoş dil ilən dəlükdən çıxarmaq olur. (49)

İlanı yuvasında öldür. (1)

İlanın ağına da lənət, qarasına da[1254]. (49)

İlanın başını özgə əli ilə əz[1255]. (1)

İlanın boğazına girən çıxmaz. (1)

İlanın dili, dəvənin kini. (14)

İlanın quyruğunu basmasan sancmaz[1256]. (1)

İlanın quyruğunu yox, başını əzərlər. (1)

İlanın ölümü gələndə, çıxar yol üstündə yatar[1257]. (9)

İlanın zəhərrisi daş altındadı. (18)

İlanla dostlux eləmək olmaz. (12)

İldə başa gəlməyən, dildə başa gələr. (1)

İldızı barışmayanın salamı da savaşdı. (83)

İlikli sümük ağır olar. (6)

İlxıçının qazancı havayı minməkdi[1258]. (1)

İlk atılan daş uzaq gedər. (1)

İlk sonanı uçmaqda görmüşlәr. (75)

İlki qız olanın mülki qızıl olar. (10)

İllər keçür, aylar dolanur, quş bir kərrə bir budağa düşür. (49)

İllər min yaşar, bəglər yüz. (49)

İllər qocaltmaz insanı, qüssə qocaldar. (1)

İllәrü adı yaqın olur. (75)

İllәtlә dirilәn möһnәtlә can verәr. (75)

İlmənin ucunu tutanda iş yoluna düşər. (1)

İlqar imandandı. (1)

İlqarı olmayanın imanı da olmaz. (83)

İlqarından dönən namərddi[1259]. (1)

İlәtdüginә yayan yüridi. (75)

İmam cәmaәtin qulıdır. (75)

İmam evindən aş, ölü gözündən yaş çıxmaz. (33)

İmam əzizdi, qara pul imamdan da əzizdi. (1)

İmam olan kişi cәmaәtin qәһrin çәkmәk gәrәk. (75)

İmam şaftalı ağacı deyil ki, hər yerdə bitə. (1)

İmam üçün də ağla, yezid üçün də. (9)

İmamın imam olması cәmaәt әlindәdir. (75)

İmamzadə piy gətirəni tanıyar. (1)

İman əziz, pul imannan da əziz[1260]. (9)

İmanı satıb əppəginə qatıq eyləyir. (83)

İmanlu qullarda yatluluq yoqdur. (75)

İmtahan yerdədi, göydə degil[1261]. (83)

İn dinlәn, bin dinlәn. (75)

İnamsız olmaq ən böyük günahdı. (12)

İnanma gəl dostuna, saman təpər püstünə. (49)

İnamı öldürmək adam öldürməyə bərabərdir. (40a)

İncələn yerdən üzülür[1262]. (2)

İndi ki, nisyədi, astarını gülü-xəndan elə. (1)

İnəh duza allanar, insan – sözə. (15)

İnək elə xar oldu – eşşəyə çidar oldu. (16)

İnək göz eyləməsə, kəl sıçramaz. (83)

İnək kimi süd verməyən, öküz kimi kotan sürər[1263]. (1)

İnək sağan inək sağanı alladammaz[1264]. (9)

İnək su içsə süt, ilan su içsə zəhər əmələ gələr[1265]. (57)

İnəyi itən soraq eylər. (1)

İnəyin buynuzuna baxarlar, qızın üzünə. (1)

İnəyin südünü əmir, buzoya arıx deyir. (9)

İnəyin üzünə bax, südünü sağ. (1)

İnsaf din yarısıdır[1266]. (75)

İnsaf qanunların anasıdı. (1)

İnsafı olmayan abat olmaz. (18)

İnsafı olmayanın imanı da olmaz[1267]. (2)

İnsafsız ağa, yağmursuz hava. (14)

İnsan çalışmaq içün doğmuşdur[1268]. (29)

İnsan daşdan bərk, güldən zəifdi. (1)

İnsan dilindən dağlanar, heyvan belindən. (14)

İnsan dostunu, düşmənini tanımalıdı. (1)

İnsan el ilə, dəyirman yel ilə. (15)

İnsan inamnan yaşayır. (12)

İnsan xain olmasa, heyvan damğanı neylər? (1)

İnsan xoş günə dözməz[1269]! (2)

İnsan qocaldıqca aynaya baxmağı az istər. (1)

İnsan məxluqatın əşrəfidi. (1)

İnsan oldur ki, kәndüyә güç gәtürmәyә. (75)

İnsan olmayan insanın qədrini bilməz. (1)

İnsan öz-özünə elədiyini aləm yığılıb ona eyləyə bilməz[1270]. (44)

İnsan səy və qeyrəti ilə tanınar, bəzəyi ilə tanınmaz. (1)

İnsana hər nə olsa toxluqdan olar. (83)

İnsana nə gəlsə dilindən gələr. (60)

İnsanda kərəm gərək həqiqət. (49)

İnsanı göz coşdurar, qazanı od. (45)

İnsanı qayğı qurudar, dərd qocaldar. (12)

İnsanı yaşadan arzu ilə ümiddir. (1)

İnsanın bir əvvəli, bir axırı. (83)

İnsanın bir özü, bir sözü[1271]. (1)

İnsanın dəlisi daşa güc eylər, öküzün dəlisi başa[1272]. (1)

İnsanın dili sandıq, dodaqları qıfıl olmalıdı. (1)

İnsanın əbləhi gəda olar, itin əbləhi tula. (37)

İnsanın əti yeyilməz, dərisi geyilməz, ancaq şirin dili gə­rək! (1)

İnsanın gözü topraqdan doymaz. (55)

İnsanın gözünü bir ovuc torpaq doydurar[1273]. (1)

İnsanın işi yaramazlığa eyilik etmәkdir; yaramazlığa yara­mazlıq һeyvan işidir. (75)

İnsanın qudurmuşu, itin qudurmuşunnan betərdi. (9)

İnsanın zilləti də, izzəti də öz əlindədi[1274]. (1)

İnsanlar danışmaqdan qalanda, daşlar danışmağa başlar. (1)

İntizarluya söhbət haramdur[1275]. (49)

İnәk qanda yügürürsә-yügürsün, tәk evdә buzalansın. (75)

İnәk südünә görә mәlәr. (75)

İp nə qədər uzun olsa doğanaqdan keçəcək. (2)

İp uzun, dil gödək[1276]. (9)

İpək köhnələndə eşşəyə palan olar. (6)

İpək necə xar olub, eşşəyə çuval olub! (1)

İpək yumşaq olduğundan qılınc kəsməz. (83)

İrağ yerün dögməcin hola ilən dögərlər. (49)

İrağdan tiryək gəlincə ilan vuran ölər. (83)

İrəli gedəndə burnuma, geri qayıdanda davanıma. (9)

İrəmədə yovşan da yiyəsiz bitməz. (14)

İri yağış tez kəsər. (12)

İriz eşşəyin, fel gəlinindir[1277]. (81)

İrz insanın qanbahasıdı. (1)

İrz puldan qiymətlidi. (1)

İsa içün Musayı qınama. (75)

İsa öz yerində, Musa öz yerində. (1)

İsa tək kişiyə verib bir eşşək, eşşək tək bir kişiyə verib min köşək. (1)

İslanmışın yağışdan nə bakı[1278]? (2)

İsmarışnan haj qavıl olmaz[1279]. (9)

İssi aşdan qorqan sovuğı üfürüp yiyәr. (75)

İssi-sovuq bizim içündür. (75)

İssin ağırlayan itinә gәmik verәr. (75)

İssinə bәnzәmәyәn oğurluqdur. (75)

İssiz olanın issi çoq olur. (75)

İssiz yerlәri keyiklәr bilür. (75)

İstədi qaşını düzəldə, vurdu gözünü çıxartdı[1280]. (44)

İstədigim yar idi, yetirdi pərvərdigar[1281]. (49)

İstədiyini söyləyən, istəmədiyini eşidər. (1)

İstək gözdə olur[1282]. (44)

İstək olan yerdə umu-küsü də olar. (40)

İstəməgün çarəsi verməkdür. (49)

İstəmək bir eyib, verməmək bir eyib. (49)

İstərəm dosta varam, əlim boş, üzüm qara[1283]. (5)

İstərsən bal-çörək, al əlinə bel-kürək[1284]. (83)

İstəyən bulur. (49)

İstəyən Tanrısını bulur. (75)

İstəyənin bir üzü qara, verməyənin iki yüzü[1285]. (2)

İstəyirsən qocalıqda hörmətin olsun, cavanlıqda hörmət elə. (1)

İsti çörək təndirdən, minnəti yox pendirdən[1286]. (1)

İsti qəvir soyux yastıxdan yaxşıdı. (9)

İsti sevən tüstüsünə dözər. (1)

İş adamı bəyan eylər. (1)

İş bacaranın, aş yeyənindi[1287]. (1)

İş başı sağlıqtadır. (75)

İş başından aşınca, dövlət cibindən daşar[1288]. (1)

İş başqa, söz başqa. (1)

İş bilən müşküldə qalmaz. (1)







Date: 2016-05-25; view: 440; Нарушение авторских прав



mydocx.ru - 2015-2024 year. (0.091 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию