Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 14 page





Gözü tox olanın könlü də tox olar. (1)

Gözümü sənə verdim ki, dünyaya baxasan, vermədim ki, yaşını sıxasan. (9)

Gözümün ağıcan olsun, özümün olsun. (1)

Gözümüz yollarda, qulağımız səsdə. (1)

Gözün ağını başa qaхarlar. (14)

Gözün alışmadığı işə girişmə. (10)

Gözün görür, ağlın kəsir. (9)

Gözünün qabağına baxmayanın ayağına daş dəyər. (1)

Gur gələn sel bənd uçurar. (10)

Guruldadığı qədər yağmır. (48)

Guş daşı yerdə qalmaz. (1)

Guşə dutmaq ariflıgdur. (49)

Güc birlikdədi. (1)

Güc doğana düşər. (83)

Güc gücə köti qaradır. (75)

Güc ilə qoyuna varan köpək xeyir etməz. (75)

Güc yiyəsi haqlı deyil, düz yiyəsi haqlıdı. (12)

Güclə iş olmaz. (75)

Güclü əli öp, qoy gözünün üstünə. (12)

Güclü gücsüzdən qisas almaz. (1)

Güclü günahkar olmaz. (1)

Güclü yanında gücsüz günahkardır[1052]. (56)

Gücü çatana donuz güddürər[1053]. (1)

Gücü gücümdən çox, ağlı ağlımdan az. (1)

Gücü var, təpəri yox. (1)

Gücün çatmayan daşı qaldırma, zərbə düşərsən. (1)

Gücün yetdüginə güc eylə. (75)

Gücün yetmədüginə toğan olma. (75)

Gücünə bax, şələni bağla[1054]. (77)

Güjsüzü Allah vuruf, sən nəyini vurursan? (9)

Gül ağacınnan odun olmaz. (9)

Gül bülbüldən, insan əlindən çəkər. (1)

Gül dikənsiz olmaz. (75)

Gül əzizdirsə, gülşən ondan əzizdi. (1)

Gül getdi, xar qaldı, güldən yadigar qaldı. (1)

Gül istəyən səbr edər. (83)

Gül istəyən tikanını da istəmək gərək[1055]. (30)

Gül xarsız, gözəl nazsız olmaz[1056]. (2)

Gül o qədər bitib, reyhan arada itib. (1)

Gül olmayan yerdə, böyürtkən özünü gül sanar. (1)

Gül qönçədə qalmaz, söz qəlbdə. (1)

Gül solanda bülbül ağlar. (1)

Gül tikansız, dərə ilansız, səfa cəfasız olmaz[1057]. (1)

Gül zivillikdə də bitər. (12)

Güldən gül iyi gələr. (1)

Güldən motal təpilməz. (9)

Gülə ki ölçəm oldı, bir pul bəһasıdır. (75)

Gülər üz, dadlı dil ilanı yuvadan çıxardar. (1)

Gülər yüzə bara baq. (75)

Güllə bir adamı, söz isə yüz adamı öldürər. (36)

Güllə mənnən süyüşdü, ya yoldaşıma dəydi, ya saman çu­valına[1058]. (5)

Güllüyün gülü beş günlükdü. (1)

Gülmə gülünc olana, xəmiri linc olana, özün gülünc olarsan, xəmiri linc olarsan. (1)

Gülmə gülünc olana, aşı linc olana, gülürsən gülginən qu­la­ğı dinc olana. (83)

Gülmə qonşuna, gələr başına[1059]. (5)

Gülmək ağlamaqla əkizdi. (1)

Gülü açan bülbüldü, ətrini özgə bildi. (18)

Gülü get güllükdən gətir. (1)

Gülü yad etdikcə bülbülün fəryadı artar. (1)

Gülün qədrini bülbül bilər[1060]. (44)


Gülüncə güləllər. (9)

Gülünə bax, qönçəsini dər. (1)

Gülüş sağlamlıqdı. (12)

Gümüş kəmər beldə gəzər, ismətli övrət dildə. (33)

Güman gəlməyən yerdən tülkü çıxar. (1)

Gün altdan qaçmaq olmaz. (49)

Gün altında yatmayan kölgənin qədrini bilməz. (1)

Gün çıxdı, kosanı aldatmaq olmaz[1061]. (1)

Gün doğuşundan bəllidi. (1)

Gün girən evə həkim girməz, gün girməyən evə həkim gi­rər. (1)

Gün görən başdan görər. (18)

Gün görməyən günü gördü, durdu çıraq yandırdı. (1)

Gün keçər, qəza keçməz. (1)

Gün keçir, ömür gedir, dəli bəzənir ki, bayram gəlir[1062]. (1)

Gün qarası gedər, söz yarası getməz. (9)

Gün o gün deyil, dünya o dünyadı. (1)

Gün öz işığını heç nədən əsirgəməz[1063]. (83)

Gün vаr аyı bəslər, ay vаr günü bəslər. (38)

Gün var il dolandırar. (12)

Gün var keçib gedər, gün var yadda qalar. (1)

Günah heç yerdə yox idi, ancaq şeytan hər yerdə söylü­yürdü. (47)

Günahı olanın yuхusu olmaz. (12)

Günahkar qorxulu olur. (49)

Günahkar oldu lələ, saqqalın verdi yelə[1064]. (83)

Günahkarın dili qısa olar. (12)

Günahkarın qırx köynəyi olar, hərəsini birinə geydirər. (79)

Günahsız adam yoхdu. (12)

Günbəz görər, elə bilər içində imamzadə var[1065]. (1)

Günbəzdə qoz qalmaz, səfehdə söz. (6)

Gündə bir dona girir, ana da deyir qızım var. (1)

Gündə bir söz eşitməsəm, qulaqlarım tutular[1066]. (1)

Gündə gedən kül üstə, ayda gedən gül üstə. (14)

Gündə iki pul girə evə, ol ev yoxsulluq görməz. (75)

Gündən-günə dügün olsa, gün aşırı bayram olsa!. (75).

Gündə qazan, gündə ye. (1)

Gündoğan salamatdı, günbatan məlamətdi[1067]. (83)

Gündüz çıraq yandıran, axşam qaranlıqda qalar. (1)

Gündüz gedər dar-dar eylər, gecə gələr yer dar eylər[1068]. (39)

Gündüz gəzər ovanı, gecə sızıldar dabanı[1069]. (55)

Gündüz şam yandıran gecə şamsız yatar. (1)

Gündüz yarasaya gecədir. (75)

Gündüzlər qarğa qovluyur, gejələr çarıx yamıyır[1070]. (9)


Günəbaxan günə baxar. (1)

Günəş çıxar, aləm görər[1071]. (73)

Günəş balçığ ilə tutulmaz. (75)

Günəş havanı isidər, dostluq qəlbi. (12)

Günəş istiləşəndə yağış gətirər, qadın istiləşəndə qarğış. (8)

Günəşə tərəf getmək üçün axşamı gözlə. (39a)

Günəşin paxıllığını bulut çəkər. (18)

Günəşin üzünü örtmək olmaz. (39a)

Günəşsiz kainat zülmətdi. (12)

Günlən yatan, günlən çıxar. (83)

Günortadan sonra bal axşamacan[1072]. (83)

Günortadan sonra dükan açan nə qazanar? (1)

Günsüzə gün olmaz, Ərdəbildə yer olmaz. (10)

Günü gündən günü əsirgər. (1)

Günü günə satmazlar. (1)

Günü gününün ölümünü istər. (1)

Günü ilə gün yoxdu. (1)

Günülüyə, yanı qoduqluya ruzigar haramdı. (1)

Günüm yoxdu, günüm var. (1)

Gününə görə kürkin gey. (75)

Güvəc daşa toxunsa, vay güvəcin halına, daş güvəcə to­xun­sa, vay güvəcin halına! (1)

Güvəc qazana dedi: - Üzün qaradı! (1)

Güvəc yumbalanar qapağın tapar[1073]. (54)

Güvəcə verə-verə çıxar qazan bahası. (1)

Güvəci ya sındır, ya dağdan yuvarlat. (1)

Güvəclə qazanın nə aşnalığı?! (1)

Güvəndügüm qara dağ, sənə dəxi qar yağdı! (49)

Güvənmə varlığa, düşərsən darlığa[1074]. (1)

Güyəgü eşək qoduğu kibi sevgilücə olur. (75)

Güyəgü qayınata toprağındandır. (75)

Güyəgü oğul olmaz. (75)

Güzgü əyri olsa, əksi əyri göstərər. (1)

Güzgüyə baxan öz camalını görər. (1)

Güzgüyə baxan özgəsini görməz. (1)

 

Ğ

Ğəm səni yeyər, sən ğəmi yeyincə[1075]. (49)

Ğəm yemək əbləhlikdür[1076]. (49)


Ğənim ğənimdən yüz ildən sonra heyfmi alur. (49)

Ğənim ğənimi gözlətmək gərək[1077]. (49)

Ğərbilcə bəri olanun, dəlügincə dərdi var. (49)

Ğərib atınun quyruğı döşündə olur[1078]. (49)

Ğərib kor olur[1079]. (49)

Ğeyrə sirr vermək olmaz. (49)

Ğeyrət imandur. (49)

Ğeyrətli dərdli olur, ğeyrətsiz namərd. (49)

Ğeyrətlü dövlətlü olur. (49)

 

H

Hacı başa geydüginin taçı qoltuğunda çıqar. (75)

Hacı yatmaz, yatarsa qalxmaz. (1)

Haça mıx yerə getməz. (49)

Hax haxdan kəsəndə, Murtuzəli hər ikisindən kəsər. (14)

Haxsız divan olmaz. (9)

Haq batil olmaz. (75)

Haq söz acı gəlür[1080]. (75)

Haqq başı ağır olur[1081]. (49)

Haqq deyən məhrum olmaz. (1)

Haqq dəyirmanda olur. (33)

Haqq doğruya yardır[1082]. (28)

Haqq gəlsün, nahaq gəlməsün[1083]. (50)

Haqq-hesaba dağlar da baş əyər. (1)

Haqq-hesabı düz elə, hər yerdə yerin olsun. (1)

Haqq insaf içindədür. (50)

Haqq iş batmaz. (12)

Haqq iş gündən aydındı. (1)

Haqq kömək eyləsə qurd çoban olar. (1)

Haqq qüvvət, qüvvət haqqdı. (1)

Haqq söz axar suları saxlar. (1)

Haqq ver, haqq al. (1)

Haqq verən haqq götürər. (1)

Haqq yandıran şamı söndürmək olmaz[1084]. (1)

Haqq yerin tapar, su çuxurun. (2)

Haqqa ləkə düşməz. (1)

Haqqdan keçmək olmaz. (49)

Haqqın əli olsun, batilin yaxası. (2)

Haqqın verdüginə şükr etmək nemət arturur. (49)

Haqla batilin arası dörd barmaqdı. (1)

Haqlı haqdan keçməz. (1)

Haqlı söz haqsızı Bağdaddan qaytarar. (33)

Haqlu var, һaqsız çıqar; һaqsız var, һaqlu çıxar. (75)

Haqsızlıqla varlananlar tez yoxsullaşır. (45)

Haq-təala bəһanə Tanrısıdur, һər kişiyə layiqlü layiqin verər. (75)

Haq-təala qulını qəһr ilə daim qaramaz. (75)

Hal bilən kamildür. (49)

Hal bilənün quluyuz. (75)

Hal hala məlumdur[1085]. (2)

Halal - hesab, haram - əzab. (49)

Halal artar, haram batar[1086]. (1)

Halal incəli, amma üzülməz[1087]. (2)

Halal mal əldən üzülməz. (12)

Halal mal heç yerə gitməz. (83)

Halal mala bir şey olmaz. (83)

Halal ye, halal danış. (1)

Halal – hesab, haram - əzab. (50)

Halalzadə baruşdurur, haramzadə vuruşdurur[1088]. (49)

Halalzadə bazar edər, һaramzadə bozar. (75)

Halalzadə dayıya çəkər. (49)

Halına bələd oldum, qocaldım, yaşa doldum. (18)

Halını bilmədigin atın dalına keçmə[1089]. (83)

Halva bişürmək asandur, yağ ilən balı gərək. (49)

Halva demək ilən ağız şirin olmaz[1090]. (49)

Halva, plov yalandı, ölüyə qalan Qurandı. (17)

Halvaçı qızı - daxi şirin[1091]. (49)

Halvadan ötri tütün cəfasın çəkmək olur. (49)

Halvaya duz qatmazlar. (49)

Hamam suyu ilə dost dutmaq olmaz. (83)

Hamam suyu ilə xətir könül görür. (83)

Hamama girən tərləməyincə çıxmaz. (49)

Hamı çox yaşamaq istər, amma qocalıq istəməz. (1)

Hamı dedi, dad oldu, mən deyəndə bidad. (1)

Hamı dinəndə can oldu, mən dinəndə qan oldu. (1)

Hamı hamıynan olanda, keçəl də papağınnandı. (14)

Hamı ilə xoş görüşmək ədavəti yox eylər. (1)

Hamı istər cənnətə getsin, amma günahları qoymaz. (1)

Hamını ley vurdu, mənim kimi tükü dağılan olmadı. (1)

Hamıya aftafa-ləyən, bizə sarımsaqdöyən[1092]? (1)

Hamıya ədət, oldu bizə bədət. (5)

Hamıya hörmət elə, hörmətin olar. (1)

Hansı daşı qaldırsan, altından bir əqrəb çıxar. (1)

Hansı əl ilə vermisən, o əl ilə də alarsan. (1)

Haputlu öküzü cullu çapıbdı. (83)

Harada çalğı, orada qalğı. (1)

Harada dəvənin quyruğu, orda eşşəyin qulağı. (1)

Harada gördün dərviş, orada olar nikbət iş. (1)

Harada gördün hamı kor, sən də ol kor. (1)

Harada gördün molla, qaşqabağını salla. (1)

Harada qələbə görünür, orda əsl qəhrəmanlıq etmək lazım deyil. (48)

Harada yaşasan, ora Vətəndi. (14)

Haralısan? – hələ evlənməmişəm[1093]. (46)

Haram halalı aparur[1094]. (49)

Haram haramı doğur. (83)

Haram harama gedər[1095]. (1)

Haram malın dadı olmaz. (12)

Haram nəsnə sinməz. (75)

Haram tatlu olur[1096]. (75)

Haram yeyici önməz. (75)

Harama ağzını bulaşdırdın, kəşgülünü doldur, götür[1097]. (83)

Haramın bərəkəti olmaz[1098]. (49)

Haramın binası olmaz. (83)

Haramzadə eyib görücüdür. (49)

Haramzadə oğuldan һalalzadə qul yegdir[1099]. (75)

Haraya mıx çaxıram, papağını asır. (1)

Harda aşdı, orada başdı[1100]. (83)

Harda qamış, orda gamuş[1101]. (5)

Hardan inçəlsə, ordan üzülər. (83)

Hasarsuz bağun meyvəsi qalmaz. (49)

Havadakı quşı satma. (75)

Havana nə qoyasın ki, dögülməyə? (75)

Havayı gülləyə qabırğa verir. (83)

Havayı sirkə baldan şirindi[1102]. (5)

Hayıf qiyamətdə qalmaz. (1)

Haynan gələn huynan gedər, selnən gələn suynan gedər[1103]. (15)

Hayqırmaq gücə yaraşar. (83)

Hayvan qatlaşar, yiyəsi qatlaşmaz. (1)

Hazıra saladır, ğaibə gülbəng[1104]. (75)

Hazırın naziri, bişmiş aşın darğası[1105]. (83)

Heç bilməzsən kim qazanar, kim yeyər. (77)

Heç bilmir, harada bişib, deyir: - Bir çömçə də mənə ver[1106]! (1)

Heç igidin yatmasın baxtı, yanı üstə çevrilməsin taxtı. (1)

Heç kəs gözünü kor istəməz[1107]. (46)

Heç kəs heç kəsin kitabını oxumur. (1)

Heç kəs qurdnan qiyamətə qalmaz. (1)

Heç kəs öz eybini bilməz[1108]. (1)

Heç kəsin çırağı sabahadək yanmaz[1109]. (44)

Heç kəsin çörəyi heç kəsin qarnında qalmaz[1110]. (2)

Heç kim adama müftə iş tutmaz. (1)

Heç kim qabaxdan yara götürməz[1111]. (2)

Heç kim öz ayranına turş deməz[1112]. (44)

Heçi heçə vurarsan, yenə də heç çıxar. (1)

Hesab dinar ilən, bağış xalvar ilən[1113]. (49)

Hesabda doğru ol, hesabdar olma, hesab bilməyənlə durub oturma. (1)

Hesabı pak olanın üzü ağ olar[1114]. (56)

Hesabı təmiz olanın üzü ağ olar. (33)

Hesabın böyük-kiçiyi olmaz. (1)

Hesabsız gələn zərərlə gedər. (1)

Hey dedi: - Malım-mülküm var! Heç demədi: - Ölüm var! (1)

Heyf ölənədir, diri dirlügin edər. (75)

Heyfi düşmənə qoymaq namərdlikdür. (75)

Heyrətdə ağıl, yolda salam, qəmdə təsəlli var. (1)

Heyvan alası tışından, adam alası içindən. (75)

Heyvan ilişə - ilişə, insan dilləşə - dilləşə. (49)

Heyvan kəsilmiyincə yağı görünməz, insan danışmıyınca – ağlı. (15)

Heyvan miskin olur. (75)

Heyvan ölür səməri qalır, insan ölür əsəri qalır. (28)

Heyvan saxlasan pişik saxla, özü tutar, özü yeyər. (1)

Heyvan yıylaşuraq, adam soruşuraq. (75)

Heyvana çuluna görə, insana geyiminə görə qiymət ver­mək düz deyil. (1)

Heyvanı budundan dağlarlar, insanı ürəyindən. (1)

Heyvanı buynuzunnan, adamı dilinnən. (12)

Heyvanı yularından, əri iqrarından. (75)

Heyvanın acgözlüyü onu kökəldər, insanın acgözlüyü onun başını yeyər. (1)

Heyvanın cəlladı qəssabdır. (75)

Heyvanın dişinə baxarlar, insanın işinə[1115]. (1)

Heyvanın erkəginə pul verərlər, insanın dişisinə. (83)

Heyvası yox, narı yox, görən desin Şahbudağın bağı var[1116]. (44)

Həbəçi çox olanda uşax tərsə gələr. (22)

Həblə eliyirəm, atam ölür, həblə eliyirəm, anam ölür. (18)

Həccə gedən gəldi, saca gedən gəlmədi[1117]. (2)

Həddindən ötən ziyan çəkər. (49)

Həddini bilməyənə həddini qandırarlar. (1)

Həftədə bir bazar, onu da dərviş pozar. (1)

Həkim, dərman - səbəbdi. (83)

Həkim qapısı - el qapısı. (1)

Həkim məhrəmdi. (1)

Həkim oldur ki, başına gəlmiş ola. (49)

Həkimdən sorma, çəkəndən sor. (1)

Həkimə getsən, dava verər, falçıya getsən, dua. (1)

Həkimi həkim eyləyən xəstədi. (1)

Həkimin xəstəlikdən başı çıxmıyanda, səbəbi qocalıxda görər. (18)

Həkimsiz, hakimsiz şəhərdə qalma. (1)

Hələ boynu qoltuq görməyib[1118]. (1)

Həliksiz divar olmaz. (75)

Həlimi içəndə ağzım elə yanıf ki, qatıxılı aşı üfürə-üfürə içirəm. (18)

Həm darımı yiyirsən, həm də üstümə xortdayırsan. (12)

Həm dayımgilə gedərəm, həm daylağımı ögrədərəm. (83)

Həm ziyarət, həm ticarət. (1)

Həmaşlıqda ölən şahiddir. (1)

Həmcinsini tanımayan ayağa düşər. (1)

Həmədan eşşəyi, güləbatın noxda. (18)

Həmi ulağ, həmi sulağ. (83)

Həmişə bayram şənbəyə düşməz. (14)

Həmişə biz görürük, bir yol da sən gör. (1)

Həmişə bülbül ötməz. (1)

Həmişə Şaban, bir dəfə də Ramazan[1119]. (55)

Həmişə yol bostan kənarından düşməz[1120]. (2)

Həmmamda bir tas suyı bilməyən һamamı başına yıqarsan da bilməz. (75)

Həmmamda ırlamaq, ğəriblıqda ögünmək qolaydır. (75)

Həmmamə girən dərlər. (75)

Həmnişinin bab eylə, görən desin habeylə[1121]. (77)

Hənək ilən ağu yalayan olmaz. (49)

Hənək, hənək – axırı dəyənək[1122]. (5)

Həqiqət bir şeydi, onu hər kəs dürlü anlar. (1)

Həqiqəti danan adam əsil insan ola bilməz. (18)

Həqq gəldi şaydatdığa. (83)

Həqq sözün yoğurunca kəsəri olur. (36a)

Həqq yerini tapar, su çuquru. (83)

Həqqani iş gündən aydın edər. (83)

Həqqin əli olsun, batilin yaxası. (83)

Hər acının bir şirini var. (1)

Hər adam öz eybini bilməz[1123]. (28)

Hər adam özü için fikir eylər. (83)

Hər adamın əkdiyi bitməz. (1)

Hər adamın öz yeri var, hər yerin də öz adamı. (1)

Hər ağ gün, qara gün ömürdən gedir. (1)

Hər ağac kötüyündən çürüyər. (1)

Hər ağac meyvəsi ilə tanınar. (1)

Hər ağaca söykənmək olmaz. (1)

Hər ağacda bar olmaz. (1)

Hər ağacın bir yemişi olur. (75)

Hər ağacın kölgəsi olmaz. (1)

Hər ağıl bir deyil. (1)

Hər ağıl bir olsa, keçiyə çoban tapılmaz. (1)

Hər ağız bir deyil. (1)

Hər ağızda bir dua var[1124]. (1)

Hər ağızdan bir söz çıxar. (1)

Hər ağlar gözlüyə aşiq deməzlər. (1)

Hər almada çiyid olur, hər çiyiddən alma olmur. (8)

Hər almağın bir qaytarmağı var. (1)

Hər anın bir hökmü var, bir məlalı var. (1)

Hər aparan su Arazdır. (39)

Hər anqırana axur bağlasan, burdan İsfahanacan töylə olar. (39)

Hər arvad öz evinin həm xanımı, həm qulluqçusudu. (1)

Hər arvadın adı bir, hər meyvənin dadı bir[1125]. (46)

Hər aşığın bir dövranı var[1126]. (5)

Hər atalar sözünün bir yeri var. (1)

Hər atasının gözünü çıxardana Koroğlu deməzlər[1127]. (44)

Hər atılan daşın dalınca getməzlər[1128]. (2)

Hər axan su içməli olmaz. (1)

Hər axan suya Araz deməzlər. (1)

Hər aydınlığın bir qaranlığı, hər qaranlığın bir aydınlığı var[1129]. (83)

Hər azarlayan ölməz. (55)

Hər azarlayan qoyun ölsə, sürüdə qoyun qalmaz. (16)

Hər bağçanın öz bağbanı var. (1)

Hər başın bir dərdi var. (1)

Hər bığıburma meydana girə bilməz. (1)

Hər binanın bir ustadı var. (1)

Hər bir adam işi ilə tanınar. (1)

Hər bir yerün bir ərkanı olur, oduna gedənin orğanı olur. (75)

Hər buğlanan qazanda aş olmaz. (6)

Hər cırcıramanın öz cırıltısı var. (15)

Hər çağırılan yerə getməzlər. (1)







Date: 2016-05-25; view: 460; Нарушение авторских прав



mydocx.ru - 2015-2024 year. (0.094 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию