Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 9 page





Dəvə adın satar, eşşək odun. (1)

Dəvə asta gedər, çox gedər. (1)

Dəvə balasını damda bəsləməzələr, böyüyəndə damdan çıxa bilməz. (18)

Dəvə bir fikir eyləsə, sarban ikisini eylər. (1)

Dəvə bostana girəndə elə bilir, onu heç kim görmür. (1)

Dəvə böyükdü, ot yeyər, şahin kiçikdi ət yeyər. (1)

Dəvə böyüksə, yükü də böyükdü. (1)

Dəvə buynuz axtarırdı, qulaqdan da oldu. (1)

Dəvə çəkicək yer bulur. (75)

Dəvə dizin bəyənər, hərə özün. (34)

Dəvə degüləm, iki yerdən boğazlanum[705]. (49)

Dəvə döyüləm ki, yeddi yerimnən boğazdanam. (9)

Dəvə durdu dam yıqdı[706]. (83)

Dəvə gördünmü desələr, köşəgin də görmədim di. (75)

Dəvə gördünmü, körpü də görmədim. (5)

Dəvə gözünü yumar girər pambığa, deyər məni heç kim görmür[707]. (2)

Dəvə Xançobanda olar[708]. (83)

Dəvə inildəməkdən, yükü inildiyir. (9)

Dəvə irağa baхar, qatır dırnağa. (13)

Dəvə itirib balasını gəzir. (45)

Dəvə kimi böyüksən, qulağı qədər ağlın yoxdu. (1)

Dəvə kinli olar. (1)

Dəvə köşəyə uymasa, köşək dəvəyə uyar. (1)

Dəvə qulağından asılmaz. (1)

Dəvə minənin eşşəyi yanında olar. (1)

Dəvə nə böyük, qulağı nə küçük. (75)

Dəvə nə qanır, nərdivan nədi?! (1)

Dəvə nə qədər arıq olsa, dərisi eşşəyə yükdü[709]. (1)

Dəvə nə qədər uzaq getsə, qatarını gözlər. (1)

Dəvə oynayanda qar yağar[710]. (44)

Dəvə öldü, eşşəyə zülüm oldu. (6)

Dəvə ölər, yükü qalar, xoruz ölər, tükü qalar. (1)

Dəvə ölsə dərisi bir yükdü, toyuq ölsə dərisi bir çəngə tükdü[711]. (83)

Dəvə ölsə dərisi eşşəgə yükdür[712]. (49)

Dəvə öz əgrisin bilməz. (49)

Dəvə palçığa batdı, milçək onu çıxartdı. (1)

Dəvə satan bir il dövlətli olar, dəvə alan bir il kasıb. (16)

Dəvə satan köşək ala bilməz. (49)

Dəvə tanımasa, ovsarı tanıyar. (1)

Dəvə yavuq otlar, uzağ qözlər[713]. (49)

Dəvə yıldi, üstdən ğərbili al. (49)

Dəvəci ilə dost olanın darvazası gen gərək. (85)

Dəvələr dəngə gidib, vay dəng için. (83)

Dəvəni aparan eşşəkdi. (1)

Dəvəni dağdan uçurdan bir çəngə otdu. (1)

Dəvəni eşşəyin quyruğuna bağlayır. (1)

Dəvəni əvvəl bağla, sonra Tanrıya ismarla[714]. (72)

Dəvəni hara çağırırlar? –Ya meşəyə oduna, ya Gilana dü­yüyə. (39a)

Dəvəni xəlbir ilə suvarır[715]. (2)

Dəvəni itirib, köşəyi axtarır. (1)

Dəvəni ovlamazlar. (1)

Dəvəni palaz altında gizlətmək olmaz. (1)

Dəvəni satan köşək ala bilməz, köşəgi satan eşşək[716]. (2)

Dəvəni toya çağırdılar, ağlayaraq dedi: Ya odun çatacaq­lar, ya da su daşıyacaqlar. (39a)


Dəvəni yatırmasan, yüklənməz[717]. (2)

Dəvəni yük, insanı həya üzər. (18)

Dəvəni yükü ilə, sarbanı ipi ilə. (1)

Dəvəçi ilə dost olan darvazasını uca edər[718]. (44)

Dəvədə qalağına qane ol. (75)

Dəvədən böyük fil var[719]. (49)

Dəvədən düşüpdür, hüt-hütdən düşməz[720]. (49)

Dəvədən yıxılan pambıq üstə düşər, eşşəkdən yıxılan – daş üstə. (1)

Dəvənin ayağı altında qarışqa əzilməz. (1)

Dəvənin kini – ilanın kini. (1)

Dəvənin qanadı olsa, bir koma abad qalmaz[721]. (77)

Dəvənin quyruğu olunca, qarışqanın başı olmaq yaxşıdı. (7)

Dəvənin nəri, kişinin əri. (14)

Dəvənin yemədiyi ot, ya başını ağrıdar, ya qıçını. (1)

Dəvəquşu yükə gələndə qanadlarını göstərər. (1)

Dəvət var, çomaqdan artıqdır, dəvət var, uçmaqdan artıq­dır. (75)

Dəvətə icabət gərək. (1)

Dəvətsiz gələn qonaq quru yerdə oturar. (1)

Dəvətsiz qonağı köpək qarşılar. (1)

Dəvəyə bax, su qavı gəti. (9)

Dəvəyə binüp yara basma. (75)

Dəvəyə dedilər: - Boynun əyridi? Dedi: -haram düzdü ki, boynum düz olsun?[722] (1)

Dəvəyə didilər: eniş yaxşıdı, yoquş? Dedi: Lənət hər iki­sinə[723]. (83)

Dəvəyə dedilər: əlindən nə gəlir? Dedi: yaxşı kəlağayi toxuyuram. Dedilər: elə əl-ayağından bəllidir. (55)

Dəvəyə didilər ki, səni xan çağırır. Dəvə cavab verdi: Xan məni niyə çağırar, ya dəərmana göndərəcək, ya da ki, suya. (18)

Dəvəyə minməmişdən qabaq yırğalanmaq öyrənir. (1)

Dəvəyə nəl yoq. (75)

Dəvəyə qanqal lazım olsa boynunu yüz yerdən uzadar[724]. (2)

Dəvi qarımaz. (75)

Dəyənək dəlinin, süpürgə gəlinin. (1)

Dəyirman iki daşdan, məhəbbət iki başdan. (1)

Dəyirmanım hər cür dən üyüdür. (9)

Dəyirmançı ac qalmaz, meşəbəyi üşüməz. (36)

Dəyirmançının şahidi kömbəçi olar. (1)

Dəyirmanın boğazı boş qalsa, daş daşı sürtər. (1)


Dəyirmanın boğazına ölü salsan, diri çıxar[725]. (1)

Dəyirmanın yaraşığı torba-çuvaldı[726]. (44)

Dəyirmannan gəlirdim, unumu su apardı. (9)

Dəymə tazıya, qaçar qazıya. (1)

Dığ-dığ qardaşı qardaşdan ayırar. (1)

Dımbılı ələk, dımbılı sac, əlim xəmir, qarnım ac. (1)

Dıraz adamın ağılı da nataraz olar. (40)

Didardan doymaq olmaz. (49)

Dikbaşdıxnan yıxılanın əli ələ çatmaz. (9)

Dil adamı bəyan eylər[727]. (2)

Dil ağrısından qol ağrısı yaxşıdı. (1)

Dil ağrıyan dişə dəyər. (1)

Dil Allahın qapanıdı, hər nə qoysan götürər[728]. (46)

Dil başa böyük bəladı. (2)

Dil başı güdaza verər. (1)

Dil başı saxlar (1)

Dil başun düşmənidür[729]. (49)

Dil bir, qulax iki. (9)

Dil dildən qalmaz geri. (75)

Dil eybəcərliyi bədən eybəcərliyindən betərdi. (12)

Dil ilə dost olanın ağzın ara, könlün al. (1)

Dil ilə olan, zor ilə olmaz. (1)

Dil ki, var, ətdəndi, hara döndərsən dönər. (1)

Dil ögündə yoquş olmaz. (75)

Dil padşahın, söz arvadın. (9)

Dil sümüksüzdü, amma sümüyü sındırar[730]. (1)

Dil ustası, iş xəstəsi. (9)

Dil ürəyin açarıdı. (1)

Dil var bal gətirər, dil var bəla gətirər[731]. (76)

Dil yanılar, doğrusunu deyər[732]. (1)

Dil yarası, il yarası. (6)

Dil yarası qılınc yarasından yamandı. (1)

Dildə bir şey deyib, ürəkdə başqa şey tutma. (1)

Dildən acı, dildən şirin şey yoxdu. (1)

Dildən bal da damar, zəhər də. (12)

Dildən dilə yol olur. (49)

Dildən gələn əldən gəlsə, kasıb-kusub varlanar. (1)

Dildən gələn əldən gəlsin, hər fağır padşah olar. (61)

Dildi, nə qoruğu var, nə qaytağı[733]. (46)

Dilənçi bir olsa dirilməgə nə var. (83)

Dilənçi salam almaz. (1)

Dilənçi saxlayan salam olur. (81)

Dilənçi torbasından çörək yeməzlər. (1)


Dilənçidən pay umur. (9)

Dilənçinin yığdığını it aparar. (9)

Dilənçinin yüzi qərə, torvası toludur[734]. (75)

Dilənçilikdən səylik yaxşıdı, səylikdən də ölüm. (9)

Dilənçiyə bir verərsən, bir də istər, sabahacan yatmağa yer də istər. (1)

Dilənçiyə xiyar verdilər, əyridi deyə almadı. (1)

Dilənçiyə torbası ağırlıq eləməz. (1)

Dilənməyə nə var, çətini bir dəfə əl aşmaxdı. (9)

Dilərsən aləmdə dinc olasan, nə verəsiyə verəsən, nə ödənc alasan. (75)

Dili acı olana bal da kömək eləməz. (18)

Dili ilanı yuvasından çıxardar. (1)

Dili xoş olanın havadarı çox olar. (1)

Dili varsa, dilçəyi də var. (1)

Dilin bəlasıdı uzunçu olmaq, ariflər işidi, sükuta dalmaq. (1)

Dilin kilidi dişdir. (40)

Dilin olmasaydı, qarğalar dimdikləyərdi[735]. (1)

Dilin zəkatı xeyir söyləməkdi[736]. (9)

Dilində öd olanın hər şeyi acı olar. (1)

Dilindəkin tullama, özaa düşman qazanma. (7)

Dilini bilməyən anasın tanımaz. (1)

Dilini dinc qoyanın başı bəlasız olar. (12)

Dilini saxlayan salamat olur[737]. (2)

Dilini tut, divanı ud. (1)

Dilini uzun eyləyən, başını bəlaya salar. (1)

Dilini zəbt edən başını qutarar[738]. (46)

Dilləri – qoyun, işləri – oyun. (46)

Dilsüzdən pəltək yegdir. (75)

Dilün gəmügi yoq. (75)

Din bəndələri paklığa çağırır. (38a)

Dinc ayağa heç nə dəyməz. (1)

Dindən çıxsan da eldən çıxma. (1)

Dindirmə dəmirçini dərd alar içini. (55)

Dindirmə Fatıyı, çəkif tökər kutuyu. (78a)

Dini dinara satmaq olmaz[739]. (2)

Dini dinara satan, dindən də olar, dinardan da[740]. (83)

Dini olmayanın imanı da olmaz. (1)

Dini yeyib, imanı dalına atıb. (1)

Dinindən dönən imanından dönməz. (1)

Dinməyənin bir dinəni olar. (1)

Dinsizə imansuz gərək[741]. (49)

Dinsizin ağzını imansız yumar. (3a)

Dinsüzə dinin bildürmək öksüzə ton geyürmək kibidir. (75)

Diri dirinin dərdini çəkər. (1)

Diri it ölü aslandan yaxşıdır[742]. (55)

Diridən ölülük yaxşıdı. (1)

Diriligündə ölüm yarağın eylə, sağluğunda xəstəlıq yara­ğın eylə. (75)

Dirilik ğənimətdür. (49)

Dirini öldürmək olur, ölüni diriltmək olmaz[743]. (49)

Dirini ölüyə dəyişməzdər. (12)

Diriyə də rəhmət var, ölüyə də. (14)

Diriyə dirlik gərək[744]. (49)

Diriyə hay verməz, ölüyə halva[745]. (83)

Dirlik birlikdədür. (49)

Diş qurdalamaqla qarın doymaz. (1)

Diş ilən, dırnaq ilən yığub, ağız ilən yemək gərək[746]. (49)

Diş nə qədər şirin olsa da ağrıyanda çıxarıb tullayırlar[747]. (46)

Diş verən dişlək də verər[748]. (46)

Diş yox ikən dodaq vardı[749]. (46)

Dişi arslan da arslandır. (75)

Dişilər bustan kibi olur. (75)

Dişin ağrır, çək qutar, qonşun pisdi, köç qutar, halın pisdi, öl qutar[750]. (83)

Dişin varkən, malını ye. (9)

Dişinin qədrini bilməyən çənəsiz qalar. (1)

Dişsiz ağızın damağı yara bağlar. (9)

Divan haqqa da baxar, nahaqqa da. (1)

Divan ilə divanlıq eləmək olmaz. (1)

Divana çəkən qarışqa fildən güjdüdü. (9)

Divanə yalquz gedipdür. (49)

Divanəyə qələm yoqdur[751]. (75)

Divanxana qapısı, girəndə darvaza olar, çıxanda iynə gö­zü. (1)

Divanxana qapusu girəndə darvazadı, çıxanda ignə gözü. (83)

Divar binadan qayim olur[752]. (49)

Divar əyilən tərəfə yıxılur. (49)

Divar qulaqlı olar. (83)

Divarı nəm yıxar, insanı qəm[753]. (1)

Divarın dalı da qürbətdi. (1)

Divarın iki üzün yıxmazlar. (1)

Divarların qulağı, qapıların gözü var. (57)

Diyən Xalıx döyül, didirən Xalıxdı. (10)

Diz ağrısını can çəkər. (1)

Dodağın qalınlığına baxma, sözün zərifliyinə bax. (1)

Dodurlu eşşək də ərik gətirərdi. (18)

Dodurlu hara, Bodurlu hara. (40)

Dodurlu qaxac yeyər, qaxınc yox. (40)

Dodurlu öyülər, söyülməz. (40)

Dodurlunun hənəyi kələk kəsər. (40)

Dodurlunun dediyini Bodurlu deyə bilməz. (40)

Dodurlunun səpdiyi toxum şörəkətdə olar. (40)

Dodurlunun uğuru ör olar, sonu dör olar. (40)

Doğa doqqaza, xaşıl Xaşmaza, yayma yaylağa. (18)

Doğa doqqazacan, qatıqlı aş darvazayacan[754]. (83)

Doğan tavuq doğmaz övrətdən yaxşıdır[755]. (44)

Doğrı bax, doğrı al. (49)

Doğrı deyənün yeri olmaz. (49)

Doğrı deyəni yeddi kənddən qovarlar. (85)

Doğrı gedən yol azmaz. (49)

Doğrı söz açı olur[756]. (49)

Doğrıluq şah qapusı. (49)

Doğru büdrər, amma yıxılmaz. (1)

Doğru danışanın papağı yırtıq olar. (83)

Doğru deyən olsaydı, yalançı usanardı. Avara qalanlar dəxi bir söz də qanardı. (1)

Doğru dikəlincən yalan dünyanı udar. (18)

Doğru dil daş yarar. (12)

Doğru diyənin başı keçəl olur[757]. (5)

Doğru dostluq qərəzsiz olur. (28)

Doğru elə bilər, hamı doğrudu, əyri elə bilər, hamı əyridi. (1)

Doğru qapıdan gələndə, yalan bacadan qaçar. (14)

Doğru ol, asan yol ilə get. (1)

Doğru sarsılar, amma yıхılmaz. (14)

Doğru söylə, at min, çap. (1)

Doğru söz dostluğu pozar. (1)

Doğru söz etiraz götürməz. (1)

Doğru sözdə boynum qıldan incədi. (54)

Doğru sözü zarafata salıb deyərlər. (1)

Doğru tutulmayınca oğru tutulmaz. (1)

Doğru yalanı qovar. (1)

Doğru yolu görürkən, əyri yoldan gəlmiyəlim. (3)

Doğru yolda yıxılan tez qalxar[758]. (1)

Doğruluq dost qapısı, oğruluq düşmən çatısı. (18)

Doğruluq ən böyük oğruluqdu. (83)

Doğruluq insanı heç vaxt utandırmaz. (1)

Doğruluqla dost qapısını dolan, gəz, öz evindi. (1)

Doğruya zaval yoxdu, çəksələr min divana[759]. (1)

Dolan qoyunum, dolan, borc verən gələr, ya səni aparar, ya məni. (1)

Dolanmağa yad ölkə, ölməyə vətən yaxşı. (1)

Dolaşan qurd ac qalmaz. (1)

Dolu civdənsə, dolu baş yaxşıdı. (9)

Dolu çanağı boş çanağa urmaq olmaz. (49)

Dolu dəryaya yağar. (1)

Dolu quyuya it düşməz. (1)

Dolu tüfəng birni qorхudar, boş iksini[760]. (5)

Dolunu yeyib, boşa təpik atır[761]. (83)

Don dedi: - Mən gedirdim, məni yamaq saxladı. (1)

Don hər kimin əndamına gərək. (49)

Don tapmaq asandı, dost tapmaq çətin. (1)

Donqanın donqasını qəbir düzəldər. (55)

Donmuş eşşəgi basmaq olmaz. (83)

Donuz xort-xortunu böyügündən ögrənər. (83)

Donuzdan toğlu doğulmaz. (1)

Donuzun başı ağır olsa da, leşi çəkər. (1)

Doqquz döşəkli baba, axırı quru yerdə can verir[762]. (83)

Doqquz gün əcirə on gün sadağa lazımdı. (1)

Doqquzu verən onu da verər. (1)

Doqquzun yeri göynüyür. (9)

Doqquzunda nə isə doxsanında da odu. (1)

Dorbiye girən donquz yabanı qəbul edər. (37)

Dost ağlar, düşmən gülər. (1)

Dost arası pak gərək. (1)

Dost arası sözsüz olmaz. (1)

Dost-aşna çoх olar, düşərgə bir olar. (12)

Dost başa baqar, düşmən ayağa baqar[763]. (75)

Dost bir, düşmən on bir. (1)

Dost dar gündə tanınar. (1)

Dost – dost, müamilə rast. (75)

Dost dosta arxa olar. (1)

Dost dosta tən gərək, tən olmasa gen gərək. (1)

Dost dostdan kənar olmaz, aralıqda mərdimazar olmasa. (1)

Dost dostın əksiginə qalmaz. (49)

Dost dostun aynasıdı. (İrəvan)

Dost dostun eyibini üzünə deyər. (1)

Dost dostun sağlığın istər. (49)

Dost dostunun malını yeyər. (55)

Dost evin sil-süpür, amma düşmən evinə getmə. (9)

Dost əskiyicək Tanrı yenisin verür. (75)

Dost gələr, düşmən gedər. (1)

Dost gəlişi bayram olar. (1)

Dost gəlməyincə yaramaza satılma. (75)

Dost haqqını tapdalamazlar. Tapdalayan pis adam olar. (38a)

Dost ilən bazar, dostluğu pozar. (49)

Dost qazan, düşməni nənəm də doğar. (1)

Dost məni ansın bir çürük ceviz ilə[764]. (2)

Dost məni bir qoz ilən ansun, o da puç. (49)

Dost məni yad eyləsin bir gülöyşə nar ilə. (1)

Dost min olar, candan dost olan bir. (1)

Dost olan eyib görməz. (49)

Dost öyündə baş yuyallar, düşmən öyündə dırnaq kəsəllər. (18)

Dost sevinər, düşmənin gözü çıxar. (1)

Dost sirrini dost bilir[765]. (2)

Dost üzdən bəlli olar, düşmən - gözdən. (1)

Dost yolunda boran olar, qar olar. (1)

Dost yolunda əzaba düşənin el içində üzü ağ olar. (1)

Dost ziyankar olmaz. (1)

Dost zülümkar olmaz, ziyankarlardan dost olmaz. (18)

Dosta alqış, düşmənə qarğış. (1).

Dosta borc pul vermə, hər ikisi əldən gedər. (1)

Dosta dost, düşmənə düşmən kimi bax. (1)

Dostam səninlə, pulun qurtaranacan! (1)

Dostdan gələn ziyanı, düşmənin sərinə yazarlar. (18)

Dostdan belə sirrini saxla. (1)

Dostdan özünü qoru, düşmənlə hesablaşmağa nə var?! (1)

Dostdan yaman gəlməz[766]. (49)

Dostla dağı tez aşmaq olar. (1)

Dostluğa dağlar da, dənizlər də mane ola bilməz. (1)

Dostluğa min adam azdur, düşmənligə bir adam çox[767]. (49)

Dostluğu birdən pozma, bəlkə bir də dost oldun. (1)

Dostluğun telini kobudluqla qırma, bir də bağlasan düyünü qalar. (1)

Dostluq düzlükdədi. (1)

Dostluq göstərməklə düşmən əzilməz. (1)

Dostluq həmişə qalib gələr. (1)

Dostluq həyat vəsiqəsidi. (1)

Dostluq savaşmayınca bərkişəməz. (75)

Dostluq üç almadı: gah ikisi səndə, biri məndə, gah ikisi məndə, biri səndə[768]. (83)

Dostluq varduğunca bərkişür, məgər içində çürüklüki ola. (75)

Dostluqla tutub, düşmənliklə yıxar. (1)

Dostsuz insan – qanadsız quş. (1)

Dostu düşünməyən, düşmənə dönər. (12)

Dostu el olanın, dövləti bol olar. (12)

Dostu yatanda, düşməni satanda sına. (18)

Dostuq, cibimiz ayrı. (1)

Dostun atdığı daş baş yarmaz[769]. (1)

Dostun dost olsun, hesabın dürüst. (1)

Dostun əskisinə, һəmmamın əskisinə, sücinin əskisinə nəs­nə irməz. (75)

Dostun ilə ye-iç, satu-bazar eyləmə[770]. (75)

Dostun önündən, düşmənin ardından. (49)

Dostun rizqin düşman kibi ye. (75)

Dostun üzünü evində gör. (1)

Dostun versə qum, sən onu ovcunda yum. (1)

Dostun yoxsa axtar, tapdın – qoru. (1)

Dostuna borclu olma. (1)

Dostuna ödənç aqça vermə, istədügün vaqt məһəbbət miq­rasla kəsilir. (75)

Dostunu ağladıb, düşmənini güldürmə. (1)

Dostunu mənə de, deyim sən kimsən. (1)

Dostunun dostu sənin də dostundu. (1)

“Dov” deməgə tovdaq gərək. (75)

Dovşan balasına üçcə gün süd verər. (14)

Dovşan dağda, suyu ocaqda. (1)

Dovşan dağdan küsmüş, dağın xəbəri yox. (1)

Dovşan dərisi bir təpügə dözər. (49)

Dovşan feyz alanda kənd qırağında gəzər. (1)

Dovşan kiçik, qulağı böyük. (1)

Dovşan nə anasını əmip, nə də gözü yoldadı. (18)

Dovşan nə qədər qaçarsa, o qədər də yatar. (1)

Dovşan öz yatağında ovlanar. (1)

Dovşan yatduqca səgrədür. (49)

Dovşana deyir, qaç, tazıya deyir, tut. (1)

Dovşanı qova-qova ayının üstünə çıxartma. (9)

Dovşanı tutunca tazıya «atam» deyərlər. (1)

Dovşanın gümanı ayaqlarına gələr. (1)

Dozanqurdu ol, gözə gir[771]. (55)

Dozanqurdunun da balası özü üçün əzizdi. (1)

Dögmə kimsənün qapusın, dögməsinlər qapunı[772]. (49)

Dögülən öz kisəsindən dökülər. (83)

Döldə çıxan, ildə çıxmaz. (9)

Döləngicə kündə taqsan toğan olmaz. (75)

Dönən övrət, sapan keçi. (75)

Dönmüş eşşəgi basmaq olmaz[773]. (81)

Dörd göz bir övlad üçündü. (1)

Dörd məzһəb, beşinci kötək. (75)

Dört divarı yoq, qoz ağacından qapusı var. (75)







Date: 2016-05-25; view: 570; Нарушение авторских прав



mydocx.ru - 2015-2024 year. (0.099 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию