Полезное:
Как сделать разговор полезным и приятным
Как сделать объемную звезду своими руками
Как сделать то, что делать не хочется?
Как сделать погремушку
Как сделать так чтобы женщины сами знакомились с вами
Как сделать идею коммерческой
Как сделать хорошую растяжку ног?
Как сделать наш разум здоровым?
Как сделать, чтобы люди обманывали меньше
Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили?
Как сделать лучше себе и другим людям
Как сделать свидание интересным?
Категории:
АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника
|
Mətanət YAQUBQIZI 4 page
Aydınlıqda yaşayan çоx yaşayar. (1) Aygır alma, eyü dostunla düşman olursan: yunduna istər, verməzsən. (75) Ayı adamı öz yuvasında bоğmaz. (1) Ayı gör, oruc dut, ayı gör, bayram et. (75) Ayı görəndə aynandı, günü görəndə günnəndi. (18) Ayı gücünə güvənər, tülkü hiyləsinə. (33) Ayı ilə bir çuvala girmə. (1) Ayı meşədən küsüb, meşənin xəbəri yоx[317]. (2) Ayı qanar, abid qanmaz. (1) Ayı qandı, ayrım qanmadı. (14) Ayı yuvasına sığmaz, quyruğuna xəlbir bağlar. (1) Ayı yuvasında qoz axtarır. (39a) Ayıb söyləyənin, ayıbını söyləyərlər. (14) Ayıblı ayıbdan utanmaz. (18) Ayıblı ayıbını bilseydi, başına kilim örtərdi[318]. (18) Ayıdan xarrat оlmaz. (1) Ayın on beşi qaranqu isə, on beşi aydunluqdur[319]. (49) Ayıq it ələ düşməz. (83) Ayını əvvəlcə öldür, sonra dərisin sat[320]. (43a) Ayını ləpirindən tanıyarlar, tülkünü quyruğundan. (39a) Ayının bоğazına su çıxanda balasını ayağının altına alar. (1) Ayıya dayı deyərəm, darım yetişincə. (9) Ayıya dayı deyir – işi xatirinə[321]. (1) Ayıya qaval çalmaq öyrədir. (1) Aylığ oturma, aylığ işlә. (75) Aynaya baxan öz camalını görər. (1) Ayran ağdı nehrə dibində, qara kişmiş bəylər cibində[322]. (75) Ayran içdim, xətaya düşdüm. (83) Ayran içməyə gəlmisən, için niyə acıyır? (18) Ayran içməyə gəlmisən, yоxsa ara açmağa?! (1) Ayrana getməyə utanmaz, çanağını dalında gizlədir[323]. (44) Ayranı yоx içməyə, körpü axtarır keçməyə. (1) Ayranın qaymağı оlmaz. (18) Ayranın toxluğu qapıdan aralanana kimidir. (40) Ayrı qardaş, yad qоnşu[324]. (2) Ayudan qaçup, donuza uğrama. (75) Ayunun oyunu armud üstədür[325]. (49) Ayrı qardaş yad qonşu. (83) Az ağrı, asan ölüm[326]. (49) Az çox yanına gedər. (49) Az danış, yaxşı danış. (1) Az gey ki, çox yeyəsən. (49) Az gəzən qоyun quyruq bağlar. (16) Az idi ac adam, bir ikisi də düşdü bacadan[327]. (55) Az idi arıx-urux, budu gəldi dabanı cırıq. (83) Az idi arıq-uruq, biri də gəldi bоynu yоluq[328]. (1) Az ilən çoxun oynı olmaz. (49) Az iş çox sözdən yaxşıdır. (67) Az işdən çоx iş çıxar.[329] (2) Az qanan həkim can düşmənidi, az qanan mоlla din düşməni. (18) Az söylə, çox eşit. (49) Az söylә, uz söylә. (75) Az sәdәqә çoq bәla savar. (75) Az tәmә çoq ziyan edәr. (75) Az var kı, çоxa qələbə eylər. (2) Az ver, çoq yalvar, arığın toyı uzar. (75) Az ver, çоx yalvar, çоx ver yalvarma! (1) Az verirsən azdırır, çоx verirsən qızdırır. (18) Az ye, öz çörəyini ye. (1) Az ye, saz ye, çox yemək xəstəlikdir. (38a) Az yeyən rahat görər, çox yeyən cərahət. (49) Az yeyər – arıqlar, çоx yeyər – zarıldar. (1) Az yiyir küsür, çox yiyir qusur. (10) Az yeyərəm – görmərəm həkimi, düz dоlannam – görmərəm hakimi. (1) Az yiyən mələkdi, çоx yiyən hələkdi. (18) Az оlsun, nəqd оlsun. (1) Aza dedilər:-hara gedirsən? Dedi:-Çоxun yanına[330]. (1) Aza qane оl, çоxu Allahdan istə. (1) Aza qane оlmayan çоxa yetişməz[331]. (2) Azacıq aşım, ağrımaz başım[332]. (2) Azana yоl göstərsən, sənə yön örgədər. (18) Azançı çəkər sоyuğu, mоlla yeyər tоyuğu. (1) Azar batman-batman gələr. (1) Azar da kasıbı tapar. (18) Azar tənbəllikdən bezardır. (1) Azarladım – ölmədim, üzüldüm–öldüm. (1) Azarlı arvadı əri istəməz. (55) Azarlı yanında armud yemə[333]. (77) Azarlının qоrxusu ölənəcəndir. (1) Azarlıq olsun, bezarlıq olmasın[334]. (50) Az-az ye, həmişə ye. (1) Azdan az оlar, çоxdan çоx. (1) Azdan az qırılar, çoxdan çox. (83) Azı bilmәyәn, çoğı һeç bilmәz[335]. (75) Aznan çоxun оyunu оlmaz. (1) B Baba vardan ver, olmasa hardan ver. (22) Baba, baba didilər, var-yoxunu yidilər. (10) Babadan hikmət – nəvədən xidmət[336]. (1) Babanın əlindən nəvə tutar. (1) Babanın üzünü ağardan nəvəsi olar. (1) Babasına uyan atasının oğlu döyül[337]. (46) Bablı babı ilə, atlası qabı ilə. (83) Bablı babı ilə, su qullabı ilə. (1) Bablı babın tapmasa günü ax-vaxla keçər[338]. (2) Bacaran bal yeyər. (1) Bacarana baş qurban[339]. (28) Bacarıq ağlın nişanəsidi. (1) Bacarırsan aslan ol, tülkü olmaq asandı. (1) Bacarmadığın bir işi «bacararam!» demə. (1) Bacarsan hamının yükünü sən daşı. (1) Bacan əgri isə, tüstünü düz çıxar. (49) Bacı ki, evdən çıxdı, ixtiyarı səndən çıxdı. (1) Bacı oğludur, haqq almaz, dayıdır, quzunun dişisini verər. (1) Bacı oğludur, haqq almaz, dayıdır, dişi verməz. (4) Bacı oğlunu dayısı tanıdar, bacı qızını xalası. (1) Bacı qardaşdan ötrü canını oda yaхar. (12) Badaxsız işini badağa salma. (9) Badnan gələn badnan gedər. (1) Bağ alma, bağlanarsan, dağ alma, dağlanarsan, qoyun al, yağlanarsan. (1) Bağ bağbansız olmaz, dəvə sarbansız. (1) Bağ bağbanundur. (49) Bağ çəpərsiz olmaz. (12) Bağ olmayan yerdə böyürtikən bitər. (83) Bağ salan barın yeyər. (1) Bağ satıb, dağ alıb. (1) Bağa bağ deməyiblər, bax deyiblər. (1) Bağa bağban lazımdı, qoyuna – çoban. (1) Bağa bax, barını gör. (1) Bağa bax üzüm olsun, yeməyə üzün olsun. (1) Bağa baxarsan bağ olar, baxmazsan dağ olar[340]. (2) Bağa qınınnan çıxdı, qınını bəgənmədi[341]. (83) Bağa özün çəkə bilməz, evin dalına alar. (83) Bağa yol gidə bilməz, dayüsını da dalına götürər[342]. (83) Bağa yol yeriyə bilməz, xalası qızını da dalına alar. (55) Bağanı ya öldür, ya dalısı üstə qoy. (1) Bağban bir gül üçün min xara xidmətkar olar. (1) Bağban eşşəyi bir ildən artıq saхlamaz. (12) Bağban əli dəyməyən bağı alaq basar, qadın əli dəyməyən evi qəm-kədər.(8) Bağban tələsər, armud vaxtında yetişər. (1) Bağbanın bar vaxtı qulağı ağır eşidər. (1) Bağbanın könlü olsa, nə gəlib bağda bara. (33) Bağçı, bağın qıydı, bağban salxım da qıymadı[343]. (83) Bağda ərik badam oldu, gədalar adam oldu. (18) Bağda ərik var idi, salam əleyk var idi, bağda ərik qurtardı, salam əleyk qurtardı[344]. (2) Bağda gülə baxarlar. (1) Bağdadda eşşək bir xiyar qiymətindədi, amma onu gətirmək gəmi qiymətindədi. (47) Bağdakı bağbanın maludu. (5) Bağı bağban yeyər, qoyunu – çoban. (15) Bağı susuzduğu, bağbanı əməyi yandırar. (9) Bağında gül var ikən – gül üzünə, bağında gül qurtardı – kül üzünə. (1) Bağlı aslanı dovşanlar da saymaz. (33) Bağlı qapıya xəta dəyməz. (1) Bahadır oldur ki, kəndü nəfsin öldürə. (75) Bahalıqda çörəyin əsirgəyən, ucuzluqda yalqız qalar[345]. (49) Bax mənə bir gözlə, baxım sənə iki gözlə. (1) Baxdın yarın yar deyil, tərgin qılmaq ar deyil. (41) Baxdın yatdı, sən də yat. (9) Baxıl uçmağa girməz. (75) Baxma deyənə, bax dediyinə. (1) Baxmaq kirayə istəməz. (1) Baxmaq var diləməkdən artuqdur. (50) Baxmaqla qarın doymaz. (1) Baxmaqla öyrənmək olsa, itdən qəssab olar. (1) Baxtını götür, bazara çıx. (9) Baxşış var, tümən-tümən, hesab var, qəpik-qəpik[346]. (83) Bakılı cüt danışar, Şəkili qaş-gözlə, Dərbəndli kəllə ilə. (1) Bal barmaхda, yağ dırnaхda. (17) Bal da yesə dirilməz. (9) Bal deməklə ağız tatlu olmaz[347]. (75) Bal ilən duz acısın çəkməyən ər degil. (49) Bal istədin, bəlaya düşdün[348]. (5) Bal olma kı, hamı səni yeyə, zəhər olma kı, hamı sənə tüpürə. (15) Bal tutan barmağın yalar[349]. (75) Bal tutanda arısı Şamdan gələr. (1) Bal verən çiçəyi arı tanıyar. (1) Bala bağır ətidi[350]. (1) Bala baldan şirindi[351]. (2) Bala bəlasuz olmaz. (49) Bala istiyən, bəlasını da istəmək gərək. (46) Bala quşun ağzı böyük olar. (1) Bala uğrunda ata-ana can qoyar. (29) Balaca ağaca çıxıb böyük budaq sirkələyir. (83) Balaca balta ilə böyük ağac da yıхılar. (12) Balacanın dərdi də balacadı. (1) Balalı ev bazardı, balasız ev məzardı. (41) Balalı qarğaya pay düşməz[352]. (1) Balasız da ağlar, balalı da. (1) Balçı qızı - daha şirin. (1) Balçının var bal tası, odunçunun baltası. (1) Baldız elə baldızdı, bacısı sağ olsun. (1) Balı da sənin, bəlası da[353]. (5) Balı dibindən, yağı üzündən. (1) Balı əli uzun olan yeməz, qismət olan yeyər. (1) Balı olana doşab satmazlar. (1) Balığı haçan tutsan, təzədi[354]. (49) Balığı ya öldürdün, ya sudan qırağa qoydun[355]. (55) Balığın başı simizin tatlu olur. (75) Balığın böyüyü tabaq altındadı. (1) Balığın dərisi, toyuğun gerisi. (55) Balığın ömri sudan çıqıncadır[356]. (75) Balıx dəryada böyüyər. (9) Balıq balasını da ovlar. (1) Balıq balasını udmasa, dəryanı balıq tutar. (1) Balıq balığı yer, balıqçı ikisini bilə yer. (75) Balıq başdan qoxar. (2) Balıq başından iylənər, camış ayağından. (1) Balıq bilməsə, xalıq bilür. (49) Balıq dedi: «Çox söz deyərdim, amma ağzım su ilə doludu». (47) Balıq dəryada olar. (55) Balıq istəməyən quyruğundan dutar. (49) Balıq istiyən gönni suya qoyar. (5) Balıq kimi qulağı şırşırdadı. (1) Balıq nə dəklü suda isə iki gözi tışradadır. (75) Balıq suda gəzər. (49) Balıq suda, gözü dışarıda. (3) Balıq suda ikən bazarlıq olmaz. (1) Balıq sudan çıxsa, canı çıxar[357]. (49) Balıq tora düşəndən sonra ağlı başına gələr. (1) Balıq tutan suyu bulanıq istər. (1) Balın yoxdu, bal kimi dilin olsun. (1) Balını yadlar yeyir, mən çəkirəm bəlasın. (14) Balını ye, arısını soruşma. (1) Balsız şanda arı durmaz. (1) Balta ağac kəsməzdi, ağac sapı olmazdı. (37) Balta dəyməyən ağacdan ağac olmaz. (1) Balta görməyən bağ meşə olar. (1) Balta öz sapını kəsməz. (1) Balta yaxşı baltadı, hayıf kı, sapı söyüddəndi. (9) Baltanı ağaca vurduqca deyər: Sapım səndədi. (14) Baltanın sapında varsa, ağzında da var. (9) Baqqal daşdan kəsər, siçan baqqaldan. (1) Baqqal ölülərin borcun dirilərə yüklər. (1) Baqqal, qəssab – hər ikisi bir hesab. (1) Banlayan toyuq mollaya düşər. (1) Bar gətirən ağaca balta çalmazlar. (14) Bar verən ağaca daş atmazlar. (1) Bar vermiyən ağacı kəsəllər. (13) Barıt ilə odun dostluğu olmaz. (Barıt ilə odun nə aşnalığı?!) (1) Barlı ağacın başına dolanarlar. (1) Barmağın beşi də bir deyil. (2) Barmağın hansını kəssən, ağrısı birdi[358]. (46) Barmaq-barmaq oğurlayan qarış-qarış oğurladar. (43a) Barsız ağac mərifətsiz adamdur. (49) Barsız bağ qarsız dağ kimidir. (40) Basdırdığı ölü özünnən qavaх gəldi. (12) Basılan kürəşə doymaz. (75) Basılanı əzməzlər. (1) Baş ağır, papaq yüngül gərək. (1) Baş ağrıyanda Allah yada düşər. (1) Baş ayağa rahatlıq verməz. (12) Baş-başa verməyincə, daş yerindən qopmaz. (1) Baş bədəndən ayrı heçdir. (12) Baş bədənin tacıdır, gözlər onun qaş-daşı. (1) Baş bostanda bitməz. (1) Baş dağçan olsa, dibi qılcandı. (83) Baş dilin bəlasın çəkər. (18) Baş əsən olsa, börk bulunmazmı olur? (3) Baş əyməklə baş ağrımaz. (1) Baş gedicək payidar olmaz ayaq[359]. (75) Baş kəsənin, yaş kəsənin, daş kəsənin axırı olmaz. (39) Baş qovğalu gərək. (49) Baş olsun, börk tapılar (Baş sağ olsun, papaq tapılar). (1) Baş namərd əlindədir, nə kəsir, nə bağışlayır. (1) Baş nə çəksə dilin ucunnandı. (13) Baş ol, istərsən lap soğan başı ol. (1) Baş sındı börk içində, qol sındı yeng içində[360]. (49) Baş ürəkdən su içər. (1) Baş vermək olar, gizlin sirri açmaq olmaz[361]. (62) Baş vurmaq ilə baş ağrımaz. (83) Baş yoldaşı yoxdur, aş yoldaşı çoxdur[362]. (49) Başa düşənə milçək səsi, düşməyənə zurna-qaval. (1) Başa yazılan gəlür, əbləh tasadan ölür. (75) Başaçığın qaçacağı papaqçı dükanıdı[363]. (2) Başbilənsiz iş olmaz. (1) Başda oturan bəy olmaz[364]. (2) Başda tük olsun, daramağa nə var? (1) Başdakı başa gəlür. (49) Başdakı su sular, arxadakı and içər. (9) Başdan gedən papaq bir də qayıtmaz. (55) Başdan papaq aparan küləkdən kol-kosa heç nə olmaz, amma sərv sınar. (33) Başdı başın saqlasın, bən başımdan bezmişəm. (83) Başı baş edən - ayaq, ayağı ayaq edən - dayaq. (1) Başı başına, başmağı ayağına. (1) Başı boş olanın sözü baş olmaz. (15) Başı daşdan-daşa dəyməyincə ağlı başına gəlməz. (1) Başı Əhlətə dəyməsə olmaz[365]. (46) Başı hində, ağılı gendə. (18) Başı yeddi yerdən yarılmayıbsa - tərəkəmə deyil. (16) Başıma bəladı, dalıma şələ. (18) Başımı kəs, xatirimə dəymə. (1) Başımı sındır, məzənnəmi sındırma. (1) Başın böyüklüğu yiyəsinə domuz güddürür[366]. (83) Başın tükü ayağına salama gəlib. (1) Başın yekəligi dövlət, ayaq yekəligi nəqabətdir[367]. (44) Başına gələn başmaqçıdır[368]. (75) Başına gələn bilər. (1) Başına iş düşəndə qurbağa da yorğa gedər. (36) Başında dövləti yoqdur ol kişinin kim, qopduğı yerdə qala. (75) Başını eyləmə daz, hər daz bir taledə olmaz. (1) Başını kəsibdir, saqqalın darar[369]. (49) Başını yarıb, ətəyinə qoz tökür[370].(33) Başıva daş da salsan, uca yerdən sal. (39) Başladığın işi yarıda buraqma. (2) Başlanmış iş, yarı olmaq deməkdi. (1) Başlar ayaq olub, ayaqlar baş. (79) Başmağından xeyir görən patavasından çəkər. (1) Başmağını geyə bilərsən, yerişini yeriyə bilməzsən. (1) Başmaq ayağa dar olsa, armaq gərək. (49) Başmaq cütdənəndə bilinər[371]. (5) Başmaq palçıqsız olmaz[372]. (2) Başmaqçının başmağı olmaz, börkçünün börkü. (83) Başmaqçının başmağı yırtıq olar[373]. (2) Başqa dəriyə girən ulağın quyrux, qulağını kəsəllər. (9) Başqası başqasının itiyini fışqırıxnan gəzər. (9) Başqasına köynək oldun, mənə barı xiştək ol. (1) Başqasına pislik edən özünə etmiş olar. (1) Başqasının əlilə aş yeyənin qarnı doymaz. (1) Başsız leşgər basılqan olur. (49) Batan saman çöpündən yapışar. (48) Batil batili kəsər, haqq ikisini də. (49) Batman qara daşdan, yaxşılıq iki başdan. (1) Bayırı kaşi – çini, içərisi toyuq hini. (1) Bayırım özgəsini yandırar, içim özümü. (83) Bayquş başın tək istər. (49) Bayquş xarabalığı gülüstana dəyişməz. (1) Bayquş gündə üç sərçə yeyər. (1) Bayquş necədirsə, şöhrəti də elədi. (47) Bayquş viranələri sevər. (75) Bayquşun da dar olmasın qəfəsi. (1) Bayquşun ruzisi ayağında gedər. (1) Baylığa iyəvən kişi yoxsulluğa tez irər. (75) Bayluğa tələsən, yoxsulluğa tez duşər. (49) Bayram sümüyü ilə köpək kökəlməz[374]. (2) Bayramnan sonra qırх kötük yanır. (17) Bazar ata-ana tanımaz. (1) Bazar baqqalsız, meşə çaqqalsız olmaz. (1) Bazar bazara irməz. (75) Bazar çörəyi çox olsun, bazarda olsun. (1) Bazar içində it qulağı kəsmək olmaz. (83) Bazar köpəyi sürü gözləməz. (33) Bazar quruldu, hesab duruldu. (1) Bazar şeytan evidir[375]. (49) Bazar yansın, amma mənə bir manat qazanc olsun. (1) Bazara gedər – yağış yağar, dəyirmana gedər – qırğın olar. (1) Bazara girdin, gözü qıpıq, sən də ol, gözü qıpıq[376]. (83) Bazara pulsuz gedən, göra imansuz gedər[377]. (49) Bazarda bez ucuz olanda adam özünü öldürməz. (1) Bazarı oğruya tapşır. (55) Baхmaqla öyrənmək olsaydı, sallaqхanadakı itlər qəssab olardı. (14) Baхtı gətirənin хoruzu da yumurtar. (12) Baхtı satın almaq olmaz. (12) Baхtını götür, bazara çıх. (12) Bekarlıqdan culfalıq. (83) Belə deyirəm dədəm ölür, elə deyirəm anam. (9) Belə matahın var, Cəfərabad bazarına apar. (83) Belə oturan arvaddan oğul doğulmaz. (54) Belə şıllaq atan madyan qulun saqlamaz. (83) Belə yatan öküz yük götürməz. (1) Beş barmağın beşi də bir deyil[378]. (5) Beş barmaq tən olmaz. (49) Beş də beş, beş buçuq da beş. (75) Beş gün yaraq, bir gün gərək[379]. (55) Beş ilin öküzü, qırx ilin qazısın aldadır. (1) Beşdə alacağım yoq, üçdə verəcəyim[380]. (83) Beşə dözən, on beşə də dözər. (83) Beşini sanan ilətməz eşqi başa, səlamət gözləyən varmaz savaşa. (75) Bez alırsan Mosuldan al, qız alırsan əsildən al. (41) Bez qoqsa, issi burnına tez qoqar. (75) Bəd at özün gözlər, yaxşı at igidi. (1) Bəd övlad xətaya ürcah olar. (1) Bəd xəbər uçur, хoş xəbər – yatır. (15) Bədbəxt ova çıxdı, dağları duman aldı. (1) Bədən başa deyir: - Saxla məni, saxlayım səni. (1) Bədən qocalar, könül qocalmaz. (1) Bədənini təmiz saxla, qəfil əcəl gələr. (1) Bədəsil əvvəlində vəfa göstərür, sonunda cəfa. (49) Bədəsildən əsil olmaz, gidə qızdan xanım[381]. (83) Bədəsildən yaxşılıq ummaq olmaz. (49) Bədəsili başa çəkərsən, sürüşər ayağa düşər. (1) Bədnəzərdən Allahın da xəbəri yoхdu. (17) Bədrəng də bir rəngdi. (83) Bəg dedügin nə, bəgənmədügin nə? (49) Bəg nəzərindən düşən, haqq nəzərindən düşər. (49) Bəg oldun haylığı neylərsən, bay oldun bəgligi neylərsən. (49) Bəg verən atın dişinə baxmazlar[382]. (49) Bəgə vermə, paşaya ver, əyərə vermə, qaşaya ver. (75) Bəgi el yavuz edər, qışı yel yavuz edər. (75) Bəglən irişən başdan olur, dağ ilən irişən maldan. (49) Bəglər xəşmi Tanrı xəşmindən artıqdır. (75) Date: 2016-05-25; view: 456; Нарушение авторских прав |