Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 6 page





Birəni ayağından nallayır[456]. (83)

Birənin bir batman yağı var özgənin (öz daşı) tərəzisilə. (55)

Birənin qanını aldın, canını aldın[457]. (1)

Birəsinin beş batman yağı var. (1)

Biri acından şalvarını satırdı, dedilər: - Nisyə verərsənmi? (1)

Biri bilmiyən, mini də bilməz. (9)

Biri işlər, on biri dişlər[458]. (1)

Biri itər, yüz biri bitər. (1)

Biri köprü tapmır keçə, biri su tapmır içə. (6)

Biri od olanda biri su olar. (1)

Biri ölməsə, biri doğulmaz[459]. (45)

Biri vardı gecədən, biri də düşdü bacadan. (6)

Biri yazar, biri pozar. (1)

Biri yeyər, on biri baxar, qiyamət onda qopar[460]. (1)

Biri yıxıldı, biri dikəldi. (1)

Birin gör fikir eylə, birin gör şükr eylə[461]. (83)

Birin gördün gözü qıpıq, səndə ol gözü qırpıq. (54)

Birinci addımda lovğalanan ikinci addımda yıxılar. (1)

Birindən soruşdular: - Haralısan? Dedi: - Evlənməmişəm. (1)

Birini evə qoyan yox idi, soruşdu: - Çuxamı hardan asım? (1)

Birini yandırır, birin qandırır[462]. (1)

Birini ye, birini yemə, birini de, birini demə. (1)

Birini yeyir, birini də başı altına qoyur. (1)

Birinin əli, o birinin dili işləyir. (1)

Birisi atlas geyinmiş damaqlı, birisi tapmayır tuman ya­maqlı. (1)

Birisi minə bağlıdı, mini də birisinə[463]. (83)

Birlik harda, dirilik orda. (1)

Birlikdən qüvvət doğar. (1)

Birlü binliyə küsəməmiş. (75)

Bişincə gözləyən, düşüncə də gözləyər[464]. (10)

Bişmiş aşa su salmaq olmaz[465]. (49)

Bitdi nə yarağım, qaldı saqqal darağım[466]. (83)

Bitli əlin qoynuna apardı, ac gümana düşdü. (39)

Bitə acıqlanıb köynəgini yandırma[467]. (55)

Bitməz iş olmaz. (75)

Biz ağa nökəriyik, badımcan nökəri dəgilik[468]. (83)

Biz çörək vermədik çörək istəyək, biz çörək verdik ki, çörəkli olaq. (1)

Biz gəldik gəlin görməyə, gəlin getdi təzək yığmağa. (1)

Biz gülünü dərdik, siz gülabını çəkərsiz. (1)

Biz ondan yoğurt umuruq, o sizdən ayran istəyir. (1)

Biz yağış istiyirdik, dolu yağdı. (9)

Bizə çatdı, dəyirman yatdı. (10)

Bizə gələn bizə oxşar. (83)

Bizə yetişən keçəlin saçı dabanından oldu[469]. (83)

Bizim eşşək əvvəldən quyruqsuz idi. (1)

Boğaz boydan aşağıdı[470]. (9)

Boğaz Tanrı yarğılasın deməz. (75)

Boğaz üzənin boğazını üzərlər. (40)

Boğaz yediyini istəməz, göz gördüyünü istər. (1)

Boğazı böyük olanın dostu olmaz[471]. (1)

Boğulan it dişini göstərməz. (9)

Boğuşan köpəyin yarası əskik olmaz. (1)

Bol-bol yeyən, bəl-bəl baxar. (1)

Borc alan ağlaya-ağlaya gələr, gülə-gülə gedər. (1)

Borc alan bicdi, borc verən gic[472]. (83)

Borc almaq başlanan yerdə dostluq pozular. (1)

Borc başdan aşıcaq yenən qaz ilə tavuq olur. (75)

Borc borcdu, qırmızı tuman da bir borcdu. (83)

Borc durar, xərc durmaz. (1)

Borc eyü günə qalmaz. (75)

Borc gəmiyə bənzər, gəldikcə böyüyər. (1)

Borc igidi əridər. (49)

Borc ilə alınan köynək adamı təmiz saxlamaz. (1)

Borc ilən çaxır içən iki xumar olur[473]. (50)

Borc ki, oldu yüz, gir içində süz[474]. (2)

Borc qaldıqca balalar. (14)

Borc odlu köynəkdi. (12)

Borc verənin dili uzun olar. (1)

Borc verməklə tükənər, yol getməklə. (1)

Borc yaddan çıxmaz. (1)

Borc yaxşı günə gəlməz. (1)

Borca elə giriş ki, tez qaytara biləsən. (1)

Borcdan qorxan qapısını gen açmaz. (1)

Borcı istə, əlinə girməsün. (49)

Borclu borclunun sağlığın istər[475]. (49)

Borclu qəm dəryasında üzər. (49)

Borclu ölməz, bənzi sararır[476]. (75)

Borcludan bir kuzə al, vur yerə sındır[477]. (55)

Borclunu çox darıxdırma, danar. (1)

Borclunun duaçısı borc verəndi. (1)

Borcluyı alımlu udar. (75)

Borcsuz yoxsul bəgdən yegdir[478]. (75)

Borcu həmişə kəm ver, qaytarmasa peşman olmazsan. (1)

Borcun qapısı açıхdı. (13)

Borcun səsi çıхmır, ancaq yatmağa da qoymur. (12)

Borcun yoğ isə, boyın ol[479]. (75)

Borcunu verən dövlətlidir[480]. (2)

Bostana dadanan eşşəgin qulağı və quyruğu olmaz[481]. (83)

Bostana girən parsuq yabanı özünə qəbul eylər[482]. (83)

Bostançının kar vaxtıdı[483]. (1)

Bostançının sovğatı kəlik[484] olar. (83)

Bostançıya kəlik satma[485]. (75)

Bostanda yemiş olanda, bostançı kar olar[486]. (83)

Boş anbar, boş dağarcıq, ha ölç, ha ölç[487]. (2)

Boş çanağı dolu çanağa verməzlər. (28)

Boş çanax dolu çanağı tökər[488]. (9)

Boş çuval bucaqda qalar.(6)

Boş damardan qan çıxmaz. (1)

Boş durana şeytan gülər. (1)

Boş durunca düşməninə daş daşı[489]. (2)

Boş dutan bərk yeyər. (49)

Boş eşşək dəyirmana getməz. (1)

Boş eşşək yorğa gedər. (83)

Boş qab səs salar. (12)

Boş qazan qaynamaz. (1)

Boş sözdən fayda yoxdur. (1)

Boş sözlə qarın doymaz. (1)

Boş süfrəyə nə bismillah?! (1)

Boş sünbülün başı yuхarı olar. (12)

Boş torba ilə at dutmazlar[490]. (29)

Boş torbaya at gəlməz. (1)

Boş tüfəngdən iki adam qorxar[491]. (83)

Boşdan bir çıxar, bərkdən iki[492]. (49)

Boyaqxana küpünü azdırma. (1)

Boylaya-boylaya gəz, dərinə düşməyəsən. (49)

Boynum sındı, yerini almaz[493]. (2)

Boynunu bitlər yeyir, çörəyini itlər. (1)

Boyu böyük olanın qiyməti böyük olmaz. (1)

Boyu uzun hər çəpərdən boylanar. (18)

Boyu uzun qadının ağlı gödək olar. (45)

Boyun olsun, boyunduruq tapılar. (1)

Boyuna baxma, bacarığına bax. (1)

Boyunduruq bilir, öküz nə çəkir. (33)

Boyunduruqdan qaçan öküzü kəsərlər. (1)

Boyunu görməmiş, хalatını biçmə. (12)

Boyuva arxeyin olma, boy gəndəlaşda da var. (18)

Boz at da öldü, Murtuzalı bəy də. (1)

Boz tula gedər, boynuyoğun gələr. (1)

Böhtan insanı öldürür. (12)

Böhtana düşən odsuz yanar[494]. (1)

Böhtançının qəvrində yovşan bitər. (9)

Börək olmasın, börək çağlı ət olsun. (18)

Börkçünün börkü olmaz, kürkçünün kürkü[495]. (43a)

Börkünü qoy qabağına – fikir elə. (1)

Böylə qəm, böylə kədər, böylə gələr, böylə gedər[496]. (2)

Böyügin tanımayan, şükrisin tanımaz[497]. (49)

Böyüh loхma ud, böyüh söz danışma! (15)

Böyük – evin qibləsidi. (1)

Böyük ağacın kölgəsi böyük olar. (1)

Böyük ağacın kölgəsində min qoyun yatar. (1)

Böyük başın böyük ağrısı var[498]. (75)

Böyük başını kiçik işə qatma[499]. (55)

Böyük-böyük danışma, başına gələr. (1)

Böyük böyüklüyünü bilməsə, kiçik kiçikliyini bilməz. (1)

Böyük dağın dumanı da böyük olar. (1)

Böyük damın böyük də qarı olar. (55)

Böyük danışanı kiçik götürər. (1)

Böyük daş götürmək vurmamaq əlamətidi. (1)

Böyük dərd böyüyün yoldan azmasıdı. (1)

Böyük donanınca dügün tufaqı savılur. (75)

Böyük gözün nuru olmaz. (1)

Böyük insan işindən tanınar. (1)

Böyük qapının böyük də halqası olar. (1)

Böyük qarğa nə ötərsə, küçük qarğa anı ötər. (75)

Böyük qayıq böyük də yer tutar. (47)

Böyük nə eyləsə, kiçik onu götürər. (1)

Böyük olanın qursağı gen gərəkdi. (1)

Böyük sözünə baxmayan uluya-uluya qalar[500]. (83)

Böyük tikə boğaz yırtar[501]. (49)

Böyükdən də böyük var. (1)

Böyüklə böyük, kiçiklə kiçik. (1)

Böyüklər ilən əkilən xiyar əgri bitər. (49)

Böyüklər kini, dəvə kini. (49)

Böyüklər sözi daş kərtügidir. (49)

Böyüklərin qayğısı çox, sevinci az. (26a.)

Böyüklərdə güc olur, yalan olmaz[502]. (49)

Böyüklərlə böyük ol, kiçiklərə göstər yol. (1)

Böyüklük kərəm iləndür. (49)

Böyüksüz evdə xeyir-bərəkət olmaz. (1)

Böyüksüz sallaqxana itidi. (9)

Böyüyə böyük deyiblər, kiçiyə kiçik. (1)

Böyüyə hörmət elə, sən də böyüyəcəksən. (1)

Böyüyün sözü kiçik üçün bir çıraxdır. (11)

Böyüyün sözünə baxmayan gəzə-gəzə qalar. (1)

Böyüyün üzünə ağ olanı torpaq götürməz. (1)

Böyüyünü ayaхlıyan Allahını ayaхlıyar. (13)

Böyüyünü tanımayan qibləsini də tanımaz. (1)

Bu arşına bez verməzlər[503]. (55)

Bu canın o cannan nə xəbəri! (15)

Bu cibindən çıxarıb o cibinə qoyur. (1)

Bu da dağarçığını sürüyüb çuvallar cərgəsinə qoyur. (14)

Bu darı o aclığa çatmaz. (83)

Bu daş, bu tərəzi. (83)

Bu dərdi gora aparmaq olmaz. (1)

Bu dərə mənim, o dərə sənin. (1)

Bu dünya bir dəyirmandı, udar bir gün bizi. (1)

Bu dünyada maldan, mülkdən bir ağıllı baş yaxşıdı, anla­ma­yan kəllədən, bir qara daş yaxşıdı. (1)

Bu dünyadan xəbəri yox, o dünyadan danışır. (1)

Bu dünyanın uju qalıf, insannarın biji. (9)

Bu dünyayı ərənlər əql ilə bulmuşlardır.(3)

Bu əl o ələ köməkdi. (1)

Bu əli verəni o əli bilməz. (1)

Bu əlin rənci, bu ələ haramdı[504]. (83)

Bu evin çırağının işığı o evə düşməz[505]. (83)

Bu Göyçə balığıdı, seç apar. (9)

Bu gülməyin bir ağlamağı da var. (54)

Bu gün balta itirən sabah da xalta itirər. (40)

Bu gün dünyadı, sabah axirət. (1)

Bu gün gəlib keçdi, sən sabaha bax. (1)

Bu gün mənə isə, sabah da sənədi[506]. (2)

Bu gün nəqd, sabah nisyə. (1)

Bu gün qızını döyməyən sabah dizini döyər[507]. (46)

Bu gün sən deyərsən, sabah sənə deyərlər. (1)

Bu gün var, sabah yox. (1)

Bu gün yarına irməz. (75)

Bu gün ye, sabaha qismət nə olsa. (1)

Bu gündən sabahı gör. (1)

Bu günün cigərin sabahın qavurmasına dəyişmərəm. (83)

Bu günün yarını var, yarının bir xoş güni vardır[508]. (75)

Bu hələ hərbəsidi, zərbəsi daldadı. (1)

Bu ilki sərçə bildirki sərçəyə civ-civ öyrədir[509]. (2)

Bu iş dəryada balıq sövdəsidır. (83)

Bu meçidə bu namaz da çoxdu. (83)

Bu meydan bədoy meydanıdı, burda yabılar quyruq bular. (1)

Bu necə bostançıdı, dəymişini qoyar, kalını dərər. (1)

Bu pəhriz nə, bu Lahıc turşusu nə?! (1)

Bu qız yaxşı qızdı, ərə gedəndən sonra bax, bu gəlin yaxşı gəlindi, birini doğandan sonra bax. (1)

Bu yatış sənünlədi, bu duruş bənimlədi. (83)

Bu zaman – bax-öyrən zamanıdı. (1)

Buçağacan qonşu qızı idim, indi oldum ev qızı, ev gəlini. (1)

Buçuğa kömmə parasın verməzlər. (75)

Buçuq gilə taxıla nə iki gözlü dəgirmən gərək? (75)

Budaqdan düşən alma ağacın dibinə düşər. (1)

Budaqlu ağacı urcasına sürmə. (75)

Budur qanun ki, sevdilər sevəni, könüldən savdılar gözdən savanı. (75)

Bugünki fürsəti danlaya qoyma[510].(49)

Bugünki öpgə danlakı quyruğundan yegdür[511]. (49)

Bugünki yumurta sabahkı toyuqdan yaxşıdır. (28)

Buğda çörəgi qarın dələr. (49)

Buğda çörəginin buynuzu olar[512]. (2)

Buğda olmayan yerdə darını gözə təpərlər[513]. (83)

Buğdam var demə, anbara tökməyincə, övladım var demə, evlənməyincə. (1)

Buğdanın ucbatından acı otlar da su içər. (1)

Buğdasını sütül yeyən xırmanda ac qalar. (1)

Buğday ətməginə nə qatıq?! (75)

Buğday ətmək yoğ isə, buğda dilün də mi yoqdur[514]? (75)

Buğdayı qonşuna sat, çörəgin bilə yeyəsən. (75)

Buxarının əgriliginə baxma, tüstünün düz çıxmağına bax[515]. (83)

Bulağ başından bulanar[516]. (2)

Bulağı tikənə rəhmət, sökənə lənət deyərlər. (16)

Bulamac dana qalsa dil ögrənür[517]. (49)

Bulamac dəliyə qaldı[518]. (54)

Bulamanı bulama, buladıqca yalama[519]. (1)

Bulanıq suda balıq tutulmaz. (1)

Bulanıq suda boy vermə, boyun irməz. (75)

Bulaq gərək yerindən bulaq ola. (1)

Bulaq öz gözünü kor istəməz[520]. (1)

Bulaq öz yerində, ulaq öz yerində. (1)

Bulaq özü tərpənməz, el-obanı ayağına gətirər. (1)

Bulaх gözünnən durular. (13)

Bulud altından çıxan gün, yaşmaq altından çıxan üz[521]. (1)

Buluddan çıxan gün, yaşmaq altdan çıxan dil adamı yandırar. (79)

Buludu külək oynadar, ağlı kəm olanı fışdırıq. (1)

Bulut yelkənə sığmaz-girməz. (75)

Bulutlu gündə könül qaradır. (75)

Bun dəmində qaçmaq da ərlikdəndir. (75)

Bun dəmində qapuyı yar, odun olsun. (75)

Bunda yatar, handa hürər. (49)

Bundan Fatıya dirlik olmaz. (54)

Buqçu ol, kərki olma. (49)

Burada ala qarğa balalamaz. (1)

Burada mənəm, Bağdatda kor xəlfə[522]. (83)

Buraxılan ox geri qayıtmaz. (59)

Burda dəli azıydı, biri də o taydan keşdi. (9)

Burda dəvə yükü ilə itər. (1)

Burda dilənir, orda zəkat verir. (1)

Burda vurur qılıncı, fələkdə oynar ucu[523]. (1)

Burnu çirkli quzu buynuzu burma qoç olar. (1)

Burun çirkli olmaqla kəsib atmazlar[524]. (46)

Burun, qulaq başa sədəqədir[525]. (37)

Burun yüzdən düşməz[526]. (75)

Bustan musahəbət götürməz. (49)

Butraq diküp buğday umma. (75)

Buynuz qoça yük olmaz. (49)

Buynuz sonra çıxar, amma qulağı keçər. (1)

Buynuz umup, qulaqın çıqma. (75)

Buynuz üçün gedən qulaqsız qayıdar. (36)

Buynuzlu quzu kəlləsi ilə canavara meydan qurar. (1)

Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz. (1)

Buyuran bilməz, hazırlayan bilər. (1)

Buyuran yorulmaz. (12)

Buyurannan doyuran yorulmaz. (9)

Buyurannan yatan yorulmaz. (18)

Buyur-buyurla iş keçməz. (1)

Buyurduğu qulluğa bax, verdiyi haqqa. (1)

Buz nazik yerdən sınar. (6)

Buz üstə çıqmış danaya dönüb[527]. (83)

Buzdamacın qırxın yedim, qarnım ac, yuxa beşin yedim tıxa-tıxa. (83)

Buzov qazuğda bağlu gərək. (49)

Buzovu olandan ağartı gizlətmə. (16)

Buzu gün əridər, insanı xəcalət. (1)

Bülbül gülü sevər, insan vətənini. (1)

Bülbül viranədən ötməz, bayquş viranədən getməz. (1)

Bülbülə qızıl qəfəsdən kol dibi xoş olar. (1)

Bülbülü qızıl qəfəsə salmışlar, «vay, vətən!» demiş. (1)

Bülbülün çəkdiyi dil bəlasıdı. (1)

Bünyadsuz bina süst olur. (50)

Bütünü kəsmə, paraya dəymə, doğra, doyunca ye[528]. (1)

C

Caһan içində hop əşya səbəbdir, səbəbsiz nəsnə yoqdur, bu əcəbdir. (75)

Cahıl ilə daş daşı, ahıl ilə yemə aşı. (83)

Cahıla gedən keyf çəkər, ahıla gedən of çəkər. (83)

Cahıllıqda həlimlik, qocalıqda səlimlik[529]. (83)

Cahil axırda tula quyruğu xınalar. (1)

Cahil dirilərin ölüsüdü[530]. (1)

Cahil ilə bal yemə, ahıl ilə daş daşı[531]. (2)

Cahil ilə çıxma yola, gətirər başına min bir bəla. (1)

Cahil özünə düşməndi, başqasına necə dost ola bilər?![532] (1)

Caһil vaqtsız xorus kibidir. (75)

Cahildə söz əglənməz, gümbəzdə qoz[533]. (49)

Cahildən qorx, dəlidən qorxma. (1)

Cahilə qoşulan cahil olar. (1)

Cahilə söz qandırmaq, dəvəyə xəndək atdırmaq kimidi. (1)

Cahili cahillər mədh eylər. (1)

Cahilin ağlı başında yoх, gözündə olar. (12)

Cahilin ibadətindən alimin yuxusu yaxşıdı. (4)

Cahilliyi uzadan ya tula quyruğu xınalar, ya camadar olar. (1)

Calaq etmək əl zəһmətidir. (75)

Camaat sevəni Allah da sevər. (12)

Camadarın şahlığı hamamçılıqdı[534]. (44)

Camal gedər, kamal qalar. (1)

Camala baхma, kamala baх. (13)

Camış balağın görəndə anqırur. (49)

Camış hənəyi göz çıxardar. (1)

Camış ilə gəzən dananı qurd yeyər[535]. (2)

Camışın balasının quyruğu ağ olar. (83)

Can alan baxışından bəlli olar. (1)

Can baladan şirindi. (1)

Can bazarda satılmaz. (1)

Can bustanda bitməz. (75)

Can can üçün yanar, yadın harası yanar? (46)

Can cannan tışqarı[536]. (83)

Can de, can eşit[537]. (2)

Can deməklə can əskilməz[538]. (1)

Can deyən çox olar, can verən olmaz. (1)

Can qolayın kəһəl bilür. (75)

Can sağlığı – dünya varlığı. (1)

Can sənin, cəhənnəm Tanrının[539]. (5)

Can şirin olar[540]. (2)

Can verərsən boz sərçəyə ver, qaranquş gəldi-gedərdi. (1)

Can verirsən qardaşa ver, min il keçsə yad olmaz. (1)

Can verməyən canana yetməz. (49)

Can yüki ağır olur. (75)

Cananı sevən canından keçər[541]. (2)

Canavar canavarın dərisini çıxarmaz. (48)

Canavar öldü, ailəsi qoç yeyə bilmədi. (48)

Canavar özü hürmür, iti hürməyə məcbur edir. (45)

Canavar tək qalanda başına çaqqallar yığışar. (1)

Canavardan qorxan meşəyə girməz.(33)

Canbaz ipdə gəzər, balıq suda. (1)

Candan qonşu payı olmaz. (1)

Candır çəkər, qandur qaynar. (49)

Canı canın yolunda deyən çox olur, qoyan –az. (1)

Canı nədi, cəsədi nə olsun?! (1)

Canı yanan eşşək atdan yeyin gedər. (1)

Canım qurban yaxşı qonaq, gəl ocağa bir də qonaq[542]. (1)

Canımı da alsun gülə-gülə al[543]. (83)

Canın boğazındadırsa, öskür çıxsın. (1)

Canında olmasa candarlamaq neyləsün. (49)

Canlıdan qada əskik olmaz. (12)

Carmana car, koxaya xəbər. (83)

Cavan baş, bir çanaq qandır[544]. (83)

Cavan əvvəl göyü görər, sonra yeri. (12)

Cavan işə, qoca aşa. (12)

Cavan işlər, qoca dişlər. (1)

Cavan qocaya, qoca cavana bel bağlar. (12)

Cavanlar yeyənnən sonra, qocalar yatannan sonra sağlam olar. (12)

Cavanlıq gözəllikdi, onu boyamaq artıqdı. (1)

Cavanlıq soltanlıqdı, bacarsan saxla. (1)

Cavanlıqda daş daşı, qocalıqda ye aşı. (1)

Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla. (1)

Cavanlıqda pul qazan, qocalıqda qur qazan[545]. (83)

Cavanlıqda zəhmət çəkən, qocalıqda möhnət çəkməz. (1)

Cavannıх geri qayıtmaz. (12)

Cavannıхda bəzəmmədim, hayıf mənə, qojalıхda bəzəni­rəm, ayıf mənə. (12)

Cayıllıqda dövran sürək, qocalıqda dövran bizə yar olmaz. (83)

Ceviz qabığı qarın doydurmaz. (1)

Ceyran qovan çiçəyə batar, donuz qovan – lehməyə. (1)

Ceyranın yügürməgin gördüm, imdidən tövbə etdim[546]. (83)

Cəzasız cürm sahibi çox olar. (1)

Cəbbə-cövşən qəza oxun saxlamaz. (49)

Cəddində olan cəhrəsini əyirər.(20)

Cəfa çəkməyən rahat görməz[547]. (49)

Cəfasını mən çəkdim, səfasını yad gördü. (1)

Cəһalət bir bəladır, һər yanadan işin sarpın gözədir. (75)

Cəhalət səfalət doğurar. (1)

Cəhd çarıх yırtar, iş odu haqqa var[548]. (5)

Date: 2016-05-25; view: 405; Нарушение авторских прав; Помощь в написании работы --> СЮДА...



mydocx.ru - 2015-2024 year. (0.005 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию