Полезное:
Как сделать разговор полезным и приятным
Как сделать объемную звезду своими руками
Как сделать то, что делать не хочется?
Как сделать погремушку
Как сделать так чтобы женщины сами знакомились с вами
Как сделать идею коммерческой
Как сделать хорошую растяжку ног?
Как сделать наш разум здоровым?
Как сделать, чтобы люди обманывали меньше
Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили?
Как сделать лучше себе и другим людям
Как сделать свидание интересным?
Категории:
АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника
|
Mətanət YAQUBQIZI 8 page
Dağına baxar, qar verər, bağına baxar, bar verər. (1) Dağıtmayınca yığmaq olmaz. (49) Dağlar yalan götürməz. (1) Dairənin nə başı var, nə ayağı. (1) Dal ətəyini kəsip, qabax ətəyinə calıyır. (18) Dalaşan köpək xoralı olar. (1) Daldan atılan daş topuğa dəgər[625]. (2) Daldan gələn əldən (aldan) gəlsə, hər fağır padşah olur. (28) Dam dirək üstə durar[626]. (49) Dam dirəksiz olmaz, tövlə kürəksiz. (1) Dam uçdu, kalafası qaldı. (1) Dama-dama göl olur, dada-dada heç[627]. (49) Damara görə qan alınır[628]. (2) Damara sığmayan qanı neştərləyərlər. (33) Damazlığını yeyən tamarzı qalar. (1) Dambatdığınnan şahad almır. (9) Damcı bir şey deyil, ancaq daşı deşir. (67) Damda verər azanı, yerdə sayar qazanı. (1) Damdan dama gəzən köpəyin beli sınar (qırılar). (1) Damdan düşənin halını damdan düşən bilər. (1) Damdan düşsə, pişik ayağı üstə düşər. (1) Damı çox olanın qarı da çox olar. (55) Dana alan dadanur. (49) Dana böyür, çulu böyüməz.[629] (2) Dana buzov yurdunda qalmaz. (49) Dana oynar, mıxını bərgidər[630]. (83) Dana tövla mıxını qopartsa, bir yerə vurar, bir özünə[631]. (9) Danacuq damın tanur. (49) Danaçı qızınnan ğəlin olmaz. (13) Danalı dalda qalmaz. (9) Danalı darıхmaz. (13) Danalı inəkdən sağım olmaz. (1) Danışana dil vermir, yeriyənə yol. (83) Danışanı adam bilir, hürəni – it. (1) Danışanın danışığına baxma, əqlinə bax. (83) Danışıq dananı qurda verər[632]. (2) Danışıqlu aş datlu olur, dəm düşəndə olma lal. (49) Danışıram da pis olur, danışmıram da. (1) Danışmağnan plov bişmir, ona yağ və düyü lazımdı. (45) Danişməndin lanusəllimi, ışıqlarun iyvallası, sufilərin «xeyr ola»sı dükənməz. (75) Danişməndin sərmayəsi kitabdır. (75) Danişməndlər vermək sevməz, almaq sevər. (75) Dannamaxdan dan eşşəyinə döndərdi. (9) Dar yerə min dost yerləşər, bir düşmən yerləşməz. (1) Dara düşəndə Allah-Allah, dardan çıxdı qulağı sallax. (18) Darğanın qapısı açıq olanda köpəgin yuxusu gələr. (83) Darı cadı çatdadı, yedim qarnım partdadı. (18) Darımızı yeyib, üzümüzə xortdayır. (1) Darıya girən də özü, xorulduyan da. (18) Darıya girən donuz, yabanı özünə qəbul eylər[633]. (2) Darıycan əri olanın Tanrıycan hökmü olar. (1) Dartıf yıхmağa nə var, qaldırıf tikmək çətindi. (12) Darvaza qapısın bağlamaq olar, xalqın ağzını bağlamaq olmaz (1) Darvazadan keçməyən iynə gözündən keçər. (1) Daş altından su yeriyir. (1) Daş anbara uçar. (18) Daş atdı alma sala, daşı başına düşdü. (9) Daş bir yerdə qalanda göyərər. (1) Daş, baş, yaş kəsənin ömrü gödək olar. (18) Daş daş sındurur[634]. (49) Daş daşa, dırnaq daşa, siz savaşa, biz tamaşa. (83) Daş daşa söküşür. (49) Daş daşa söykənsə divar olur[635]. (49) Daş dəyənə bəllidir, yol – gedənə[636]. (1) Daş düşdü, ya dingildədi birdir. (55) Daş düşdügi yerdə ağırdır[637]. (49) Daş düşdüyü yerdə qalar[638]. (83) Daş kəsənə toxunsa, vay kəsənin halına, kəsən daşa toxunsa, vay kəsənin halına. (1) Daş quyuya düşən kimi düşdü[639]. (83) Daş olma, baş ol. (1) Daş üstə əkin olmaz[640]. (49) Daş yumşalar, düşmən yumşalmaz. (1) Daş yürəgli düşmənin bağrını yarar həmavarlıq. (83) Daşa dedilər niyə daş oldun, dedi: daşı gördüm, daş oldum. (7) Daşdan qopar, yoxdan qopmaz. (1) Daşı daşa, başı başa vurarlar. (1) Daşın kiçiyinnən qorx, uşağın kiçiyinnən qorxma. (18) Daşın xırdası böyüməz, adamın xırdası böyüyər[641]. (83) Daşınma su ilə bağ salınmaz. (1) Daşınma su ilə dəyirman işləməz. (1) Datlu sözin datlu cavabı olur. (49) Dava acı, səmərəsi şirin[642]. (83) Dava-dalaşdan bir büküm halva yaхşıdı. (14) Dava günündə igid gərək daldalanmasın. (1) Dava üçün bir qazı, isbat üçün on şahid. (1) Dava yoxluqdan, töyvə toxluqdan. (52) Davaçün qazi olsa, yar içün Allah[643]. (49) Davada ağac aradakına dəyər. (1) Davada aradakının gözü çıxar[644]. (83) Davada halva paylamazlar. (1) Davada qılıncı borc verməzlər. (1) Davadan xali olmaz, ərəb bəyi zəngənə. (83) Davakarın şah olsa, ərizəni Allaha yaz. (1) Davalı yerdə ot bitməz[645]. (1) Davan yoxsa mülk al, işin yoxsa dəgirman sal. (49) Davanı gökdə axtarır, yerdə əlinə düşür[646]. (83) Davanı iki dəfə salmaq nahaqdı. (1) Davanı qılıc aralar. (83) Davanı qılınc kəsər, sevdanı pul[647]. (37) Davanın çeşinsi cidildi. (83) Davasını bilməyənə şahid olma. (1) Davşanın yügürməgin gördüm, ətindən umud kəsdim[648]. (83) Day yeriməsə, abdal yerür. (49) Dayağı dağ olanın başı göylərdə olar. (1) Dayanan su tez iylənər[649]. (83) Dayça at olunca yiyəsi mat olar[650]. (1) Dayça nə qədər bərk qaçsa, arabanı çəkən atdı, at! (1) Dayı görmüyən elə bilər Şakkulu da bir dayıdı[651]. (46) Dayı tikən körpünü su aparmaz. (1) Dayısı olan dayısına güvənər. (1) Dayıynan dağ dolan, əmiynən bağ dolanma[652]. (46) Daz daznan yatdı, daz da naz atdı. (9) Daz keçəldən xoşlanar. (1) Dazın daza baxdığı, dazın da naz atdığı. (8) Dazın istədiyi qara saç olar. (1) Dedi-qodu ev yıxar, qoyma-qoyma çanax tökər[653]. (9) Dedilər bir ağız ağla, demədilər camaatı başına yığ! (1) Dedilər: - Əzrail uşaq paylayır. Dedi: - Özünkü özünün olsun, mənimkinə dəyməsin. (1) Dedilər: - Qar yağacaq. Dedi: - Dayanmışam titrəməyə. (1) Dedilər: - Qardaşın necə adamdır? Dedi: - Qonşu olmamışam. (1) Dedilər: - Qazanda qaynadan gəlir! Dedi: -Vay halıma! (1) Dedilər: -Yığışın köçürük! Çoban çomağını çiyninə qoydu. (1) Dedim eşidəsən, demədim öyrənəsən[654]. (1) Dedim, bir ağız ağla, demədim, elləri güldür bizə. (83) Dediyin deyir, demədiyini gedər-gəlməz vaxta saxlayır. (1) Dediyindən dönərsən, el dönər səndən, demədiyini tutarsan, el tutar səndən! (1) Demə babam yoxsuldu, can sağlığı dövlətdi. (1) Demək asandı, yerinə yetirmək çətin. (1) Demək olmur ki, gözün üstə qaşın var. (1) Deməsən, eşitməzsən. (1) Deməyə otammayan yiməyə də otammaz. (18) Desələr ki, göydə toy var, arvadlar nərdivan axtarar. (1) Devlət aytmış: «Dövlətsizə devlət olaydım», dövlətlüdən qaçup qurtulımazım. (75) Devlətsizin evindən devlətlünün yurdı yegdir. (75) Deyəcəyini fikir eylə, söylə[655]. (28) Deyən ağılsız olsa eşidən gərək ağıllı ola. (1) Deyən çoxdur, eşidən olsun gərək. (49) Deyən ğafil isə, dedirdən ğafil degil[656]. (49) Deyilən söz geri qayıtmaz. (1) Deyilmiş sözdən deyilməmiş yaxşıdı. (1) Deyingən dinə bilməz, dinməsə dözə bilməz. (1) Deyirəm, dilim yanır, demirəm, ürəyim. (1) Dədələrdən budur ögüt, dəgirmanı özün yügüt. (49) Dədəm mənə kor deyib, hər yetənə vur deyib. (1) Dədəsi öldü - dedi: “Vaхtı çatmışdı“; dəvəsi öldü - dedi: “Belim sındı“. (16) Dədəsindən nə gül dərdim ki, balasından gülab çəkim? (1) Dədəsini görməsə şahlıq iddiası eylər[657]. (2) Dəgirman bildigin eylər, çax-çax başın agrıdur[658]. (49) Dəgirman iyəsi dənlənmiş. (49) Dəgirman növbət ilən[659]. (49) Dəgirmana gedəndən sonra ulağ verən çox olu[660]. (83) Dəgirmançı qızın ərə verdı, arvadun da üstəlik. (49) Dəgirmançıya acığ eləyən, çuvalın boş aparur[661]. (49) Dəgirmanda dənim yox, şahad üstə başımı nəyə yarırsan[662]. (83) Dəgirmandan dən gedər, oğul sənün yan gedər. (49) Dəgirmənçi qızlıq (qıtlıq) görməz. (75) Dəgirməndə unluğın süpürüncə xırman yerində süpürgən bir artıq çal. (75) Dəgirmənə gedən un ügüdər, evdəki növbət sayar. (75) Dəgülmək eşəgə yaraşur. (75) Dəhnəni dərin qazı, suyu gur gəlsin. (1) Dək duranın dəvəcə assısı vardır. (75) Dəli adam paxıl adamnan yaxşıdı. (9) Dəli ağlamaz, ağıllı gülməz. (1) Dəli aydan qorxar. (1) Dəli bağlayanı ağıllı aça bilməz. (1) Dəli başına dövlət quşu qonub. (1) Dəli demiş, ağıllı inanmış. (1) Dəli deyingən olar. (1) Dəli dəlidən xoşlanar, molla halvadan[663]. (2) Dəli dəlini görəndə çomağını gizlər[664]. (44) Dəli dəlini görməsə, özünə yığışmaz. (9) Dəli dəliyə qoşular, dəyənək göydən yağar[665]. (1) Dəli dəliyə yoldaş olar. (18) Dəli dost qəlbi qara, mən belə dostu neylərəm?! (1) Dəli dostun olunca ağıllı düşmənin olsun[666]. (2) Dəli dövran sürər, ağıllı vaxt gözlər[667]. (1) Dəli elsiz, el dəlisiz olmaz. (1) Dəli ilə dövlətli, ikisi də bildiyini eylər. (1) Dəli ilə sərxoşun meydanı birdi. (1) Dəli ilə tapmaqdansa ağıllı ilə itirmək yaxşıdı. (1) Dəli inəgin dəli bizovu olar[668]. (83) Dəli qazının yazdığını ağıllı qazı pozmaz. (1) Dəli qırmızı sevər, gic sarı[669]. (83) Dəli qız dayısından yaşınar. (1) Dəli qız evdə qalmaz. (1) Dəli quyuya bir daş salar, yüz ağıllı fikirləşib çıxarda bilməz[670]. (2) Dəli ol, baxtun olsun[671]. (83) Dəli öz ağlını yüz ağıldan üstün bilər. (18) Dəli öz evin yıxar, dələduz öz elini. (26a) Dəli öz хeyrini, şərini bilsə, niyə adına dəli deyirlər? (14) Dəli öz zərərini güdər. (1) Dəli özü deyər, özü də gülər. (1) Dəli özünə bir dəli yoldaş tapdı, elə bildi ki, çox ağıllıdı. (1) Dəli sərxoşdan qorxar. (1) Dəli sevinər ki bayram gəlir. (28) Dəli tərəkəməni görəndə ağıla gələr. (16) Dəli utanmaz, yiyəsi utanar[672]. (83) Dəli üçün qanun yoхdu. (12) Dəlicə qızdan dəlicə gəlin olar. (1) Dəlidən ağıl ummaq olmaz. (1) Dəlikli muncuq yerdə qalmaz. (3) Dəlilər dünyanı əkdilər, ağıllı indi cüt qoşur. (1) Dəlilik ilə verdiyini biclik ilə alandı. (55) Dəlini apardılar toya, dedi: bura bizim evdən yaxşıdı[673]. (2) Dəlini yüz öyrət, yenə öz bildiyini elər. (14) Dəlini zəncirlə yox, tədbirlə tutarlar. (1) Dəlinin ağıllısı utanur. (49) Dəlinin başında palıd ağacı olmaz ha, dəlinin dilini dəli bilər[674]. (12) Dəlinin dilinə pəhriz yoxdu. (1) Dəlinin düşünməsinə, toyuğun eşələnməsinə dərman yoxdu. (1) Dəlinin eşşəyi də dəli olar. (1) Dəlinin nə toyu olsun, nə bayramı[675]. (83) Dəlinin sözü, sərxoşun gözü[676]. (1) Dəlinin ürəyi dilindədi, ağıllının dili ürəyində. (1) Dəlisi olan hər gün ağlar. (14) Dəliyə ağıl, qaraya sabun kar eləməz. (1) Dəliyə bir hava bəsdi[677]. (83) Dəliyə daş atma, başına daş yağdırar. (1) Dəliyə dedilər: Nə üçün dəli olmusan? Dedi: Ağıllıların dərdini çəkməkdən! (1) Dəliyə dəli kimi cavab verməzlər. (1) Dəliyə dəyənək verməzlər. (1) Dəliyə gündə bayram[678]. (54) Dəliyə halva, gicə bal neyləsin[679]. (2) Dəliyə iş buyur, o sənə ağıl öyrətsin. (1) Dəliyə qorux-qaytak yoxdu. (9) Dəliyə qoşulma, səni də dəli edər. (1) Dəliyə sorğu olmaz[680]. (55) Dəliyə toy da birdi, vay da. (9) Dəliyə yel ver, əlinə bel ver[681]. (55) Dəliyə yüz öyrət, öz bildiyini eylər. (1) Dəliyə zabitə yoqdu. (83) Dəlləkliyi bizim başımızda öyrənir[682]. (83) Dəlü alaca sevər. (75) Dəlü andığın ayıdar. (75) Dəlü başın ayağı ğəribdir. (75) Dəlü dedi, əbləh inandı. (49) Dəlü dəlüyi sevər, danişmənd uluyı sevər. (75) Dəlü öküz gücin bilməz. (49) Dəlü uslanınca uslu işini biturər. (75) Dəlü yanıldı, tökdi sanadı. (49) Dəlüdən doğrı xəbər[683]. (49) Dəlüdən uslu xəbəri al. (75) Dəlüklü taş yerdə qalmaz[684]. (75) Dəlüyə bağ neyləsün, eşəkə bağ neyləsün. (75) Dəlüyə mal neyləsün, gicə qavut. (49) Dəlüyə nə ögüt ver, nə qaqısun. (75) Dəlüyə ögüt versən, «tikən irişmədik bənümlə» deyər. (75) Dəlüyi qaqıtma, azır. (75) Dəlüyi zəncir usladur. (75) Dəm ğənimətdür. (49) Dəm ilən görmək gərək. (49) Dəm söhbət, dəm ixtilat. (83) Dəmi dəm gətürür, ğəmi ğəm[685]. (49) Dəmir ayaq, dəmir çarıq, dəmir diş. (1) Dəmir ki var, döydükcə uzanar[686]. (1) Dəmir nəmdən, insan qəmdən çürüyər[687]. (1) Dəmir özünü öydü, eşşək nalı düzəltdilər. (9) Dəmir şişnən dağlıyır, sarı yağnan yağlıyır. (9) Dəmirçi nə bilir qızıl nədir? (1) Dəmirçi özünü öydü, dəmiri soyux döydü. (9) Dəmirçi yanından keçən qığılcım yeyər. (1) Dəmirçidə bıçaq tapılmaz. (1) Dəmirçinin ömrü tax-taxla, leyləyin ömrü lağ-lağla keçər. (1) Dəmiri çoх döyərsən itilənər, əlini kəsər. (14) Dəmiri dəmir kəsər[688]. (55) Dəmiri isti-tsti döyərlər[689]. (1) Dəmiri pas yeyər, insanı kin. (9) Dəmli hara gedər? -Dəm ardınca. (83) Dəmür qapunun ağac qapuya işi düşər[690]. (49) Dəmürçidə buxov olmaz. (49) Dəmüri dəmür kürədən çıxarur[691]. (49) Dəni məndən yeyir, başqa yerdə yumurtlayır. (1) Dəniz dalğasız, qızlar sevdasız olmaz. (1) Dəniz dalğasız, kişi хatasız olmaz. (15) Dəniz ləpəsini sahilə çırpbasa, ürəyi sakit olmaz. (18) Dəniz olup taşma, əlündən gəlməyəcək işə tolaşma. (75) Dəniz tufansız olmaz. (1) Dənizdə balıq sevdası olmaz. (1) Dənizdə batan saman çöpündən yapışar. (1) Dənizə getsə dənizi qurudar. (1) Dənizi qaşıqla qurutmaq olmaz[692]. (47) Dənizin suyu çayda olsa, aləmi başına götürər. (18) Dərd ağladar, eşq söylədər. (1) Dərd bir idi, iki oldu. (1) Dərd bir olsa, çəkməyə nə var?! (1) Dərd bir olsa, dirilməgə nə var? (83) Dərd bir olsa, dürləmək nə gərək. (49) Dərd bir olsa, yeriyər. (1) Dərd bir ülgücdür, udsan yaralar, atsan yaxalar. (1) Dərd çəkənə gərəkdi. (1) Dərd dərd üstündən gələr. (1) Dərd dərdə bənzəməz. (1) Dərd dərdə dəyər, sızlar. (1) Dərd dərdi açar. (1) Dərd gedər, yeri boş qalar. (1) Dərd getməz, dəyişər. (1) Dərd gələndə xalvar ilə gələr, çıxanda misqal ilə! (1) Dərd gəzər, dərman arar. (1) Dərd götürənin, söz ötürənindi. (26a) Dərd olsun, söz olmasın. (1) Dərd var gələr keçər, dərd var dələr keçər! (1) Dərd verən dərman verür[693]. (49) Dərdi Allah eləsinə versin ki, dərmanını tapsın. (55) Dərdi çəkənə verəllər. (12) Dərdi çəkər dərdəcər, eybi çəkər eybəcər. (14) Dərdi dağa verdilər, götürmədi, ancaq insan götürdü. (12) Dərdi kim çəkər - kəməcər, söyüşü kim deyər - eybəcər. (12) Dərdimi dağa desəm, dağ əriyər, şam yanar, şölə çəkər, piltə yanar, yağ əriyər. (1) Dərdimiz hardan əyan olsun bizim dərdsizlərə, dərdlilər yaxşı bilir aləmdə dərdin qiymətin. (1) Dərdin yoxdu söylən, borcun yoxdu evlən[694]. (1) Dərdini dərd bilənə söylə. (1) Dərdini gizləyən davasını bulamaz[695]. (2) Dərdini qoy dərdim üstə, onu da mən çəkərəm[696]. (83) Dərdini unut, sözünü unutma. (1) Dərdli deyincək olur[697]. (49) Dərdli dərdinin dərmanını axtarar. (1) Dərdlini dindirmə, özü dillənər. (1) Dərdsiz baş olmaz. (1) Dərdsiz könüldə məhəbbət yük açmaz[698]. (49) Dərə xəlvət, tülkü bəy[699]. (44) Dərəni, təpəni sel bilir, yaxşını, yamanı el bilir. (1) Dərənün, divarun qulağı var. (49) Dərgahın qapısı açıq olanda köpəyin yuxusu gələr[700]. (2) Dərilməmiş güldən dəstə bağlamaq olmaz. (1) Dərin çaylar səssiz aхar. (12) Dərin dərya dibindən çalxanar. (40) Dərin quyunun suyunu bulandırmax olmaz. (9) Dərin mənalar qısa sözdə olar. (12) Dərin su bulanmaz. (1) Dərin suya niyə girirsən ki, Xıdır Nəbini çağırasan. (55) Dərmansız dərdin dərmanı bimarlıqdı. (1) Dərviş olan şahlıq iddiası eyləməz. (1) Dərviş dilriş olar. (1) Dərviş qarnı doyunca, gözü yolda qalar. (14) Dərviş məscidə girməz, bazarda meydan qurar. (1) Dərviş odur ki, dünyanı tərk edə, fəqir odur ki, dünya onu tərk edə. (1) Dərviş öz evin çiginində gəzdirər[701]. (83) Dərviş yabısı hər evin yolunu tanıyar. (1) Dərvişə bir şey verməmisən, kəşkülün bəs niyə sındırırsan? (1) Dərvişi təkyədə, sərxoşu meyxanada axtar. (1) Dərvişin fikri nə isə, zikri də odur[702]. (1) Dərvişlik birdir, iki degil, dəgmələr çəkməz yüki degil. (75) Dərya görünən yerdə qətra təməvvüc eyləməz[703]. (55) Dərya göz qaraldar, yalan üz. (40) Dərya it ağzı ilən murdar olmaz. (49) Dəryadakı balıq, göydəki quş satılmaz. (1) Dəryaya bir daş at, ya bir qaya sal. (1) Dəryaya daş atmaqla suyu bulanmaz. (1) Dəryaya getdi, bomboş gəldi. (18) Dəryaya qətrə neylər. (49) Dəryaz işlər, qol öyünər. (1) Dərzi öz yırtığını yamamaz. (1) Dərzi yaxası cırıq olar, başmaqçı ayağı yalın. (6) Dərzin az oldu, xirməni böyük aç. (83) Dərzinin iynə boydana döyləti olar. (18) Dərzinin mayası iynə-sapdı. (1) Dərziyə köç dedilər, iynəsini yaxasına sancdı[704]. (83) Dəstədən ayrı düşən quşun səsi havadan yox, tavadan gələr. (9) Dəstəmazsız namaz olmaz. (1) Dəstini qıran da bir, suyu gətirən də bir. (1) Dəvacın danişmənd isə, yarıcın Allaһ olsun. (75) Dəvasuz dərdün dərmanı arsızlıqdur. (49) Dəvayı eşək kibi sürmək gərək. (75) Date: 2016-05-25; view: 434; Нарушение авторских прав |