Ãëàâíàÿ Ñëó÷àéíàÿ ñòðàíèöà


Ïîëåçíîå:

Êàê ñäåëàòü ðàçãîâîð ïîëåçíûì è ïðèÿòíûì Êàê ñäåëàòü îáúåìíóþ çâåçäó ñâîèìè ðóêàìè Êàê ñäåëàòü òî, ÷òî äåëàòü íå õî÷åòñÿ? Êàê ñäåëàòü ïîãðåìóøêó Êàê ñäåëàòü òàê ÷òîáû æåíùèíû ñàìè çíàêîìèëèñü ñ âàìè Êàê ñäåëàòü èäåþ êîììåð÷åñêîé Êàê ñäåëàòü õîðîøóþ ðàñòÿæêó íîã? Êàê ñäåëàòü íàø ðàçóì çäîðîâûì? Êàê ñäåëàòü, ÷òîáû ëþäè îáìàíûâàëè ìåíüøå Âîïðîñ 4. Êàê ñäåëàòü òàê, ÷òîáû âàñ óâàæàëè è öåíèëè? Êàê ñäåëàòü ëó÷øå ñåáå è äðóãèì ëþäÿì Êàê ñäåëàòü ñâèäàíèå èíòåðåñíûì?


Êàòåãîðèè:

ÀðõèòåêòóðàÀñòðîíîìèÿÁèîëîãèÿÃåîãðàôèÿÃåîëîãèÿÈíôîðìàòèêàÈñêóññòâîÈñòîðèÿÊóëèíàðèÿÊóëüòóðàÌàðêåòèíãÌàòåìàòèêàÌåäèöèíàÌåíåäæìåíòÎõðàíà òðóäàÏðàâîÏðîèçâîäñòâîÏñèõîëîãèÿÐåëèãèÿÑîöèîëîãèÿÑïîðòÒåõíèêàÔèçèêàÔèëîñîôèÿÕèìèÿÝêîëîãèÿÝêîíîìèêàÝëåêòðîíèêà






Seyfəddin RZASOY





Filologiya elmləri doktoru


ETİK SƏRHƏD

Atalar sözləri əslində öz kiçik görüntü çevrəsindən çıxıb daha dərin qatlara qədər gedən ibrətamiz ifadələrdir. Atalar söz­ləri insanları daima nəzarət çərçivəsində saxla­yan, tərbiyə edən etik normalar sistemi, əxlaq kodeksidir – de­sək, yanılmarıq. Ata­lar sözləri insan həyatı­nın, demək olar ki, bütün sahələrini əks etdirən folklor janrlarından biridir.

“Atalar sözü timsalında xalq öz zəkasının və dilinin ülviy­yətinə, kəsərinə sığınmışdır; hər kəlam bir növ “tabu”dur; istə­ni­lən gümandan, sualdan azaddır; hər fikri, hər etik əxlaqi töv­si­yəsi dərin daxili inamla qəbul olunan pozulmaz qanundur. Çünki xalq əzəl-binadan öz atalar sözlərini yazılmamış müqəddəs kita­bın ayələri tək qavramışdır[1].”

İnsan həyatını etik normalar çərçivəsinə salan, etik sərhəd­də mənimsənilən atalar sözləri ta qədimdən məişətimizə daxil olmuş, bu gün də qiymətli söz inciləri kimi öz dəyərini itirmə­miş­dir.

Atalar sözləri bir çox digər folklor janrları kimi real mühi­tin gerçək fakt və hadisələri nəticəsində yaranır. Daha sonra hə­min nümunələr doğulduğu mühitdə müxtəlif yeni məna çalarları qazanır. Məsələn, bu gün tez-tez işlətdiyimiz “Ayağı nərdivana bir-bir qoyarlar”[2] nümunəsi, təbii ki, ilkin variantda övladına və ya nəvəsinə nərdivanla çıxıb-düşmək qaydasını izah edən ata-ananın və ya nənə-babanın söylədiyi adi bir cümlə olmuşdur. Bəlkə də ilk dəfə bu cümləni quran şəxsin heç ağlına da gəl­mə­yib ki, bu deyim nə vaxtsa atalar sözü kimi işlənəcək. Sadəcə həmin şəxs nərdivanla çıxıb-düşən övladına belə bir məsləhət vermişdir ki, pillələri bir-bir addımla, ayağını nərdivana bir-bir qoy, əks halda yıxıla bilərsən və ya tez yorularsan. Daha sonra bu cümlə mənaca genişlənmiş və həyat yolunda yüksəlməyin, məqsədə çatmağın, hədəfi əldə etməyin ümumi qaydasına çevril­miş və nəhayət, müxtəlif simvolik məna çalarları ifadə etmişdir.

Yuxarıdakı nümunədə olduğu kimi, bəzi atalar sözləri ilk baxışdan anlaşıqlı və aydın dərk olunandır. Bəziləri zahiri gö­rün­tü qatında anlaşıqlı olsa belə, işlənmə məqamında sakrallaşır. Bəzi atalar sözləri də vardır ki, həm zahiri görüntü qatına görə, həm də işlənmə məqamına görə sakral sfera atributu mahiyyəti daşıyır.

Bu və digər səbəblərdən irəliləyərək təqdim edilən kitabda toplanmış nümunələri mənşəyinə, işlənmə sferasına, tipinə və məzmununa görə qruplaşdır­maq potensial olaraq mümkündür. Ancaq qarşıya çıxan bir sıra problemlər bizi bu fikirdən daşın­dır­dı. Çünki təsnifat zamanı bir qrupa, tipə, mövzuya daxil edə­cəyimiz eyni bir nümunə istər forma baxımından, istərsə də məna baxımından müxtəlif mövzu kontekstinə daxil ola bilər. Ona görə də çoxsaylı təkrarların və böyük bir xaosun yaranma ehtimalı ortaya çıxır. Bu da, təbii, ki, oxucu kütləsi üçün çox yorucu ola bilərdi.


Ən ideal halda nümunələrin həm xronoloji ardıcıl­lıqla, həm də əlifba ardıcıllığı ilə verilməsi daha yaxşı olardı. Ancaq müəyyən səbəblər üzündən kitabı tərtib edərkən sadəcə əlifba sırası ilə sistemə salmağı məqsədəuyğun hesab etdik. Çünki əgər yeni yaranan nümunəni yox, tarixi ardıcıllığa gö­rə ilkin variant kimi götürdüyümüz yazılı abidələrdəki nümunələri kitaba daxil etsək, o halda mətndəki dəyişikliyi, sonrakı inkişafı itirə bilərik. Fikrimizi nümunələrlə əsaslan­dır­mağa çalışaq.

Əgər XIV-XV əsr abidəsi “Oğuznamə”, XVI-XVII əsr abi­dəsi “Əmsali-türkanə”-də nəşr olunmuş bir nümunəni ilkin va­riant kimi – “Əl-əldən üstündü” [3] - şəklində götürsək, onda f.e.n. Hamid Qasımzadənin tərtib etdiyi kitabda verilən – “Əl-əldən üstündü, ərşə kimi” – örnəyinin “ərşə kimi” hissəciyi itəcəkdi. Buna görə də bəzi hallarda xronoloji ardıcıllıq yuxarıda qeyd etdiyimiz kimi bu şəkildə bizdən asılı olmadan pozulmuş­dur.

“Doğruya zaval yoxdu” – yenə də “Əmsali-türkanə” abi­dəsi ilkin mənbə kimi götürülməsinə baxmayaraq, f.e.n. Hamid Qasımzadənin tərtib etdiyi kitabda verilən – “Doğruya zaval yoxdu, çəksələr min divana” nümunəsində “çəksələr min diva­na” hissəciyi itə bilərdi, beləcə də unudulub gedərdi.

“Əkinini göyikən yeyən xırman vaxtı ac qalar”[4] – nümu­nəsi Cənubi Azərbaycan folkloru antologiyasında “Əkinini sütül yiyən xırman vaxtı sülənər”[5] şəklində verilmişdir. Biz bu iki nü­munəni (belə nümunələr çoxdur) də çox oxşar olmasına bax­mayaraq kitaba daxil etməyi məqsədəuyğun bildik.


Bəzən mətnlərdə söz, ya da rəqəm dəyişikliyi nəzərə çar­pır. Çalışmışıq ki, bu örnəkləri azacıq dəyişiklik olmasına bax­ma­yaraq, olduğu kimi nümunələrin sırasına daxil edək. Çünki bu gün bizə kiçik bir dəyişiklik kimi görünə bilən bu fərq gələ­cək tədqiqatçılarımız üçün ciddi bir mənbə ola bilər. Məsələn, “Əmsali-türkanə” abidəsində – “Dəvə degiləm, iki yer­dən bo­ğazlanım” – nümunəsində verilən iki rəqəmi Göyçə folklorunda – “Dəvə döyüləm, yeddi yerdən boğazlanım” [6] nümunəsində yed­di rəqəmi ilə əvəzlənib.

Kitaba daxil edilən örnəklərə diqqət verdikdə regional ün­sürlərlə daha çox qarşılaşırıq. Mətni söyləyən söyləyici hansı böl­gəni təmsil edirsə, nümunəyə həmin bölgənin möhürünü vu­rur və bu nümunəni özününküləşdirir. Məsələn, aşağıda verilən birinci və ikinci nümunənin söyləyiciləri yaşadığı bölgədə qoz və fındığın olduğuna istinad edirsə, üçüncü nümunəni söyləyən söyləyici yaşadığı ərazidə bitən palıd ağacını örnəyə əlavə edir. Bu baxımdan bu örnəklərin hansının ilk yarandığını və hansı bölgədə yarandığını söyləmək çətindir. Belə hallarda yalnız xro­noloji ardıcıllığa əsaslanaraq təxmini ilkin mənbə seçirik. Yuxa­rıda qeyd etdiyimiz kimi bəzən məlum səbəblərə görə bu xro­noloji ardıcıllığı pozmağa məcbur oluruq. Məsələn, f.e.n. Hamid Qasımzadənin tərtib etdiyi “Atalar sözü” kitabında, Hənəfi Zeynallının əlyazmasında – “Dəlinin başında qoz ağacı ol­maz”; Şəki-Zaqatala folklorunda – “Dəlinin başında fındıq ağacı olmaz, qoz ağacı olmaz” – nümunələrində fındıq, qoz ağac­la­rı­nın bu region üçün, Göyçə, Ağbaba[7] folklorunda – “Də­linin ba­şında palıd ağacı olmaz” – nümunəsində verilən palıd ağacının isə bu region üçün xarakterik olduğu təsdiq edilir.


Bəzən də eyni mənanı verən nümunələrdə sadəcə dialekt ünsürləri vasitəsilə bir qədər rəngarənglik yaranır:

“Minarə başında cöviz durmaz”[8];

“Minarə başında girdəkan dayanmaz”[9];

“Minarə başında qoz dayanmaz”[10].

Yuxarıda qeyd etdiyimiz bu nümunələrdən başqa, artıq atalar sözlərinə çevrilmiş, dilimizdə ümumişlək olan bir qisim məsəl və deyimlər də vardır ki, onları da bu kitaba daxil etməyi zəruri bildik.

Maraqlı faktlardan biri də nümunələrdə dual mövqedən çıxışdır. Söyləyicinin biri nümunədə bir fikri təsdiqləyirsə, digə­ri ona əks mövqedə durur. Məsələn:

“Aşağıdan yuxarı gələndə xeyir olmaz”[11].

“Aşağıdan yuxarı gələndə xeyir olar”[12].

“Əgrini tox gördüm, doğrunu ac”[13].

“Əgrini tox görmədim, doğrunu ac”[14] və s.

Belə fərqlilikləri doğuran səbəb nümunələrin mənşəyi və situativ məqamlardır.

Müxtəlif bölgələrdə işlənən deyimlər, məsəllər bəzən artıq o bölgələr üçün o qədər ümumişləklik qazanmışdır ki, atalar söz­ləri səviyyəsinə yüksəlmişdir. Məsələn:

“Lobyalı aşın boyadı, İsanı yuxudan oyadır”.

“Lobyalı aş, keçəl Dadaş, get gəlirəm yavaş-yavaş”.

“Nehrəzi qaynarlayırsınız”[15]?! və s.

Birinci və ikinci nümunədən də bəlli olur ki, Şəki-Zaqatala bölgəsində lobya ilə hazırlanan plov o qədər ləzzətlidir ki, onsuz keçinmək mümkün deyildir. Üçüncü nümunədən çıxan nəticə belədir ki, gələn qo­nağa o qədər çay təklif olunur ki, nəticədə bu nümunənin yaran­ması labüd olur. Bu nümunənin müxtəlif variantları mövcuddur. Tovuz - Qazax bölgəsi üçün də ümumiş­lək olan – “Çaya bir az da kartof at” - nümunəsi fikrimizi bir daha aydınlaşdırmağa imkan verir. Belə nümunələr real mühitin göstəriciləridir. Atalar sözləri toplu şək­lində çap olunduğu kimi məsəl və deyimlərin nəşri də çox vacib və önəmlidir.

İndiyə qədər tərtib olunan bir çox kitablarda atalar sözləri müxtəlif janrlarla qarışdırılır, Aşağıda verilən nümunələrin bəzilərini atalar sözləri kimi qəbul etmək, ümumiyyətlə, müm­kün deyil. Məsələn:

“Dar küçədən keçmərəm, çadramı yellət­mə­rəm, adımı qız qoymuşam, dul kişiyə getmərəm”[16] – molla­nəs­rəddinçilərdən bir satirik şeir nümunəsi;

“Əvvəl döyək, sonra yeyək”[17] – rəvayət;

“Darayı, səni yeyər hər ayı”[18] – atmaca;

“Dəyirmana girdi köpək, dəyirmançı vurdu kötək, bilmi­rəm, kəpək yedi, köpdü köpək, ya da ki, kötək yedi, köpdü köpək”[19] – yanıltmac;

“Aldada bilməmiş dünyanın varı, bir məslək eşqiylə yaşa­yanları”[20] – S.Vurğundan;

“Anası cibinə qənbər qoyur”[21] – inanc (rəvayətli);

“Ağa Nəzərəm, belə gəzərəm, bir yumruğa qırxın əzə­rəm”[22] - hərbə-zorba (rəvayətli);

“Adam qabağına çıxartmalı deyil”[23] – deyim;

“Adın nədi – Rəşid, bir de, bir eşit”[24] – cırnatma;

“Adın nədi Daşdəmir, yumşalısan, yumşalı”[25] – cırnatma;

“Dayımın qurd dayısı”[26] – deyim (qohumluq mənasında);

“Allah ağzından eşitsin”[27]! – alqış;

“Allah qotur versin, dırnax verməsin”[28] – qarğış;

“Atası evlənməmiş oğlu bazara gedir”[29] - tapmaca (cavabı: üzüm);

“Ay müştəri, müştəri, qızıldandı dişləri”[30] – bazar deyimləri;

“Bu gün çərşənbədi, qəlbimə düşən nədi”[31] tapmaca (cava­bı: dələmə, pendir);

“Evində dəlik, belində yara, yar sirrini ellərdə ara” [32] – tapmaca (cavabı: hambal)

“Aya deyər: Sən çıxma, mən çıxım, günə deyər: Sən çıx­ma, mən çıxım”[33] – nağıllarda işlənən medial formul[34];

“Əzizim Vətən yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qərib ölkə

Ölməyə Vətən yaxşı” [35]– bayatı;

“Burdan vurram qılıncı,

Dəhnədən çıxar ucu”[36] – tapmaca (cavabı: ildırım)

“Sufra muraddır” [37] - yuxu yozumu və s.

1985-ci ildə f.e.n. Hamid Qasımzadə tərəfindən tərtib olun­­muş “Atalar sözləri” kitabına yazılmış “Tərtibçidən” adla­nan məqalədə ayrı-ayrı müəlliflərin atalar sözləri barədə fikir­lərinə müraciət olunmuş və bu müəlliflərin bəzi janrların da atalar sözlərinə daxil olunduğu fikri qeyd edilir. Həmin kitabda Nizami, Füzuli və başqa şair və yazıçılarlmızdan aforis­tik kə­lam­ların, digər janr nümunələrinin də atalar sözləri kimi qəbul edilərək kitabda verildiyi göstərilir. Ancaq biz çalışmışıq ki, ata­lar sözləri adı altında verilmiş qeyri janrları təqdim olunan kitaba daxil etməyək.

Bəzən nümunələrin ya düzgün yazılmamasından, ya da düzgün oxunmamasından qəlib variant səhv nəşr olunmuşdur.

Nümunələrə diqqət edək:

“Öküzün qaşqasına dögərlər” nümunəsi – “Öküzün qaşqa­sını qovallar”[38] şəklində;

“Olan yerdən öləcək” nümunəsi – “Olan yerdən olacaq”[39] şəklində;

“Baş sındı börk içində, qol sındı yeng içində”[40] nümunəsi

“Baş sınar bel içində, qol sınar kürk içində”[41] şəklində işlənmişdir.

Belə naqis nümunələr indiyə qədər nəşr olunmuş bir çox kitablarda həddən artıq çoxdur. Təqim olunan kitabda isə biz çalışmışıq ki, həmin nümunələrin ilkin və düzgün hesab etdi­yimiz qəlib variantlarını diqqət önünə çəkək.

Bir şeyi də nəzərə çatdırmaq istərdik ki, qeyri-etik ifadələr işlənmiş atalar sözlərini tərtibə daxil etmədik. Birincisi, söylə­yicilər tərəfindən söylənsə belə, bu tip nümunələr geniş oxucu kütləsi üçün nəzərdə tutulmamalıdır. İkincisi, tədqiqatçılar üçün nəzərdə tutulsa belə, görəsən bu nümunələr hansı prizmadan tədqiqat obyektinə çevrilə bilər?! Etik normalara zidd olan bu tip nümunələr, bizcə, insanlarda ikrah hissi doğuraraq onları özünü nəzarətdən çıxarır. Üçüncüsü, əgər bu nümunələrin çap olun­ma­sı doğrudan da vacibdirsə, tamamilə ayrı şəkildə bir sıra adamlar üçün nəşr oluna bilər. Məsələn, rus dilində olan bəzi internet saytlarında küçə folkloru: küçə atalar sözləri adlanan bir bölüm vardır. Bu bölümün içərisinə də bir neçə mərhələdən ibarət ata­lar sözləri (1) Söyüşlü atalar sözləri və məsəllər; 2) Söyüşlü, sen­zurasız atalar sözləri; 3) İyrənc atalar sözləri; 4) Ədəbsiz atalar sözləri və s.)[42] yerləşdirilmişdir. Lazım gəldikdə axtarış va­sitəsilə bu nümunələri tapıb oxumaq mümkündür. Bizcə, bu qə­bildən olan atalar sözlərini müvafiq internet saytında yerləş­dirmək daha məqsədəuyğun olar. Əslində elmi araşdırmaçılar üçün nəzərdə tutulan bu kitabı hamının oxuya biləcəyini nəzərə alaraq buraya daxil edilən hər bir örnəyi saf-çürük etməyə çalış­mışıq.

Oxucuların diqqətinə təqdim olunan bu kitabda həm indi­yədək ayrıca kitab, jurnal və toplu kimi çap olunmuş 90-a yaxın mənbədə, müxtəlif əlyazmalarda mövcud olan atalar sözləri öz əksini tapmışdır. Kitabı tərtib edərkən oraya daxil etdiyimiz ör­nəkləri olduğu kimi saxlamağa, onlara heç bir xələl gətirmədən ilkin variantını qorumağa çalışdıq.

Mətnlərin yanında mötərizədə verilmiş rəqəm göstəriciləri həmin nümunənin götürüldüyü mənbəni, səhifənin sonunda verilmiş çıxarışlardakı rəqəm göstərici­ləri isə təkrar, oxşar və ya çox cüzi dəyişikliklərlə özünə yer almış nümunələrin qaynaq­la­rını göstərir.

Verilən örnəklərdə başa düşülməyən sözlərin – qədim türk sözlərinin, ərəb-fars sözlərinin, dialekt sözlərin lüğətini tərtib et­dik. Lüğətdə istifadə etdiyimiz mənbələri də kitabın sonuna əla­və etdik.

Kitabın ərsəyə gəlməsində f.e.d., prof. İsrafil Abbaslının dəyərli məsləhətləri, dəstəyi, f.ü.f.d. Oruc Əliyevin qeydləri, əl­yazmaların əski əlifbadan transfonoliterasiya edilib bizə təqdim olunmasında əvəzsiz xidməti olan f.ü.f.d., dos. Rza Xəlilin, QƏXTMT-dən seçilmiş örnəklərin əldə olunmasında f.ü.f.d. Ta­hir Orucovun, qədim türk sözlərinin lüğətinin hazırlanmasında lüğətlərin əldə olunması üçün Əlyazmalar İnstitutunda bizim üçün şərait yaradan professor Azadə xanım Musayevanın, əski türk sözlərinin lüğətdən tapılmasında bizə yaxından yardım edən f.ü.f.d. Şəlalə Hümmətlinin, mətnlərin kompyuterdə yığılma­sın­da institutumu­zun əməkdaşları Aynur Mustafayevanın, Vil­dan Əs­gərovanın xid­mətləri danılmazdır. Bu işdə əməyi keçən bütün insanlara ayrı-ayrılıqda minnətdarıq.

 







Date: 2016-05-25; view: 474; Íàðóøåíèå àâòîðñêèõ ïðàâ



mydocx.ru - 2015-2024 year. (0.024 sec.) Âñå ìàòåðèàëû ïðåäñòàâëåííûå íà ñàéòå èñêëþ÷èòåëüíî ñ öåëüþ îçíàêîìëåíèÿ ÷èòàòåëÿìè è íå ïðåñëåäóþò êîììåð÷åñêèõ öåëåé èëè íàðóøåíèå àâòîðñêèõ ïðàâ - Ïîæàëîâàòüñÿ íà ïóáëèêàöèþ