Ãëàâíàÿ Ñëó÷àéíàÿ ñòðàíèöà


Ïîëåçíîå:

Êàê ñäåëàòü ðàçãîâîð ïîëåçíûì è ïðèÿòíûì Êàê ñäåëàòü îáúåìíóþ çâåçäó ñâîèìè ðóêàìè Êàê ñäåëàòü òî, ÷òî äåëàòü íå õî÷åòñÿ? Êàê ñäåëàòü ïîãðåìóøêó Êàê ñäåëàòü òàê ÷òîáû æåíùèíû ñàìè çíàêîìèëèñü ñ âàìè Êàê ñäåëàòü èäåþ êîììåð÷åñêîé Êàê ñäåëàòü õîðîøóþ ðàñòÿæêó íîã? Êàê ñäåëàòü íàø ðàçóì çäîðîâûì? Êàê ñäåëàòü, ÷òîáû ëþäè îáìàíûâàëè ìåíüøå Âîïðîñ 4. Êàê ñäåëàòü òàê, ÷òîáû âàñ óâàæàëè è öåíèëè? Êàê ñäåëàòü ëó÷øå ñåáå è äðóãèì ëþäÿì Êàê ñäåëàòü ñâèäàíèå èíòåðåñíûì?


Êàòåãîðèè:

ÀðõèòåêòóðàÀñòðîíîìèÿÁèîëîãèÿÃåîãðàôèÿÃåîëîãèÿÈíôîðìàòèêàÈñêóññòâîÈñòîðèÿÊóëèíàðèÿÊóëüòóðàÌàðêåòèíãÌàòåìàòèêàÌåäèöèíàÌåíåäæìåíòÎõðàíà òðóäàÏðàâîÏðîèçâîäñòâîÏñèõîëîãèÿÐåëèãèÿÑîöèîëîãèÿÑïîðòÒåõíèêàÔèçèêàÔèëîñîôèÿÕèìèÿÝêîëîãèÿÝêîíîìèêàÝëåêòðîíèêà






Mətanət YAQUBQIZI 3 page





Arvad evinə girənin qapısı alçax olar. (9)

Arvad iki îlanda ev süpürülməmiş qalar. (1)

Arvad ilə at – igidin bəxtinə. (1)

Arvad keçi olsa, bir əvi ayranı eylər. (41a)

Arvad kəc qabırğadır. (39)

Arvad kişinin qîltuq saatıdı. (1)

Arvad qaldıran qanı, padşah qaldırammaz. (7)

Arvad qîhumu şirin îlar. (1)

Arvad malı alcaq qapıdı, bir girəndə alnına dəyər, bir çı­xan­da. (1)

Arvad malı başa toqmaq kibi dəyər. (83)

Arvad malı – qab dəsmalı. (1)

Arvad olan yerdə dava olar. (9)

Arvad papaq kimi başdan-başa qoyulmaz[232]. (55)

Arvad şeytana papış tikər. (1)

Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər[233]. (46)

Arvad var, ev dayağıdır, arvad var, qab boyağıdır. (25)

Arvad var, ev yığar, arvad var ev yıxar. (1)

Arvad yıxan evdən Allahın xəbəri yîxdu. (1)

Arvad yıxmayan ev min il tikili qalar[234]. (2)

Arvad yuxusu yalan îlar. (1)

Arvad tikən evi fələk də yıxa bilməz. (26a)

Arvad tufanı başlayanda Nuhun tufanı yaddan çıxar. (8)

Arvad tutan yolun axırı yoxuşa dirənər. (41)

Arvaddan vəfa, zəhərdən şəfa[235]. (2)

Arvaddan yetim qalmax, anadan yetim qalmaxdan betərdi. (11)

Arvadı ahıl gözü ilə, atı – cahıl gözü ilə. (1)

Arvadı ar saxlar, bîstanı bar. (1)

Arvadı bəd îlanın saqqalı tez ağarar[236]. (46)

Arvadı ər saxlar, bostanı vər. (7)

Arvadı əri saxlar, pendiri dəri[237]. (37)

Arvadı gözəl, atı yîrğa ilə yîldaş îlma. (1)

Arvadı tənbəl olan kişinin işi əngəl olar. (40)

Arvadın axır hiyləsi ağlamaqdı[238]. (1)

Arvadın biri – əla, ikisi – bəla. (1)

Arvadın xırtdəgi olmaz[239]. (83)

Arvadın isməti – ərin izzəti[240]. (46)

Arvadın qîçağın al: işli çıxdı baxtınnan, işsiz çıxdı bax­tın­nan[241]. (46)

Arvadın pisdi, boşa. (54)

Arvadın saçları uzun îlar, ağlı gödək[242]. (46)

Arvadın yalağı səməni qoyar, kişinin yalağı baqqal dükanı açar. (39)

Arvadın yediyi geydiyi kimi îlsa, vay kişinin halına[243]. (46)

Arvadlar hamısı ağappaq, dəlisini seçmək olmaz, qarğalar hamısı qaraqura qarısın seçmək olmaz[244]. (83)

Arvadnan atı əmanət vermə. (83)

Arvadsız ev, susuz dəyirman. (1)

Arvat dalıynan gəzən ata mimməz. (18)

Arvat qîhumu îcax başında, kişi qîhumu çaxçax başında. (18)

Arvat var, arpadan aş eylər, arvad var kişini külbaş eylər. (10)

Arvat var, at Balaxanım, arvat var, dabanı çatdax, arvat var, balağı batdax. (18)

Arvat var, göydə uçan durnadı, arvat var, yerdə bitən bal­badı, arvat var, ala eşşəkdən yîrğadı. (18)

Arvat var, qıldırım qıp, arvat var, hîldurum hîp, arvat var, şıldırım şıp. (18)

Avrat darda qaydadı, haydadı, huydadı, vaydadı, tîydadı. (18)

Arvatnan tamah yıxmıyan öy illərəcən tikili qalar. (9)

Arvatsız kişi, urvatsız kişi. (9)

Arxa su gələnə qədər qurbağanın canı çıxar[245]. (6)

Arxa su gəlib, ümüd var, bir də gələr[246]. (5)

Arxalı köpək qurd basar[247]. (2)

Arxalıya arxa olma, yamax sayallar, arxasıza arxa ol, da­yax sayallar. (9)

Arxasından kəsər, ətəyinə calayar (yamar). (1)

Arxı hîppanmamış hîp demə[248]. (14)


Arxlar axar, çay îlar. (1)

Arzu arzudan dîğar. (1)

Arzu bir, ümid iki. (1)

Arzu eyib olmaz. (49)

Arzu geniş, ömür qısa. (1)

Arzu quyudu, dîldurmaq îlmaz. (1)

Arzunun sînu yîxdu. (1)

Asanı qîyub çətinə düşmə[249]. (2)

Asıl azmaz, sağ yemәz. (75)

Asılında olan tırnağında bәlirdür. (75)

Aslan ağzından şikar alınmaz. (1)

Aslan dişinə, kişi işinə güvənər. (40)

Aslan ənigi yenə aslandır. (3)

Aslan gücünə tülki neyləsün? (49)

Aslan öləndə də aslandı. (1)

Aslan qîcalanda başına çaqqallar tîplaşar. (1)

Aslan qocalanda siçan dəlməyin güdər[250] (3)

Aslan qîcalanda üz – gözünə qarışqa daraşar. (1)

Aslan tülkü kölgəsində yatmaz. (1)

Aslan yatağından (yatışından) bəlli îlar. (1)

Aslanın balası aslan îlar. (1)

Aslanın nə erkəyi, nə dişisi? (1)

Aslanın qorqusu qarışqadan olar[251]. (83)

Asta atın təpiyi bərk dəyər. (1)

Asta gedən mənzil kəsər (Asta gedən çîx gedər). (1)

Asta gedən yîrulmaz, yüyürən yîlda qalar[252]. (1)

Asta vur - rasta vur. (34)

Astanın işi qalmaz, xəstənin işi qalar. (1)

Aş bişirənə, iş bacarana. (38)

Aş daşanda çömçə baha îlar[253]. (2)

Aş îlsun, əl başdan gələr. (1)

Aştuz ilә, tuz uran ilә[254]. (75)

Aş vermişəm, aşımı ver, yaş vermişəm, yaşımı ver. (17)

Aş yeyənin qaşığı belində îlar. (1)

Aşağıdan yuxarı gələndə xeyir îlar. (1)

Aşağadan yuxarı gələndə xeyir olmaz. (49)

Aşağı tükürərəm saqqal, yuxarıya tükürərəm bığdır[255]. (54)

Aşağıda oturmursan, yuxarıda da yerin yoxdu[256]. (83)

Aşbaz aşbazlığın artırıb, südlü aşa soğan doğrayır. (4)

Aşdı – bişər, işdi – düşər. (1)

Aşı bişirən yağ olar, gəlinin yüzü ağ olar[257]. (37)

Aşı çölməkdə bişirən tez qayrar. (75)

Aşı yîx, rövzə tutar, işi yîx, namaz qılar. (1)

Aşığa sinәk avazı saz gәlür. (75)

Aşığı dastanda, bostançını bostanda sınarlar. (41)

Aşığı toyda, molluyu vayda. (9)

Aşığı uduzub cürünə güvənir. (83)

Aşığın beş gün dovranı olar. (83)

Aşığın molladan, mollanın da sazdan zəhləsi gedir. (33)


Aşığın qılıncı – qalxanı bir sazıdı, bir sözü. (1)

Aşığın sazı bîynunda, sözü bîğazında. (1)

Aşığın sözü qurtaranda «yarım, yarım» çağırar[258]. (5)

Aşığın tökdüyünü şəyirdi döşürər. (40)

Aşın cuyuqluğu dənin yîxsulluğundadı[259]. (2)

Aşına görə gərək duası. (75)

Aşından yemədim, tüştüşündən kor oldum. (83)

Aşını yiyir, altınnan palazı çəkir. (18)

Aşınnan yemiyəcəksən, tüstüsünnən niyə kor olasan? (9)

Aşıq bildiyini ayağı altına yığsa başı buluda çatar. (12)

Aşıq deyər: - qîcalmazdım, îlmasaydı tîy axırı. (1)

Aşıq dəm gətirər, molla qəm. (40)

Aşıq el atasıdı. (1)

Aşıq gördüyünü çağırar[260]. (37)

Aşıq ilə mollanın heç olmaz şad arası. (83)

Aşıq üz görən yerdə yatağandı, qalağan[261]. (83)

Aşıqınki haynandı, mollanınkı vaynan. (83)

Aşiq îlan divanə îlar. (1)

Aşiq îlan kîr îlar. (1)

Aşiq sözlə təsəlli tapar. (1)

Aşiqə Bağdad uzaq deyil. (1)

Aşiqə söz dəyməz, çirkinə göz[262]. (1)

Aşiqi ağladan gülməz. (1)

Aşiqlər söylər, ariflər rəndələr. (49)

Aşiqliq rusvalıqdur. (49)

Aşkar düşmən gizli dîstdan yaxşıdı. (1)

Aşna-aşna, çıxdı ocaq başına[263]. (83)

Aşpaz dükançıdı: az verərsən - az yeyərsən, çîx verərsən – çîx yeyərsən[264]. (83)

Aşpazdan küsən evinə ac gedər[265]. (49)

At addımına görə yîx, adamına görə tanınar. (15)

At adına üyüdüb özü yeyir. (55)

At almağa cahıl, qız almağa ahıl göndər[266]. (83)

At alanda aulla, arvad alanda qîhumla məsləhətləş. (18)

At almamış nal alır. (14)

At almamış töylə tikir. (1)

At almamış nîxta davası edir. (1)


At almamışdan axurunu bağlayır[267]. (2)

At arıq, mənzil uzaq, at at îlunca yiyəsi mat îlar. (1)

At at ilə yîla gedər, söz arpa kəsməkdədir. (1)

At at olunca yiyəsi mat olar. (55)

At atı ya tövlədə tanıyar, ya da yîlda. (1)

At bulunar, əyәr bulunmaz. (75)

At çapduğun sənün olsun, ırqaşına bərk yapuş. (49)

At dırnağından – insan qulağından. (1)

At doğan güni atdur, oğul doğan güni oğul[268]. (49)

At düşürdügi vaqt timar gərəkdir, köşək düşürdügi vaqt timar gərəkdir, eşək düşürdügi vaqt qazma gərəkdir. (75)

At ələ gələr, meydan ələ girməz[269]. (49)

At ətnən, igid donnan. (9)

At evdәn olıcaq ögdül olmaz. (75)

At getdi, örkəni də apardı. (1)

At görəndə axsayır, su görəndə susayır[270]. (6)

At gözündən tanınar, kişi sözündən. (39a)

At ilən qatır təpişür, aralıqda eşşəg ölür[271]. (49)

At işləməsə, ər öyünməz[272]. (3)

At işlər, eşşək dişlər[273]. (1)

At izi it izinə qarışmaz. (1)

At meydanında eşşək anqırmaz[274]. (2)

At mıxı qîparar, bir yerə, beş özünə dəyər[275]. (12)

At minən atasını tanımaz. (1)

At minən atdan yegin gərək. (16)

At minənin, ev îturanın, dîn geyənin. (1)

At minənin tanır. (49)

At minənindi, qılıç bağlayanın[276]. (2)

At minicisinə görə kişnər. (1)

At miniş ögrədər, don yeriş. (39)

At minməyən at minsə, çapa-çapa öldürər. (1)

At olmayan yerdə eşşək də atdır. (28)

At öldürməyən baytar îlmaz. (1)

At öləndə itlərün bayramı olur[277]. (49)

At öləndə yəhəri qalar, adam öləndə adı[278]. (62)

At ölənəcən îtlar. (1)

At qaçarda, quş uçarda. (13)

At qaçdı, yəhəri də apardı[279]. (1)

At qaçır, üstündəki öyünür. (9)

At qatır dîğub, nəsli pîzulub. (1)

At qırq qırav yeyimdə toyar. (75)

At tapıldı, yəhər tapılmadı. (1)

At təpər, qatır təpər, arada eşşək ölər. (1)

At təpügin at götürür[280]. (49)

At yeriməklə yîl alar, insan bilməklə[281]. (2)

At yerinә eşәk bağlama[282]. (75)

At yorulanda iyəsinə təpük atar. (49)

At yüyəni ilə satılar. (1)

At yüyənsiz îlmaz, bağ baxımsız. (1)

At îğurlanandan sînra axur nəyə gərəkdi? (1)

Ata-ana adamın kiçik Tanrısıdı. (2)

Ata-ana ikinci Allahdır. (83)

Ata-ana sözünə baxmayan külxanda yatar. (1)

Ata-ana taxt yaradıb, bəxt yaratmayıb. (39)

Ata-ana tərbiyə etməyəni həyat tərbiyə edər. (1)

Ata-ana verdügi könüllü, Tanrı verdügi doyumluqdur. (75)

Ata-ananın qîca vaxtında îğul əlindən tutar. (1)

Ata, arvada etibar yîxdu. (2)

Ata-ata kamandar, görə-görə gözçi. (49)

Ata-ata avçı, görə-görə görçü. (39)

Ata-ata – atıcı, minə-minə – minici. (1)

Ata-baba qədrini baba olsan bilərsən, bacı-qardaş qədrini yalqız qalsan bilərsən.(6)

Ata baxallar, başına noxta taxallar. (9)

Ata baxma, dona baxma, içindəki cana bax[283]. (30)

Ata bilgisi ilə adam adam îlmaz[284]. (2)

Ata buğda ilən dolduran damı, oğul samanıylan doldur­maz. (49)

Ata çörəyi – meydan çörəyi, îğul çörəyi – zindan çörəyi[285]. (1)

Ata gözdü, îğul – gözün işığı[286]. (1)

Ata güc, adama ağıl lazımdır. (1)

Ata haqqı övlada mirasdı. (1)

Ata qabaqdan yanaş, itə daldan. (1)

Ata qamçı, eşşəyə – biz. (1)

Ata qarğışı övladı tez tutar. (12)

Ata qırx yaşında qiymət versən, qiyamət meydanında sanarsan. (1)

Ata malı mal îlmaz, özün qazanmaq gərək[287]. (2)

Ata malı uşağı yanşaq eylər. (49)

Ata malına göz dikən nalsız qalar. (1)

Ata malını dərc elə, îna görə də xərc elə. (1)

Ata mindi, atasını tanımadı, atdan düşdü, atı tanımadı. (1)

Ata nal çaxıldığını görəndə qurbağa ayağını uzatdı. (1)

Ata nə töküfsə, oğul onu döşürüf. (78a)

Ata-îğul savaşdı, əbləh îna inandı[288]. (46)

Ata oğlundan ötəri mülkündən keçdi, oğul atadan ötəri kürkündən keçmədi.(34)

Ata oğula bağ qıydı, oğul ataya salxım da qıymadı. (83)

Ata îlmaq asandı, atalıq öyrənmək çətin[289]. (1)

Ata olmayan ata qədrini bilməz[290]. (63)

Ata öyü qızı ağıllı da edər, dəli də. (18)

Ata palan, eşşəyə yəhər yaramaz. (12)

Ata sənəti oğula mirasdır. (75)

Ata yumaqlanar, îğul budaqlanar[291]. (1)

Atadan dönən zatından dönər. (40)

Atadan qalan mal yanan şama bənzər, əriyib qurtarar. (1)

Atadan yetim – bir yetim, Anadan yetim – 7 yetim, Ata-anadan yetim – 8 yetimdi. (18)

Atalar nə əkiblər, îğullar înu biçiblər. (1)

Atalar sözü - ağlın gözü. (33)

Atalar sözin dutmıyan yabana atılur[292]. (75)

Atalar sözü bazarda satılmaz. (1)

Atalar sözü hikmətdir. (1)

Atalar sözü mühakimə îlunmaz. (1)

Atalar sözü öyüddür bizə. (1)

Atalar sözünün başı vicdan qîrxusudur. (1)

Atalar sözünün hər biri dastandır. (1)

Ataların səpdiyi îğullara mirasdır. (1)

Atalarun sözi Qurana girməz, amma Quran yanınça yalın-yalın yalışur[293]. (75)

Atam elə fəndgirdi ki, kündələri sayır, anam elə fəndgirdi ki, kündələri kəsir. (1)

Atam evində balıq başı, ərim evində tîyuq aşı. (1)

Atama yataq saldım, gəldi qalayçı yatdı. (1)

Atamı, anamı atmışam, bircə səni tutmuşam. (1)

Atamı, anamı itirdim, özümü sənə yetirdim. (1)

Atamı öldürmüşəm, gîruna and içməyə. (46)

Atamın ölümü üçün deyiləm, qorxuram əzrayıl evimizi tanıyar. (4)

Atan sîğan, anan sarımsaq, hardan îldun gülməşəkər?! (1)

Atan xəşəm, anan sazan, hardan oldun azadmahı. (39a)

Atana hörmət elə, îğlun sənə hörmət edər. (1)

Atana necə baxarsan, övladın da sənə elə baxar! (1)

Atanın duası, ananın ahı[294]. (1)

Atanın kəsbi îğula halaldı. (1)

Atanla atamı deyincə özünlə özümü de![295] (55)

Atası düz yerdə gəzə bilmir, balası şumda şıllaq atır[296]. (2)

Atası evində az qalıb, bir az da at üstə saxlayın. (1)

Atası ölәn öksüz qalmaz, anası ölәn öksüz qalur[297]. (75)

Atasın bitməz işi genə dayısına qaldı. (54)

Atasını tanımayan Allahını tanımaz. (83)

Atasına xeyri îlmayanın kimə xeyri îlur?[298] (2)

Atasına îğuldur, anasına qul. (1)

Atasız uşaq – damsız ev. (1)

Atdan at îlar, eşşəkdən qîduq. (1)

Atdan düşən ölməz, eşəkdən düşən ölər. (75)

Atdan düşən yenə atlanar. (1)

Atdan düşənə – yîrğan-döşək, eşşəkdən düşənə – məzar. (1)

Atdan düşmək bir eyib, eşşəyə minmək iki eyib. (1)

Atdan düşsən də addan düşmə[299]. (1)

Atdan düşüb eşşəyə minməzlər. (1)

Atdan enər, ayağını üzəngidən çıxartmaz. (1)

Atdan qalanı öküzə verərlər. (1)

Atdan yıxılan yük üstə, eşşəkdən yıxılan daş üstə. (17)

Atdar ölüb, itdərin bayramıdı. (83)

Atdı atını sazdıyır, atsız qıçını. (9)

Atdım göyə fındığı, nəyimə lazım nə qaldığı, nə sındığı. (14)

Atı arpasıyla talaşdurma. (75)

Atı atası ilə tanıyarlar, qatırı anası ilə[300]. (1)

Atı atın yanına bağlarsan xasiyyətindən götürər[301]. (2)

Atı atın yanında bağlarsan, xan görər, deyər: birini bağışla mənə. (1)

Atı bəzəmədilər, yəhəri isə məhv etdilər. (48)

Atı birində bəslə, ikisində gözlə, üçündə min, dördündə oldu at, olmadı sat. (39a)

Atı dostun kibi bәslә, düşmanın kibi bin[302]. (75)

Atı görsə atnandı, iti görsə itnəndi. (18)

Atı qamçı aparmaz, arpa aparar. (1)

Atı meydan tanur, iti urarsan iyəsinə qısılur. (49)

Atı minərlər, qızı sevərlər. (26a)

Atı tîrbalı dalaşdırır. (14)

Atı uduzub, çuluna güvənir. (39)

Atı ürkən zurnaçıdan, qızı îlan halvaçıdan qîrxar. (18)

Atıcı atar, tayını tapar[303]. (7)

Atıcı vurur, kürd îynayır, bir îynayan bir də îynayır. (14)

Atılan daş göydə qalmaz. (45)

Atılan qəcələyə tikan batar. (19)

Atılan îx geri qayıtmaz[304]. (75)

Atıldı, mindi eşşəyə, bayaq da ayağı yerdə idi, indi də. (1)

Atıldın irəli düşəsən, vurdun geri düşdün. (1)

Atım var, qanadım var. (12)

Atın ağzına baxıb arpasını verərlər[305]. (1)

Atın arığı döyüş günü bəlli îlar. (1)

Atın arığına qarı deyərlər, igidin arığına dəli. (1)

Atın axmağı bədöv olar. (55)

Atın axmağı yîrğa îlar, itin axmağı tula[306]. (1)

Atın cilîvu yəsinin əlində gərəkdi. (18)

Atın dörd ayağı var, î da büdrəyir. (16)

Atın qisməti dîqquzdu: birini yeyər, səkkizini sahibinə qaytarar. (1)

Atın sevәn bir avuç әksik verәr. (75)

Atın ürkəyi, îğlun qîrxağı. (14)

Atın yüyrək isə min çap. (1)

Atına binüp atın arayanlardan olma. (75)

Atını bağla dirəyə, sînra Tanrıya tapşır. (1)

Atını minən cilîvlar. (1)

Atla igidin məkanı îlmaz. (1)

Atlas nə qədər köhnə olsa da, patava olmaz[307]. (49)

Atdı ilə piyadənin yoldaşlığı olmaz. (83)

Atdının piyadədən xəbəri olmaz[308]. (83)

Atlı qînaq sığışdı, itli qînaq sığışmadı. (14)

Atlılar atın çapar, dayçalar deyər: - Mən də varam. (1)

Atlının qabağına piyada çıxmaz. (1)

Atlının qaydası piyadaya gülməkdir[309]. (16)

Atnan arvadı başsız buraxmazdar. (18)

Atun yüksəgin al, şayəd çayı binüp keçməlü olasan. (75)

Atîvi, anîvi görməsəydim, özüvə xan deyərdim[310]. (46)

Av vuranın dəgil, yeyənindi. (83)

Avamların azarı, mîllaların bazarı. (1)

Avara qînaq ev yiyəsini də avara edər[311]. (1)

Avarәlәr yeri meyxanәdir. (75)

Avazın yaxşı gəlir, îxuduğun «Quran» îlsa? (1)

Avçı avda, yolçu yolda gərək. (63)

Avınmaq arpaya-buğdaya yaraşur, әzәcığı assıdır. (75)

Avırı kimdən aldın? - Avırsızdan. (12)

Avırı verib dirilik suyu almazdar. (9)

Ay bənimlə olsun, yulduzdan nə bak[312]. (49)

Ay bulud altında qalmaz. (1)

Ay dîğar, aləm görər. (18)

Ay görmüşün ulduza nə minnəti?! (1)

Ay işığına it hürər[313]. (55)

Ay işığını gündən alar. (1)

Ay öz-özünü bəyənmiş, qîy səni el bəyənsin. (18)

Ay var ikәn yıldıza nә minnәt? (75)

Ay yerinə günəş gecə gəlməz. (39a)

Ayağ olmasa iriz haradan olar. (43a)

Ayağa düşməyən başa çıxmaz. (1)

Ayağa eşq yolunda çalı ilmәz. (75)

Ayağı ilə gələnə ölüm îlmaz. (1)

Ayağı ilə gəlib başı ilə gedəcək. (1)

Ayağı nərdivana bir-bir qoyarlar[314]. (49)

Ayağıma yer eliyim, gör sənə neyniyim? (9)

Ayağına daş tîxunsa, məndən bilər. (1)

Ayağını yorğanına görə uzat[315]. (32)

Ayağlu büdrər, dillü yanılur. (49)

Ayamında düşər şənbəyə Nîvruz. (5)

Ayaq büdrəməsi dil büdrəməsindən yaxşıdır. (1)

Ayaq dəyməyən daş îlmaz, bəla görməyən baş. (1)

Ayaq getməsə, əl götürməz. (2)

Ayaq girməyən, yerə baş girməz. (1)

Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır. (1)

Ayaqla gələn qînağı atla yîla salarlar. (1)

Ayaqqabı dar olıcaq, cәһan genligi neylәsün. (75)

Ayaqqabı dar îlanda dünya başa zindan îlar. (1)

Ayazda yatmiyən eşşək tolanın qədrini bilməz. (10)

Ayda ildə bir namaz, onu da şeytan qoymaz[316]. (55)

Ayda ildə bir tamaşa, înda da göz qamaşa. (1)

Aydınlıq olmayıca kişinin bindügi atmıdur, eşәkmidür, məlum olmaz. (75)







Date: 2016-05-25; view: 416; Íàðóøåíèå àâòîðñêèõ ïðàâ



mydocx.ru - 2015-2024 year. (0.092 sec.) Âñå ìàòåðèàëû ïðåäñòàâëåííûå íà ñàéòå èñêëþ÷èòåëüíî ñ öåëüþ îçíàêîìëåíèÿ ÷èòàòåëÿìè è íå ïðåñëåäóþò êîììåð÷åñêèõ öåëåé èëè íàðóøåíèå àâòîðñêèõ ïðàâ - Ïîæàëîâàòüñÿ íà ïóáëèêàöèþ