Ãëàâíàÿ Ñëó÷àéíàÿ ñòðàíèöà


Ïîëåçíîå:

Êàê ñäåëàòü ðàçãîâîð ïîëåçíûì è ïðèÿòíûì Êàê ñäåëàòü îáúåìíóþ çâåçäó ñâîèìè ðóêàìè Êàê ñäåëàòü òî, ÷òî äåëàòü íå õî÷åòñÿ? Êàê ñäåëàòü ïîãðåìóøêó Êàê ñäåëàòü òàê ÷òîáû æåíùèíû ñàìè çíàêîìèëèñü ñ âàìè Êàê ñäåëàòü èäåþ êîììåð÷åñêîé Êàê ñäåëàòü õîðîøóþ ðàñòÿæêó íîã? Êàê ñäåëàòü íàø ðàçóì çäîðîâûì? Êàê ñäåëàòü, ÷òîáû ëþäè îáìàíûâàëè ìåíüøå Âîïðîñ 4. Êàê ñäåëàòü òàê, ÷òîáû âàñ óâàæàëè è öåíèëè? Êàê ñäåëàòü ëó÷øå ñåáå è äðóãèì ëþäÿì Êàê ñäåëàòü ñâèäàíèå èíòåðåñíûì?


Êàòåãîðèè:

ÀðõèòåêòóðàÀñòðîíîìèÿÁèîëîãèÿÃåîãðàôèÿÃåîëîãèÿÈíôîðìàòèêàÈñêóññòâîÈñòîðèÿÊóëèíàðèÿÊóëüòóðàÌàðêåòèíãÌàòåìàòèêàÌåäèöèíàÌåíåäæìåíòÎõðàíà òðóäàÏðàâîÏðîèçâîäñòâîÏñèõîëîãèÿÐåëèãèÿÑîöèîëîãèÿÑïîðòÒåõíèêàÔèçèêàÔèëîñîôèÿÕèìèÿÝêîëîãèÿÝêîíîìèêàÝëåêòðîíèêà






MİLLİ PAREMİOLOJİ FONDUN





ATALAR

SÖZLƏRİ

 

BAKI - 2013


 

LAYİHƏ RƏHBƏRİ: Muxtar KAZIMOĞLU (İMANOV)

filologiya üzrə elmlər doktoru

 

Tərtib edəni və

Ouml;n sözün müəllifi: MƏTANƏT YAQUBQIZI

filologiya üzrə fəlsəfə doktoru

 
 
İSRAFİL ABBASLI filologiya üzrə elmlər doktoru, professor


Redaktoru:

 

 

Rəyçilər: Seyfəddin RZAYEV

filologiya üzrə elmlər doktoru,

RZA XƏLİL

filologiya üzrə fəlsəfə doktoru,

AFAQ XÜRRƏMQIZI

filologiya üzrə fəlsəfə doktoru

Atalar sözləri. Bakı, “Nurlan”, 2013, 476 səh.

folklorinstitutu.com

A 3202050000 Ãðèôëè íÿøð

098 - 2013

 

© Ôîëêëîð Èíñòèòóòó, 2013


MİLLİ PAREMİOLOJİ FONDUN

YENİ TƏQDİMAT SƏVİYYƏSİ

 

Atalar sözləri zamanından, məkanından, etnik mənsubiy­yə­­tin­dən asılı olmayaraq, bütün dünya xalqlarının folklor yara­dıcı­lı­ğının ayrılmaz tərkib hissəsidir. Ümumiyyətlə, dünyanın is­tisna­sız olaraq heç bir xalqının etnokosmik düşüncə sistemini ata­lar söz­­lərindən qıraqda və ümumən atalar sözləri olmadan bir bütöv halında təsəvvür etmək mümkün deyildir. Bu cəhət atalar sözlə­ri­nin ümumən milli poetik düşüncənin, milli ictimai şüur və psixo­logiyanın mühüm struktur hadisəsi olduğunu göstərməklə yanaşı, ona münasibətdə biz keçmiş postsovet ölkələri alimləri­nin baxış­la­rının da bütöv olmadığını ortaya qoyur. Atalar söz­lərinin bütün janr mahiyyəti və ümumən semantik təbiəti folk­lora yalnız şifahi ədəbiyyat paradiqmasında yanaşmış sovet keç­mişindən qalma ənə­nə olaraq bu gün də sırf bədii janr kimi töv­sif olunur. Halbuki atalar sözlərinin sözlü folklor kimi bədii funk­siyası onun milli mədəniyyət sistemində yerinə yetirdiyi funk­­siyanın yalnız formal tərəfini, qılafını, cildini, şəklini ifadə edir. Atalar sözləri istəni­lən etnik mədəniyyət tipində bütün zamanlar boyunca vahid və dəyişməz funksiya kimi kollektiv təcrübə və biliyin ötü­rülmə və yaşama vasitəsi olmaq və­zi­fəsini yerinə yetirmişdir. Onun poetik strukturunun bütün bədii keyfiyyətləri etnokosmik dü­­şüncənin şifahi kodunun özünəməx­susluğunu inikas edir. Bu ba­xımdan, atalar sözləri onları bədii­ləşdirən, estetikləşdirən, bə­dii-estetik funksiyasından qabaq onu kommunikativ-ideoloji ha­disə kimi şərtləndirmiş funksiyanın real­laşma vahididir. Belə bir funk­siyanın reallaşma rejimi toplu­mun düşüncəsinin əsasında mi­foloji düşüncə modelinin dayan­dığı kosmoloji çağ olmuşdur. Məhz kos­moloji çağda atalar söz­ləri toplumun ictimai-ideoloji, əx­laqi-id­ra­ki, ailə-məişət və s. qatlarının davranış modellərini özün­­də daşıyan və sakrallaşdıran mətnlər idi. Bu davranış model­lərinin etnik-mə­dəni sistem sə­viy­yəsində universallığı onlarda da­şı­nan, ötürülən informa­siya­nın bəşəriliyindən, kollektivin ümu­mi­ləşmiş təcrübə və bi­li­yin­dən gəlirdi. Hər bir etnosun təcrübəsi kol­lektiv yaddaşda ümu­mi­ləşir. Ənənənin şifahiliyi prinsipi ilə quru­lan və işləyən kol­lek­tiv yaddaşın hər bir fərd tərəfindən mənimsə­nil­məsinin və ötü­­rülməsinin vasitələrindən biri də ata­lar sözləri idi.


Atalar sözlərinin Azərbaycan etnokosmik varlığında bütün zamanlarda oynadığı bu funksiya Oguz-İslam epoxasında “Ata­la­run sözü Qurana girməz, amma Quran yanınca yalın-yalın ya­lı­şur” ehkamı ilə milli düşüncədəki yerini daha da funksional­laş­dırır. Bu funksiyanın aktuallığı milli toplumun atalar sözlərində yaşayan milli davranış formullarına günlük ehtiyacı ilə təsdiq olunduğu kimi, zamanla çap olunan atalar sözləri topluları ilə də üzə çıxır. Müəyyən zaman ritmi ilə çap olunan atalar sözləri ki­tabları cəmiyyətin bu janra olan ehtiyacını ifadə edir. Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan folklorunun toplanması və re­gio­nal strukturunun tədqiqinə öz qiymətli töhfələrini vermiş folk­­­­lorşünas Mətanət xanım Abdullayevanın tərtib edərək oxu­cuların ixtiyarına verdiyi bu atalar sözü toplusu da istisna ol­ma­yıb, bu janrın milli düşüncə sistemi üçün aktuallığını nəzəri və praktiki planda bir daha təsdiq edir.

Atalar sözlərinin toplanması ilə bir çox görkəmli Azərbay­can folklorşünasları məşğul olmuş, hətta bunların içərisində Əbül­qasım Hüseynzadə kimi bütün ömrünü atalar sözlərinə həsr etmiş folklorşünaslar da olmuş və nəticədə bu janrın sanballı mil­li mətn korpusu yaranmışdır. Qeyd edək ki, həmin mətn kor­pusunun yaranmasında özünün davam etməkdə olan toplayıcılıq fəaliyyəti ilə M.Abdullayeva da iştirak etməkdədir. Bu cəhətdən, oxuculara təqdim olunan bu yeni kitab akademik standartlı nəşr kimi, atalar sözlərinin mövcud milli mətn korpusuna istinad et­məklə onun yeni tərtib-təqdimat üsulunu özündə gerçəkləşdirir.


Bu kitab bir çox xüsusiyyətləri ilə diqqəti cəlb edir. Toplu haqqında ilk olaraq onu demək olar ki, burada Azərbaycan atalar sözlərinin mövcud fondu, demək olar ki, bütövlükdə əhatə olun­muşdur. Azərbaycan folklorşünaslıq elminin üç əsr (XIX-XXI) çərçivəsində gerçəkləşmiş paremioloji fəaliyyət təcrübəsi özü­nün həm praktiki (toplama), həm də nəzəri (tədqiqat) ənənələri ilə kitabda əks olunmuşdur. Belə ki, M.Abdullayeva bu janrın milli folklorşünaslıqdakı tərtib-nəşr ənənələrinin bütün müsbət nəticələrini tətbiq etməyə çalışmışdır. Digər tərəfdən, tərtibçi artıq zəngin biblioqrafiya halına gəlmiş Azərbaycan atalar sözü fondunu bu yeni nəşrdə dolğun şəkildə əhatə etməyə çalışmışdır. Bu isə heç də asan olmayan işdir. Belə ki, keçən müddət ərzində çoxlu sayda atalar sözü nümunəsi çap olunmuşdur. Bu mətn fondunun yaradılması tarixi proses olmuş, fərqli epoxalardan keçmişdir. Belə ki, XIX əsrin ikinci yarısından toplanılan atalar sözləri həmin dövr rus folklorşünaslığının təcrübi ənənələrinə istinad etməklə, demək olar ki, dövrün qabaqcıl beynəlxalq ənənəsini inikas edirdi. Həmin çağda atalar sözlərini toplamış ziyalılar üçün bu janr bütün hallarda milli mədəniyyətin və milli düşüncənin mühüm tərkib hissəsi idi. Lakin XX əsr sovet epo­xasında bu janra münasibət dəyişdi. O, ilk növbədə milli əsas­larından məhrum edildi. Sovet ideoloqları çox yaxşı bilirdilər ki, hər bir xalqın atalar sözləri həmin xalqın mənsub olduğu etno­sun bütün etnokosmik kimlik sxemləri və davranış formullarını özündə yaşadır. Atalar sözlərini bu statusda toplamaq və çap et­mək rus-slavyan kimliyindən başqa bütün başqa kimliklərə düş­məncəsinə yanaşan sovet ideoloqlarının düşüncəsinə zidd idi. Ona gərə də onlar bütöv folklor mətnlərinə münasibətdə olduğu kimi, atalar sözlərinin də çapına ciddi ideoloji çərçivə qoymuş­dular. Bu çərçivədən qırağa çıxmaq, digər qəliblərdən istifadə etmək folklorşünaslara həyatı bahasına başa gəlirdi. Bundan do­layı milli kimliyi, Azərbaycan xalqının etnokosmik stereotip­lə­rini, o cümlədən dini-milli stereotipləri özündə yaşadan atalar söz­ləri birmənalı şəkildə çıxdaş edilir, kənara atılır, hətta za­manla “Allahsız yerdə otur, amma böyüksüz yerdə oturma”, “Al­­lah yıxan evi qızlar tikər” kimi saxta mətnlər də yaradılırdı. Bu, biz nəsil folklorşünasların da içindən keçdiyi XX əsr sovet folklorşünaslığının öz reallığıdır. Bu reallığı özündə əks etdirən “70 illik” təcrübə ilə işləmək hər bir tədqiqatçıdan, o cümlədən artıq öz sahəsi üzrə sanballı mütəxəssis olan M.Abdullayevadan böyük səriştə və peşəkarlıq tələb edirdi. Toplunu nəzərdən keçir­dikcə göstərilən keyfiyyətləri hər bir səhifədə müşahidə etmə­mək, görməmək olmur.


Düşünürük ki, kitabda tətbiq olunmuş tarixi sinxronlaş­dırma üsulu da bəhs etdiyimiz amil və keyfiyyətlərdən irəli gə­lir. Bu üsulun milli folklorşünaslığımızda məqsədli tətbiqinə, de­mək olar ki, rast gəlinmir: spontan təcrübələri var. M.Abdulla­ye­va isə bu topluda sözü gedən metoddan məqsədli şəkildə istifadə etmişdir. Düşünürük ki, kitabın əsas məziyyətlərindən biri kimi, həmin üsula toxunmaq yerinə düşər.

Bilirik ki, atalar sözləri epoxal xarakterli janrdır. Hər döv­rün atalar sözlərində öz zamanının fiziki və mənəvi təcrübəsi öz əksini tapır. Bu zaman əski olanla yeni olanın münasibəti atalar sözü janrının poetik struktur özünəməxsusluğu çərçivəsində reallaşır. “Yeni olan” yeni zamanın təcrübəsində meydana çıxan məzmun hadisəsi kimi “köhnənin” qəlibinə – formasına oturur. Hər bir xalqın dili məhdud və məlum sayda səs-əlifba qəliblə­ri­nə oturduğu və bütün leksik baza bu məhdud-məlum fonem qəliblərinin kombinasiyası olaraq yarandığı kimi, etnosun bütün mənəvi və fiziki təcrübəsi də atalar sözlərinin məlum və məhdud sayda olan qəliblərinə oturur. Etnik stereotiplər məzmunca dəyi­şə bilir, lakin onların struktur sxemləri sabit qalır. Bu cəhətdən bir etnosun müxtəlif zamanlarda meydana çıxan atalar sözləri məzmunca bir-birini inkar edə bilər, lakin bu halda onların for­mal struktur qəlibi yenə də eyni olaraq qalır. Məsələn, atəş­pə­rəst­lik ideologiyasının paremiləri islam ideologiyasında qəbul olun­mur, ziddiyyətə girir. Lakin məzmunca zidd olan paremilər eyni qəlibdə təqdim olunur. Yəni məzmun qatında bir ideoloji vahidi (Avesta mənşəli obrazı) zidd ideoloji vahid (islami obraz) əvəz edə bilər, lakin formal poetik strukturda heç bir əvəzlənmə baş vermir. Eləcə də atalar sözlərində Tanrı-Allah paralelizmini və əvəzlənməsini yada salaq. Bu cəhətdən M.Abdullayeva cəsa­rətli bir addım ataraq fərqli epoxaların atalar sözlərini bir top­luda təqdim etmişdir. Burada cəsarət amili toplunun fərqli oxucu səviyyələrində yarada biləcəyi fərqli reaksiyalarla bağlıdır. Belə ki, müxtəlif dövrlərin bir-birini inkar edən atalar sözləri təəccüb, çaşqınlıq yarada bilər. Lakin bu cəhət mütəxəssisə tarixi-müqa­yisəli yanaşma üçün qiymətli material verir. Bu da öz növbə­sin­də toplunun akademik statusunu ortaya qoymaqla onun elmi əhə­miyyəti nümayiş etdirir.

Bu kitab elmi nəşrin standartları əsasında hazırlanmışdır. İstifadə olunmuş bütün qaynaq və ədəbiyyatlar göstərilmiş, müa­sir olmayan leksika və dialekt vahidlərini əhatə edən lüğət verilmişdir. M.Abdullayeva kitaba məzmunlu müqəddimə yaz­mış, burada kitabda tətbiq olunmuş bütün paremioloji norma və prinsiplər şərh olunmuşdur.

Elə hesab edirik ki, 90-a yaxın qaynaq üzərində illərin zəh­mətini əhatə edən bu kitab elmimizdə öz sözünü deyəcək, həm mütəxəssislər, həm də atalar sözünün tükənməz hikmətinin vur­ğunları üçün qiymətli hədiyyə olacaqdır.

 







Date: 2016-05-25; view: 408; Íàðóøåíèå àâòîðñêèõ ïðàâ



mydocx.ru - 2015-2024 year. (0.01 sec.) Âñå ìàòåðèàëû ïðåäñòàâëåííûå íà ñàéòå èñêëþ÷èòåëüíî ñ öåëüþ îçíàêîìëåíèÿ ÷èòàòåëÿìè è íå ïðåñëåäóþò êîììåð÷åñêèõ öåëåé èëè íàðóøåíèå àâòîðñêèõ ïðàâ - Ïîæàëîâàòüñÿ íà ïóáëèêàöèþ