Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 7 page





Cəhd eylə dost qazan, düşmən ocaq başındadır[549]. (44)

Cəhd ilən bir işdə bulun, sənlü də olır, sənsiz də. (49)

Cəhd çaruq yırtar, çomaq çorluya dəyər. (49)

Cəhənnəmə gedən özünə yoldaş axtarar. (1)

Cəhənnəmə gedən yoldaşını çox istər[550]. (83)

Cəhənnəmə gidən gələr, müştərinin gidəni gəlməz[551]. (83)

Cəhənnəmə girsə, üzü qızarmaz. (1)

Cəhənnəmin qapısın mal-döv­lət açar. (3)

Cəhrə əyirsən – don geyərsən. (1)

Cəmiri bir söyləyincə qolaylar, iki söylər. (75)

Cəmrinin oğlı on iki olur, ğəninin atı on iki olur. (75)

Cənnət də bu dünyadı, cəhənnəm də. (1)

Cənnət ələ girməsə, cəhənnəmə şükür. (49)

Cənnəti isdəmiyən olmaz, günahı qoysa. (18)

Cənnəti istəmədi, cəhənnəmə də getmədi, qaldı yolda sərgəndar. (18)

Cənnətin yazlığı, cəhənnəmin qışlığı[552]. (83)

Cərgədən qalan qotur olar[553]. (46)

Cəsarətdi hücum qələbənin yarsına bərabərdi. (18)

Cəsur olana çomaх da silahdı. (12)

Cəvahir cında içində olur[554]. (2)

Cəvahirin qiyməti var, amma sözün qiyməti yoxdur[555]. (2)

Cəvahirin qiymətini sərraf bilər, nə bilər hər divanə. (1)

Cəvaһirə kuf yapışmaz. (75)

Cəyil nə bilir, əhil nə çəkir?! (18)

Cəyillih uçan tərlandı, tutmax olmaz, əhillih köhnə çuldu, satmax olmaz. (18)

Cəyilliyə mal saxla, qocalığa can saxla. (18)

Cığala Tanrı verməz, versə də qarnı doymaz. (1)

Cır at getdiyi yolu görər, tuş at bərənin o üzünü görər. (9)

Cırcırama cırtdadı, ortasınnan partdadı. (18)

Cida ilə qulağa pambıq yeritmək olmaz. (1)

Cidanı cibdə gizlətmək olmaz. (83)

Cidanı çuvala qoymaq olmaz[556]. (49)

Cidanı oğurlayan yerin eylər[557]. (49)

Ciki mənim –biki mənim, alçı dursa –sənin bəxtinə. (1)

Cin ayrı, şeytan ayrı. (83)

Cin bismillahdan qorxar. (1)

Cinə börk tikər, şeytana –papış. (26)

Cins cinsə əsər eləməz[558]. (44)

Cins cinsinə meyl edər[559]. (55)

Cins madyan balasın döşündə saxlar. (1)

Cismin qidası –yemək, ruhun qidası –oxumaq. (1)

Civin boşsa, sözün keçməz. (12)

Civində ki, yüzdük var, kovxa yanında düzdük var. (9)

Comərd deməklə maldan etdilər, igid deməklə candan et­dilər. (1)

Comərd əli darluğa düşməsün, namərd mal yiyəsi olma­sun. (49)

Comərd əlin dutan namərddür. (49)

Comərd vergisini xeyirlidən, xeyirsizdən əsirgəməz. (1)

Comışdan qoruxçu olsa, qurddan çovan olar. (9)

Cöngə öküz olunca yiyəsi donquza dönər[560]. (83)

Culfa kəfənsiz ölər[561]. (2)

Cücə ağgünlü olsaydı, toyuq əmcəkli olardı. (1)

Cücə həmişə ində qalmaz. (49)

Cücə səbət altında qalmaz[562]. (83)

Cücəni güz sayarlar[563]. (49)

Cücəyə bəglik verdilər, anasın eşşəgə mindirdi[564]. (49)

Cümə günü, bazar, onu da yağış pozar. (1)

Cümə şənbədən uzundu. (1)

Cümə yağdı, şənbə açar. (79)

Cürətti şəhər alar, kəm cürət küncdə qalar. (83)

Cütçü yağış istər, yolçu quraqlıq. (1)

Cütə gedən öküz gözündən tanınır[565]. (54)

Cütə getməyən öküzü ətlik adına satarlar. (1)

Cütə gitməyən öküzün olsun, işə gitməyən oğlum[566]. (83)

Cüzvü küllüyə tabedi. (83)

 

Ç

Çabalamaq fayda verməz. (49)

Çağa yavrının ağzı böyük olur. (75)

Çağırram eldən ayıb, çağırmaram it itdi[567]. (83)

Çağırılan yerə ar eyləmə, çağırılmayan yeri dar eyləmə[568]. (55)

Çağırılmamış qonaq ev yiyəsinə yükdü. (12)

Çağırılmamış qonağı köpəklər qarşılar. (1)

Çağırılmamış qonaq süpürülməmiş yerdə oturar[569]. (1)

Çağlı gözəllər qarımaz. (75)

Çahar atdım, şeş gəldi, yenə fələk uddu məni[570]. (1)

Çaxır içən malın yeyir, bəng yeyən ağlın yeyir, tiryək ye­yən ömrün[571]. (49)

Çaxır içən mən, keflənən sən. (83)

Çaxır paxır açandı. (1)

Çaxırı iç şir böyrü yırtmağa, içmə qarğalar gözünü dəlsin. (1)

Çaxırı keçiyə versən, qurda dava dilər. (49)

Çaxırı lala versən, lal dil açar. (1)

Çaxırı töksən keçinin boğazına, varıb dağları aşar[572]. (83)

Çaxırı töksən siçanın boğazına, pişikdən pasport istər. (1)

Çaxmağını çax, papağımı tapım. (1)

Çaxmaq məndən, qov səndən. (1)

Çaxmaq olmayınca daş od verməz. (49)

Çaqqal ənigi qurd olmaz, əsli qurd gərək. (33)

Çaqqal gölündə toyuq qaqqıldar[573]. (83)

Çaqqal var göydən çıxarur, qurdun adı bədnamdur[574]. (49)

Çaqqaldan çox çarıq aparan olmaz, yenə ayaqları yalındı. (1)

Çaqqalın hayıfını baqqallar çıxır. (1)

Çaqqalın yuxusuna toyuq gələr. (1)

Çaqqalla toyuğun dostluğu ölümlə bitər. (18)

Çala-çala çalağan olar[575]. (49)

Çala-çala havaya düşüb. (1)

Çalağan göydə dolanar, cücənin ürəyi bulanar. (1)

Çalan olsun, oynayan tapılar. (1)

Çalğı olan yerdə, oynamaq da olar. (1)

Çalğı toyun yaraşığıdı. (1)

Çalışan əli bıçaq kəsməz. (1)

Çalışan qazanar. (1)

Çalışanı ac, tənbəli tox görən yoxdu. (1)

Çalışgilən dost qazan, düşman ocaq başındadı. (83)

Çalışqan atın boynu muncuqlu olar. (1)

Çalışqan dəvə zınqrovlu olar. (1)

Çalışqan hər nəyə əl vursa qızıl olar[576]. (68)

Çalışmaq başmaq yırtar. (49)

Çalışmaq təqdir qabağında iti səmərdür. (49)

Çalışmayan ac qalar. (1)

Çalma elin qapısını çaqçaqla, el qapını döyər toxmaqla. (33)

Çanağında bal olsun, arısı gələr Bağdaddan. (1)

Çanax başa girəndə, bil ki, hamam vaxtıdı. (1)

Çapalaq quş yuvasını kəndü bozar. (75)

Çapar yorğa olubdur, gördügin kor at degil. (49)

Çapqınçı olsan da insafı əldən vermə. (1)

Çapuk quş iki ayağından tutulur. (75)

Çarəsiz dərd olmaz. (1)

Çarəsiz dərdə loğman da acizdi. (1)

Çarığına baxma, ürəyinə bax. (1)

Çarığında əsirgəyən patavasında tapar[577]. (83)

Çarığını əsirgəməyən patavasın da qoyar üstünə. (34)

Çarıxlını mən bəyənmirəm, çəkməli məni bəyəmmir. (18)

Çarıхçını saymırlar, çəkməlini sayırlar. (14)

Çarıq çamursuz olmaz. (37)

Çarıq tapan dolağın da tapar. (1)

Çarşaf altında hamı arvad gözəldi[578]. (83)

Çarvadara yol göstərməzlər. (1)

Çaş biri iki görər[579]. (2)

Çatana çatır, çatmayana da daş atır. (12)

Çay aşağı axıtdım, çay yuxarı axtardım. (1)

Çay bir olar, çeşmə min. (1)

Çay da öz yatağını dəyişər. (12)

Çay daşı hamar olar. (12)

Çay daşırsa keçmə, dayan, su yatanı gözdə. (11)

Çay görməmiş ətəyini çır­ma­lama [580]. (3)

Çay həmişə qızıl alma gətirməz[581]. (9)

Çay quşu ayağından tutular. (1)

Çay quşu çay daşı ilə vurular. (1)

Çay quşu çay daşında yuva qurar. (12)

Çay yanında quyu qazımazlar. (1)

Çaya çat, sonra çırman[582]. (1)

Çaya çatmamış çarığını çıxardır. (83)

Çaya su gələnəcən qurbağanın canı çıxar. (34)

Çayır yeddi il leylək yuvasında qaldı, yerə düşdü, bitdi. (1)

Çeşmə ümman yaradar. (1)

Çeynə, tükür yoldaşdan qalma[583]. (75)

Çeynənən saqqız çürüyər[584]. (2)

Çəkən öküzün burnuna vurallar. (9)

Çəkilən zəhmət hədər getməz. (1)

Çəkişməyim dersən, ödənc aqça ver. (75)

Çəkişməyincə bərkişməz[585]. (49)

Çəkmə çəkə bilməzsən, bərkdir fələğin yayı. (77)

Çəkmə namərd minnətin, get səhrada dolan gəz. (1)

Çəkmə, çəkmə bu dərdi, çəkən bilər bu dərdi. (1)

Çəkməlidən çək bəri, çarıxlıdan töybəli. (18)

Çəkməyən nə bilir sevda dərdini?! (1)

Çənə yorulmasaydı, adam hey yeyərdi. (1)

Çəpərin gözü var, divarın qulağı. (11)

Çərçi başındakını satar. (33)

Çərçi kisəsindəkini sanar. (1)

Çərçi qızı munculu olar. (1)

Çərçinin ana-atası ayaqları altındadı. (1)

Çərçinin nəğməsi yox, nərəsi çox. (1)

Çərçinin xırda andı bir gün özünə qənim olur[586]. (2)

Çərxün gərdişündən qafil olmamaq gərək. (49)

Çətini ölənəcəndi. (1)

Çınqı balacadı, odu böyük. (12)

Çırağa bir qaç piy, yüz öpüşdən artuqdur. (49)

Çırağın başı kəsilməsə işıq verməz. (83)

Çırağın yağı çoq olicək yanmaz. (75)

Çıraq dibi qaranqu olur[587]. (75)

Çıraq dibinə işıq salmaz. (83)

Çırpının qurusu təndirdə, insanın qurusu həyatda yanar. (18)

Çıxan can geri gəlməz. (3)

Çıxar qız, çıkdan baxar[588]. (46)

Çıxmağun düşməgi var. (49)

Çıxmayan cana ümüd çoxdur[589]. (55)

Çıхan ay doğuşunnan bəllidi. (13)

Çıхan qan damarda durmaz[590]. (5)

Çibin mırdar degil, könül bulandırur[591]. (49)

Çibin qana yığışar[592]. (49)

Cibin şirinə yığılar. (83)

Çiçək çox olan yerdə arı da olar, bal da. (1)

Çig bişincə pişmiş həqqə irər. (75)

Çim sel önün dutmaz. (49)

Çinara nə qədər su versən, meyvə verməz. (1)

Çinardan tir olmaz, söyüddən pir, əzgildən badam, nadan­nan adam. (11)

Çiraqla küləyin nə dostluğu? (18)

Çirkaba daş atma, üstünə sıçrayar. (1)

Çirkin burada dur, gedim gözəl axtarım. (9)

Çirkin dövlətli qızını atası adına alarlar. (1)

Çirkin özün gizlədər, göyçək budala gəzər[593]. (54)

Çirkin yuyunmaqla gözəl olmaz. (1)

Çirkinə gözəl desən, quyruq bular, gözələ çirkin desən, dodaq yalar. (75)

Çirkinlik Allahdan, yüz yumamağın nədən? (83)

Çiy noxud ağızda islanmaz. (1)

Çiy süd əmənnən eylik gözdəmə[594]. (13)

Çiy süt içənin çiy ədası olar. (37)

Çoban ata bincək kəndüzini bəg sanur. (75)

Çoban çox olanda qoyunu qurd yeyər. (1)

Çoban dayağı ilə, gəlin duvağı ilə. (1)

Çoban itini, igid atını, axmax kişi arvadını tərifləyər. (11)

Çoban naharda savaşsa, şamda barışar. (16)

Çoban sovqatı suluqdur. (49)

Çobana vermə qızı, ya qoyun güddürər, ya quzu. (1)

Çobanı özündən olanın qoyunu dişi doğar[595]. (1)

Çobanın gedənə haıyfı gələr, qurdun qalana. (18)

Çobanın könli olsa erkəcdən peynir dutar[596]. (49)

Çobanın oynağanı ələ düşməz. (16)

Çobansız qoyunu qurd yeyər[597]. (1)

Çobansız sürü olmaz. (1)

Çobansız sürü yolu azar. (1)

Çox ağaclar kökündən doğranıb. (1)

Çox and içənin andına inanmazlar. (1)

Çox arpa atı çattadır. (1)

Çox bilən quş dimdiyindən tələyə düşər[598]. (1)

Çox bilən tez qocalar. (1)

Çox bilib, az danışmaq cavanın yaraşığıdı[599]. (45)

Çox bilirsən, az danış[600]. (2)

Çox çalışan çarıx yırtar, iş odu həqqə vara[601]. (83)

Çox danışmaq gümüş olsa, az danışmaq qızıldır. (77)

Çox doğrı var ki, yalan ondan yeydür. (49)

Çox əyilmə, baxallar, çox uzamma, asallar. (18)

Çoх gülməh asandı, çoх susmaх – çətin. (15)

Çoх qarışqa bir fili öldürər. (14)

Çoх qoyunu canavar yedi, bizi kimi yunu dağılan olmadı. (16)

Çox müşdərisi olan mətahın alıcısı olmaz. (18)

Çox ömür edən çox bilməz, çox oxuyan çox bilər. (51)

Çox söz var ki, iyəsinə düşməndür. (49)

Çox sövunma, sevincək olarsan. (83)

Çox söz yalansız, çox pul haramsız olmaz. (6)

Çox şirin olma ki, səni yaliyəllər, çox da acı olma ki, tulli­yəllər. (11)

Çox varlanmaq və çox danışmaq insanı məhv edər. (1)

Çox ver, az yalvar. (1)

Çox yalan danışan özünə də inammaz. (18)

Çox yatma, çox yatmaq zehni kütləşdirir. (38a)

Çox yemək adamı az yeməkdən qoyar[602]. (2)

Çoxdan çox olar, azdan az. (55)

Çoxu Allahdan istəmək gərək. (49)

Çoq aqçadan çoq dil yegdir. (75)

Çoq ətməgi öksüz ögünə qo. (75)

Çoq gəzən çoq görər. (75)

Çoq gülən çoq ağlar[603]. (75)

Çoq hürən it dutmaz. (83)

Çoq qoyundan çoq quzu olar. (83)

Çoq sevdügünə çoq varma. (75)

Çoq sevmə, usanırsan. (75)

Çoq söyləməkdə fayda olsaydı, qissəxon aydardı. (75)

Çoq söyləyən çoq yanılur[604]. (75)

Çoq söz Qurana yaraşır[605]. (75)

Çoq taş qaldıran ya yılana uğrar, ya çayana. (75)

Çoq yaşayan çoq bilməz, çoq gəzən çoq bilür[606]. (75)

Çoq yemək һeyvan sifətidür. (75)

Çolaq at seyidə nəzirdi. (1)

Çolaq ayağa daş dəyər. (1)

Çolaq koru görəndə öz halına şükür eylər. (1)

Çomağın iki başı var. (12)

Çomaq çürlənindi, qada birlənin. (2)

Çomaq uçmaqdan çıqmışdır. (75)

Çovan çomaqsız, qadın qılıхsız olmaz. (12)

Çovan var aparıb-gətirir, çoban var – otarıb gətirir! (15)

Çovur ocağa, bas bucağa. (83)

Çökən yurdun qədrini düşən yurdda bilərlər. (55)

Çölməgə verə-verə çıxar qazan bahası[607]. (2)

Çölmək çölməkə köti qara der. (75)

Çölmək-çölməyə qara dedi, sacayağ utanduğundan tənnü­rə. (49)

Çölmək dığırlanıb qapağın tapar[608]. (2)

Çölməkdə ət qalmadı, çuğundur baş qovzadı. (49)

Çölü aləmi yandırır içi özgəni. (37)

Çölün daşı, çölün quşı. (49)

Çömçə ilə içdin doymadın, yalamaqilə doyacaqsan? (83)

Çömçə quyruğuna yapışan yağlı yerindən yeyər. (83)

Çöp altda dəyirman tikir. (18)

Çör-çöplə yanan ocağın istisi olmaz. (12)

Çörəgin uzalduğı yegdir. (75)

Çörəh verdim yetimə, əl uzatdı ətimə. (18)

Çörək açanı qılıç açmaz[609]. (2)

Çörək alın təriylə qazanılır. (12)

Çörək basan ayağa düşər. (83)

Çörək xörəyin başıdı. (83)

Çörək itirən çörək tapmaz. (83)

Çörək Qurandan irəlidi. (14)

Çörək süfrənin şahıdır. (12)

Çörək tapmaz yeməgə, itinin adını «gümüş» qoyar. (83)

Çörək tapmaz yeməgə, turp axtarar gəgirməgə. (83)

Çörək verərsən, çörək verərlər, daş atsan, daş atarlar. (36)

Çörəyə qatsan, it yeməz, arpaya qatsan, at yeməz. (83)

Çörəyi bol olanın tüstüsü gür çıхar. (16)

Çörəyi çörəkçiyə ver, bir çörək də artıq ver[610]. (2)

Çörəyi tək yeyən yükünü özü çəkər. (6)

Çörəyin başı bismilla, ayağı əlhəmdülilla. (83)

Çörəyin dadı ağızdadı. (83)

Çörəyin dadını cütçü bilər. (6)

Çubuq yaş ikən əymək gərək. (49)

Çuvalın ağzını aşsan, divi görsənər. (9)

Çuvuх divi şirin olar. (12)

Çünki oldun dəyirmançı, çağır gəlsin dən haray[611]. (5)

Çürügün zora nə tabı?[612] (2)

Çürük baqlanın kor alıcısı olur. (75)

Çürük qoza qabığı neyləsin. (6)

Çürük taxta mıx götürməz. (6)

Çürüntü aşı qarun doyurmaz. (49)

 

D

Dabbaq xoşladığı dərini yerdən yerə vurar. (1)

Dad dadıycan, duz da dadıycan. (1)

Dadammışdan al, tamarzıya ver. (12)

Dadanan dayanmaz, yığdıqca da doymaz[613]. (1)

Dadanan qudurandan pis olar. (1)

Dadanandansa quduran yeg[614]. (49)

Dadananla quduranı saxlamaq olmaz. (1)

Dadanannan quduran bir olur[615]. (54)

Dadanıbsan dolmaya, bəlkə bir gün olmaya[616]. (2)

Dadlı dil ilanı yuvasından çıxardar. (74)

Dadlı söz dinlənər, dadsız söz əsnədər. (1)

Dadmaqdur, doymaq degil[617]. (49)

Dadmaqla mal tükənməz. (1)

Dadmamısan qaz ətini, nə biləsən ləzzətini? (1)

Dadsız şorbaya duz da kar eləməz. (1)

Dağ ağrı çəkdi, nə doğdu? – Siçan. (1)

Dağ başı duman olar. (1)

Dağ başı dumandan qurtarmaz, insan başı yamandan. (1)

Dağ başına qar yağar. (12)

Dağ başına qış gələr, insan başına – iş. (15)

Dağ başında xırman qurma, sovurarsan, yel aparar, sel yanında dəyirman qurma, üyüdərsən, sel aparar. (1)

Dağ bizim, ceyran bizim, ovçu burda nə axtarır? (1)

Dağ çiçəyindən ilan ağu çəkər, arı bal. (33)

Dağ da olsan dağa daldalan. (1)

Dağ dağa arxadı. (1)

Dağ dağa qovuşmaz, adam adama qovuşar[618]. (3)

Dağ dediyin ucalıqdı, ucalıq. (1)

Dağ gəlməsə, abdal gələr[619]. (83)

Dağ iti gəldi, bağ itini qovaladı. (1)

Dağ quşu dağda, bağ quşu bağda uyuşar. (33)

Dağ nə qədər uca olsa, üstündən yol aşar[620]. (49)

Dağ selinnən çay olmaz. (9)

Dağ səfasız olmaz, gözəl vəfasız. (1)

Dağ suları dağdan gələr. (1)

Dağ üstə maral gəzər. (1)

Dağ üstəki tısbağa çöldəki gomuşdan böyük görünər[621]. (83)

Dağ var təpəyə dirək. (9)

Dağ yıxılmasa dərə dolmaz. (1)

Dağa desən oğrudu, başını əgər[622]. (2)

Dağa duman gələndə sürü arхacda gərək. (16)

Dağa yağsa – çöl abadan, çölə də yağsa – çöl abadan. (1)

Dağarcıq çuvaldan böyük oldu[623]?! (1)

Dağarcuğluya növbət yoxdur. (49)

Dağarcuq ikməgi qarın doyurmaz. (49)

Dağda qurutdan, aranda tutdan olar. (9)

Dağdağannan dağ, börütgənnən bağ olmaz. (18)

Dağdan gələn dağa gedər. (1)

Dağdan gəlir dağ arabası, heç kim onu mindiyi yox, culfa toxur nazik bezi, heç kim onu geydiyi yox. (1)

Dağdan hey götürüb desən ki, «çoxdu», bir də görərsən ki, dağ özü yoxdu. (1)

Dağı daş bəzəyər, insanı baş. (12)

Dağı külək yeyər, insanı böhtan. (12)

Dağılan çanax dolmaz. (11)

Dağın dərdi də dağ boydadı[624]. (1)

Dağın varı qar, soyun varı davar. (40)

Dağın vüqarı, əlin qabarı. (18)

Date: 2016-05-25; view: 451; Нарушение авторских прав; Помощь в написании работы --> СЮДА...



mydocx.ru - 2015-2024 year. (0.007 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию