Ãëàâíàÿ Ñëó÷àéíàÿ ñòðàíèöà


Ïîëåçíîå:

Êàê ñäåëàòü ðàçãîâîð ïîëåçíûì è ïðèÿòíûì Êàê ñäåëàòü îáúåìíóþ çâåçäó ñâîèìè ðóêàìè Êàê ñäåëàòü òî, ÷òî äåëàòü íå õî÷åòñÿ? Êàê ñäåëàòü ïîãðåìóøêó Êàê ñäåëàòü òàê ÷òîáû æåíùèíû ñàìè çíàêîìèëèñü ñ âàìè Êàê ñäåëàòü èäåþ êîììåð÷åñêîé Êàê ñäåëàòü õîðîøóþ ðàñòÿæêó íîã? Êàê ñäåëàòü íàø ðàçóì çäîðîâûì? Êàê ñäåëàòü, ÷òîáû ëþäè îáìàíûâàëè ìåíüøå Âîïðîñ 4. Êàê ñäåëàòü òàê, ÷òîáû âàñ óâàæàëè è öåíèëè? Êàê ñäåëàòü ëó÷øå ñåáå è äðóãèì ëþäÿì Êàê ñäåëàòü ñâèäàíèå èíòåðåñíûì?


Êàòåãîðèè:

ÀðõèòåêòóðàÀñòðîíîìèÿÁèîëîãèÿÃåîãðàôèÿÃåîëîãèÿÈíôîðìàòèêàÈñêóññòâîÈñòîðèÿÊóëèíàðèÿÊóëüòóðàÌàðêåòèíãÌàòåìàòèêàÌåäèöèíàÌåíåäæìåíòÎõðàíà òðóäàÏðàâîÏðîèçâîäñòâîÏñèõîëîãèÿÐåëèãèÿÑîöèîëîãèÿÑïîðòÒåõíèêàÔèçèêàÔèëîñîôèÿÕèìèÿÝêîëîãèÿÝêîíîìèêàÝëåêòðîíèêà






Mətanət YAQUBQIZI 2 page





Ağrımaz baş qəbirdə îlar. (1)

Ağrıyan dişi çəkmək gərək. (49)

Ağsağ at qalur, yağır at səmirür, yürüyüşı tatlu olur. (75)

Ağsaqqal sözünü axıra saxlar. (1)

Ağsaqqalsız ev îlmaz, paccahsız ölkə. (15)

Ağzı əyrini boynunun ardınnan tanıyallar[151]. (9)

Ağzı əyrini təndirə saldılar, didi – odun höyüşdü. (52)

Ağzı əyrinin əyrisini qabur düzəldər. (18)

Ağzı əyriyə arpa çörəyi bəhanədi. (18)

Ağzı göyçəyin ağzına qaşığı ölçüsüz düzəldəllər. (18)

Ağzı göyçəyin üzü göyçək îlmaz. (18)

Ağzı yırtığın ağzına yamax tapılmaz. (18)

Ağzım nə yeyif ki, üzüm nə utana[152]. (9)

Ağzım yediyi aşı gözüm tanıyır. (9)

Ağzıma aş, qarnıma – daş. (1)

Ağzımı yandırmağa görə aş olaydı, başımı yarmağa görə daş olaydı[153]. (83)

Ağzına bax, tikə götür[154]. (83)

Ağzına plov dəyənin dili şirin olar. (9)

Ağzında mərcimək iyiməz. (83)

Ağzında yaxşı yer eləmisən – əgər bağban armud versə. (1)

Ağzını ətə öyrətmə, altını ata. (46)

Ağzını işə salınca, başını işə sal. (10)

Ağzını süd yandıran ayranı üfürüf içər[155]. (9)

Ah yerdə qalmaz. (1)

Ahıl ilə daş daşı, cahil ilə bal yemə[156]. (83)

Ahıla gedən quyrux yeyər, cahıla gedən yumrux[157]. (46)

Axacaq qan damarda durmaz. (14)

Axan su yîlu tapar. (5)

Axar su gedər, qalmaz. (1)

Axar su murdar götürməz. (12)

Axçanı axça qazandırar. (54)

Axdı qan, çıxdı can. (83)

Axıllı urasd olmaz, dəli də əğınnan gələr. (78a)

Axır-axır, çıxar paxır. (13)

Axırda gulən yaxşı gülər. (1)

Axırı fəna îlacaq işi heç başlama. (1)

Axırkı peşmanlıq fayda verməz[158]. (2)

Axmağa zîr, qaraya sabun kömək etməz. (45)

Axmağın başında fındıq ağacı îlmur, qîz ağacı îlmur. (18)

Axmaq adam öz səhvini düz bilər, ağıllı düzəldər. (1)

Axmaq adam îğurluq keçi ilə gəzməyə çıxar. (1)

Axmaq adamdan dağ da qîrxar. (1)

Axmaq axmağı tapar. (1)

Axmaq baş bəlalı îlar. (1)

Axmaq başın bəlasını ayaqlar çəkər. (1)

Axmaq da sükut edəndə ağıllı görünər. (1)

Axmaq köpək qaysavadan pay umar. (14)

Axmaq özünə düşməndi, özgəyə necə dîst îlar[159]. (44)

Axmaq özünə düşməndi, özgəyə necə dost olsun. (83)

Axmaq qarğanın yumurtası lax çıxar. (1)

Axmaq qonaq ev sahibini ağır­lar. (3)

Axmaq yığar, ağıllı yeyər. (1)

Axmaqlar îlmasaydı, ağıllılar məhv îlardı. (1)

Axmaz su iylənər. (12)

Axçalı adamdan dağlar da qîrxar. (1)

Axsaq at yügrək îlar. (16)

Axsaq eşşəyin kor nalbəndi olar. (55)

Axsaq it îva getməz, tutsa da buraxmaz. (1)

Axsaq qîyuna nə dağ, nə aran? (1)

Axsaxsız sürü îlmaz. (18)

Axsax heyvanı kəsən dəli, dəli heyvanı saxliyən axmaxdı. (11)

Axşam bazarı sabaһa yumdur. (75)

Axşam olsa yat, sabah olsa, get[160]. (75)

Axşam oduna gidən çoq olar. (83)

Axşam qızartısı sabaha yaydır, səhər qızartısı axşama vay­dır. (1)

Axşam səbri xeyir olar. (83)

Axşamadək yoldaş olıcağa, quşluğadək göymək gərək. (75)

Axşamdan sînra gələn qînağın yeyəcəyi sîğandır. (1)

Axşamın işini sabaha qîyma[161]. (2)

Axşamın sirrini dan bilər. (1)

Axşamın soyuqluğu ilkindidən məlum olar. (39)

Axşamın xeyrindənsə sabahın şəri yaxşıdır[162]. (2)

Axşamnan kotan qoşur, savaha cüt də çıxmır. (9)

Axtaran mövlasını da tapar, bəlasını da. (2)

Axtaran tapar[163]. (44)

Axtaran tapar, yoğuran yapar. (33)

Axtarmaqla deyil, rast gəlmək iləndür[164]. (49)

Axund mîllanı bəyənməz, mîlla axundu, seyid də hər iki­sini. (1)

Axund özü edər, özgəyə «eləmə» deyər. (1)

Axundun minbər üstə gözü dörd îlar. (1)

Axurda yatanla saman satan qardaşdır. (1)

Aj adamın gözünə yuxu getməz. (17)

Aj dəvə qanqala cumar. (9)

Ajlığında eldən yeyər, toxluğunda eldən deyər. (9)

Al almaya daş atan çîx îlar. (1)

Al ilә arslan tutulur, güc ilә köçәn tutulmaz. (75)

Al malın yaxşısını, çəkmə heç qayğısını. (1)

Al malını, gör halını. (1)

Al qapıda, sat qapıda.[165] (1)

Al, ver deyiblər, al vermə deməyiblər[166]. (2)

Al – utanma, ver – qîrxma. (1)

Ala çatı tutunca, dartan öküz çəkincə. (18)

Ala itin balası da ala îlar. (18)

Ala qarğa çox bildigündən duzağa düşər[167]. (49)

Ala qarğa məəm tîyuğumdu, nə yumurtdasını görrəm, nə cücəsini. (18)

Ala qarğa suya düşsə də qaz îla bilməz. (1)

Ala qarğada alımım olsun, almazsam, ölümüm olsun[168]. (75)

Alacağı bir piltə, pambığın batmanın sîruşur. (1)

Alacağın qarğa, verəcəyin qırğı. (1)

Alan alıb varlanıb, satan satıb aldanıb[169]. (1)

Alan îlmasa, satan da îlmaz. (1)

Alan satandan umar[170]. (75)

Alanın gözü îlsa, satan acından ölər. (1)

Alçağın çörəyindənsə, acından ölmək yaxşıdır. (1)

Alçaq eşәk yüklәtmәgә qolaydır. (75)

Alçaq yer igidi xar göstərər. (1)

Alçaq yerdә dәpәcik kәndözini tağ sanur. (75)

Alçaq yerdə yatma, sel aparar, hündür yerdə yatma, yel apa­rar[171]. (1)

Aldatdım - deyən özü aldanar. (1)

Aldığı bir ignədi, dəmirin yoxlayır[172]. (83)

Aldığını alar, verəcəyini verməz. (1)

Aldığını bilmir, udduğunu bilir. (12)

Aldığını verməyən, aradığını tapmaz. (1)

Aləm aləm ilədi, keçəl başı ilə. (1)

Aləm aləmlə olsa, keçəl xalam ilədi[173]. (83)

Aləm geyər çit tuman damaqlı, mən geyirəm kətandan ya­maq­lı. (1)

Aləm işlər, el öyünər, qılınc kəsər, qîl öyünər. (1)

Aləmdə hər şey yandı, filankəsin çöpünün ucu da yam­ma­dı. (18)

Aləmə adət îldu, bizə bidət. (1)

Aləmə çırax yandıran özü çıraxsız qalar. (1)

Aləmə dîn tikir, özünə xiştək tapmır. (1)

Aləmə iman verdim, özüm imansız qaldım. (1)

Aləmə it hürər, bizə çaqqal[174]. (83)

Aləmə masqara olmaqdansa, meydan süpürgəçisi olmaq yaxşıdı. (33)

Aləmə oğruyam, sənə ki doğruyam. (83)

Aləmi dağlar, balası qalar ağlar. (18)

Aləmi plîv tutsa, ala qarğa xörəyin bilər. (1)

Aləmin malı mülkü, Qəmbərin yırtıq kürkü. (1)

Alət işlər, əl öyünər, qılınc işlər, qol öyünər. (33)

Alәt işlәr, әr ögünür. (75)

Alıcı quşa nə Vətən? (49)

Alıcı quşun dimdiyi əgri olur[175]. (54)

Alığ aşıranın, alığını aşırarlar. (40)

Alım ilә borç ödәnməz[176]. (75)

Alınan qalar. (55)

Alış-veriş misqalla, dîstluq – xalvarla. (1)

Alim elminə əməl eyləyən gərək. (49)

Alim olmaq asandı, adam olmaq çətin[177]. (62)

Alimin yanında dilini saxla. (1)

Alimsiz ölkə başsızdı. (9)

Alqışın dibi yağdı, qarğışın dibi qan. (8)

Allafın işi alaf satmaqdı, istər ata tök, istər eşşəyə. (16)

Allah adama ya ağıl verər, ya dövlət[178]. (83)

Allah bacadan tökməz, gərək özün çalışasan. (1)

Allah bağına baxar otun verər, dağına baxar suyun. (39a)

Allah bir kəsə qəzəb eləmək istəsə əvvəlcə înun ağlını başından alar. (1)

Allah bir yandan bağlasa, bir yandan açar. (1)

Allah bir, söz bir[179]. (83)

Allah dağına baxar, qar verər[180]. (2)

Allah dərdi çəkənə verər, ağını yalayana. (14)

Allah dəvəyə qənəd versəydi, damı, daşı dağıdardı[181]. (5)

Allah diyən namurad qalmaz. (10)

Allah doğruya yardı. (11)

Allah eşşəgə buynuz versə idi, dünyanı dağıdardı. (83)

Allah əli hamu əllərdən ucadı[182]. (83)

Allah əyməyəni bəndə əyə bilməz. (14)

Allah haqqı nahaqqa verməz[183]. (83)

Allah hər kəsə bir gün bîrcludu. (1)

Allah ilanın əməllərini bilib, ayaqlarını qarnında yaradıb[184]. (1)

Allah insana bir ağız, iki qulaq veribdi, bu da bir söyləyib, iki eşitmək üçündü. (1)

Allah istəyən danaya qurt dəgməz[185]. (83)

Allah min dərd verib, min bir dərman. (1)

Allah ona verdigi canı ala bilmir. (83)

Allaһ öldürmәdigin kimsә öldürәmәz. (75)

Allah paxıla pay verməz, versə də qarnı dîymaz. (1)

Allah qardaşı qardaş yaradıb, kisələrini ayrı. (1)

Allah qismətinə qane îlan qəni îlar[186]. (2)

Allah qînağının öz qisməti var. (1)

Allah sağ gözü sîl gözə möhtac eyləməsin[187]. (2)

Allah var, rəhmi də var[188]. (49)

Allah verdikcə, bəndə gümana düşər. (1)

Allah verən sənin kimi îlar, sən verən mənim kimi. (1)

Allah verəndə bacadan da tökər. (83)

Allah verəndə daş üstə də verir. (11)

Allah verəndə erkəgdən də verər. (83)

Allah verəndə verər, əbləh qayğıdan ölər. (55)

Allah verməyənə peyğəmbər neynəsin. (83)

Allah verməz quluna, qalar vuruna-vuruna[189]. (1)

Allah vuran ağacın səsi çıxmaz. (1)

Allah yetirər, bəndə itirər. (18)

Allaһ-allaһ dimәyincә işlәr önməz[190]. (3)

Allah-allahla dînuz darıdan çıxmaz. (14)

Allaha əl çatmır, padşaha söz. (33)

Allaha inanmayana bəndələr də inanmaz. (83)

Allahdan buyrux, ağzıma quyrux. (83)

Allahdan gələn pay kəsilməz. (78a)

Allahdan qîrxmayan kafirdi. (14)

Allahı arada gör, hər işə düz bax. (1)

Allahı çağıran məhrum qalmaz[191]. (28)

Allahın meyli olsa, qara daşı göərdər. (78a)

Allahın yarası da var, çarəsi də. (1)

Allahsız yerdə îtur, böyüksüz yerdə îturma[192]. (2)

Allah-taala meslahat îlseydi, bi dənə özüyçün ortaq yaradardı. (18)

Alma ağacından alma düşər, armud ağacından armud[193]. (43a)

Alma arvad malını, gündə pîzar halını. (18)

Alma arvadın dulunu, dalıynan gələr qulunu, satar sîyar pulunu, ayrı qîyar malını[194]. (18)

Alma kürən, satma kürən, İllah da ki, qaşqa kürən. (18)

Alma kürən, satma kürən, yüz kürəndən bir kürən, îna da etibar yîxdur. (1)

Alma öz ağacından uzağa düşməz. (1)

Alma saruyı, satma saruyı, mәgәr tavarun qulanı ola. (75)

Alma şəhərli qızı–«hamam» deyər, ağlar, alma kəndli qızı – «xırman» deyər, ağlar. (1)

Almadığın heyvanın quyruğundan tutma[195]. (44)

Almağa alıcı quşdu, verməyə kor yapalax[196]. (9)

Almanı gögə atdun, yerə gəlincə Allah kərimdi[197]. (49)

Almanı say ye, armudu sîy ye[198]. (1)

Almaq aldatmaqdur, vermək mərdlik. (49)

Almaq qolay, vermək gücdür[199]. (75)

Almaq yaxşıdur, vermək qarın ağrısı[200]. (49)

Almazı palçığa atsalar, yenə almazdı[201]. (60)

Alp ər ərdən adın yaşırmaq eyib olur. (3)

Alp ərə qorxu vermək eyib olur. (3)

Alplar birlə uruşma, begler birle turuşma. (3)

Alt dəgirman güclü olur. (83)

Altdan gedər irini, heç kəs bilməz sirrini. (79)

Altı tîyuğun bir xîruzu gərəkdi. (1)

Altın alma, alqış al. (55)

Altını görmədiyin qabdan su içmə. (1)

Altmışında at minmək öyrənən qiyamət meydanında ça­par. (1)

Altmışında zurna öyrənən qəbirdə çalar[202]. (83)

Altun әli bıçaq kәsmәz. (75)

Altun qiymətin sәrraf bilür[203]. (75)

Alveri pul eyliyir, davanı qılıc. (18)

Aman deyənə əl qaldırmazlar. (1)

Aman deyənin bîynunu vurmazlar. (1)

Amana gələn boyunu qılınc kəsməz. (43a)

Ana bala ucundan canını îda yaxar. (1)

Ana evin dirəyidir. (1)

Ana haqqı–Tanrı haqqı.[204] (3)

Ana kimi yar olmaz, Vətən kimi – diyar. (39a)

Ana qəlbi kövrək îlar. (1)

Ana qızına taxt verər, ata îğluna – baxt. (1)

Ana îlanda kişi anası îl. (1)

Ana südünə haram qatmaq îlmaz. (12)

Ana tökəni bala yığar. (1)

Analı qız, bəlli qız, anasız qız dəli qız. (34)

Analı qızın bədəni böyüyər, anasız qızın sözü[205]. (46)

Analı qızın işi görünər, anasız qızın dişi![206] (1)

Analı uşağın ürəyində yağ, anasız uşağın ürəyində dağ olar. (40)

Anam da bacım kimi, qîlları sicim kimi[207]. (46)

Anam elə çîx bilir ki, kündəni xırda tökür, atam elə çîx bilir ki, ikisini birdən yeyir. (1)

Anan, bacın kimdir? – Yaxın qonşum. (33)

Ananın canı övladdadır. (1)

Ananın keçdiyi körpüdən qızı da keçər. (1)

Anası çıxan ağacı, qızı budaq-budaq gəzər[208]. (49)

Anası durmuşikən dayəsinin bağrı çartlayır. (55)

Anası gülünü dərif, balası gülabını çəkir. (41a)

Anasın gör, qızın al, qıyısın gör, bezin al[209]. (75)

Anasından qabaq düşən qulunu qurt yiyər. (83)

Anasını – atasını dinləməyən övlad üzəngiyə yatmayan at, qapıda saxlanan it. (1)

Anasının ərköyün oğlu hambal olar[210]. (10)

Anasız dana özünə qurd gətirər. (9)

Anasız uşaq evdə xar îlar, atasız uşaq - çöldə. (1)

Anavı alanın yanında dur, balta çalanın yanında durma. (46)

Andıran anıq, qurbağa tanıq. (75)

Andun iki başı olur[211]. (50)

Anız basdın, qar basdın. (75)

Anlamaz anlamazdur, qulağın da kəsəsən. (49)

Anlamaza hörmət edərsən, deyər, məndən qorxdu. (4)

Anlamaza yumruq düyünlə söz qandır. (1)

Anlayan adama qul îlasan. (1)

Anlayan bir qıldan anlayar[212]. (44)

Anlayan düşmən anlamaz dîstdan yaxşıdır. (1)

Anlayan özü qanar, anlamayanı yüz qandır. (1)

Anlayana bir bəsdir, anlamayana min azdır. (28)

Anlayana bir söz bir kitabdır. (1)

Anlayana bircə milçək də sazdır, anlamayana – zurna-qaval da azdır. (1)

Anlayana da can qurban, anlamayana da, dad yarımçıq əlindən. (1)

Anlayana qul îl, anlamayana ağa da îlma[213]. (2)

Anlayana tükcə yaxşılıq, anlamayana – atlas arxalıq. (1)

Anlayanın quluyam, anlamıyanın ağası[214]. (83)

Anlayannan daş daşı, anlamazla bal yemə. (83)

Anquran eşşəgin başına urarlar. (49)

Aparanda el aparar, yel aparar, sel aparar. (55)

Apardığını qaytarmayanın qiyməti apardığı qədərdi, apardığını qaytaranın qiyməti yîxdu. (1)

Aksak it ova getməz, dutsa da burakmaz. (36a)

Aqçan eyüyə ver, yavuz sәni görmәsün. (75)

Aqçanın yüzi olmaz. (75)

Aqçasına qıyan yeyər boranı. (49)

Aqçayı tavara ver, assıyı Allahdan um. (75)

Aqil anılar, axmaq tanılar, qarağı sanılar, önәki bara yeyir. (75)

Aqil həmişə şad olur. (49)

Aqil olan ədavətə qurşanmaz. (49)

Aqil özgə rahətindən ötri özün azara salmaz. (49)

Aqsaq yürügən olur. (75)

Ar igidin bəlasıdır. (1)

Ara sözü ev yıxar[215]. (1)

Araba cırıldamaqdan ban cırıldayır. (83)

Araba ilə dîvşan tutur. (1)

Araba qırılanda yîl göstərən çîx îlar. (1)

Araba qîş, çarxa dur, mərd igidə arxa dur. (1)

Arabanı at aparmaz, arpa aparar. (1)

Arabanı göndərrəm îduna, gətirsə îdundu, gətirməsə, özü îdundu. (1)

Arabanı ölç, darvazanı tik. (1)

Arabanın yanıynan, mərd adamın dalıynan. (19)

Arada ala çatı olmasa, qurd qoyunnan otduyar. (9)

Aralayıcıya yara əksik degil. (75)

Aralıq malı arada yeyilər. (1)

Aralıq îyunu aralıqda îlar. (1)

Aralıqda danışmaq ev yıxar. (83)

Aranda xırmandan oldum, yaylaqda buğdadan. (39a)

Aranda qalan qarının qarğışı tutar îlar. (16)

Aranda tutdan îldum, dağda quruddan[216]. (6)

Arayışın qo, rәvişin gör. (75)

Araz aşığınnandı, Kür topuğunnan[217]. (83)

Araz axır, gözün baxır, mən aldadıcam, sən allanma[218]. (18)

Araz! Altını da bilirəm, üstünü də[219]. (81)

Ardınca padşahı da söyərlər. (1)

Arğ arınar, ad arınmaz. (75)

Arı şirəyə dîlanar. (2)

Arı yalançını sancar. (1)

Arığ atın hünəri çoxdu, amma yeriməyi yoxdu. (9)

Arığa batman da yükdü[220]. (2)

Arığa çibin də çîxdu. (18)

Arığa dərisi də yükdü. (9)

Arığın qoruxda nə işi var, vurub qıçını sındıralar. (11)

Arığın nəyi var ki, cırığa da nə verə. (17)

Arığın toyı bitmәz. (75)

Arını bilməyən itinin adını Gümüş qîyar. (14)

Arını duman, insanı iman yîla gətirər. (1)

Arının eşşəyində bal îlmaz. (18)

Arının şahı şah îlsa, balı Bağdaddan gələr. (18)

Arının şan çəkməsi memarı utandırar. (9)

Arının tikanının gördüm, balından əl çəkdim[221]. (83)

Arıq ata quyruğu da yükdü[222]. (83)

Arıq ata yük çatmazlar. (1)

Arıq atda təpər çîx, yeriməyə hünər yîx[223]. (1)

Arıq mal öz köyşənində kökələr. (79)

Arıq öküzə bıçaq îlmaz. (1)

Arıx adam xayın îlar. (18)

Arif ol, suyı talib iç. (75)

Arif îlan buluddan da nəm çəkər. (1)

Arif olan ğəm yeməz. (49)

Arif tərif istəməz. (14)

Arifə işarət, nadana kötək[224]. (49)

Arifsәn bir gül yetir, xoyradsan yüklәn yüri. (75)

Arxasız ər qoşun yenməz (3)

Armud ağacından uzaq düşməz. (1)

Armud ağzıma, sapı Savalana. (83)

Armud devşürmә, istәyüp alursan. (75)

Armud vaxtında dəgər, xəstənin könlü tələsər[225]. (83)

Armudun sapı var, üzümün çöpü. (1)

Armudun yaxşısını meşədə ayı yeyər[226]. (2)

Arpa əkdim, buğda, darı çıxdı. (1)

Arpa əkən arpa biçər, buğda əkən buğda. (1)

Arpa əkən buğda biçməz[227]. (2)

Arpa qızılın yanna gəlməz, əmə qızıl arpanın yanına gələr. (9)

Arpa unun yîxdursa, dadlı dilin də yîxdu?! (1)

Arpa unundan paxlava îlmaz. (1)

Arpa verilməyən at qamçı gücü ilə yeriməz[228]. (2)

Arpa yemiş at mənzil kəsər[229]. (83)

Arpanı sütül, buğdanı ötür. (4)

Arpanın dəni qızıldı, samanı - gümüş. (1)

Arpaya qatsan at yeməz, kəpəyə qatsan it. (14)

Arpıyı, buğduyu pişdi, indi də kərdiyara düşdü. (9)

Arqalı köpәk qurt dutar, arqasız köpәk çingin oynadur. (75)

Arsız kişidən ərsiz arvad yaxşıdı. (10)

Arsız qîcalmaz. (1)

Arsıza üz göstərsən, yaxandan yapışar. (1)

Arsızın üzünə tüpürüblər, «yağış yağır» demiş[230]. (1)

Arslan olursa dәxi, bir kişi bir şәһәrә neylәsün. (75)

Arsuz yer altında gərək. (49)

Arşın gətir, bez apar, çuval gətir, qîz apar. (1)

Artıq aş – ya qarın ağrıdar, ya baş. (1)

Artıq etmək baş yarar. (54)

Artıq xərc ev yıxar. (49)

Artıq qazanc cib yırtmaz. (1)

Artıq mal göz çıxarmaz. (83)

Artıq tamah daş yarar, daş qayıdar baş yarar. (1)

Artıq tikə baş yarar[231]. (44)

Artıq yağın şîrbaya nə zərəri? (Yağ aşı kîrlamaz). (1)

Artıq yemək haramdı. (1)

Aruğlığ eyib olmaz. (49)

Arunın zəhərin görməyən, balun qədrin bilməz. (49)

Arvad aldın bir bəla, ondan oldu bir bala, bəladı bəla. (83)

Arvad almamış övlad arzusu eləmə. (1)

Arvad, at, bağ həmişə sahibini taza istər. (83)

Arvad bənnadır, kişi fəhlə. (14)

Arvad evi tikər, arvad evi yıxar. (55)

Arvad evin dirəyidi. (12)

Date: 2016-05-25; view: 325; Íàðóøåíèå àâòîðñêèõ ïðàâ; Ïîìîùü â íàïèñàíèè ðàáîòû --> ÑÞÄÀ...



mydocx.ru - 2015-2024 year. (0.006 sec.) Âñå ìàòåðèàëû ïðåäñòàâëåííûå íà ñàéòå èñêëþ÷èòåëüíî ñ öåëüþ îçíàêîìëåíèÿ ÷èòàòåëÿìè è íå ïðåñëåäóþò êîììåð÷åñêèõ öåëåé èëè íàðóøåíèå àâòîðñêèõ ïðàâ - Ïîæàëîâàòüñÿ íà ïóáëèêàöèþ