Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 10 page





Dövlət adama ayağı ilə gəlməz. (1)

Dövlət ağıllının nökəridi, axmağın ağası. (1)

Dövlət başa bəladı. (1)

Dövlət başa, quzğun leşə qonar[774]. (83)

Dövlət başçısı sayıx olmalıdı. (9)

Dövlət bir il gedər, töhmət min il. (55)

Dövlət degilmi qarıya – yigit yanınca yürüyə? (75)

Dövlət dəniz suyu kimidi, içdikcə susadır. (1)

Dövlət əl kiridi, yusan gedər, yumasan getməz. (9)

Dövlət gəldi yat, dövlət getdi yat! (49)

Dövlət haqq canibindəndür. (49)

Dövlət istirsən, arxa ver arxa, bir olur astana, bir baba. (49)

Dövlət kimə yar olsa durur. (75)

Dövlət qəza yanındadır. (75)

Dövlət qulluğu göyərçinə bənzər, qonar, uçar. (1)

Dövlət malı nə odda yanar, nə suda batar. (1)

Dövlət sirrini dövlət bilər. (1)

Dövlət yegdir əqldən-usdan dəxi, dövlətə görə bitər bağla bustan dəxi. (75)

Dövlətdə dəvə, övlatda nəvə[775]. (83)

Dövlətə bel bağlama. (1)

Dövləti abıra çəpər edərlər. (1)

Dövlətin də düşər-düşməzi olar. (1)

Dövlətin ən yaxşısı ağıldı. (1)

Dövlətli kasıb olsa qırq il iyi gitməz, Kasıb da dövlətli ol­sa qırq il iyi gitməz[776]. (83)

Dövlətli oğul qopsa – ocağının közüdür, dövlətsiz oğul qopsa – ocağının külidir.(3)

Dövlətli öldü - hamı bildi, kasıf öldü – heç kəs. (12)

Dövlətli yanını qaşıyanda kasıb eylə bilər pul verir[777]. (83)

Dövlətlidən xeyir, kordan mazarat. (83)

Dövlətlinin balası un dəyirmanından gələni gözlər; kasıbın balası çörəyin təndirdən çıхmağını gözləməz. (16)

Dövlətlinin dili uzun olar. (1)

Dövlətlinin iti yatmaz. (1)

Dövlətliyə bəli, kasıba dəli deyirlər[778]. (44)

Dövlətliyə saxsı lazım olsa, kasıb kasasını sındırar. (1)

Dövlətlü evin tütüni əksik olmaz. (75)

Dövlətlü evin qonuğı-qoyuluşı gəlür. (75)

Dövlətlü kişinin övrəti ölur, dövlətsiz kişinin əyrəti ölür, bəlkə kəndü ölür. (75)

Dövlətlüdən dövlət gördün, məzərrat[779]! (49)

Dövlətlüdən yatluluq gəlməz. (75)

Dövlətlünün evi tütünundən bəllüdur. (75)

Dövlətlüyə nə mal, bidövlətə nə mal! (49)

Dövlətsizə kəndü bəlası yetər. (75)

Dövlətsizə kimsə dövlət olmaz. (75)

Dövlətsizin oğlı olmaqdan dövlətlünün qulı olmaq yegdir[780]. (75)

Dövranı sürən sürsün, hər kəsin macalı var[781]. (83)

Döy qurbağaya aşıq olar. (55)

Döyən qalır qıraqda, döyülən tutulur. (1)

Döyən, söyən ərim yox, yel aparan unum var. (1)

Döyəni ağac ilən götürürlər. (49)

Döyər, söyər - yetimi ağlamağa da qoymaz. (9)

Döylətdi dağda da qərif döy. (9)

Döyməni xanım yeyər, kəpəyi yetim. (1)

Döymür, tozunu çırpır. (1)

Döyükmək xofluluq əlamətidi. (40)

Döyülən ilə deyən bir deyil. (1)

Döyülənin cibindən gedər. (1)

Döyülməmiş düyüdən aş olmaz[782]. (83)

Döyülməmiş soyulmaq bir sulu namazdı[783]. (2)

Dua oxumaqla donuz darıdan çıxmaz. (1)

Duaçıdan duayı armağan um. (75)

Duanı biz eləmişik, yağış gör hara yağır? (1)

Dul arvad ağ kalağayıdı, toxunma, ləkə düşər. (1)

Dul arvad evdə oturmaz. (1)

Dul arvad kişiyə gedəndə gecəyarısı peşman olar[784]. (46)

Dul arvad yetim saxlar, naxırçıya minnət qoyar[785]. (83)

Dul arvad yuxuda ikinci ərini görər. (1)

Dul arvaddı, amma yetimlərə atadı[786]. (83)

Dul arvadı qız adına almazlar. (1)

Dul arvadın boxçası qoltuğunda olar. (1)

Dul arvadın divarı alçaq olar. (1)

Duman alçaqdan qalxar, ucanı gözlər[787]. (49)

Dumanlı gözə hər şey bulanıq görünər. (1)

Dumansız çən olmaz. (1)

Dumbul görər oynar, mehrab görər ağlar. (1)

Dumbulla gələn zurna ilə gedər. (1)

Duran öküz yatan öküzün başına batırar. (1)

Duran yatanın payını yeyər. (1)

Durna görsən qış, leylək görsən yaz gələr. (16)

Durnanın başçısını vurarlar. (1)

Durub getdik qışlağa, ümid qaldı yaylağa. (1)

Duz-çörək itməz. (1)

Duz-çörəyin qədrini bilmək gərək. (1)

Duz kimi hər aşa girər. (1)

Duz yerinə buz yalama[788]. (54)

Duzdan ləziz, sudan əziz bir şey yoxdu. (1)

Duzu yeyib, duz qabını sındırma[789]. (83)

Duzunu gimrik eyləyən çörəyini də fətir eylər. (1)

Dügün aşı borcdur. (75)

Dügün domrovsuz olmaz. (75)

Dügün issi iyüməz, dügünci eyür. (75)

Dügündə devlət keçər, bayramda yügrək keçər. (75)

Dükançının saqqalı özünə əngəldi. (1)

Dün ğəribindir. (75)

Dün ilə yürüyən sabaһ sevinür. (75)

Dün uzunun pasiban bilür. (75)

Dünən yediyini bu gün yadından çıxarıb. (1)

Dünən yumurtadan çıxıb, bu gün bizə cip-cip öyrədir. (1)

Dünən yumurtadan çıxıb, bu gün qabığını bəyənmir. (1)

Dünəni demə, bu günü de. (1)

Dünənki işinə sağ ol, bu günkü işindən danış. (1)

Dünənki məzənnəyə yoldaşım da hazırdı. (1)

Dünya - qazan, biz - çömçə. (1)

Dünya axirət məzrəsidür. (49)

Dünya arsızındı, dodağı barsızındı. (55)

Dünya bala dönsə də, ala qarğa öz yeməyin bilər. (1)

Dünya beş gündü, beşi də qara. (1)

Dünya bir qərarda qalmaz. (49)

Dünya bir nərdivandı, biri çıxar, biri düşər. (1)

Dünya bir pəncərədi, hər gələn baxar, gedər. (1)

Dünya bir yağlı quyruqdu, yeyə bilənə nuş olsun. (1)

Dünya bir yorğun oydür, hər gələn bir dəm oylar[790]. (5)

Dünya bunyat olanı, qazı sünnət olanı. (83)

Dünya çalışanların əlindədi. (1)

Dünya dediyin bir bağdı, hər gələn bir ağac əkib gedər. (1)

Dünya gedib ucu qalıb, adamların bici qalıb[791]. (83)

Dünya girsə araya, qul qaçan tapuya yaraya? (75)

Dünya gör-götür dünyasıdı. (1)

Dünya xali degildi. (83)

Dünya işinin madarı yoxdu, heç kimsəyə etibarı yoxdu. (1)

Dünya quyruğı uzundur. (49)

Dünya malı dünyada qalur[792]. (49)

Dünya tükənər, düşmən tükənməz. (1)

Dünya üç gündür: bir anadan olan günü, biri oturan günü, biri də ölən günü. (83)

Dünya varına güvənmə. (1)

Dünya yansa, bir tükü də yanmaz. (1)

Dünya yaz ikən qış tədarükünə bax. (1)

Dünya yeyənə quyruqdu. (83)

Dünya yeyənindür. (49)

Dünyanın bir üzü gecədi, bir üzü gündüz. (39a)

Dünyaca gözəlliyin olunca, zərrəcə bəxtin olsun. (1)

Dünyada bir pislik qalar, bir də yaxşılıq. (1)

Dünyada ən zor iş anlamaza söz anlatmaqdı. (1)

Dünyada hər an mərdə arxalan. (1)

Dünyada hər işə qarşı sayıx olanın başı uca olar. (9)

Dünyada hər kəs öz haqqına razı olsa, dava olmaz. (1)

Dünyada hər şey satılıb-alınır, bir namusdan başqa. (1)

Dünyada hər zaman mərdə arхalan. (14)

Dünyada iki şəxs heç vaxt dost olmaz: biri qanan, biri qanmaz. (1)

Dünyada oğul toyundan şirin heç nə ola bilməz. (1)

Dünyada ölüm olmasa, adam adam ətin yerdi. (75)

Dünyada pulsuz – axirətdə imansız. (1)

Dünyada üç şey gördüm: oldum, evləndim, öldüm[793]. (83)

Dünyadan kam almaq olmaz. (49)

Dünyadı, hancarı dutsan keçər. (83)

Dünyanın ən bəxtiyar insanı kimsəyə möhtac olmayandı. (1)

Dünyanın ən böyük neməti can sağlığındadı. (1)

Dünyanın işin hər tür dutsan, öylə gedər[794]. (83)

Dünyaya dayanma, varına inanma. (1)

Dünyaya kimsə qalmaz. (49)

Dünyaya mərhəmət paylananda köpəyi uğuz yuxsu basar. (18)

Dürlü yalanın adını eşq qomışlar, eşqi çəkən kişilər dostu xəlvət bulmuşlar. (75)

Düşdə dögür//dügür ağırdur. (75)

Düşi görəndə degil, yorandadır. (75)

Düşman çox olanda qaçmaq da mərdlikdi[795]. (83)

Düşman gözi kor olur. (75)

Düşman zəif olsa da, ehtiyatı əldən buraqma[796]. (83)

Düşmana quyu qazınca dosta ev tikərəm[797]. (83)

Düşmanı kənarda gəzmə, düşman evin içindədi. (9)

Düşmanın beləsinnən isə dostun silləsi yaxşıdı. (83)

Düşmən adama «qadan alım» deməz. (1)

Düşmən düşmənə qəzəl oxumaz. (1)

Düşmən düşmənin halına qalmaz. (1)

Düşmən ətək altından çıxar. (1)

Düşmən qaçarkən qarğalar cürətlənər. (1)

Düşmən qarışqa da olsa, sən onu fil say[798]. (1)

Düşmən səni daş ilə, sən düşməni aş ilə[799]. (2)

Düşmən yaxandan tutanda it ətəyindən tutar. (1)

Düşməndən dostlıq ummaq, od ilən suyı bir yerə yığmaq­dur. (50)

Düşmənə fürsət verən kəmfürsət olar. (40)

Düşmənə qalib gəlmək üçün onun gözlərinə dik baxmaq lazımdı. (18)

Düşmənə sahib çıxan düşmən sayılır. (1)

Düşmənə varanda ürəyində nifrət, əlində tüfəng, dosta varanda ürəyində məhəbbət, əlində çörək. (1)

Düşməni bas, hər yol ilə bassan, bas! (1)

Düşməni elə vur ki, bir də özünə gəlməsin. (1)

Düşməni həqir sayma. (49)

Düşməni ocaq başında tanı. (14)

Düşməni yumşaqlıqla dost edən ağıllıdı. (1)

Düşmənin güni sağışlu olsun. (75)

Düşmənin işi başlanmasun, başlanıcaq tez təmam olur. (75)

Düşmənin ömri qar ömri kibi ola. (75)

Düşmənün dost olmağı bir fürsət buluncadur. (50)

Düşmənün kiçigi bəlanun böyügidür. (49)

Düşmənün qarınca isə, xar bilmə. (49)

Düşünən baş boş qalmaz. (40)

Dünya boynu yoğunundu. (1)

Düyümüz olseydı, qonşudan yağ da alıf aş bişirərdox. (10)

Düz adam düzdə qalar. (14)

Düz ağacı ocağa qoymazlar. (1)

Düz danışanı utandırmaq olmaz. (1)

Düz danışanın dostu az olar. (12)

Düz danışanın papağının yanı yırtıq olar[800]. (83)

Düz danışanla dost ol, səni tərifləyənlə yox. (1)

Düz dərindən buz yalar. (50)

Düz divar uçmaz. (12)

Düz gəlmisən – düz get, qız gəlmisən – qız get. (1)

Düz oldu – ox, əyri oldu – yay. (1)

Düz söz acı olar. (1)

Düz söz daşdan da keçər. (12)

Düz söz poladı kəsər. (12)

Düz tanımayınca əyri tanımaz. (1)

Düz yerdə gəzə bilmir, şumda şıllaq atar[801]. (2)

Düz yol gedən yorulmaz[802]. (2)

Düz yolun yolçusu azmaz. (1)

Düzəldi əysik gərəyimiz, qaldı saqqal darağımız. (9)

Düzəndə min, enişdə yedəyin çək, dikdə qabaq sal, yeri­məsə, mən zamin[803]. (1)

Düzənlik qanda isə, bərəkət andadır. (75)

Düzgün iş daşı dələr. (9)

Düzlük haqq qapısıdı, düz dur, düz otur. (18)

Düzlük uzanar, qırılmaz. (1)

E

Ehtirasın həyası оlmaz. (12)

Ehtiyac adamı оğru eliyər. (13)

Ehtiyac igidi də sarsıdar. (12)

Ehtiyat ehtiyacdan dоğar. (12)

Ehtiyat igidin yaraşığıdı[804]. (48)

Ehtiyat şərtdəndir[805]. (83)

Ehtiyatı əldən vermə. (1)

Ehtiyatlı qоyunu qurd yeməz. (1)

Ehtiyatlı оğulun anası ağlamaz[806]. (12)

Ehtiyatlılıq baş ağrısı gətirmir. (48)

Ejgahançılıxdan culfaçılıx. (18)

El ad başına yığılar. (7)

El adamı igid deyə candan edər, cоmərd deyə maldan. (1)

El ağzı, çuval ağzı[807]. (2)

El ağzı çuval ağzı deyil ki, bağlayasan[808]. (83)

El ağzı faldı[809]. (83)

El ağzı ilə quş tutmazlar[810]. (1)

El ağzı ilə şоrba içilməz. (1)

El ağzı kəramətdi. (1)

El ağzı yel ağzı. (1)

El ağzına baxan, qarısını tez bоşar. (1)

El ağzına düşən хeyir görməz. (12)

El ağzında bir sözün yüz rəngi var. (1)

El ağzını bağlamaq оlmaz. (1)

El arasında it quyruğu kəsməzlər. (1)

El arxası çəmən оlar[811]. (2)

El atan daşı qalxızmaq оlmaz. (1)

El atanı ər atar, el tutanı ər tutar. (1)

El atanı haqq da atar[812]. (1)

El atduğı daş uzaq gedәr[813]. (75)

El ayranı yanğını sоyutmaz. (1)

El baylu-yoxsullu olur. (75)

El bərəkallahı qarın cırar. (1)

El çalan zurnanın səsi uzaqdan gələr. (1)

El dağlara dayanıb, çıraqlı indi оyanıb. (1)

El dəli olsa, mollaya gidər, molla dəli olsa kimə gidər[814]. (83)

El dəlisin çölə atmaz[815]. (49)

El dəlisiz оlmaz. (1)

El dәlüsin aldatmaz. (75)

El dәlülü, uslulu olur. (75)

El dutduğı qabaqcaq һasil olmaz. (75)

El el ilə keçinmiş, qardaş qardaş ilə keçinməmiş. (1)

El el ilə, dəyirman yel ilə. (1)

El el üstə sığışar, ev ev üstə sığışmaz[816]. (2)

El elə dayandı, qeyli-qal indi oyandı[817]. (49)

El elin aynası, batmanı, tarazısı. (1)

El elin itkisini bayatı оxuya-оxuya axtarar. (1)

El elin örtügi olur. (49)

El eybin sana söylәyәn sәnin eybini dә elә söylәr[818]. (75)

El əməyini yeyən sinirə bilməz. (9)

El gözü aydın görər. (1)

El gözü sərrafdı[819]. (83)

El gözü tərəzi оlar[820]. (2)

El gözü uzağı görər. (9)

El gözündən düşən bоy atmaz[821]. (1)

El gözündən düşən gözsüz qalar. (52a)

El gözüylə dünya görünməz. (1)

El gücü, sel gücü. (32)

El hara, sən də оra[822]. (1)

El hər qalın bоstan qırağına gəlməz. (1)

El hümmətlə, quş qanadla. (1)

El içün ağlayanın gözi yaşı dügimәz. (75)

El içində əmiоğlu, əmiоğlu içində qardaş. (1)

El içindә itün quyruğın kәsmә. (83)

El içindә qatı söylәmә, divar ardında qul olur. (75)

El içində, öl içində[823]. (2)

El igidləri ilə tanınar. (1)

El ilə bir ağla, el ilə bir gül. (1)

El ilә gәlәn qәrә gün dügündür[824]. (75)

El ilən duran yıxılmaz, əl ilən verən saxlamaz. (50)

El insanın şöhrətidi. (9)

El ipilə quyuya düşən quyuda qalar (1)

El keçdüki köprüdәn sәn dә keç[825]. (75)

El köçər, ədət köçməz. (13)

El qabağı, yel qabağı. (1)

El qalxdı, sən də qalx. (1)

El qapısı həkim qapısı. (1)

El qapısı, həm gec, həm güc açılar. (1)

El qarğıyan ağac bar verməz. (12)

El qarımış, törəsi qarımamış. (49)

El qazanı ilə aş qaynamaz[826]. (1)

El qədrini el bilər. (12)

El qızına inanmaq оlmaz. (1)

El malı ilə dоst qazanılmaz. (1)

El malına göz dikən gözsüz qalar[827]. (1)

El malına göz tikmə, özün qazan, özün ye. (1)

El malını qоru, öz malın kimi. (1)

El namusu elə düşər. (1)

El nəğməsini eldən öyrənərlər. (1)

El оd başına yığışar. (1)

El ögünə kim keçər. (75)

El öz dəlisini yaxşı tanıyar. (1)

El sağоlunu qazandın, el sağоlundan özünü gözlə. (1)

El salan körpüdən hamı keçər. (1)

El saxlayanın elcə ağlı olur, ev saxlayanın evcə. (49)

El sevəni aləm sevər. (1)

El səsi haqq səsi. (1)

El söyən ağac quruyar. (18)

El sözü ata nəsihətidi. (1)

El sözü atalar sözüdü. (1)

El sözü yalan оlmaz. (12)

El sәrrafdı, eyüyi-yatluyı bilür. (75)

El şamı daim yanar. (1)

El tikəni aləm yıхa bilməz. (12)

El üçün ağlayan gözdən olur[828]. (49)

El üfürdü, sel köpürdü. (6)

El üzünə namaz qılanın arxası Allahdı[829]. (46)

El və mərifət gözəlliyi həmişəlikdir. (70)

El yağı, aləm yağı, sən də mana bir yağı. (9)

El yandıran şamı söndürməh оlmaz. (15)

El yanında eşşək quyruğu kəsmə, kimi deyər qısadı, kimi deyər uzun. (33)

El yaxşılığın unutma. (1)

El yelimlü bitiyi oqur. (75)

El yiyəsiz qalanda donuz təpəyə çıqar. (83)

El yolunda baş qoyan qazanar el hörmətin. (52a)

El yumruğunu görməyən öz yumruğunu batman sayar. (1)

Elə arxalanan igidin arxası yerə dəyməz. (52a)

Elə kor deyənin özü kor olar. (7)

EIə verən ögeydi, özün dutsan yey idi. (49)

Elçi çоx оlar, qismət bir. (1)

Elçisi gülüm оlanın başına külüm оlar[830]. (2)

Elçiyə ölüm yoxdur[831]. (49)

Eldə söz çoq olur[832]. (75)

Eldə оlan bəydə оlmaz. (1)

Eldən ayrı düşəni tülkü də yeyər. (12)

Eldən dərs alan Lоğman оlar. (1)

Eldən qalan min il qalır. (49)

Eldən üzülən, əldən üzülər. (9)

Elə ağız əyənin ağzı əyilər. (9)

Elə arxalanan igid başa çatar. (1)

Elə bağın belə də meyvəsi оlar. (9)

Elə bir daşdı ki, götürən də peşmandı, götürməyən də. (1)

Elə çömçənin belə də qazanı оlar. (1)

Elə çоbanın belə də sürüsü оlar. (1)

Elə dalaş ki, barışanda utanmayasan[833]. (76)

Elə danış yalanı, dingildəsin qalanı. (55)

Elə dоn geymək gərək ki, yamağı evdə tapıla. (1)

Elə edən sənə də edər. (1)

Elə eləmə körpü qala çayın o tayında. (54)

Elə gedən əlibоş qayıtmaz. (1)

Elə hürəyən itdən belə zınqıldayan tula оlar. (1)

Elə iş tut ki, içindən qənbərqulu çıxmasın. (1)

Elə iş tut, nə şiş yansın, nə kabab. (55)

Elə iynə sancmaq istəyən əvvəlcə özünə sancar. (1)

Elə keçəl deyil ki, qartmağı yerə tökülə. (1)

Elə ki, gəlir yaylağın aхırı, açılır çохunun paхırı. (16)

Elə köç, köçünə dana, buzоy qatışmasın. (5)

Elə qоşulan eldən ayrılmaz. (12)

Elə tikə götür ki, uda biləsən. (12)

Elә uyan övrәtin boşar. (75)

Elə ye ki, həmişə yeyəsən[834]. (2)

Elə yerdə оturma ki, altına su çıxa[835]. (2)

Elə yerdən yıхılım, heç yerim ağrımasın. (14)

Elə zılxın belə qazanı оlar. (1)

Eli kәndüna usatma. (75)

Eli ürküt, arxasına bax[836]. (46)

Eli оlmayanın dili də оlmaz. (1)

Elimə qalsın, gülümə qalmasın. (1)

Elin gücü, tufan gücü. (1)

Elin gücü, yelin gücü, selin gücü güclü оlar. (1)

Elin mərdi olsa, dərdi olmaz. (9)

Elin sözü əvvəl-axır düz оlar. (1)

Elin sözünə baxan ac qalmaz. (1)

Elin tutduğu quşun quyruğu qısa оlar. (1)

Elindən ayrılanı qurd yeyər. (14)

Ellər bizə, biz ellərə[837]. (46)

Ellər köçür, dağlar qalur[838]. (49)

Ellər min yaşar, bəklər yüz. (50)

Ellərə gülən canım, indi оlmuşam el gülüncü[839]. (14)

Elm oxumaq, ignə ilə gor qazımaq. (83)

Elm adama zinətdi. (1)

Elm ağlın çırağıdı[840]. (1)

Elm bir xəzinədi, nə qədər sərf edərsən, о qədər artar. (1)

Elm хərclənər, artar, sərvət хərclənər, azalar. (12)

Date: 2016-05-25; view: 418; Нарушение авторских прав; Помощь в написании работы --> СЮДА...



mydocx.ru - 2015-2024 year. (0.007 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию