Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 5 page





Bəglərün bir əli od olur, bir əli su. (49)

Bəhanəçiyə bəhanə əskik olmaz. (1)

Bəhslə Həccə gedən yollarda sərgərdan olar. (1)

Bəxtəvər o kəsdir ki, yurdu yaşıl donludu. (33)

Bək ilə qonax olanın darvazası gen gərək[383]. (83)

Bək oğlu gördüm, tamaha düşdüm. (83)

Bəxşeyiş var tümən-tümən, hesaf var mısqal-mısqal. (9)

Bəxşiş atın dişinə baxmazlar. (1)

Bəxşiş bəxşiş gərək, satu satu gərək. (75)

Bəxşiş bəglərdə olur. (75)

Bəxşiş var xalvarla, hesab var dinarla. (1)

Bəxt, ağıl bir adamda olsa, o adam tacir olar. (9)

Bəxt dönəndə burunun suyu gözə damar. (1)

Bəxt kəsəni qılınc kəsməz. (9)

Bəxti yar olanın yar sarar yarasını. (1)

Bəxti yox idi, bədbəxtliyi kömək elədi. (1)

Bəxtim olsa idi, anadan qız olardım[384]. (77)

Bəxtimin bərgəştligindən şəkkər alsam duz olur, yay günü hamama gitsəm balta kəsməz buz olur[385]. (83)

Bəxtin gətirəndə bədbəxtliyini yaddan çıxartma. (1)

Bəxtini buzda sına, oğulda, qızda sına[386]. (1)

Bəla bəla gətirər. (1)

Bəla çəkməyincə bal yeyinməz. (75)

Bəla dildəndür. (49)

Bəla gələndə «gəlirəm» deməz. (1)

Bəladan qaçan bəlaya düşər. (1)

Bəlasını mən çəkdim, səfasını ellər. (1)

Bəlaya səbir gərək. (1)

Bəlaya səbr edən muradın tapar. (49)

Bələdçiliyə gedən yorulmaz. (1)

Bələdçiyə yol göstərməzlər. (1)

Bələdsiz yola çıxan yolun azar. (1)

Bəli də söz düzəldər, yoх da. (12)

Bəli diyən bənd olır. (49)

Bəlkəni əkərsən, çuğundur bitər. (83)

Bəlkəni əksən bitməz. (83)

Bəlkəyə heç nə vermirlər. (1)

Bən nə vaqt ölürsəm, qiyamət ol gün qopar. (75)

Bən utanınca sofram utansun. (75)

Bəndə bəndəyə neylər, Xuda gözdən salmasa[387]. (2)

Bəndi selə vermə[388]. (81)

Bənizi qaçan həkimə qaçar. (40)

Bərəkət axır zamanda ya ulu şəhərdə, ya ulu tağlarda qala. (75)

Bərəkət harda var? – Böyüklü yerdə. (1)

Bərəkət hərəkətdədür[389]. (49)

Bərəkət ondu, onu da düzlük. (1)

Bərəkətin bir yanı xırmandı. (1)

Bərk adamnan alınan yumurtanın sarısı olmaz. (19)

Bərk dutan, bərk olur. (50)

Bərk gedən tez yorular. (12)

Bərkdən bir çıxar, boşdan iki. (1)

Bəslə it ənigin, axır baldırın yırtar. (75)

Bəsləmə qarğayı, axır gözün çıqarır[390]. (75)

Bəsləsən atlas olar tut yarpağından. (1)

Bəşər şeytansız olmaz. (1)

Bəy dediyin hansı, bəgənmədigin hansı[391]. (2)

Bəy elədim səni, bəyənmədin məni. (9)

Bəy evindən küt gəldi, dalınca da it gəldi. (1)

Bəy ilə bəy dalaşdı, nökərin başı yarıldı. (1)

Bəy ilə bostan əkənin tağı çiynində bitər[392]. (2)

Bəy ilə dalaşmaq dirəklə güləşməyə bənzər. (1)

Bəy ilə dost olanın tövləsi dolu olar, samanlığı boş. (1)

Bəy mənim arxam, mən kimnən qorxam. (9)

Bəy verən atı sonulamazdar. (78a)

Bəyə bel bağlayanın heybəsi çiynində gərək. (1)

Bəyə inanma, suya dayanma[393]. (1)

Bəyin əli cibindən çıxınca, kasıbın canı çıxar. (1)

Bəyin kölgəsindən it kölgəsi yaxşıdı. (1)

Bəylər aparan malım yox, şeytan aparan imanım. (18)

Bəzən az tamah çox ziyan verər. (1)

Bəzən dəli də ağıllı söz deyir. (1)

Bəzən dirilər ölülərə həsəd aparır. (1)

Bəzən düz yerdə də insan büdrəyir. (1)

Bəzənmisən bu gündəsən, bəzənməsən nə gündəsən?! (1)

Bəzənnəm xatundan qorxuram, bəzənmənəm ağadan. (50)

Bəziyər vəzir edər, soyundurar, rəzil edər. (9)

Bıçaq öz qının kəsməz[394]. (49)

Bıçaq yarası sağalar, söz yarası sağalmaz. (1)

Bıçaq zarafat sevməz. (67)

Bıçaxçıda bıçax tapılmaz. (9)

Bığ saqqaldan qabaq çıxıb. (1)

Bığdan götürüb saqqala qoyur[395]. (46)

Bığı buraxmısan, saqqala salam vermirsən[396]. (83)

Biçənin üzünü tikən ağardar. (9)

Biçimsiz bir libası biçimli geymək hünərdi. (1)

Biçinçi haqqını yerdən götürər. (1)

Bidöv at arpasın arturar. (49)

Bidöv at özünə qamçı yetirməz. (49)

Bihudə hərəkət bel sındırar. (1)

Bikar oturmaqdan bikara işləmək yaxşıdı. (1)

Bikar sözü ilə arvad alma. (1)

Bikardan hamı bezar olar. (1)

Bikarlıq kürlük gətirər[397]. (1)

Bildigini əldən buraqma[398]. (83)

Bildir yediyim bir əncil imdi gödənim incidir[399]. (83)

Bildirçinin bəyliyi darı savuluncadı[400]. (2)

Bildiyindən danış, bilmədiyin səni güdaza verər. (1)

Biləkli birini yıxar, bilikli minini. (9)

Bilən az diyər, bimiyən yüz. (10)

Bilən bir söz deyər, amma düz deyər. (12)

Bilən söyləməz, söyləyən bilməz. (1)

Bilənə bilməyən tay deyil. (1)

Bilənə bir tikə, bilməyənə min tikə[401]. (83)

Bilənin də başına dönüm, bilməyənin də, dad yarımçıq əlindən. (1)

Bilici olma, əkinçi ol. (9)

Bilik ağlın aynasıdı. (1)

Bilik insanın bəzəyidi. (1)

Bilikli adam az danışar. (25)

Bilindügi yerdə at ğəribdir, bilinmədügi yerdə ər ğəribdir. (75)

Bilmədiyin işə başını soxma. (1)

Bilmədükün kişiylə yoldaş olma. (75)

Bilmək olmaz – kəsilməmiş qarpızdır. (1)

Bilməmək eyib deyil, soruşmamaq eyibdir. (1)

Bilməzə bulut yükdür. (75)

Bilməzəm demək can qolayıdur. (75)

Bilməzin dəyirmanını Allah işdədər. (9)

Bilməzsən, bir bilürdən sor[402]. (75)

Bilmirəm - baş ağrıtmaz. (1)

Bilmiş yek, bilmədük kişidən yeg” (3)

Bilsəm babam öləcək, qulaq dolusu darıya satardım[403]. (5)

Bin aşçı, bir başçı. (75)

Bin atın var isə, enişdə in, bir atın var isə yoquşda bin[404]. (75)

Bin çuqullu bir çıplağı soyamaz. (75)

Bin haramdan bir halal yegdir, bin tanıqdan bir iqrar yeg­dir. (75)

Bin il yerdə yatan bir duaya möhtacdır. (75)

Bin il yerdə yatmaqdan bir kərə peyğəmbərə salavat gətür­mək yegdir. (75)

Bin məni, bin mərifət bir pazlamac qatında mat olur. (75)

Bin ölç, bir kəs. (75)

Bin qarğa ötməkdən bir şahin ötdügi yegdir. (75)

Bin qoyunlu babadan bir yaz küsüklü ana yegdir. (75)

Bin səlam-əleykdən bir əleyk-əs-səlam yegdir. (75)

Bin tədbiri bir təqdir bozar. (75)

Bin verəsidən bir nəqd yegdir. (75)

Bin yil yaraq, bir gün gərək. (75)

Bindüklü bindügi Buraq sanır. (75)

Binə bir söylə, birə bin söyləmə. (75)

Binin gör, birin al. (75)

Biqərəz söz daşdan keçər. (49)

Bir abam var ataram, harda olsa yataram. (1)

Bir abbası verdik dindirdik, bir manat verib susdura bil­mədik. (1)

Bir ac qudurğan olar, bir tox[405]. (2)

Bir acı bin bəlgilü soyamaz. (75)

Bir acıyanda özünü saxla, bir giciyəndə. (1)

Bir adam ki, səhər yalan danışdı, axşamacan yalan danışar. (1)

Bir adam qayda qalsın ki, arvadı öləndə qız baldızı olma­sın[406]. (46)

Bir adam öz xəsdəsinə baş çəkmirsə, xaxa can-can demə­yin nə faydası? (18)

Bir adamı tanımaq istəsən, ya ortaq ol, ya yola çıx. (1)

Bir adamın payı iki adamı ac qoyar[407]. (1)

Bir adamın payın özgəsi yeyə bilməz. (1)

Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax. (1)

Bir ağaca çıxanda hamı budaqları silkələmə. (1)

Bir ağacdan bel də olur, kürək də[408]. (1)

Bir ağacın kölgəsində bir sürü yatar[409]. (5)

Bir ağızdan çıxan min ağıza yayılır[410]. (52a)

Bir ahıllıqda, bir cahillikdə. (83)

Bir axurdan at da yeyər, eşşək də. (1)

Bir alma bin aqçaya olursa, qabın soy, bin xiyar bir aqçaya olsa, qabın soyma. (75)

Bir almağın bir qaytarmağı da var. (1)

Bir almanın əvəzi bir at olar. (9)

Bir anaya bir qız, bir kəlləyə iki göz. (1)

Bir arxa ki su gəldi, ümid var bir də gələ[411]. (49)

Bir arxdan min at su içər. (1)

Bir at sərgərdanlıq mayasıdur. (49)

Bir at, beş götür. (1)

Bir ata toquz oğul bəsləyər, amma toquz oğul bir babayı bəsləyəməz[412]. (75)

Bir ata, bir də arvada inanmaq olmaz. (83)

Bir atı gətirincə, yeddi nəğməni tamam eləyir. (16)

Bir atıb iki vurur. (1)

Bir atım barıtı var imiş. (1)

Bir barmaq qatıqdan ötrü tuluğu yırtma. (1)

Bir baş bir dəriyə sığmaz. (1)

Bir baş haraya olsa sığışar. (1)

Bir baş idi, dörd ayaq, gəlin aşırdı bayaq[413]. (46)

Bir baş yaxşıdı, iki baş honnan yaxşıdı, İki göz görür, dördü honnan yaxşı görür. (18)

Bir başa bir börkdən artuq baş ağrıdar. (49)

Bir başa bir qoz yetər. (1)

Bir başa iki qapaz ağır olar[414].(43a)

Bir başcı yuz işçidən artuqdur. (49)

Bir bidölvlətün yüz dövlətlücə güci olur[415]. (49)

Bir bilürdən qorq, bir bilməzdən qorq. (75)

Bir bilürə tanış, bildügün işlə. (75)

Bir-bir dinlə, həmişə dənlə. (1)

Bir-bir yığılar min olar, dama-dama göl olar (3)

Bir-birinə çörək borc verərlər. (1)

Bir-birinin bəsinə, qılını yolar tərsinə[416]. (83)

Bir birədən ötrü yorğanı yandırmaq olmaz[417]. (2)

Bir böhtan min ziyana bərabərdi. (1)

Bir bu gün iki sabahdan yaxşıdı. (1)

Bir budağa çıxıb, min budağ sirkəliyir. (83)

Bir buğda əkməsən, min buğda biçməzsən. (1)

Bir bulud ilə qış olmaz. (1)

Bir büdrəyən atun boynun urmazlar. (49)

Bir cür deyir, başqa cür eliyir (sözdə bir, əməldə ayrı). (48)

Bir çalımla ağaç kəsilməz. (75)

Bir çeynəm saqqızın var, çeynə yapışdır alnına. (1)

Bir çılpağı yüz cəbbəli soya bilməz. (1)

Bir çırağın işığına qırx adam əyləşər. (1)

Bir çiçək ilən yaz olmaz. (49)

Bir çörək bir çörəyə daldadır[418]. (37)

Bir çörək özün ye, birin də Allah yolunda ver. (1)

Bir dadan peşman, bir – dadmayan. (1)

Bir dağarcıq dəni var, boş dəyirman axtarır. (1)

Bir dağarcıq unum var, yeddi qara günüm var. (1)

Bir dana bir naxırın adını batırar. (1)

Bir dana iki dana olsa bəslərəm. (1)

Bir daş altda, bir daş üstə[419]. (83)

Bir daş at, ya bir qaya sal. (1)

Bir daşla divar olmaz. (1)

Bir daşla doqquz qoz düşməz. (1)

Bir de, bir eşit[420]. (49)

Bir dedilər, on eylə. (1)

Bir deyənin oluncax, min yeyənin olsun. (9)

Bir də cavan olsaydım, sahibi –təcrübə olardım. (1)

Bir də gəlin ollam, oturduğumu, durduğumu billəm[421]. (46)

Bir dəfə gəldin, yoldaş, iki dəfə gəldin, qardaş. (1)

Bir dəfə görmək min dəfə eşitməkdən yaxşıdır[422]. (57)

Bir dəlidən yeddi məhəlləyə zərər dəyər. (1)

Bir dəlü bir daş quyuya salsa, yüz aqil çıxara bilməz[423]. (49)

Bir dəlü özi içün yüz ağılluca bilür. (49)

Bir dəmirdən nal da olar, nizə də. (1)

Bir dirhəm min eybi örtər. (1)

Bir doğru ki, yalana oхşar, onu danışma. (12)

Bir don geymək gərək ki, yamalığı tapıla. (49)

Bir dost min ildə qazanılar. (1)

Bir əl əkər, iki əl biçər. (1)

Bir əldə iki qarpız dutmaq olmaz[424]. (49)

Bir əldən səda çıxmaz[425]. (49)

Bir əli bağda, bir əli dağda. (1)

Bir əli ilə verir, bir əli ilə alır. (1)

Bir əli ki kəsmək olmaz, öpüb başa qoymaq gərək. (49)

Bir əli od, bir əli su[426]. (83)

Bir əli yağda, bir əli balda[427]. (83)

Bir əlin nəsi var, iki əlin səsi var! (1)

Bir əlində düyün düyünlənməz. (1)

Bir əlnən torpax cannanmaz. (9)

Bir əqilli baş min baş saqlar[428]. (83)

Bir ev adam yığılır, güc doğana düşür. (49)

Bir evdə iki hava olmaz[429]. (44)

Bir evdə ki kölə-qaravaş olmıya, ol evin bərəkəti olmaz. (75)

Bir evdə şadlıq, bir evdə şivən. (1)

Bir fəslin bir meyvəsi olar[430]. (31)

Bir fikir nə qədər qarşılıq görsə, o qədər tərəqqi edər. (1)

Bir gecəlik söhbətin doqquz ay mabədi var. (1)

Bir gecənin oğrusu on illik molladan çox bilir. (1)

Bir gecənin qonağı, yüz gecənün yüzağluğudur. (49)

Bir gələn bir də gələr. (1)

Bir gəmi dolanar, bir qız dolanmaz. (1)

Bir gəmidə iki pişgah olmaz. (1)

Bir gəmini iki rəis batırar. (1)

Bir gör görüş, bir gör biliş. (75)

Bir gördün yoldaş, iki gördün qardaş[431]. (55)

Bir görür, iki istəyir. (1)

Bir göz iki göz gördüyünü görə bilməz. (1)

Bir gözə bir dünya sığışar. (1)

Bir gözü alça dərir, bir gözü gavalı.(6)

Bir gözü alça dərir, biri səbətə tökür. (1)

Bir gözü yatır, bir gözü baxır. (1)

Bir gözümü ağladır, bir gözümü güldürür[432]. (83)

Bir gül ilə bahar olmaz[433]. (44)

Bir gün bir il doyuzdurar. (9)

Bir gün duz yediyin yerə qırx gün salam ver[434]. (1)

Bir gün olar bəxt oyanar. (1)

Bir gün qalmış isə, qış qışlığın eylər[435]. (49)

Bir günlügə tavşan dərisi də qatlanur (75)

Bir günlük bəglik də bəglikdür[436]. (75)

Bir günlük yola çıxsan, bir həftəlik tədarük gör. (1)

Bir igidün payı iki igidi ac qoyar. (49)

Bir ilana, bir də xana bel bağlama. (1)

Bir inad, bir murad. (1)

Bir inəyin sutü, bir adamın işi. (18)

Bir iş başlamayınca qurtarmaz. (1)

Bir iş bitməyincə, o biri işi başlama. (1)

Bir iş tut ki, aqibəti xeyir olsun. (1)

Bir iş var, iki əməl[437]. (83)

Bir işdə özünə on mənfəət varsa, xalqa bir zərər, o işi baş­lama. (1)

Bir işi başlayandan əvvəl axırını fikir eylə. (1)

Bir işi iki eyləmə. (75)

Bir işin əvvəlinə bax, bir də axırına. (1)

Bir it hürməklə karvan qayıtmaz. (1)

Bir iti iki daşla vurur. (1)

Bir iynə deşiyinnən bir dəvə boyda soyux gələr. (9)

Bir karqa birlə kış kelməs. (3)

Bir kecənün qonağı, yüz kecənün yüzağluğudur. (50)

Bir kənddə iki darğa olmaz[438]. (1)

Bir kəndin ki, koхası mürdəşir ola, heç olar ki, orda хeyir ola. (14)

Bir kişi kim at səkirdə, kəndüyi salaca bilsün. (75)

Bir kişi kim gəmiyə binə, kəndüyi tənəşir taxtası üstündə bilün. (75)

Bir kişinin adı çıqıncayadək göni çıqar. (75)

Bir kişinin payını iki kişi yesə, ikisi də ac qalar. (1)

Bir könüldə iki məhəbbət olmaz[439]. (1)

Bir kötük üstə çox çırpılar doğranar. (9)

Bir qapıda iki dilənçi olmaz. (1)

Bir qaranquşla bahar olmur. (47)

Bir qarına iki minnət götürmək olmaz. (49)

Bir qaşıq ilə doqquz abdal keçinər. (1)

Bir qaşıq qan bitirdügin dərilün ellər biturməz. (75)

Bir qaşıx su da adam boğar. (41a)

Bir qazanda iki kəllə qaynamaz[440]. (44)

Bir qazandur, bir çömçə. (49)

Bir qəlbi tikə bilməyəcəksən, niyə sındırarsan?! (1)

Bir qəpik xəsisin bir dişidi. (1)

Bir qız – bir oğlanındı[441]. (46)

Bir qoca yeddi oğula əvəzdi. (1)

Bir qorxaq bir ordunu pozar. (1)

Bir qoyun ağ da doğur, qara da. (12)

Bir qoyundan iki dəri çıxmaz[442]. (1)

Bir qoyundan sürü olmaz. (1)

Bir qoz üçün daş atmazlar. (1)

Bir qul iki ağaya qulluq eyləyə bilməz. (49)

Bir qulağın dar eylə, bir qulağın darvaza. (1)

Bir quş bir qutuya sığınar. (9)

Bir loğma bir daş aşırır[443]. (1)

Bir manatlıq eşşəyin yarım manatlıq da qoduğu olar. (1)

Bir meşəyə od düşsə, quru da yanar, yaş da. (1)

Bir mıx bir nalı, bir nal bir atı, bir at bir əri, bir ər bir eli qurtarır. (1)

Bir misqal ət yüz eybi örtər. (1)

Bir müştəri üçün dükan açılmaz. (1)

Bir napakdan, bir də köpəkdən. (83)

Bir naxırın adını bir dana xarablar[444]. (2)

Bir nəfər işlər, on biri işlər. (1)

Bir nəqd yüz nisyəyə dəyər. (1)

Bir nəzər bin nəzər. (75)

Bir olan iki olar, iki olan üç. (83)

Bir olsun, pir olsun. (83)

Bir oynuyan bir də oynuyur. (9)

Bir oх iki quşa dəyməz. (15)

Bir ölkədə iki hökmdar olmaz. (1)

Bir ölümə çara yoхdu. (13)

Bir öyəcin başınnan iki toğlunun başı böyük olar. (11)

Bir papaqlı bir evi bəslər. (1)

Bir piyalə qatıq kərə kimi, bir başmaq verdi sələ kimi. (83)

Bir pula doqquz hamam tikilməz. (1)

Bir saman çöpü dəvənin belini əzər. (1)

Bir sənnən böyüyü, bir də səndən kiçiyi dinlə[445]. (14)

Bir sərəncam, qırx nəsihətdən yaxşıdı. (1)

Bir söyləmək toquz çeynəməkdən qour. (75)

Bir su ki, səni aparır, deynən Arazdı. (1)

Bir sürçən atın ayağın kəsməzlər. (75)

Bir sürüyə bir qurd yetər. (1)

Bir şəm ki həqqdən yana, hiç bad ilə sönməz[446]. (83)

Bir şeyi verib pis olunca, verməyib pis ol. (1)

Bir şeyin önünə baхma, sonuna baх. (14)

Bir şeyin qiyməti, o şey əldən gedəndən sonra bilinər. (1)

Bir tabaq kütüm olsa, biri sənə yoxdu ala köpək. (83)

Bir talada iki aqsaq ceyran olmaz[447]. (83)

Bir taş ilə iki quş urulmaz[448]. (75)

Bir tavuğun başı sədəqəsi bir yumurdadır. (75)

Bir taxtda iki padşah divan eyləməz. (83)

Bir tək arı bir yığın çibindən yaxşıdı. (1)

Bir tikə çörək on il yadda qalar. (1)

Bir tikəni bilməyən, min tikəni də bilməz[449]. (44)

Bir tikənin qırx il haqqı var[450]. (1)

Bir tilo bir eyüyə irgirir. (75)

Bir torba dəni var, beş dəyirmana üyütməyə gedir. (1)

Bir toyuq bir yumurta qoyunca, yeddi məhəlləyə eşitdirər. (1)

Bir toyuq ki, yumurta üstündə oturdu (bir inək ki, qarnında bala gəzdirdi), ona bıçaq yoxdu. (1)

Bir tövlədə at da olar, eşşək də. (1)

Bir uşağın ağlı gördüyü işlərdən məlum olar. (1)

Bir ürəyi iki yerə bölmək olmaz. (1)

Bir var Koroğlu, bir də var kor kişinin oğlu. (1)

Bir vermə, bir də istər, yatmağa yer də istər. (1)

Bir vermə, iki dilər. (49)

Bir verməyincə iki almaq olmaz. (49)

Bir vur deyən min vurandan yaxşıdır[451]. (55)

Bir yanda ağlayır, bir yanda gözünün yaşını silir. (1)

Bir yandan bağlayan, bir yandan açar. (1)

Bir yastıqda iki baş, il başında üç baş. (1)

Bir ye, bir Allah yolunda ver. (1)

Bir yedügin bilməyən, min yedügin bilməz. (49)

Bir «yeməzim» deyəndən qorq, bir «oturmazım» deyən­dən qorq[452]. (75)

Bir yerə girməzdən əvvəl oradan nejə çıxacağını düşün. (9)

Bir yürəkdə iki sevgi olmaz. (83)

Bir ziyan min öyüddən artıqdır[453]. (55)

Bir ziyan, min böhtana səbəb olar. (1)

Birə bir diyiblər, birə iki diməyiblər. (83)

Birə də hu dı, minə də hu dı[454]. (83)

Birə dözən, minə də dözər[455]. (83)

Birə min demiş, bir-bir vermiş, yenə bazar pozulmamış. (1)

Birə şıllaq atdı, dəvənin gözünü çıxartdı. (1)

Birə yetən ikiyə də yetər. (75)

Birəgü əli yüzündə olmasun dersən, dilini tut. (75)

Birəgü ipilə quyuya girmə. (75)

Birəgü sözin birəgüyə demək qolay olur. (75)

Birəgü tauşanı birəgüyə böyük gəlur. (75)

Birəgü yumruğın yeməyən kəndü yumruğın bozdu-dağın sanır. (75)

Birəgünün beş aqçalıq yayın çəkməkdən beş yüzlıq qılıncın çəkmək yegdir. (75)

Date: 2016-05-25; view: 308; Нарушение авторских прав; Помощь в написании работы --> СЮДА...



mydocx.ru - 2015-2024 year. (0.007 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию