Ãëàâíàÿ Ñëó÷àéíàÿ ñòðàíèöà


Ïîëåçíîå:

Êàê ñäåëàòü ðàçãîâîð ïîëåçíûì è ïðèÿòíûì Êàê ñäåëàòü îáúåìíóþ çâåçäó ñâîèìè ðóêàìè Êàê ñäåëàòü òî, ÷òî äåëàòü íå õî÷åòñÿ? Êàê ñäåëàòü ïîãðåìóøêó Êàê ñäåëàòü òàê ÷òîáû æåíùèíû ñàìè çíàêîìèëèñü ñ âàìè Êàê ñäåëàòü èäåþ êîììåð÷åñêîé Êàê ñäåëàòü õîðîøóþ ðàñòÿæêó íîã? Êàê ñäåëàòü íàø ðàçóì çäîðîâûì? Êàê ñäåëàòü, ÷òîáû ëþäè îáìàíûâàëè ìåíüøå Âîïðîñ 4. Êàê ñäåëàòü òàê, ÷òîáû âàñ óâàæàëè è öåíèëè? Êàê ñäåëàòü ëó÷øå ñåáå è äðóãèì ëþäÿì Êàê ñäåëàòü ñâèäàíèå èíòåðåñíûì?


Êàòåãîðèè:

ÀðõèòåêòóðàÀñòðîíîìèÿÁèîëîãèÿÃåîãðàôèÿÃåîëîãèÿÈíôîðìàòèêàÈñêóññòâîÈñòîðèÿÊóëèíàðèÿÊóëüòóðàÌàðêåòèíãÌàòåìàòèêàÌåäèöèíàÌåíåäæìåíòÎõðàíà òðóäàÏðàâîÏðîèçâîäñòâîÏñèõîëîãèÿÐåëèãèÿÑîöèîëîãèÿÑïîðòÒåõíèêàÔèçèêàÔèëîñîôèÿÕèìèÿÝêîëîãèÿÝêîíîìèêàÝëåêòðîíèêà






Mətanət YAQUBQIZI 12 page





Əl quzusunnan sürüyə qîç îlmaz. (17)

Əl mənim, ətək sənin, ya əlimi kəs, ya ətəyini. (1)

Əl mərd îlar, göz namərd. (1)

Əl mizan, göz tərəzi. (1)

Əl îğurruyur, ürək əsir. (12)

Əl pəhləvanı olma, dil pəhlivanı ol. (9)

Əl tutanın əlini tutarlar. (1)

Əl tutar, göz görər. (1)

Əl tutmaq Əlidən qalıb. (2)

Əl uzadılan yerə ayaq uzadılmaz. (1)

Əl uzanan yerə dil uzanmaz. (1)

Əl üstə çîx əllər var[911]. (2)

Əl ver, əppək yeyək. (9)

Əl verir, ətək vermir. (1)

Əl yananda ağıza təpəllər[912]. (46)

Əl yarası tez gedər, kök salar dil yarası. (1)

Əldəki ağac çîturru îlar. (18)

Əldəki sərçə göydə üçan göyərçincə yåydür[913]. (14)

Əldən ələ gedəndə pulu sayarlar. (1)

Əldən gedən ələ gəlməz. (1)

Əldən qalan əlli gün qalur[914]. (50)

Əldən tutan az îlar, ayaqdan çəkən çîx. (1)

Əldəqayrılma göz günîrtayacan görər. (18)

Ələ batan tikandı, dərilən çiçək utandı. (9)

Ələ də yåtir, əlləzə də. (14)

Ələ gələn qazancdı. (1)

Ələgi ələnib, xəlbiri göydən asılıb[915]. (2)

Ələk var, hələk var. (2)

Ələkçinin qıl verəni yanında îlar. (1)

Ələkçinin qıl verəni zurnaçının züy tutanıdı. (9)

Ələkçinin şirçisi, ayğır atın qamçısı. (1)

Əl-ələ, könül həqqə. (49)

Ələməyə unu yoxdu, pişirməyə xamırı. (9)

Ələnməyən buğdadan əppək çıxmaz. (9)

Ələnmiş ələnib, ələnməmişi göydə qalıb. (1)

Ələyi ələyib qıçından asıb. (1)

Əli armuda yetməz, atası xeyrinə bağışlar. (49)

Əli bîş, çörəyi duzsuz. (1)

Əli bîş îlanın üzü də qara îlur[916].(2)

Əli böyüklər ətəyindədi. (1)

Əli daş altındadı. (12)

Əli ələ vurarsan səs çıqar, yalquz əldən səs çıxmaz[917]. (83)

Əli gətirər, dili itirər. (12)

Əli xəmirliyə çörək bîrc verməzlər. (1)

Əli ilə xəmir îvar, gözü ilə dana qîvar. (1)

Əli ilə qîyan hamıdan yaxşı bilər[918]. (1)

Əli ilə verdiyini ayağı ilə ala bilmir. (1)

Əli iynəli gündə təzə, əli iynəsiz ildə təzə. (10)

Əli kösöylə sən, îtu yanan mən. (12)

Əli papağını Vəli başına qoyur, Vəli papağını Əli başına[919]. (83)

Əli təzənə tutmur, adını aşıq qoyub. (40)

Əli yanan ağzına təpər[920]. (2)

Əliaçıqdan bir çıxar, simicdən beş. (84)

Əlibağlını hər kəs döyər. (1)

Əlidən də olduq, Vəlidən də[921]. (55)

Əliəyrinin əlini kəsərlər. (1)

Əlifin håcası var, gündüzün gåcəsi. (15)

Əlim çatmayan armud babamın xeyratına. (1)

Əlim õəmir, qarnım ac, ağzıma dad, qarnıma vay[922]. (14)

Əlimdən tutan yîx, dalımdan itələyən çîx. (1)

Əlimə nə verdin ki, başıma calayım. (1)

Əlimi qaldırsam əllisi, başımı qaldırsam tellisi. (1)

Əlimlə vårdiyim qavağıma gəldi. (12)

Əlin aşda ikən gözün işdə olsun. (75)

Əlin əldə, qəlbin eldə. (9)

Əlin harama qatırsan, barı boluna qat. (83)

Əlin ilə qîymadığın şeyə dəymə. (1)

Əlin rəhmi könlün rəhmidi. (1)

Əlin vurub dizinə, indi gəlib özünə[923]. (83)

Əlin yağlısa çək öz başına, başın yağlısa sox ocağa[924]. (83)

Əlində ələk, belində lələk, belə gəlinə belə də gərək. (1)

Əlində qılış tutuf, kölgəsinnən qorxur. (9)

Əlindən gəlsə adamı bir qaşıq su ilə boğar[925]. (7)

Əlindəki düyünü dişinə salma[926]. (2)

Əlindəki sərçəni qoyub, turac dalınca qaçma. (39a)

Əlindən iş gəlməyən uzun danışar. (1)

Əlinə bel ver, altınnan yel ver. (9)

Əlinə gələni ələkdən keçirir. (1)

Əlinə zurna veriblər. (1)

Əlini qîy ürəyinin başına, sînra danış. (1)

Əlinin xəmiri ilə erkək işinə qarışır[927]. (83)

Əlinnən iş tutur, dişinnən quş. (9)

Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli[928]. (55)

Əlivə gələn qazancdı. (46)

Əlləşən güləşənə verir, güləşən əlləşənə. (83)

Əlli əlli üstə, bu da bir əlli üstə[929]! (2)

Əlli arxın suyunu gündə bir arxa calayır. (1)

Əlli iki atanın îğluna söz qandırmaq îlmaz. (1)

Əlli ildi yolçuluq eyləyirəm, cumə axşamını mənə göstə­rir. (83)

Əlli illik eşşəginə dəgirmanın yolun ögrədir[930]. (83)

Əlli yaşında dana, indi düşüb meydana. (1)

Əllisini xırmanda, qırxını ormanda qoyuf. (9)

Əmanət mal qüvvətli olur. (83)

Əmanətə binən tez enər[931]. (75)

Əmanətə xəyanət olmaz[932]. (31)

Əmək çəkənin əməyi itik, dizi sıyrıq qalmaz. (40)

Əmək xîşbəxtliyin açarıdır. (1)

Əmək insana şöhrət gətirir. (12)

Əmək insanın ziynətidir. (1)

Əmək itməz. (50)

Əmək qızıl bilərzikdir. (1)

Əmək sərvət mənbəyidir. (1)

Əməkçi ol, dilənçi olma. (9)

Əməklə båcərilən acı sarımsaõ baldan şirindi. (12)

Əməl azmasa fəda yåriməz[933]. (44)

Əməl pəhlivanı yıxar. (9)

Əməli îlmayan alimin sözləri təsirsiz qalar. (1)

Əməli-saleh îlan çatar mətləbə. (1)

Əməlsiz sözdə təsir îlmaz. (1)

Əmə-səmə inanma, əmsiz-səmsiz də qalma. (75)

Əməyə hörmət et ki, hörmətini artırsın. (1)

Əməyi sevənin qapısını xîşbaxlıx döyər. (44)

Əmi qızıynan əmi îğlunun kəbini göydə kəsilib[934]. (46)

Əmiyə qaldı, dəmiyə qaldı[935]. (9)

Əmiyə qalan gəmirə qalar, dayıya qalan dəmirə. (19)

Əmzik quzu iki ana əmər. (12)

Ən ağır daşı su damcı-damcı damıb dələr. (15)

Ən ağır iş özünü dərk åtməkdi, ən asan iş başqasına öyüd vårməkdi. (12)

Ən böyük dərd nadanlıqdır. (1)

Ən böyük dövlət dîstluqdur. (1)

Ən böyük hədiyyə kitabdır. (1)

Ən böyük igidlik sözü üzə deməkdir. (1)

Ən böyük məhəbbət düzlükdədir. (1)

Ən böyük nemət can sağlığıdır. (1)

Ən böyük sərvət ağıldır[936]. (1)

Ən çətin övlad nəvədir. (15)

Ən xîşbəxt dəqiqələr, yaxşılıq etdiyin dəqiqələrdir. (1)

Ən yaõşı yîl düzlükdü. (12)

Ənənəyə sədaqət – gələcəyə inamdır. (1)

Ənliklə sürmə çîx îlanda qaşa da yaxarlar, gözə də. (1)

Ənsədən atan topuğa dəyər. (49)

Əppək əldə edilməyincə su içərlər. (1)

Əppəyi qatıqla uyuşduran heç vaxt ac qalmaz. (1)

Ər axar çaydı, arvad isə bənd. (1)

Ər altında at îlur, qeyrət altında ar. (1)

Ər-arvad ipəkdi, araya girən köpək. (39a)

Ər-arvad savaşdı, əbləhlər inandı[937]. (5)

Ər arvadın tacıdı. (1)

Ər atanı el atar, ər tutanı el dutar. (83)

Ər başından bun gedər, tağ başından tuman gedər. (75)

Ər başından dövlət, dağ başından duman əskik îlmasın. (1)

Ər bir, Allah bir. (9)

Ər bunalmayıncaq mərd irməz. (75)

Ər comərdin, ər nakəsin ozan bilir. (3)

Ər çöldə îlsun, çörəyi evdə. (1)

Ər çörəyi ər bîğazında qalmaz. (1)

Ər çörəyi ər yanında bîrc îlar. (1)

Ər də düşər qərə bəxtə, övrət də düşər qərə bəxtə. (75)

Ər divarın çölü, arvad divarın içidi. (12)

Ər dövləti ər öldürər. (75)

Ər eldəndi, oğul beldəndi, aralıqda qardaş tapılmaz[938]. (83)

Ər evi, ədəb evi[939]. (49)

Ər åvi, gîr åvi. (14)

Ər ər gərək, övrət övrət gərək. (75)

Ər ərdən qaçıçaq qaravaş olur. (75)

Ər əri sınar, münafiq Tanrıyı sınar. (75)

Ər əri yoldaşlıqda, ev evi qonşılıqda. (49)

Ər əsən gərək, əyər atı һəlak edər. (75)

Ər gedər, adı qalur. (75)

Ər gəlsə, qıyu artar, övrət gəlsə, qu artar. (75)

Ər gərək, tåz gərək[940]. (46)

Ər ğeyrətçün toğar. (75)

Ər hümməti ilə, quş qanadı ilə. (1)

Ər xəstəlığı yoxsullıq nişanıdır. (75)

Ər ipək sapdı, düyün düşsə açılmaz. (1)

Ər kişinin ər îğlu îlar. (1)

Ər qanda otursa, sədr oldur. (75)

Ər qara gərək, at Turı gərək. (75)

Ər qararı, könli qararmaz. (75)

Ər qazancin «ayır» deməz. (50)

Ər qazancın ayru yeməz[941]. (49)

Ər qərədən qorqar, övrət aqdan qorqar. (75)

Ər qîcalar, könül qîcalmaz. (1)

Ər qoqusı eldən-elə gedər. (75)

Ər ləğəbilə anılur. (75)

Ər malına qıymayınca adı çıxmaz. (3)

Ər îd îlar, arvad su. (1)

Ər olan evdə oturmaz. (75)

Ər olan meydanda gərək. (49)

Ər olan rizqin taşdan cıqarur. (75)

Ər olan sonun gozlər. (49)

Ər oldur ki, bun dəmində buluna. (75)

Ər oldur ki, yüzi suyın satun ala. (75)

Ər ondur, toquzı tondur. (75)

Ər oyunı üçədəkdir. (75)

Ər öldü, arvad bîşdu[942]. (46)

Ər ölmuş, qanun ölməmiş. (75)

Ər tavarı açıq gərək. (75)

Ər tayıya bənzər, it ataya bənzər. (75)

Ər tutanı el tutar, ər atanı el atar. (9)

Ər ünlü, övrət udsuz olur. (75)

Ər yapışından bəllüdür. (75)

Ər yumuşağın ər yer, ağac yumuşağın qurd yer. (75)

Ərdəbil bir şəhərdi, hər kəsin öz vəkili[943]. (83)

Ərdəbil bir şəhərdi, hər kəsən üzü gülü. (83)

Ərdəmin başı dildir. (3)

Ərdəmsizdən uğur uzaq olar. (3)

Ərə bir һünər yetər. (75)

Ərə gådən gîra gådər. (14)

Ərə gedən qızların dili altında qənd gərək. (1)

Ərə gedəndə böyük qız, işə gedəndə kiçik qız[944]. (43)

Ərə getdi tayım-tuşum, yerdə qaldı yassar başım[945]. (5)

Ərə getmək asandı, ər dînu tikmək çətin. (1)

Ərə güvənmə, çöpə söykənmə. (33)

Ərə yetmək var, basub ötmək yoxdur. (49)

Ərəb igirmibeşlik tapdı didi: «nə olaydı, bir dava kağızı tapaydım». (83)

Ərəb öldü, qan düşdü. (1)

Ərəb toyunca yeyir, türk ölüncə yeyir. (75)

Ərənlər nəqdə dua qılmışlar. (75)

Ərənlər tağa yürü demiş, yürüməmiş, kəndüləri yürümüş. (75)

Ərənlərə eşik ara iş məlumdur. (75)

Ərənlərin ardı, ögi bir olur. (75)

Ərənlərin xərcinə, övrətlərin əməlinə, oğlancıqların sevin­məsinə bayram demişlər. (75)

Ərgənün qazancını it yer, yaqasını bit yer. (75)

Əri döymüş arvadı it də tutdu bir yandan[946]. (55)

Əri qîz qırır, arvadı fındıqça sındırır[947]. (46)

Ərik ağacından saz îlmaz, gəl zurnadan xəbər al[948]. (1)

Ərik bağın yîxdu ki, biləsən bildirçin necə quşdu[949]. (1)

Ərim üçün yår saldım, gəldi qalåyçi yatdı. (46)

Ərin başı, arvadın daşı. (14)

Ərin eşi yenməz, qaşı yenür. (75)

Ərin ölümü sədaqətli qadın üçün ölümdü. (12)

Ərin öyüni ət ilə ətməkdir. (75)

Ərindiyindən årməniyə dayı dåyir[950]. (2)

Ərinə görə bağla başını, qazanına görə qaynat aşını[951]. (1)

Ərinən arvadın savaşı yay gününün yağışı[952]. (54)

Ərinən arvadın tîrpağı bir yårdən götürülüb[953]. (46)

Əringənə bulud yük olur. (3)

Ərişin ələyib, arğacın kåçif. (12)

Əriştə bəylər aşı, dutmac onun yoldaşı. (83)

Ərki var, gücdən artuqdur. (49)

Ərlə övrət arasına girənin hörmətsizligi qalur. (75)

Ərli ağlar, ərsiz ağlar[954]. (75)

Ərli övrət, bəkli övrət. (75)

Ərligin sına, andan övrət al. (75)

Ərlik on, toquzi һiylədir. (75)

Ərlilərin əri var, dulların da Allahı. (1)

Ərsiz arvad - yurdsuz at. (14)

Ərsiz arvad yüyənsiz at kimidi. (83)

Ərsiz övrət – cilîvsuz at[955]. (44)

Ərsiz qız sükansız gəmidi. (12)

Ərsiz qız sîlan çiçəyə bənzər. (12)

Ərsizi Tanrı döyər. (9)

Ərün əri yağmurdur. (75)

Ərün var, gücdən artuqdur. (50)

Əsassız söz sahibinə üzüqaralıq gətirər. (1)

Əsəbləşən tåz qîcalar. (14)

Əsən külək geri qayıtmaz. (1)

Əsər Gəncə, bitər yonca, əsər Tiflis, edər müflis. (9)

Əsil azmaz, yağ yiyiməz[956]. (49)

Əsil bilən bilmədiyini biləndi. (15)

Əsil diyər “anlamadım”, bedəsil diyər “görmədim”. (10)

Əsil dîst yaman günün dîstudu. (1)

Əsil dostu qılış da ayırammaz. (9)

Əsil ilə daş daşı, bədəsil ilə yemə aşı[957]. (83)

Əsil olan əsilligini itirməz[958]. (83)

Əsilsizi dalına alsan da birdi, yerə qoysan da. (10)

Əsilzadə sözünə ağa îlar. (1)

Əsilzadə sözünün üstə çıxar. (83)

Əsir geyən əsirgənçi olur. (75)

Əski düşmən dost olmaz, əski dost düşman olmaz. (75)

Əski düşmən dost olmaz, it dərisi post olmaz. (39)

Əski düşmənin dîst îlmağı fürsət tapmaq üçündü. (1)


Əski eyib İsanındır. (75)

Əski geyməyincə yeni bulunmaz. (75)

Əski pambıq bez îlmaz, gəlin gəlib qız îlmaz[959]. (1)

Əski tonun biti, öksüz oğlanın dili acı olur. (3)

Əski un çuvalın çırpdıqca tîz qîpar. (1)

Əski varlı – varlı, yeni varlı - çorlı. (75)

Əsli almaq çətindür, saxlamaq asan, bədəsli almaq asan­dur, saxlamaq çətin[960]. (49)

Əsli bədîv îlana qamçı nədi, dəh nədi[961]. (2)

Əsli qıc olanı yüz eyləyəsən, düzəlməz. (83)

Əsli îlan dırnağında bildirər. (1)

Əsli îlmasaydı, Kərəm dağlara düşməzdi. (1)

Əsli nədi, müamiləsi nə îla? (1)

Əsli pak îlandan zərər gəlməz. (1)

Əslində şah idi, indi quşbaz îlub. (1)

Əslində îlan nəslində îlar. (13)

Əslində îlmayanı astarlamaq îlmaz. (1)

Əslün itürən haramzadədür[962]. (49)

Əsnəmək əsnəmək gətürür, vay tövlədəki halına[963]. (49)

Əsnəmək, nibətlik gətirir. (83)

Əşədi nədi, əlac nə. (18)

Ət dərisinə bükülər. (18)

Ət əmanətdi, sümük daimi. (1)

Ət əppək üstə gərək. (83)

Ət gətirməyib, küftə istəyir. (1)

Ət ilə dırnağı aralamaq îlmaz[964]. (2)

Ət ilə dırnaq arasına girən yeyüp çıqar[965]. (75)

Ət iylənəndə duz səpərlər, duz iylənəndə nə səpirlər? (1)

Ət iylənəndə itə tîydu. (1)

Ət qînaqdı, sümük möhkəm îlsun. (1)

Ət nə qədər arığ isə, ətmək üstündə yaraşır[966]. (75)

Ət nə qədər arığ olsa, gönü üstə doğranar. (11)

Ət îlmayan yerdə balıq da ətdi. (1)

Ət ye, at min, ət quc! (49)

Ət yedin, su işdin, gətirdin, bal yedin, su işdin, itirdin. (9)

Ət yeməz, suyuna çörək dîğrar. (1)

Ət yeyən quşun əti yeyilməz. (1)

Ət yeyən quşun dimdikü əkri olur[967]. (50)

Ət yiyən quş dimdigindən bəlli olar. (83)

Ətdən olan divara etibar yoqdu[968]. (83)

Ətə baxma, dona baxma, içindəki cana bax[969]! (28)

Ətə pul vårməz, küftənin böyüyünə yapışar[970]. (2)

Ətə vuran zərbə sümüyü də ağrıdar. (36)

Ətəgini qoz ilə doldurub başına qapaz vurur[971]. (83)

Ətək öpməklə ağız murdar îlmaz. (1)

Ətəyin böyüklər əlindədi. (1)

Əti az alginən, küftəni yåkə salginən. (14)

Əti ətdən kəsərlər, uman yerdən küsərlər[972]. (1)

Əti sənin, sümüyü mənim. (1)

Əti yeməz, suyuna əppək dîğruyur[973]. (5)

Əti yeyilmir, gönü geyilmir-insan insana yağı kəsilib. (8)

Əti yiyip dîymayan, sümüyünə daraşar. (18)

Ətim, çörəyim yeyildi, qînağım küsülü getdi. (1)

Ətin batmanı on manat, gördüm atın sağrısında. (83)

Ətin çiyi ət gətirər, xəmirin çiyi dərd[974]. (1)

Ətin üstü açıqdı, pişiyin qanacağına nə gəldi?! (1)

Ətin yaxşısını qəssab axıra saxlar. (1)

Ətinə qıysa da, sümüyünə qıymaz. (18)

Ətini yeyər, sümüyünə göz dikər. (1)

Ətirli gülün iyi uzaqdan gələr. (1)

Ətməgi yalnız yeyən dəngini dişilə tutar. (75)

Ətməgin balla yey. (75)

Ətmək kəsmək һünərdir. (75)

Əvvəl arxı tullan, sonra bərəkallah de[975]. (83)

Əvvəl danış, sînra gül. (1)

Əvvəl danışan bilsə ki, sînra danışan nə deyəcək – heç danışmaz. (1)

Əvvəl dəvəni ovsarla, sonra Haqqa ismarla[976]. (83)

Əvvəl düşün, sînra danış[977]. (1)

Əvvəl һesab, andan qəssab[978]. (75)

Əvvəl qaçan canını qurtarar. (1)

Əvvəl qapını döy, sînra qînaq îl. (1)

Əvvəl məscidin içi, sînra åşiyi[979]. (2)

Əvvəl təam, andan kəlam[980]. (75)

Əvvəl tikə, î da sümüklü. (1)

Əvvəl udan qoz udar, daldan udan toz udar. (11)

Əvvəl ustad, andan iş. (49)

Əvvəl yoldaş, andan yol[981]. (49)

Əvvəl yumruğunu düyünlə, sînra qanmaza söz çatdır. (1)

Əvvəl zəhmət çəkən sonra rahat olur. (60)

Əvvəldə axır gözləmək gərək. (49)

Əvvəldə dåmədi, sînda da söyləmədi. (47)

Əvvəli meydan îlanın axırı zindan îlar[982]. (1)

Əvvəlində düşünməyən sonra peşiman olur. (60)

Əvvəlki baxdım qızıldı taxdım. Sînrakı baxdım qaraldı taxdım[983]. (1)

Əxi ocağı küllü olur. (75)

Əyər altında at ölür, ğeyrət altında ər ölür. (75)

Əyər varsa hünəruv, hara getsən var yaruv. (18)

Əygənci aqınçı satun almışdır. (75)

Əyilən bîyunu qılınc kəsməz. (1)

Əyilən bîyunu vurmazlar[984]. (1)

Əyin yamaq götürər, qarın yamaq götürməz. (1)

Əynim parıldayır, qarnım guruldayır[985]. (1)

Əynində dînu yîx, başına papaq axtarır. (1)

Əyninə şalvar tapmır, arvad gəzir. (9)

Əyri ağac yayımdı, hər gördüyüm dayımdı. (1)

Əyri ağac îjaqda düzələr. (12)

Əyri bacadan tüstü düz çıxar. (1)

Əyri dil baş yarar. (12)

Əyri xanım ərdədi, göy balığı yerdədi. (18)

Əyri îx mənzil almaz. (1)

Əyri îl əyriynən, düz îl düzüynən. (12)

Əyrinin heç yerdə yeri îlmaz. (1)

Əyriyə əyri gərək, dîğruya dîğru. (1)

Əzabsız yerin adı îlmaz. (1)

Əzəldən var idi hüsni-cəmali, indi olub dəli Bayramalı[986]. (83)

Əzəldən yazılmasa, qul başına qəza gəlməz. (3)

Əzgildən badam, nadannan adam. (35a)

Əziyyətsiz iş îlmaz. (1)

Əziz ölür, bîğaz ölmür. (14)

Əzizim əzizdi, canım înnan əzizdi[987]. (46)

Date: 2016-05-25; view: 347; Íàðóøåíèå àâòîðñêèõ ïðàâ; Ïîìîùü â íàïèñàíèè ðàáîòû --> ÑÞÄÀ...



mydocx.ru - 2015-2024 year. (0.006 sec.) Âñå ìàòåðèàëû ïðåäñòàâëåííûå íà ñàéòå èñêëþ÷èòåëüíî ñ öåëüþ îçíàêîìëåíèÿ ÷èòàòåëÿìè è íå ïðåñëåäóþò êîììåð÷åñêèõ öåëåé èëè íàðóøåíèå àâòîðñêèõ ïðàâ - Ïîæàëîâàòüñÿ íà ïóáëèêàöèþ