Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 23 page





Nal tökənə mal tökməzlər. (40)

Nar ağacı - istək ağacı. (1)

Nar üstündən turp yeməzlər. (1)

Naşı bilməz xara nədi, bez nədi?! (1)

Naşı oğru özünü samanlığa vurar. (1)

Naşı ovçu dağı adlayar, ov vura bilməz. (1)

Naşıya zurna vеrəndə yoğun başından yapışar. (2)

Naümid şeytandı[1822]. (1)

Neştərsiz əqrəb olmaz. (33)

Nеylərəm qızıl tеşti, içinə qan qusam[1823]. (2)

Neylərsәn eylә, yoldan çıqma. (75)

Neynəyirəm o imanı ki, qardaşa yanmaya. (83)

Nə ağa yarıtmaz, nə haq çıxartmaz. (83)

Nə ağacı tulla, nə iti hürüt[1824]. (2)

Nə ağız yandıran aşdı, nə baş sındıran daş. (1)

Nə altda undu, nə üstdə kəpək[1825]. (1)

Nə artsa, çiydən artar, bişmişdən heş nə artmaz. (10)

Nə atı yorğalıyana, nə arvadı göyçəyə yoldaş olma. (5)

Nə balını istəyirəm, nə bəlasını[1826]. (2)

Nə belə vəslin olaydı, nə elə hicranın. (1)

Nə biçinini biçirəm, nə də ayranını içirəm. (1)

Nə coraba yamaqdı, nə tumana bağ. (1)

Nə çəkərsə öküz çəkər, araba yolu ilə gedər. (1)

Nә çig yi, nә qarnın aqrısın. (75)

Nə dəlini işlət, nə də dəli üçün işlə. (1)

Nə dəvəni görmüşəm, nə də ləpirini. (1)

Nə dəvənin südünü istə, nə ərəbin üzünü gör[1827]. (2)

Nə əkdim, nə biçdim, hazırca kökə tapdım[1828]. (83)

Nə əkərsən, onu biçərsən[1829]. (44)

Nə ərəbin üzün gör, nə şamın şəkərin. (9)

Nə gələnə üz göstər, nə gedəni qovan ol. (1)

Nə xalqa dayaxdı, nə palaza yamax. (12)

Nә ikәn yavuz ol kim, asılasan, nә ikәn yavaş ol kim, basılasan. (75)

Nə ilə ölərsən, onunla da ölçülərsən. (1)

Nə işim var bayırda, çaqqal məni çığırda. (1)

Nə işin var dərin yеrdə, çağırasan Həzrət İlyas[1830]. (2)

Nə it yiyəsidi, nə gön yiyəsi. (1)

Nə itələ yıx, nə çək, durğuz[1831]. (2)

Nə kor bazara varsın, nə bazar korsuz qalsın. (83)

Nə qaldırsa üzünə, o görünər gözünə. (1)

Nə qədər dərin olsa quyu, bir o qədər sərin saxlar suyu. (17)

Nə qədər eşşəgi var idi, palan axtarırdı, palanı tapan kimi eşşəgi qurt yedi. (83)

Nə qədər qoca olsa, min cavana dəyər. (1)

Nə qədər uzaq olsa, yol yaxşıdı, nə qədər yaman olsa el yaxşıdı. (1)

Nə qədər uzun olsa lülə, bir o qədər uzun gеdər güllə. (17)

Nә qәdәr yuca isәn, düşmәnin alu görmә. (75)

Nə qoyun oluf otdan doydum, nə quzu oluf süddən. (11)

Nə qoyuna gedir, nə qapıda durur[1832]. (5)

Nə qulağı var, nə quyruğu, batıp palçığa, hindi honu dart çıxart. (18)

Nə olsa olsun, Kür keçmək içində olsun. (5)

Nə ölən kimi ölür, nə qalan kimi qalır. (1)

Nə ölən var, nə göruna gömən. (83)

Nə sal ilədi, nə mal ilədi, ululuq kamal ilədi. (1)

Nə sən gələsən, nə səfər ayının axır çərşənbəsi[1833]. (83)

Nə sərvətə bel bağla, nə fələyə güvən gəz. (1)

Nə şaha baxır, nə xotkara[1834]. (83)

Nə titrərsən əllərim, vеrməyincə ala bilməzsən. (2)

Nə titrərsən əllərim, verincə almazsan. (83)

Nə tiyanda barama var, nə çarxda ipək[1835]. (55)

Nə tökərsən aşına, o çıxar qaşığına[1836]. (2)

Nə tüfəngə çaxmaqdı, nə sümbəyə toxmaq. (84)

Nə üstündə un oldum, nə altında kəpək[1837]. (83)

Nə varlıya borclu ol, nə yoxsuldan alacaqlı. (1)

Nə vaxt tülkü olsan, çarığımı çeynərsən. (1)

Nә vurulduğ isә, vurulduq, tavul üninә güvәndük. (75)

Nə yada sirrini ver, nə namərdə bel bağla. (1)

Nə yağ var, nə düyü, vay odun dərdi. (83)

Nə yaraşır arığa, gеdə girə qoruğa[1838]. (2)

Nə yardan doymaq olmaz, nə əldən qoymaq olmaz. (83)

Nə yazılıb, o da olacaq. (1)

Nә yerdә ki var qadı, Tanrı buyruğın qodı. Nә yerdә ki var qoca, nә Quran bilür, nә һeca. (75)

Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım[1839]. (1)

Nə zalım ol asıl, nə fağır ol basıl[1840]. (24)

Nәbatatın atası-anası yağmurdur. (75)

Nəcabət adamın zatında olar[1841]. (1)

Nəcabət ata-ana ilə ölçülməz. (1)

Nəciblik canda dеyil, qandadı. (12)

Nəfəs haqdandı. (1)

Nəfəs nəfəsdi, bədnəfəsin adı bədnamdı. (1)

Nәfәs tut ki, nәfәsün tutıla. (75)

Nәfәsün canı var, tutmayanın ziyanı var. (75)

Nəğdi qoyub, nisyə dalınca düşmə. (83)

Nəhəng dəryada olar[1842]. (2)

Nəhs adamla dost olma. (12)

Nəxunəkçi sahibi-səliqə olar[1843]. (2)

Nəməgi yedin, nəməkdanı sındırma. (83)

Nənə evin kötüyüdü. (1)

Nənə nəvənin oyuncağıdı. (12)

Nəpəyin nəxunəkliyinnən ala qarğa bala çıxartmaz. (18)

Nər yükünü nər çəkər. (1)

Nәrdiban ayaq-ayaq çıqılur. (75)

Nərdivana ilk pillədən çıxarlar. (1)

Nərdiyan olsa, arvatdar aya da qonax gedər. (18)

Nәrdübanı tam üstinә çәkmә, aqibәt sarqup enәrsәn. (75)

Nərin dizi bağlı gərək[1844]. (1)

Nəsib olmayınca basub ölmәz. (75)

Nәsibә taqsırlıq olur. (75)

Nәsibә zaval yoqdur. (75)

Nәsibində var isә, qaşığında çığa gәlә. (75)

Nəsihət ajıdı, meyvəsi şirin. (9)

Nəslində olan dırnağında bildirər. (14)

Nəvə pul sələmidi. (12)

Nəzir seyidə düşər, fitrə yoxsula. (1)

Nığ-nığ qardaşı qardaşdan eylər. (83)

Nisyə baldan nəğd sirkə yaxşıdı. (55)

Nisyə, girməz kisəyə[1845]. (83)

Nisyə içən iki dəfə kеflənir[1846]. (44)

Nisyə quyruxdan nağdı yumrux yaxşıdı. (18)

Nisyə vermərəm, dalınca da getmərəm. (1)

Niyə dənizə girirsən ki, sonra da xilas olmaq üçün Allaha yalvarasan. (45)

Niyyət hara, mənzil ora[1847]. (2)

Noxsansız dost axtaran dossuz qalar. (10)

Novruzdan sonra qırx gün kötük yanar. (1)

Novruzgülü ilə bənövşə bir-birini görməzlər. (1)

Nökər ağa dərdi bilsəydi, özü də ağa olardı. (83)

Nökərsən, niyə bekarsan, aç qapını, ört qapını. (1)

Növbə bizə gələndə çırağın yağı qurtarar. (1)

Növbə yetimə çatanda qaşığın dəstəsi sınar. (1)

Nuh deyər, peyğəmbər deməz. (1)

Nur gözdə olar. (1)

O

O adam ki, səhər yalan danışdı, axşamacan yalan danışar. (1)

O baş qorxsun ki, dost yolunda dayanmaz. (1)

O qədər dərd çəkib, qarnı dumbula dönüb. (1)

O qədər dövlətli deyiləm ki, ucuz şey alım. (1)

O qədər pulu var ki, toyuq dənləsə qurtarmaz. (1)

O ocaxdı, köz döylü, bu sən sındıran qoz döylü. (10)

O olmasın, bu olsun. (1)

O pisə qurban olum ki, gеdə, yaxşı gələ. (17)

O sizin şıxlar, bu bizim şıxlar, qonaq qonağa hesabın kön­lündə saxlar[1848]. (83)

O su kı səni aparır, ona dərya de. (18)

O vaxt ki, varımdı, keçə qılı şalvarımdı. (1)

O yağış olanda, sən torpaq ol. (1)

O yerdə ki, ləyaqətsizlərə hörmət, ləyaqətlilərə nifrət edir­lər, orada üç bəla: qorxu, aclıq və ölüm yuva salar. (18)

Oba bizdə, biz obada. (1)

Oba köçüb, yurt ağlayır. (2)

Oba köçüb, yurd qalıf[1849]. (5)

Oba köpəksiz olmaz[1850]. (1)

Oba yox, qara yox, sənnən başqa çarə yox. (10)

Obalarda yalquz qalan igit basıncaq olur. (49)

Obası Padarsa, özü də çodar olar. (16)

Ocağa salsan, tüstüsü çıxmaz, ağac vursan tozu[1851]. (1)

Ocax dul arvadın toyu kimi yandı, söndü. (18)

Ocaq anamızdır, müqəddəsdir. (12)

Ocaq içindən tutuşar. (1)

Ocaq keçər, közü qalar. (1)

Ocaq yeri külündən məlum olar. (1)

Ocaqda bişir, bucaqda tüşür. (83)

Ocaqdan getsə də bucaqdan getməz. (1)

Ocaqdan kül əskik olmaz. (1)

Ocaqdan qarşıla, ocaqdan da yola sal. (1)

Od deməklə ağız yanmaz. (3)

Od düşdüyü yеri yandırar[1852]. (2)

Od eləyib oda düşmüşük. (1)

Od görsәn, varma; köpәk ünin eşitsәn, var. (75)

Od hər yerə düşsə özünə bir yer açar. (54)

Od ilən oyun olmaz[1853]. (49)

Od ilən suya qarşu durmaq olmaz. (49)

Od ilә pambuğun nә oyunı var, ət ilә bıçağın nә oyunı var­dır[1854]? (75)

Od imandandır. (75)

Od insanı həm qızdırır, həm də yandırır. (1)

Od küllә saqlanur. (75)

Od qalar – köz olar, qız qalar söz olar. (1)

Od qoyup otluğa, Allaһ- Allaһ dimə. (75)

Od ocaqda yanar. (1)

Od olan yerdən tüstü çıxar[1855]. (1)

Od olub aləmi yandırmayacaqsan ki[1856]?! (1)

Od sönər, ad yox[1857]. (12)

Od tüstüsüz, gənc günahsız olmaz. (3)

Od yanmasa tüstüsü çıxmaz[1858]. (2)

Oda su tökməzdər. (12)

Oda yanmayan balasına da yanmaz. (39)

Oddan kül törər, küldən od törəməz. (55)

Oddan kül, küldən od[1859]. (44)

Oddan, sudan qar amannıdı. (13)

Odla, suyla, yağışla dostluq еləmək olmaz. (12)

Odu çək, külünə bax. (1)

Odu iki yеrə bölmək olar, suyu yox. (12)

Odu odla söndürmək olmaz. (12)

Odu söndürüb külü ilə oynayır[1860]. (1)

Odu suyun yanında qoymazlar. (83)

Odu еlə söndürkün, tüstüsü çıxmasın. (12)

Oduna gedənin baltası iti olar. (1)

Odunu beş qoy, gözünü deş qoy[1861]. (8)

Odunçı gözü kumçuda olur. (49)

Odunsuz ocaq olur, külsüz oçaq olmaz. (75)

Oğlağsuz tutmaç olmaz. (75)

Oğlan adamı - sındırar badamı, qız adamı – sındırar ada­mı. (1)

Oğlan anası – təməl binası. (1)

Oğlan bayramı sevər, övrət dügini sevər. (75)

Oğlan dayıya çəkər, qız xalaya. (1)

Oğlan doğdum, oydu məni, qız doğdum, soydu məni[1862]. (12)

Oğlan еvi alınca, qız еvi ölüncə. (14)

Oğlan evində toydur, qızın evində xəbər yox[1863]. (49)

Oğlan qoralıqda mövüc olub. (1)

Oğlan olduğu yerdə oğurluq saqlanmaz, qız olduğu yerdə ignə gizlənməz. (75)

Oğlan süfrə açmağı atadan öyrənər, qız anadan öyrənər paltar biçməyi. (1)

Oğlan yedi, oyuna getdi, çoban yedi, qoyuna getdi. (1)

Oğlan yetir, qız yetir, yükü yenə sən gətir. (1)

Oğlana balacalıqda qız verən çox olar. (1)

Oğlana, dәlüyә, kölәyә ulaşma. (75)

Oğlana, övrәtә olan qulluq yabana gedәr. (75)

Oğlana uyan qoca olmuş. (75)

Oğlana üz versәn, başdan aşar. (75)

Oğlanda tәşviş olmaz. (75)

Oğlanı qara bələ, qızı qora. (8)

Oğlanı kamal ilə, qızı camal ilə[1864]. (1)

Oğlanı yumuşa göndәr, ardınca sәn var. (75)

Oğlanın dərdi oyundur. (75)

Oğlanın qüvvәti dilindәdir. (75)

Oğlanın oğlan oyunu var, qızın qız oyunu. (1)

Oğlanın tüyi üşür, yigidin təniüşür, qocanın iligi üşür. (75)

Oğlı ölәn ağlar, oğlı olmayan ağlar. (75)

Oğlı-qızı olan ev yıqılmaz. (75)

Oğlı-qızı olmaz övrәtdәn әski xasır yegdir. (75)

Oğlum ağlamır, qızım çatdamır[1865]. (46)

Oğlum kimi sevsә, gәlünim oldur. (75)

Oğlum oğul olsun, kol dibi evim. (1)

Oğlum öylük, qızım göylük[1866]. (9)

Oğlun oldu adın qoy Ağanəzər, xeyri olmasa nə zərər? (1)

Oğlun olsun, diri olsun, çörək olsun, quru olsun. (1)

Oğluna qız axtarınca qızına oğul axtar[1867]. (2)

Oğlunu sevən gəlnin sevər, qızını sevən kürəkənini. (1)

Oğrı anası gah döşün yayar, gah döşünə urar. (49)

Oğrı evdәn olıcaq müşküldür. (75)

Oğrı güclü olsa ev yiyəsin dutar. (49)

Oğrı һaramdan saqınmaz. (75)

Oğrı it oğrıluğun tərk etsə, sümsüklügün tərk etməz. (49)

Oğrı kәndü rizqin yeyәr, bazırgan el rizqin yeyər. (75)

Oğrı olan öz evin yıxar. (49)

Oğrı-oğrı, yoldaşilən dost-doğrı. (49)

Oğru ol, insafı əldən qoyma. (83)

Oğru doğruluqdan danışar. (1)

Oğru elə bağırdı, doğrunun bağrı yarıldı[1868]. (1)

Oğru elə bilir, hamı oğrudu, doğru elə bilir, hamı doğru­du[1869]. (5)

Oğru еv olmaz, еv sahibini еvlikdən salar[1870]. (2)

Oğru gedər Şiraza, görənə verərlər cəza. (1)

Oğru hamını oğru bilər[1871]. (44)

Oğru işıxdan qorxar. (12)

Oğru it özünü bildirər. (1)

Oğru it xəfli olar[1872]. (83)

Oğru kölgəsindən qorxar. (1)

Oğru qaçıb əkildi, doğru dara çəkildi. (18)

Oğru qalana yanar, mal sahibi gеdənə[1873]. (2)

Oğru oğrunu tez tanıyar[1874]. (1)

Oğru ol, imanını əldən qoyma[1875]. (83)

Oğru öz yatağında ölməz. (12)

Oğru özü varranmaz, özgəni vardan çıxardar. (12)

Oğru özünü nə qədər gizli еtsə, yеnə də açılar. (12)

Oğru papağınnan da qorxar. (12)

Oğru tülküdən şir olmaz. (14)

Oğrudan oğruya halaldı[1876]. (83)

Oğrudan qalanı rəmmal aparar[1877]. (2)

Oğruluq ilə çəngilik qırq gün gedər. (83)

Oğrulәyin dustdan aşkarә yegdir düşmәn. (75)

Oğrunu oğru ilə tutarlar. (1)

Oğrunun yadına daş salma[1878]. (5)

Oğruya and buyurdular, evinə muştuluqçu göndərdi[1879]. (50)

Oğruya bәgün dә borcu var. (75)

Oğruya çəpər yoxdu. (18)

Oğruya-һәramiyә һәq et, başı siniyә girmәz, girürsә dә, әrәnlәr öginә gəlməz. (75)

Oğruya gülmә, oğlun var isә. (75)

Oğul atadan görməyincə süfrə yaymaz[1880]. (3)

Oğul arxadı, qız yaraşıqdı. (1)

Oğul ata olmayınca ata qədrin bilməz. (49)

Oğul atanın kövşənin əkər. (1)

Oğul atanındı, qız ananın. (55)

Oğul bəd övlad olsa, öldürər dərd atanı. (1)

Oğul beldən, ər eldən. (1)

Oğul beldən, kömək eldən. (55)

Oğul bığdan tutmax gərəkdi, sakqaldan tutmax yox. (18)

Oğul böyütdüm, nər böyütdüm, yad qızına ər böyütdüm. (9)

Oğul da bir еv tikir, qız da. (14)

Oğul dayıya, qız bibiyə çəkər. (13)

Oğul dəxi neyləsin, baba ölüb mal qalmasa, baba malından nə fayda, başda ağıl olmasa[1881]?(3)

Oğul doğulan günnən oğuldu. (46)

Oğul dövlətdi, mülk dəyirman. (1)

Oğul düşmən çəpəridi. (12)

Oğul düşmən qapısına aparar. (1)

Oğul el yaraşığı, qız dil yaraşığı. (9)

Oğul evləndi, qonşudu. (55)

Oğul ələ düşər, qardaş yox. (1)

Oğul fər olar, ata malun neylər. (49)

Oğul günahsız olmaz, ata mərhəmətsiz. (1)

Oğul xırdası, noğul xırdası. (1)

Oğul-qız evin çanağı-çölmәyi kibidür. (75)

Oğul mənimdi, qabiliyyətini bilirəm. (1)

Oğul meyvədi, ata bağban. (1)

Oğul on iki yaşında ya yəhər altda, ya da yеr altda[1882]. (46)

Oğul ölsə ciyərim yanar, qardaş ölsə belim bükülər[1883]. (1)

Oğul sеvən qucaxda, ana sеvən bucaxda. (12)

Oğul şüurlu olsa nеylər ata malını, bişüur olsa nеylər ata malını[1884]. (32)

Oğul ümüt çırağı, qız bezin qırağı. (18)

Oğula görə atanı tanıyarrar. (12)

Oğullu evin yoxsulluğı yurd arığı kibidir. (75)

Oğulu qızdan əstən tutma. (12)

Oğulun əfəli qohumnan qız alar[1885]. (13)

Oğulun igidliyi ananı cavannaşdırar. (12)

Oğulunku öy, qızınkı göy. (40)

Oğurlayın yügürәn aşkarә puzalar. (75)

Oğurluq çörəyin dadı olmaz. (12)

Oğurluq eylə, insafın əldən qoyma[1886]. (49)

Oğurluq yeyən gah dizinə çəkər, gah başına. (1)

Oğuz yumundan baymışdır. (75)

Oha var dağa mindirür, oha var dağdan endürür[1887]. (50)

Ox bədəni, dil ürəyi yandırar. (12)

Ox kimi doğru olsan, əldə tutarlar səni, yay kimi əyri olsan, çölə atarlar səni. (1)

Ox yaradan çıxar, ədavət ürəkdən çıxmaz. (1)

Ox yaydan çıxandan sonra, peşimanlıq nə fayda. (49)

Oxu atar, yayı gizlər[1888]. (49)

Oxuduğunu demə, anladığını de[1889]. (28)

Oxumamışdan əvvəl yırğalanmağı öyrənir. (83)

Oxuyan yaşa baxmaz. (1)

Ojax deyər, qarın üstə yanaram, əmə külün üstə yanma­ram. (9)

Oq atanın gündә buçuq ziyanı olur. (75)

Oq atmaq, yazu yazmaq, suda üzmәk. Gәrәkdir bu üçi һәr şәxsә düzmәk. (75)

Oqı at, dәxi çıqışına baq. (75)

Oqumuşlar könüllü olur. (75)

Ol evdә ki un ola, odun ola. Ya dәxi ol evün odı nә ola. (75)

Ol verә ki, bol verә, qalmışlara yol verə. (75)

Olacağa çarə yoxdu[1890]. (2)

Olan dörd bağlar, olmayan dərd bağlar. (1)

Olan oldu, torba doldu[1891]. (5)

Olan yarma qaynadar, olmayan əlin oynadar. (1)

Olan yеrdən öləcək[1892]. (2)

Olanda göz qızarır, olmayanda üz[1893]. (1)

Olanı dilə gətirməzdər. (12)

Olar başım suyu, olmaz aşım suyu. (1)

Oldu ilə öldüyə çarə yoxdu. (83)

Olmadı qurutdan, qarnını doydur tutdan[1894]. (1)

Olmayanın bir dərdi var, olanın on bir. (1)

Olmuş olacaqdan iyidi[1895]. (2)

On bir gәtürәn on iki dә gәtürür. (75)

On dəfə eşitməkdən bir dəfə görmək məsləhətdi. (33)

On dəfə ölç, bir dəfə biç[1896]. (44)

On gün ov, bir gün ov[1897]. (1)

On iki imama yalvarınca, bir Allaha yalvar[1898]. (5)

On iki imami yiyib, gözünü axırızamana tikib[1899]. (83)

On paralıq pambıq, iyirmi paralıq gömrük. (1)

On tamla, bir biç. (49)

On yaşında ata oğlunu bindir. (75)

Ona dözən on beşə də dözər[1900]. (1)

Ona söz dedin, elə bil daşa-divara dedin. (1)

Ondan keç, toquzı qalsun. (75)

Onu - bunu hirsləndirənin özü də rahat olmaz. (71)

Onun ayağı altı biləni, bunun başı bilməz. (1)

Onun ipi ilə quyuya düşmək olmaz. (1)

Opa görsәn, qaşan; yağı görsәn, quşan. (75)

Orağı kürk vaxtı, kürkü orax vaxtı alarlar. (6)

Orddan çıxıf, orda yapışar. (12)

Ordunda yaxşı yer eyliyübsən, baqqal armud versə. (5)

Ordubad Təbrizin gül bağıdır. (25)

Ordubad toprağı behişt, Ordubad əhli behişt yaradandır. (25)

Orta oyunu orta yerdə oynanar. (1)

Ortada yeyir, qıraqda gəzir[1901]. (1)

Ortaq çox olduqca ziyan az olar. (1)

Ortaqlı darını donuz yeyər. (11)

Ortaqlı malı xalq yеyər. (2)

Ortaqlı toyuqdan yalnız yumurta yaxşıdı[1902]. (46)

Ortaqlıq öküzdәn pışqa buzağı yegdir. (75)

Ortaqlu qazan qaynamaz[1903]. (49)

Oruc tutma, namaz qılma, işin belə rast gəlsin?! (1)

Oruc tutmayanın oğluna Ramazan adı qoyarlar. (1)

Oruc yediyini görmüşəm, namaz qıldığını görməmişəm. (18)

Orucumdan çox razıyam, şənbəsini də tuturam[1904]. (1)

Orucun onı qalansa, adamın göni qalur. (75)

Ot çox olanda öküz kökələr, ölü çox olanda molla. (12)

Ot gedür bayır qalur, su gedir qayır qalur. (49)

Ot köki üstə bitər[1905]. (49)

Ot sərpədə qalur, mal bərkdə. (49)

Ot tayası eşşəyin yanına gəlməz, eşşək onun yanına gedər. (36)

Date: 2016-05-25; view: 433; Нарушение авторских прав; Помощь в написании работы --> СЮДА...



mydocx.ru - 2015-2024 year. (0.007 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию