Главная Случайная страница


Полезное:

Как сделать разговор полезным и приятным Как сделать объемную звезду своими руками Как сделать то, что делать не хочется? Как сделать погремушку Как сделать так чтобы женщины сами знакомились с вами Как сделать идею коммерческой Как сделать хорошую растяжку ног? Как сделать наш разум здоровым? Как сделать, чтобы люди обманывали меньше Вопрос 4. Как сделать так, чтобы вас уважали и ценили? Как сделать лучше себе и другим людям Как сделать свидание интересным?


Категории:

АрхитектураАстрономияБиологияГеографияГеологияИнформатикаИскусствоИсторияКулинарияКультураМаркетингМатематикаМедицинаМенеджментОхрана трудаПравоПроизводствоПсихологияРелигияСоциологияСпортТехникаФизикаФилософияХимияЭкологияЭкономикаЭлектроника






Mətanət YAQUBQIZI 21 page





Qodux örkəndə anasından qabaq düşər. (83)

Qoduхlasan da yükün boynumdadı, qoduхlamasan da. (17)

Qoduq böyüdü, çulu böyümədi[1611]. (1)

Qoduq böyüyər, eşşək olar. (1)

Qoduq üşüməsə tövlənin qədrini bilməz. (1)

Qohum gedə-gedə yad olar, yad gələ-gələ qohum[1612]. (46)

Qohum qohumun ətini yesə, sümüyünü çölə atmaz[1613]. (1)

Qohum var, ciyər parası, qohum var, qazan qarası. (18)

Qohuma qoltax, yada yaltax[1614]. (9)

Qohum-qardaşla ye, iç, alış-veriş eyləmə. (83)

Qohumu kəssən kəsilməz, üzsən üzülməz. (9)

Qohumum qara qazan, ümidim un çuvalı. (1)

Qohumun acısı – qovunun acısı[1615]. (1)

Qohumun kimdi? Yaxın qonşun[1616]. (2)

Qoja atnan hündür hasardan aşammazsan[1617]. (9)

Qojanın dizi ağrıyar, ağlıyanın gözü. (9)

Qol əti qolda gidər, bud əti budda. (83)

Qol qırılında boyundan asarlar. (14)

Qol salsan, yön bəllüdür. (75)

Qoltuğı altından yeyənin qarnı toymaz. (75)

Qolu bağlı olanı hər kəs döyər. (1)

Qolun sınsa, qolluqda, qıçın sınsa, balaqda. (36)

Qolun sınığı boyuna bir yükdü. (39)

Qolun var, zorun var. (1)

Qomaduğun yerdən götürmə. (75)

Qonağ nəfəs kimidür, gəlib çıxmasa xəfə olur. (49)

Qonağ umduğın yeməz. (49)

Qonağa ağzına görə aş bişirəllər. (12)

Qonağa aş verərsən, sənə baş vurar[1618]. (46)

Qonağa «get» deməzlər, palazı altından çəkərlər[1619]. (1)

Qonağa görə süfrə açılar. (1)

Qonağa hörmət eylə, əgərçi kafir də olsa[1620]. (2)

Qonağa zaval yoхdu. (12)

Qonağı evə qoyan yoxdu, soruşur: - Paltarımı hardan asım? (1)

Qonağı evə qoyan yoxdur, şah qatarın mıxdan asır. (55)

Qonağı evə qoymazlar, oxunu gökdən asar[1621]. (83)

Qonağı gəlməyən qara evlər yıxılsa yey[1622]. (3)

Qonağı qonşuya tanıdarsan, hər ikisindən məhrum olar­san[1623]. (1)

Qonağı öyə qoyan yox, sadağası göynən gedər. (18)

Qonağım qonağ, qonşum da qonağ. (49)

Qonağın ağzına baxarlar, atına yem verərlər. (1)

Qonağın əbləһi oldur ki, ev issini ağırlaya. (75)

Qonağın gözü böyüh olar. (15)

Qonağın hörmətliliyi yola salınmaqdan bilinər. (35)

Qonağın könlünnən keçən öy yəəsinin il azuqəsidi. (18)

Qonağın payını Allah yetirər. (12)

Qonağın ruzisi özündən qabaq gələr. (83)

Qonağın tədbiri çaşanda öv yiyəsinə təklif eliyir. (10)

Qonağın üzünə baxma, izinə bax. (9)

Qonağın zorlusu özündən qabaq gələr[1624]. (55)

Qonax gələr qaşına baxmaz, aşına baxar. (18)

Qonax öy yiyəsinin zurnaçısıdır. (35a)

Qonax özünə qav tapar. (9)

Qonax ya taxçaya, ya buxçaya baxar. (18)

Qonaq bərəkət gətirər. (1)

Qonaq bir gün olar. (1)

Qonaq bir olsa, ev yiyəsi öküz kəsər. (1)

Qonaq bu il burdadı, yengi il də sərbəsər[1625]. (83)

Qonaq çoxdu, qazma dar[1626]. (46)

Qonaq dediyin sabah gəlsin, axşam getsin. (1)

Qonaq ev yiyəsinin dəvəsidi, harda bağlasa, orda durar[1627]. (46)

Qonaq ev yiyəsinin quludu. (1)

Qonaq ev yiyəsinin quzusudu. (1)

Qonaq evə girincə utanar, ev yiyəsi sonra. (1)

Qonaq evin gülüdü. (1)

Qonaq evinə motal yüklü gələn buğda yüklü gidər[1628]. (83)

Qonaq gələr qonşu kimi, yenə gedər qonşu kimi. (1)

Qonaq gələr, gedər quş kimi, yoxsa oturar bayquş kimi?! (1)

Qonaq gəlməyən ev хaraba qalar. (14)

Qonaq güclü olsa, ev yiyəsini evdən qovar. (83)

Qonaq ki var, gəldi - gedərdi. (1)

Qonaq köçəri quşdu. (1)

Qonaq qonağı sevməz, ev issi ikisini də sevməz[1629]. (75)

Qonaq qonağın hesabını ürəyində saxlar. (1)

Qonaq özgə evində səliqəli olar. (44)

Qonaq sevənin süfrəsi boş qalmaz[1630]. (1)

Qonaq süfrənin yaraşığıdı, uşaq evin. (1)

Qonaq var ev üçün, qonaq var el üçün, qonaq var sel üçün. (41)

Qonaq umduğın yeməz, bişdügin yer[1631]. (75)

Qonaq yedügin bilməzsə, ev issi xərçin bilür. (75)

Qonağın enesi endicək ev issin ağırlar. (75)

Qonaqdan saldıran yağıdan saldırıb[1632]. (2)

Qonaqdan saldırılan qazancdı. (1)

Qonaqlıq yaxşı şeydi, bir gün bizdə, bir gün sizdə. (1)

Qonaqsız ev susuz dəyirman. (1)

Qonaqsız ev uğursuz olar. (1)

Qonşı aşı - könül xoşı. (49)

Qonşı qazanı almaq çanaqdan su içmək kibidir. (75)

Qonşı ölümi sənə yoldur. (49)

Qonşı qızı gülənclü olur. (75)

Qonşı qızı tar olur. (75)

Qonşı sözi qonşıya ağır gəlür. (49)

Qonşın tox, sən də tox. (49)

Qonşına danış, bildügin əldən qoyma. (49)

Qonşının eşəgin toquz istə, sənin on olsun. (75)

Qonşıyı qonşıdan sorarlar. (75)

Qonşu aşı (payı) dadlı olar. (1)

Qonşu çörəyi qonşuya borcdu[1633]. (2)

Qonşu iti qonşuya ürməz[1634]. (28)

Qonşu qarısı qız görünər. (18)

Qonşu qızı çapaqlı olur. (75)

Qonşu qızı göyçək olar. (1)

Qonşu qızı gözəl olmaz. (14)

Qonşu qonşu olsa, keçini camış qiymətinə satarsan. (16)

Qonşu qonşudan namus çəkməsə, ajınnan ölər. (9)

Qonşu qonşudan tez durmağı öyrənər. (1)

Qonşu qonşunun gülünə möhtacdı. (1)

Qonşu qonşunun itigini bayatı çağıra-çağıra tapar[1635]. (83)

Qonşu qonşuya baxar, özünü oda yaxar[1636]. (2)

Qonşu qonşuynan tən gərək, tən olmasa gen gərək[1637]. (5)

Qonşu malı şirin olar. (17)

Qonşu muncuğunu götürən gərək gorda taxsın[1638]. (83)

Qonşu oduynan çıraх yanmaz. (15)

Qonşu paxıl olmasa kor qız ərə gedər[1639]. (2)

Qonşu payı dolu gələr, dolu gedər. (83)

Qonşu һaqqı, Tanrı һaqqı[1640]. (75)

Qonşuda bişər, bizə də düşər. (1)

Qonşuda ət döyülür, qonşuya müftə görünür. (1)

Qonşuda qız sevənin ürəyində yağ olmaz. (1)

Qonşuda yarı olanın evi dar olar. (40)

Qonşudan aş gəldi, gözümnən yaş gəldi. (18)

Qonşudan gələn odla isinmək olmaz. (12)

Qonşudan gələn qatıxcıx, qurtarar barmax batırcax[1641]. (9)

Qonşudan gələnnən töyna olma. (83)

Qonşun kim isə, qardaşın oldur. (75)

Qonşun pisdi, köç qurtar, dişin ağrıyır, çək qurtar, arvadın pisdi, boşa qurtar, halın pisdi, öl qurtar[1642]. (1)

Qonşunu iki inəkli istə ki, özün də bir inəkli olasan[1643]. (28)

Qonşunun başı şişdi, qayğısı bizə düşdü[1644]. (1)

Qonşunun gəlini qız, donqarı düz görünür. (9)

Qonşunun haqqı, axirət haqqıdı. (1)

Qonşunun qaymağınnan özüün şoru yaxşıdı. (18)

Qonşunun qıyvatını qırma, ya qapıdadı, ya bajada. (9)

Qonşunun qızı idim, indi oldum ev qızı, ev gəlini. (1)

Qonşunun şamından işıх olmaz[1645]. (5)

Qonşunun toyuğu qaz, özününkü az görünər. (9)

Qonşuya ağaş dəydi, elə bildik, saman çuvalına dəydi. (9)

Qonşuya gülə-gülə gedən, ağlıya-ağlıya gələr. (9)

Qonşuya umudlu olan şamsız yatar[1646]. (44)

Qora ikən mövüc oldum[1647]. (1)

Qora yetmək dövlət bəqasıdur. (49)

Qorğaya öyrəşən çətəsiz qalmaz. (79)

Qorx o adamdan ki, qorxmaz Allahdan[1648]. (28)

Qorx payızdan – qabağınca qış gəlir, qorxma qışdan – qa­bağınca yaz gəlir. (1)

Qorxa-qorxa cənnətə gedincə, gülə-gülə cəhənnəmə get[1649]. (1)

Qorxağın səsi gur olar. (6)

Qorxaq igidlikdən danışar. (1)

Qorxaq kölgəsindən ürkər. (1)

Qorxan gündə yüz yol ölər, qəhrəman bir yol[1650]. (55)

Qorxan it uzaxdan hürər, yaxınnan quyrux buluyar. (9)

Qorxanın cütə faydası yoxdur[1651]. (81)

Qorxu başa bəladır. (1)

Qorхu cana kafaradı. (13)

Qorxu olmayan yerdə nizam olmaz[1652]. (2)

Qorxu ölümdən nicat verməz. (1)

Qorxu ölümün qardaşıdı. (1)

Qorxu xəyanətündür. (75)

Qorxulu baş səlamət olur[1653]. (49)

Qorqaq bazırgan assı etməz[1654]. (75)

Qorqaq qarnın toyurmaz. (75)

Qorqunun əcələ assısı yoqdur. (75)

Qorunan gözə çöp düşməz. (82)

Qorunan heyvanı qurd yeməz. (1)

Qoruyub varını, unutma arını. (78)

Qoşa qılınc qına sığmaz. (3)

Qoşalövbər gəmini su aparmaz. (1)

Qotur qoyundan bir çəngə yun da qənimətdir. (1)

Qovanın gücü varsa, qaçanın da Allahı var. (1)

Qovqasız baş gorda. (49)

Qovlu ilə feli bir deyil. (1)

Qoy keçinin ölümü palıddan olsun. (83)

Qoyma xaldan xal olmaz, xal özü əsli gərək[1655]. (83)

Qoyun ayağı incələr, quş ayağı dirçələr[1656]. (1)

Qoyun az gəzər, quyruq bağlayar. (1)

Qoyun quzusunun ayağını basmaz[1657]. (49)

Qoyun olmayan yerdə keçiyə Kərəməddin ağa deyərlər[1658]. (49)

Qoyun öz tüki üstə yatar. (49)

Qoyun səmirdikcə yavaş olur. (75)

Qoyun tozı qurt gözünə tütiyədir. (49)

Qoyun üç baş otlar. (16)

Qoyun yüz olunca, dərisi min olar. (1)

Qoyuna qaç deyüb, qurda qov demə. (75)

Qoyuna qırxılıq qoyulanda keçinin gözü yaşarar. (1)

Qoyuna qurt təpdi, vay "birliy" içün[1659]. (49)

Qoyunlu evlər gördüm, qurulmuş yaya bənzər, qoyunsuz evlər gördüm, qurumuş çaya bənzər. (1)

Qoyunludan quzı tartınma. (75)

Qoyunu çoх olanın səbri gen olar. (12)

Qoyunu köpəyə tapşıran, kababı qurda yedizdirər. (15)

Qoyunu qoyun ayağından asarlar, keçini də keçi ayağın­dan[1660]. (28)

Qoyunu olmayanın bıçağı iti olur[1661]. (2)

Qoyunu qurda tapşırdı[1662]. (28)

Qoyunu soyub quyruğunda bıçaq sındırır. (14)

Qoyunun quzusu bir-bir doğulur, axırda sürü düzəlir, it neçəsini küçükləyir, hamısı dağılışıb gedir. (39a)

Qoyunun mələdiyini quzu mələməz. (15)

Qoyunun oldu əlli, adın oldu bəlli, qoyunun oldu yüz, süd gölündə üz[1663]. (14)

Qoyunun olmadığı yerdə keçiyə Əbdürrəhman Çələbi de­yər­lər. (33)

Qoyunun yaхşısı gedib, gici qalıb, adamın yaхşısı gedib, bici qalıb[1664]. (5)

Qoyunun zulumu sütdən olsun. (18)

Qoz ağacı, qız ağacı, sındırarsan, yox əlacı. (1)

Qoz qabığından çıxdı, qabığını bəyənmədi[1665]. (1)

Qoz silkələyif, fındıx yığmazlar. (11)

Qoz var, sındırarsan, səs verər, qız var, dindirərsən, səs verər. (1)

Qozbeli qəbir düzəldər. (1)

Quda qudurar, qızını aparar[1666]. (1)

Quduzun ömri qırq gündür[1667]. (75)

Qul azmasa, qada yeriməz. (18)

Qul ilən quymaq yeyən qırx ildən sonra qusar. (49)

Qul qədərini görəcək, qismətini yiycək, gora sora geecək[1668]. (18)

Qul qədərsiz olmaz, gor əzabsız. (18)

Qul, qulluğın andan bilə ki, kəndü dedigi olmıya. (75)

Qul qulluğunda gərək. (75)

Qul maluna güvənər, ağa ikisinə də. (49)

Qul olanın qulu olma, qul saxlıyanın qulu ol. (18)

Qul tapusı keçərgüdür. (75)

Qul xətasız olmaz, ağa kərəmsiz[1669]. (28)

Qulağı kəsilən it quzuya dönər. (18)

Qulağızsız quş uçmaz. (75)

Qulaq asan öz sözünü eşidər. (83)

Qulaq başa zəkatdur. (49)

Qulaq deyir: - Gündə bir söz eşitməsəm, qalxana dönərəm. (1)

Qulaq gündə təzə söz eşitməsə kar olar. (1)

Qulaq iki, dil birdi, bir söylə, iki eşit. (1)

Qulaqda sırğa asılar, söz qalar. (1)

Qulanın quyruğunu kəsməhlə qurd olmaz. (15)

Quldan xəta, ağadan əta[1670]. (81)

Qulı qul duasıyla һəq yarğılar. (75)

Qulluqçudan borc eləmə, ya toyda istər, ya yasda. (1)

Qulun at olunca yiyəsi mat olar[1671]. (37)

Qulun yoğ isə, güyəgün də mi yoq? (75)

Qum qalur, su gedür. (49)

Qumar dağıdan evi Allah dağıtmaz. (83)

Qumar naşını sevər. (1)

Qumar pulu ilə məscid tikilməz. (1)

Qumarı oynarlar aşıqilən. (83)

Qumarın axırı yoxdu[1672]. (1)

Qumlaxlının həyətində fındıx olar, Daşağlının həyətində keçi. (18)

Qumsuz bulaq, tumsuz qabaq olmaz. (40)

Quran oxumaqnan donquz darıdan çıxmaz. (83)

Quranı yarpaq-yarpaq yiyir, yalanı başdan aşır. (18)

Quraxlıxdan ajdığ olmaz, amma yağarrıxdan olar[1673]. (9)

Qurbağanı suya sarı tərpətsən, iki sıçrar[1674]. (49)

Qurban yeyən abdal qida qaytarmaq gərək. (49)

Qurbannıх qoçu qurd yeməz. (12)

Qurbansız bayram olmaz[1675]. (55)

Qurd acgöz olar. (1)

Qurd ağzından sümük alınmaz. (1)

Qurd anarsan, qurd gəlür. (75)

Qurd balası qurd olar, eşşək balası qoduq[1676]. (1)

Qurd boynuna çəkər: assın dönüb nəsnə umma. (75)

Qurd bulduğı quş ilə, quş bulduğı ağac turusında. (75)

Qurd dartdığını bilər, ovladığını bilməz[1677]. (29)

Qurd dedin, qulağı çıxdı[1678]. (1)

Qurd dumanlı gün axtarar[1679]. (2)

Qurd əti qurda haramdı. (1)

Qurd gəldi, oyun pozdı. (49)

Qurd хisləti dəyişməz. (13)

Qurd ilə qiyamətə qalmaz. (1)

Qurd ilə qoyun, qılıncla oyun bir yerdə olmaz[1680]. (28)

Qurd ilən yeyər, iyəsi ilən şivən eylər[1681]. (49)

Qurd ki qarıdı, qurbağa avlar. (49)

Qurd qaranlıq sevər[1682]. (44)

Qurd qocalanda əlini qapır. (1)

Qurd qocalanda köpəyə gülünc gələr[1683]. (2)

Qurd qonşusun yeməz[1684]. (75)

Qurd qoyuna dəgməsə, İsfahana gedər[1685]. (49)

Qurd qoyundan tamahın kəsməz[1686]. (75)

Qurd qurdluğun yerə qoysa, qurd olmaz - murd olar. (16)

Qurd mirası quşunkudur. (49)

Qurd nə bilir, qatır bahadır[1687]. (28)

Qurd övladığın quşnan yeyər, quş tutduğun göyə çəkər. (17)

Qurd öz örüşündə ac qalmaz[1688]. (1)

Qurd sürüyə gələndə tək qoyunlunun qoyununu aparar[1689]. (1)

Qurd toyduğı yeri qırq kərrə dolanur. (75)

Qurd tutduğu yerdən qane olur. (1)

Qurd tükünü dəgişər, xasiyyətini dəgişməz[1690]. (29)

Qurd ulaya-ulaya başına qal gətirər[1691]. (1)

Qurd üzi mübarəkdir. (3)

Qurd yanında quş da doyar. (75)

Qurd yuvasından sümük əskik olmaz[1692]. (2)

Qurda qonaq gedən köpəyi yanıca aparmalı[1693]. (2)

Qurda qoyun tapşırmaq olmaz[1694]. (2)

Qurda rəhm eyləmək qoyuna zülmdür[1695]. (28)

Qurda tikmək öyrət, yırtmaq ki peşəsidür[1696]. (49)

Qurddan çoban olmaz[1697]. (28)

Qurddan qorxan qoyun saxlamaz[1698]. (2)

Qurddan olan qurd olar[1699]. (73)

Qurdların səbəbinə quşlar da yem tapır. (1)

Qurdlu paxlanın kor alıcısı olar[1700]. (1)

Qurdu evdə saxlamaqla, ev heyvanı olmaz. (1)

Qurdu meşədən aclıq çıxardar. (1)

Qurdun adı yavuz, arada dülkü var, baş kəsər. (75)

Qurdun ağzınnan quyrux çıxanda uluyar. (9)

Qurdun səbəbinə quş da yeyər[1701]. (2)

Qurdun tövbəsi qoyunu görüncədi. (39a)

Qurdun üzü ağ olsa, abadanlığa gündüz gələr (1)

Qurdun yediyini keçiyə çıxmazdar. (9)

Quru ağacı odunluğa kəsərlər. (1)

Quru ağacın meyvəsi olmaz. (1)

Quru divara un yapışmaz[1702]. (2)

Quru donla yaş balıq tutulmaz. (1)

Quru gön bit arturar. (75)

Quru qaşıq ağız yırtar. (1)

Quru qatında yaş da yanar[1703]. (75)

Quru quyudan su çıхmaz. (14)

Quru palçıq divara yapışmaz. (1)

Quru salamı yel alur. (75)

Quru süfrəyə dua olmaz[1704]. (2)

Quru torva ilə at bir gəz tutulur. (75)

Quru torva ilə at yeləgi tutulmaz. (75)

Qurudan quruya nəsnə yapışmaz. (75)

Qurunun oduna yaş da yanar[1705]. (5)

Quş avladan qarımış, tazı avladan yarımış. (49)

Quş dənə yığılar, çibin şirinə[1706]. (37)

Quş dimdiyindən, insan dilindən tələyə düşər. (1)

Quş gögdə qışlamaz. (49)

Quş kola sıxılar, insan insana. (21)

Quş qanadına arxalanar, uşaq atasına. (1)

Quş qanadından kirayə istəməz[1707]. (49)

Quş qanat ilən, ər himmət ilən. (49)

Quş qızıl qəfəsdə olsa yenə dustaxdı[1708]. (83)

Quş quş ilə tutulur[1709]. (44)

Quş uçduğu yuvadan ol yuvayı gerü yapar. (75)

Quş var, ət yedirirlər, quş var, ətin yeyirlər[1710]. (75)

Quşbazın evini salsal yaxar. (2)

Quşda süd yoq, qatırda qulun yoq. (75)

Quşdan qorxan darı əkməz[1711]. (1)

Quşın erkəgin, dişisin bəglər tanur. (49)

Quşlara xərac gəldi, gecəquşu dişini görkəzdi[1712]. (83)

Quşu cələ ilə tutallar. (9)

Quşu uçurdub, yerini axtarır. (1)

Quşu yuvadan, gülü güllükdən götür. (9)

Quşun erkək-dişisini ovçu tanıyar. (1)

Quşun qanadı özünə ağırlıq eyləməz. (83)

Qutlu gün toquşundan bəllüdür[1713]. (75)

Quyruğunu kəsməklə tula köpək olmaz. (1)

Quyruqlu ulduz qırx ildə bir dəfə görünər. (1)

Quyu dərin olanda suyu sərin olar. (40)

Quyuda yatır, özünü minarədə görür. (1)

Quyunun divinnən baxanda göy balaja görünər. (9)

Quyuya girməmişdən əvvəl çıхmağı fikirləş. (14)

Quyuya su tökməklə quyu sulu olmaz[1714]. (83)

Quyuya tüpürmə, vaxt olar suyunu içməli olarsan. (1)

Quyuyı boyunca qaz, şayəd kəndün düşərsən[1715]. (75)

Quz qorqusuz olmaz. (75)

Quzğun balasını bülbül sanar. (1)

Quzu çoban üçün deyil, çoban quzu üçündü. (1)

Quzu qatmıyan quzuçudan küsməz. (9)

Quzu quraqda mələr. (1)

Quzunu qara quyla, çəpişi qora. (17)

Quzunun təqsiri qurdun acmasıdı[1716]. (1)

Quzusın enilməyən də bulur, qatı mələyən də bulur. (75)

Quzusu gümrah olan çoban papağını yan qoyar. (1)

Quzusuna qıymayan kabab yeyə bilməz. (1)

Qürbət – adı bəd. (1)

Qürbət cənnət olsa yenə vətən yaxşıdı. (1)

Qürbət görməyən adam vətən qədri bilməz. (1)

Qürbət yerdən vətən olmaz. (1)

Qürbətdə keçən ömür ömür sayılmaz. (1)

Qürbətdə ölənin papağı nişanə gedər. (1)

Qürbətdə öyünmək hamamda oxumağa bənzər. (1)

Qürbətdən vətənə qayıdanda sevinmək olmasaydı, qürbət səfəri haram olardı. (1)

Qüvvə hər şeyi sındırar, ağıl - qüvvəni. (1)

Qüvvət birlikdədi. (1)

Qüvvətlü, qollu qulunla, qopuz qılınla. (75)

 

L

Laçın balasın verməz, bəlkə zorla alalar. (1)

Laçın da günəşdən yuxarı uça bilməz. (12)

Laçın qalada balalar. (1)

Laf ilə pilav bişməz yağ ilə düyü gərək[1717]. (28)

Lağ eləmə atama, lağ edəllər atana. (12)

Lağ süpürgə müşgəyindədi. (18)

Lağa qatlanan yenər. (75)

Lahıcı sel aparırdı, eylə diyirdi qiblə pakı. (83)

Lalə taxıl zəmisində qanqaldır. (85)

Lalın dilini anası bilir, anandan yaxşı yavər olmaz[1718]. (43a)

Lax yumurta suda batmaz. (12)

Ları xoruzlar yağ bağlar, qarışqalar bal bağlar. (39a)

Laylay bilirsən, niçin yatmayırsan. (83)

Lazımlı yerə sərf eləmir, lazımsız yerə su kimi axıdır[1719]. (1)

Lələ ikinci anadı. (1)

Lələ köçüb, yurdu ağlayır[1720]. (1)

Lənət baxıla, bərəkət taxıla. (75)

Leş olsa, qarğa tapılar. (12)

Lətifə az gərək. (75)

Ləvənd ləvəndi tapar. (1)

Ləyaqət ağıldadı, əsil-nəsəbdə deyil. (1)

Leylək gününü tak-tukla keçirdər. (1)

Leyli bazarıdı, Məcnun can satır. (1)

Loğma dağ aşırar. (1)

Loğma qarın doydurmaz, hörmət artırar. (1)

Loğma şəfqət artırar. (75)

Loğmanı az götür, çox çeynə. (1)

Date: 2016-05-25; view: 503; Нарушение авторских прав; Помощь в написании работы --> СЮДА...



mydocx.ru - 2015-2024 year. (0.007 sec.) Все материалы представленные на сайте исключительно с целью ознакомления читателями и не преследуют коммерческих целей или нарушение авторских прав - Пожаловаться на публикацию