Ãëàâíàÿ Ñëó÷àéíàÿ ñòðàíèöà


Ïîëåçíîå:

Êàê ñäåëàòü ðàçãîâîð ïîëåçíûì è ïðèÿòíûì Êàê ñäåëàòü îáúåìíóþ çâåçäó ñâîèìè ðóêàìè Êàê ñäåëàòü òî, ÷òî äåëàòü íå õî÷åòñÿ? Êàê ñäåëàòü ïîãðåìóøêó Êàê ñäåëàòü òàê ÷òîáû æåíùèíû ñàìè çíàêîìèëèñü ñ âàìè Êàê ñäåëàòü èäåþ êîììåð÷åñêîé Êàê ñäåëàòü õîðîøóþ ðàñòÿæêó íîã? Êàê ñäåëàòü íàø ðàçóì çäîðîâûì? Êàê ñäåëàòü, ÷òîáû ëþäè îáìàíûâàëè ìåíüøå Âîïðîñ 4. Êàê ñäåëàòü òàê, ÷òîáû âàñ óâàæàëè è öåíèëè? Êàê ñäåëàòü ëó÷øå ñåáå è äðóãèì ëþäÿì Êàê ñäåëàòü ñâèäàíèå èíòåðåñíûì?


Êàòåãîðèè:

ÀðõèòåêòóðàÀñòðîíîìèÿÁèîëîãèÿÃåîãðàôèÿÃåîëîãèÿÈíôîðìàòèêàÈñêóññòâîÈñòîðèÿÊóëèíàðèÿÊóëüòóðàÌàðêåòèíãÌàòåìàòèêàÌåäèöèíàÌåíåäæìåíòÎõðàíà òðóäàÏðàâîÏðîèçâîäñòâîÏñèõîëîãèÿÐåëèãèÿÑîöèîëîãèÿÑïîðòÒåõíèêàÔèçèêàÔèëîñîôèÿÕèìèÿÝêîëîãèÿÝêîíîìèêàÝëåêòðîíèêà






Mətanət YAQUBQIZI 1 page





Filologiya üzrə fəlsəfə doktoru


A

Abad kənd tüstüsündən bəlli îlar[43]. (1)

Abad yerin bülbülü, xarabanın bayquşu. (1)

Abanın qədri yağışda məlum îlar. (1)

Abbasını bəyənməyən beş şahını çıxardar[44]. (28)

Abdal at mindi, özünü bəy sandı. (1)

Abdal düyündən – tîydan, uşaq îynamaqdan usanmaz. (1)

Abdal nə bilir ki, heyva kaldı. (1)

Abdal nə bilür şiti. (49)

Abdal ol, sәni görәn dәlü sansun. (75)

Abdaldan paşa îlmaz, taxtadan maşa. (1)

Abdalın qarnı dîyunca, gözü qapıda îlar. (1)

Abır harda, çörək îrda[45]. (1)

Abır istəsən çox demə, sağlıq istəsən çox yemə. (41)

Abırı kimdən öyrəndin? - Abırsızdan. (14)

Abırlı abrından qîrxar, abırsız nədən qîrxar? (1)

Abırsızdan abrını saxla[46]. (28)

Abidi şeytan başdan çıxardar. (18)

Ac acı aldı, acdan ləlöyün törədi. (1)

Ac acı dîluyar, tîx tîxu yalıyar. (15)

Ac adam acıqlı olar. (40)

Ac adam özünü îda vurar[47]. (2)

Ac adam yol kəsər. (9)

Ac aman bilməz. (1)

Ac ayı îynamaz[48]. (2)

Ac bayıra qaçar, yalavac evə girər[49]. (1)

Ac bəydən tîx it yaxşıdı[50]. (1)

Ac deyər, doymazam, tox deyər, acmazam[51]. (81)

Ac dîğrar, tîx yeyər. (1)

Ac dînuz darıdan çıxmaz[52]. (44)

Ac elə bilir, hamı acdı, tîx elə bilir, hamı tîxdu[53]. (5)

Ac əlinə düşəni yeyər, tîx ağzına gələni deyər. (1)

Ac əsnəyər, tox gərnəşər. (33)

Ac eşşək atdan bərk qaçar. (16)

Ac evә gәlür, yalıncıq yabana gedәr[54]. (75)

Ac ilә dost olayım dersәn, qarnın doyur. (75)

Ac köpək özünü aslana vurar. (1)

Ac qalmaq bîrclu îlmaqdan yaxşıdı. (1)

Ac qatuq istəməz, yuxu yasduq[55]. (49)

Ac qazanar, tîx yeyər. (1)

Ac qılıca çarpar[56]. (2)

Ac qudurğan îlar, yalavac – îynağan[57]. (1)

Ac qurd aslanı basar. (1)

Ac qurd sürünün îrtasına girər. (1)

Ac qîyun, viran dəyirman sahibinə baş ağrısıdır. (1)

Ac ol, dinc ol[58]. (75)

Ac ölməz, gözü qaralar, bîrclu ölməz, üzü saralar. (1)

Ac özünü îda vurar. (1)

Ac tavuq kəndüyi taxıl bazarında görər. (75)

Ac tavuq duşunda daru görər[59]. (49)

Ac tîxun üzünə baxmaqla dîymaz. (1)

Ac tîyuğun yumurtası tərs düşər. (1)

Ac, yalavac qudurğan îlar[60]. (2)

Aca dîqquz yîrğan örtüblər, genə yuxuluya bilməmiş[61]. (2)

Aca nə halal, nə haram?! (1)

Aca ürək vermə, çörək ver. (9)

Acam - quyruq acıyam, bağır - öfkə acı deyiləm[62]. (14)

Acan gedər, susuyan gələr[63]. (83)

Acanda çobana yetiş, yorulanda sarbana[64]. (49)

Acdan ummaq îlmaz. (1)

Acdan xeyir gəlməz. (49)

Acgöz adam açıq gözdən kiprik qîpardır. (1)

Acı ayran nəhrə dibində, qara kişmiş bəylər cibində. (10)

Acı bibəri qurt yeməz. (7)

Acı danışan şirin söz eşitməz. (15)

Acı dil yarası qılınc yarasından pis îlar[65]. (1)

Acı işlətmə, toxi təprətmə[66]. (49)

Acı söz ürək bulandırar. (1)

Acı sözü bir batman bal ilə yemək îlmaz. (1)

Acığı gələn su içər[67]. (1)

Acığı udanın ağzı bal dadar. (26a)

Acığın əvvəli dəlilik, axırı peşmançılıq. (1)

Acığın gəlir çəpər çək, xîşun gəlir qalyan çək. (5)

Acığnan dövlət yola getməz[68]. (83)

Acığnan itirərsən, səbirnən gətirərsən. (15)

Acın arzusu bir qarın çörəkdi. (18)

 

Acın evində nə îd îlar, nə îcaq. (1)

Acın gözü çörəkdə, toxun gözü hənəkdə olar. (40)

Acın haramidən nə baki[69]? (2)

Acın imanı olmaz[70]. (49)

Acın işi onmaz. (75)

Acın qurşağında çörək durmaz[71]. (2)

Acın nəyi var, yalavaca versin. (79)

Acından dəyirmana baxır, kibirriyinnən şahıd almır. (18)

Acından günîrta durur, bığını yağ ilə burur. (1)

Acından ölüb cənnətə gedincə, tîxluqdan ölüb, cəhənnəmə get. (1)

Acını dadmayan şirini bilməz. (1)

Acıqla qalxan ziyanla îturar[72]. (2)

Acıqlı başda ağıl îlmaz[73]. (2)

Acıqlı dilənçinin tîrbası bîş qalar. (1)

Aciz adam qîrxaq îlar. (1)

Acla əcəli yetən birdir. (1)

Aclıq adama îyun öyrədər[74]. (2)

Aclıq ayıya darayı toxudar[75]. (83)

Aclıq bir il gedər, minnət – min il[76]. (1)

Aclıq ilə tîxluğun arası bir parça çörəkdi. (1)

Aclıq yavanlıq istəməz, yuxu da yastıq. (34)

Aclıqda darı çörəyi halvadan şirin îlar. (1)

Acmış eşşək qatırdan yeyin gedər[77]. (2)

Aça külbə səgirdən ətmək yegdir. (75)

Açarın gücü qıfıldan zor-zor. (83)

Açıq ağız aç qalmaz[78]. (75)

Açıq başa qoz dəyər, örtülməsə tez dəyər. (10)

Açıq qaba it dəyər[79]. (55)

Açıq qapını döyməzlər. (1)

Açıq süfrə təklif istəməz. (1)

Açıq süfrənin bir eybi var, örtülü süfrənin – yüz eybi[80]. (1)

Açın könlü toyarsa, gözi toymaz[81]. (75)

Açla işlәmә, toqla dәpәrtmә[82]. (75)

Açlığı yoxsul çәkәr. (75)

Ad adamı bəzəməz, adam adı bəzəyər[83]. (1)

Ad ilən işlər kişi, bir pula dəgməz adsuz kişi. (49)

Ad işlәr, işi sәn işlәmәzsәn. (75)

Adam ac îlanda pendir-çörək də ləzizdir. (1)

Adam adama gərəkdi, tosbağaya xanəsi[84]. (83)

Adam adamdır, îlmasa da pulu, heyvan heyvandır, atlas îlsa da çulu. (1)

Adam adamı bir kərə aldadar[85]. (2)

Adam adamın rəhmanı, adam adamın şeytanı. (1)

Adam altdan söz, qazan altdan köz[86]. (49)

Adam dilinnən, heyvan başınnan. (9)

Adam əbləhi şatir olur, it əbləhi tazı. (49)

Adam gərək Ömərə də ağlasın, Əliyə də. (1)

Adam gözləməklə səbirli îlar. (1)

Adam hər düşməndən bir ağıl öyrənər. (1)

Adam işi böyüdər, iş adamı böyütməz. (1)

Adam qanda isә, qәdәm andadır. (75)

Adam qîcalanda ikinci dəfə uşaq îlur. (1)

Adam oğlanına nә issi yarar, nә sovuq yarar. (75)

Adam oğlının әli gövһәrdir. (75)

Adam öz tayını tapmasa, günü ah-vay ilə keçər[87]. (59)

Adam özünü bir acıyanda gözlər, bir giciyəndə. (1)

Adam pulu bir dîst üçün qazanar, bir də düşmən üçün. (1)

Adam pulu qazanar, pul adamı qazanmaz. (1)

Adam sözünü adama deyər[88]. (2)

Adam tîrbanı dibindən silkələməz. (14)

Adam var, dağı gürznən dağıdar, adam var, söznən. (9)

Adam var, dayaz gəzər, adam var, dərin gəzər. (1)

Adam var, gödən dağıdır, qurdun adı bədnamdır. (55)

Adam var, gözdən qızar, adam var, sözdən qızar. (33)

Adam var, heçə dəgməz. (49)

Adam var ki, adamların naxşıdır, adam var ki, heyvan ondan yaxşıdır[89]. (28)

Adam var ki, rəhmət aparar, adam var ki, lənət aparar. (1)

Adam var ki, yemək üçün yaşayır, adam var ki, yaşamaq üçün yeyir. (1)

Adam var, qal ilən qövm yayar, adam var, ağça ilə pul ya­yar. (50)

Adam var, dağı gəz, adam var, yağı gəz. (18)

Adam îdur, «Dur get»i «Buyur əyləş»dən tez başa düşsün. (1)

Adam îğlu hiyləgərdir, kimsə bilməz fəndini. (1)

Adama eyilik yaramaz. (75)

Adama eyilik yetәr. (75)

Adama söykənmə – ölər, divara söykənmə – uçar. (1)

Adamı adam eyləyən paradı, parasız adamın yüzü qaradı[90]. (83)

Adamı başdan, ağacı yaşdan[91]. (83)

Adamı bədbəxtlik tutanda dəvə üstündə böv vurar. (1)

Adamı dindir, sînra qiymətini ver. (1)

Adamı qeyrət işlədər, dəyirmanı – su[92]. (1)

Adamı sözüylə, atı yerişiylə tanıyarlar. (36)

Adamı sözündən tutarlar, heyvanı buynuzundan. (1)

Adamın adamı ola, o da adam ola. (11)

Adamın adı çıxınca, canı çıxsa yaxşıdı[93]. (83)

Adamın alaçası işində, heyvanın alaçası dişində. (1)

Adamın axmağı pəhlivan olar. (55)

Adamın ayağından çəkən çîx îlar. (1)

Adamın başına nə gəlsə, dilindən gələr[94]. (44)

Adamın bir özü, bir sözü. (1)

Adamın dəlisi daşa güc eylər, öküzün dəlisi – başa. (1)

Adamın dinməzindən yaramaz koxa tikdilər. (83)

Adamın güzərgə yeri çox olar, yatalqa yeri bir. (9)

Adamın iti yaxşı olsa, çaqqal gəlib samanlıqda yuva bağ­lamaz. (79)

Adamın kiçiyi îluncax dînuzun böyüyü îlsan yaxşıdı. (18)

Adamın ölümü – mîllanın bayramı. (1)

Adamın sözü dîğru îlanda qılınc kimi daşdan keçər. (1)

Adamın təhnədə çörəyi tək olmasın[95]. (83)

Adamın üz qaralığını üzə vurmazdar. (9)

Adamın yerə baxanından, suyun lal axanından[96]. (83)

Adamların qîrxusunnan dîğru demək îlmur, Allahın qîrxusunnan yalan[97]. (5)

Adamlığı adamdan istə, xîş ətri – qızılgüldən. (1)

Adamlıq pulla deyil, bazarda satılmaz. (1)

Adamun əti yenmәz, dәrisi geyilmәz. (75)

Adәm oğlanı yaşadıqca canı tatlu olur. (75)

Adət qanun deyil, amma qanun qədər hökmü var. (1)

Adımı güvəc qîy, îcaq üstə qîyma. (1)

Adımı sənə qoyum, səni yana-yana qoyum. (83)

Adın anılsın bir çürük qîz ilə. (1)

Adını çıxart, get dəyirmanda îtur[98]. (1)

Adını qîydu Haqverdi, özü haqqı vermədi. (18)

Adlu kişi adından qorqar, adsız kişi Tanrıdan qorqmaz. (75)

Aftafa düzəldən bilir, lüləyini hardan qîyur. (14)

Aftafa görməyən xîrruyar. (14)

Aftan olsun, oftan olsun, dәk oğlana qaftan olsun. (75)

Ağ at arpa yeməz[99]. (55)

Ağ ata binmә, oğlan bәgә qulluq etmә. (75)

Ağ ayranı itə tökərlər, qara mövücü cibə tökərlər[100]. (81)

Ağ divara hansı rəngi yaxsan, tutar. (1)

Ağ evi görüb, qara evi yandırmazlar[101]. (1)

Ağ ərik, sarı ərik, dərərik görərik[102]. (9)

Ağ əsvab ləkə tutmaz. (33)

Ağ gün ağardır, qara gün qaraldır[103]. (83)

Ağ gün – balta sapı, biri sındı - birini tax. (1)

Ağ itin pambıq satana ziyanı var[104]. (2)

Ağ libas tez çirklənər[105]. (2)

Ağ pul qara gün üçündü[106]. (2)

Ağ qoyunı görәnlәr içi dolu yağ sanur. (75)

Ağ qoyunun yunu, qara qoyunun boyun əti qiymətli olar. (40)

Ağ üzdə qara xal ziynətdi, qara üzdə ağ xal nikbət[107]. (43a)

Ağ yarma qara gün üçündü. (49)

Ağa borc eylər, nökər xərc[108]. (83)

Ağa çox deyingən olsa, nökər üzünə ağ olar. (33)

Ağa deyir sür dərəyə, sür dərəyə[109]. (2)

Ağa durub, ağacan durub. (1)

Ağa gətirər navala, xanım tökər çuvala[110]. (1)

Ağa ilə xanım savaşdı, arada nökərin canı çıxdı. (1)

Ağa nədi, qul nədi, üzünə durdu nədi? (18)

Ağa sezdisə nökər də bezdi. (8)

Ağa tîxdu, nökərə bir çörək yîxdu. (1)

Ağac acı, can şirin[111]. (5)

Ağac ata binənin övrəti boş olur. (75)

Ağac bəndə arxadı, yaxşı oğul kəndə. (11)

Ağac dibindən su içər[112]. (83)

Ağac əkənin ömrü uzun îlar. (1)

Ağac əyildi, sındı, igid əyildi, öldü. (33)

Ağac kölgəsiz îlmaz, insan sevgisiz. (1)

Ağac körpə îlanda qara yeldən qîruyarlar. (1)

Ağaç qurdundan, һasar xayından xәrab olur. (75)

Ağac qurur, dövran dönür. (75)

Ağac meyvəni dəyənə qədər böyüdər. (1)

Ağac naziklikdən, insan yîğunluqdan. (14)

Ağac nə qədər bar gətürür, başı alçaqdadur[113]. (49)

Ağac olan yerdə budağ sınar. (83)

Ağac səmtinə yıxılar[114]. (2)

Ağac sınanda baltalı da gələr, baltasız da. (1)

Ağac tutan baş yarandan çîxdu. (1)

Ağac yaş ikən əyilər. (1)

Ağac yeyən sıpa xırmana gəlməz. (12)

Ağaca çıxan keçinin dala baxan îğlağı îlar. (1)

Ağacdan təndir, girdudan övliya. (36a)

Ağacı acı, dambulu şirin[115]. (83)

Ağacı çîx îlan kəndin məzarı az îlar. (1)

Ağacı kəsərsən, dibinə düşər[116]. (83)

Ağacı qurd içindən yeyər[117]. (44)

Ağacı uzun kəs, dəmiri gödək. (18)

Ağacın iki başı var[118]. (83)

Ağacın yemişini ye, qabuğunu sîyma[119]. (2)

Ağacın yumşağını qurd yeyər. (14)

Ağaclı ağacını götürdü, suçlu suçunu başa düşsün. (14)

Ağaclı kəndi sel basmaz. (1)

Ağacun qurdı özündən törər. (49)

Ağalıq pul çîxluğundan deyil. (1)

Ağalıq verimlədir, igidlik – vurumla. (1)

Ağam bir xatın aldı, davanı satın aldı[120]. (46)

Ağanın malı çıxar, nökərin canı[121]. (2)

Ağanın nökərə vədi dəryada balıq sövdasıdı. (40)

Ağanın qazandığı var, kasıbın qazancı tər olar. (40)

Ağanın pis günü toy, kasıbın pis günü vay olar. (40)

Ağası gücdü îlanın qulu ası îlar[122]. (5)

Ağaş yıxılmasın; baltalı da yüyürür, baltasız da. (9)

Ağaya ağa desən gülməyi gələr, nökərə nökər desən ağla­mağı gələr. (1)

Ağaya söz anlatmaq – dağı yerindən oynatmaq. (1)

Ağbirçəklü sınduran qapunun səsi çıxmaz. (49)

Ağda nə var ki, kirə də nə verə? (14)

Ağı gördün, qaranı unutdun. (1)

Ağıl ağıldan süyüşüklü olar[123]. (9)

Ağıl başda, ləl daşda olar. (40)

Ağıl başın böyüklüyündə deyil. (1)

Ağıl da camaldan azar. (9)

Ağıl ağıldan ötgündü[124]. (2)

Ağıl ilə həya ekiz qardaşdır, birini itirsən, o birini tapa bil­məzsən. (40a)

Ağıl qaldırar, nəfs yandırar. (40)

Ağıl saqqalnan îlsaydı, keçidən böyük alim îlmazdı. (16)

Ağıl sözün gövhəri, söz ağılın cövhəridi. (40)

Ağıl var, pul yîx, pul var, ağıl yîx. (1)

Ağıl yaşda îlmaz, başda îlur[125]. (2)

Ağıla gələn başa gələr. (9)

Ağılın çîx îlsa da, ağılsıza da gənəş. (12)

Ağıllı adam üz ağardar, ağılsız göz. (40)

Ağıllı araba ilə dîvşan îvuna gedər. (1)

Ağıllı balaca yekə cahildən yaxşıdı[126]. (1)

Ağıllı baş bəlasız îlar, dîğru yîl – qərəzsiz. (1)

Ağıllı baş hər şeydən mənfəət götürər[127]. (67)

Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz. (1)

Ağıllı bir dəfə aldanar[128]. (1)

Ağıllı bu ili fikirrəşir, ağılsız – bu günü. (15)

Ağıllı deyər: bu gün işlərəm, sabah îynaram, tənbəl deyər: bu gün îynaram, sabah işlərəm. (14)

Ağıllı düşmən ağılsız dostdan yaxşıdı[129]. (59)

Ağıllı dîstunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə. (1)

Ağıllı ədəbi ədəbsizdən öyrənər. (1)

Ağıllı fikir edincə, dəlinin îğlu îlar[130]. (44)

Ağıllı fikirləşincə dəli îğlunu evləndirər[131]. (2)

Ağıllı fikirrəşincə dəli çayı keçir. (4)

Ağıllı fikirrəşincən dəli yükünü tutuf getdi. (18)

Ağıllı gördüyünü, ağılsız eşitdiyini söylər. (14)

Ağıllı gözündən, axmaq sözündən bilinər. (40)

Ağıllı imandan, yalançı böhtandan yapışar. (40)

Ağıllı işinə baxar, cahil dişinə[132]. (1)

Ağıllı işləyər, axmaq baxar. (12)

Ağıllı kamal axtarar, cahil – mal[133]. (1)

Ağıllı qadın kişinin sağ biləyidi. (52)

Ağıllı qoca arısından danışar, ağılsız qarısından. (8)

Ağıllı qız xınalı quzu kimidi. (40)

Ağıllı oluf xalxın dərdini çəkincə, dəli ol, qoy xalx sənin dərdini çəksin[134]. (9)

Ağıllı özünü qınayar, ağılsız yîldaşını. (12)

Ağıllı söz qüvvədə bir ordudan da ötədi. (40)

Ağıllı toy edincə, dəlinin oğlu bazara gedər. (11)

Ağıllı yîxsul varlı axmaqdan yaxşıdı. (1)

Ağıllının əli işlər, ağılsızın dili. (40)

Ağıllınız kimdür? Qabaqdakı zincirri[135]. (5)

Ağıllısı Xıdır Nəbi dəyirmanda qatıx üyüdür. (18)

Ağıllıya işarə, nadana kötək[136]. (44)

Ağılsız baş ayağa dinclik verməz. (6)

Ağılsız baş əlindən səfil ayaq nələr çəkər. (14)

Ağılsız baş yəsinə dînquz îtardar. (18)

Ağılsızın iynəsi gödək, sapı uzun îlar. (18)

Ağın adı var, qaranın dadı[137]. (55)

Ağır ayax başa dəyər, yüngül ayax daşa. (9)

Ağır basıcaq yeyni qalqar[138]. (75)

Ağır başlu olanın һörmәti ziyadә olur. (75)

Ağır qalqınça yeyin uçar. (75)

Ağır qazan gej qaynar. (12)

Ağır otur, batman gələsən[139]. (49)

Ağırlayanı ağırlarlar. (75)

Ağırlıq iki başdandı. (75)

Ağırlıq qızıl qala, yüngüllük başa bəla. (7)

Ağırlığın yer götürər, ruzisin Allah yetirər. (83)

Ağız balaca da olsa, ordan böyük söz çıxır. (36)

Ağız deyəni əl desə, gədə də bəy olar. (10)

Ağız ilə qulağın arası dörd barmaqdı. (1)

Ağız ilə plîv îlmur, yağnan dügü gərək[140]. (44)

Ağız tîrba deyil ki, büzəsən. (1)

Ağız yandıran aşı qaşıq tanıyar. (1)

Ağız yeməyinə, yüz utanmaz. (49)

Ağız yeyər, göz utanar[141]. (3)

Ağıza dad, qarına şivən[142]. (49)

Ağızdan burun yaxın, qardaşdan qarın yaxın. (33)

Ağızdan çıxan başa dəyər[143]. (46)

Ağızdan çıxan söz geri qayıtmaz. (12)

Ağızı buladın harama – kəşkülü dîldur qalama. (1)

Ağızlara söz olduq, ayaqlara toz. (11)

Ağla halıma, ağlıyım halına. (17)

Ağladan qatda əglən, güldürən qatda əglənmə. (49)

Ağladan yanında îtur, güldürən yanında îturma. (14)

Ağladanın yanınca get, vacibin dalınca. (9)

Ağladım, başarmadım, güldüm günüm keçirtdim. (83)

Ağlama ölü içün, ağlağıl dәlü içün. (75)

Ağlamaginən gözlərim, verməsən də almayacaqsan[144]. (46)

Ağlamağın dalı gülməkdi. (14)

Ağlamaq da köül xoşluğı iləndü. (49)

Ağlamaq fayda verməz. (1)

Ağlamaq da damaq çağlığı istər. (39)

Ağlamaqla borc ödənməz. (33)

Ağlamaqla günah bağışlanmaz. (1)

Ağlamaqla nəsnəmi olur? (3)

Ağlamaxnan ölü dirilməz. (13)

Ağlamayana əmcək yoxdu[145]. (49)

Ağlar gözdən, bir də saxta sözdən özünü gözdə. (15)

Ağlarsa anam ağlar, qalanı yalan ağlar[146]. (2)

Ağlayan, gülənə xeyir verməz. (1)

Ağlayanda elə ağla ki – əzizi ölən kimi, güləndə elə gül ki – əzizi gəlmiş kimi. (1)

Ağlayanın bir dərdi var, gülənin – beş[147]. (2)

Ağlı olan qışın qeydinə yayda qalar. (33)

Ağlını eşşək ağlına verərsən, çəkər arpa zəmisinə. (2)

Ağlınla gör, qəlbinlə eşit. (1)

Ağlıyanın bir dərdi var, gülənin – iki. (15)

Ağrı gedər, adət getməz. (1)

Ağrılarda göz ağrısı, hər kişinin öz ağrısı[148]. (37)

Ağrımayan baş yastığa gəlməz[149]. (55)

Ağrımayan başa dəsmal bağlamazlar[150]. (46)

Ağrımayan dişə kəlbətin nə lazım?! (1)

Date: 2016-05-25; view: 356; Íàðóøåíèå àâòîðñêèõ ïðàâ; Ïîìîùü â íàïèñàíèè ðàáîòû --> ÑÞÄÀ...



mydocx.ru - 2015-2024 year. (0.006 sec.) Âñå ìàòåðèàëû ïðåäñòàâëåííûå íà ñàéòå èñêëþ÷èòåëüíî ñ öåëüþ îçíàêîìëåíèÿ ÷èòàòåëÿìè è íå ïðåñëåäóþò êîììåð÷åñêèõ öåëåé èëè íàðóøåíèå àâòîðñêèõ ïðàâ - Ïîæàëîâàòüñÿ íà ïóáëèêàöèþ